Dünyada hərənin öz xarakteri, öz dünyası olan çoxlu sayda insan-lar var


qurtarmışdı. Q.Qarayev onun istedadına və  gələcəyinə çox inanırdı. Məmmədə öz şəklini



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49479
1   ...   31   32   33   34   35   36   37   38   ...   60

 
124
qurtarmışdı. Q.Qarayev onun istedadına və  gələcəyinə çox inanırdı. Məmmədə öz şəklini 
bağışlamışdı  və öz əlilə  şəklin üstündə bu sözləri yazmışdı: «İstedadına və  gələcəyinə 
inandığım Məmməd Quliyevə». Q.Qarayev çox ciddi və dahi bəstəkar idi, hər adam haqqında 
bu sözləri deməzdi. O öz royalını da bağışlamışdı Məmmədə. Məmməd çox gözəl insan və çox 
istedadlı  bəstəkar idi. Heyif ki, istedadının,  əməyinin bəhrəsini görə bilmədi. Haqsızlıqlar, 
ədalətsizliklər, soyuqluq, biganəlik əhatəsində sıxıldı, hər şeyi ürəyinə saldı, heç kəsə heç nə 
demədi, hər şeyi ürəyində çəkdi və nəticədə ürək bu qədər yükə tab gətirə bilmədi. 65 yaşında 
dünyasını dəyişdi. Məmmədin arxasında heç vaxt heç kəsi olmayıb, özündən, öz istedadından 
başqa. Klassik janrda çox dəyərli əsərlər yaradıb. 
Cülyetta xanım danışdıqca bir az xəcalət, bir az təəssüf hissi ilə düşünürdüm ki, indi 5-6 mahnı 
bəstələyən insanları «böyük bəstəkar» kimi reklam edib xalqa tanıdanlar Məmməd Quliyev kimi 
Azərbaycan musiqi tarixində xüsusi yeri olan, dünyanın ən qabaqcıl musiqisi ilə bir sırada durmağa 
layiq olan əsərlər yaradan insanlar haqda niyə susublar və susurlar? Bu gün bizim kimi sadə 
insanlar da M.Quliyevləri tanımadığımız üçün xəcalət çəkirik. Bu günahın məsuliyyəti kimlərin 
çiynindədir görəsən? 
Mən musiqiçi, sənətşünas deyiləm, amma M.Quliyevin əsərlərinin adları ilə tanışlıqdan bu 
sənətin möhtəşəmliyini, dərinliyini duyuram. M.F.Axundovun «Aldanmış  kəvakib»  əsəri çox 
mürəkkəb və  dərin fəlsəfı  əsərdir. M.Quliyevin bu əsərə müraciət etməsi onun fəlsəfi 
dünyagörüşünün zənginliyini sübut edir. O bu əsərin  əsasında «Aldanmış ulduzlar» adlı opera 
yazıb. Operanın premyerasından sonra ədəbiyyatşünas-alim Araz Dadaşzadənin söylədiyi: 
«Deyəsən Məmməd necə cəsarətli bir əsər yaratdığını tam mənada anlamır» - fikri bu əsərin 
mahiyyəti haqda çox söz deyir. Az danışan, özünüreklamı sevməyən, sadə, təvazökar bəstəkar 
əslində dillə deyə bilmədiklərini, öz iç dünyasını, dərin mənəviyyatını əsərlərinin dili ilə danışırdı. 
Nə yazıq ki, bu dili həmişə, hamı başa düşə bilmir. 
«Aldanmış ulduzlar» milli opera tariximizdə yeni, işıqlı bir mərhələ idi. «Koroğlu» və 
«Sevil»dən sonra təkrarsız yeri olan bu opera M.Quliyevin həyatında və yaradıcılığında da 
unudulmaz izlər qoymuşdu. 80-ci illərdə Moskvada nəşr olunmuş «Sovet operaları» monumental 
kitabında Azərbaycan bəstəkarlarının cəmisi 5-6 əsərinin adı və librettosu verilib. Onlardan biri də 
M.Quliyevin 33 yaşında yazdığı,» Aldanmış ulduzlar» operasıdır. Məşhur musiqi bilicilərinin 
fıkrincə bu opera 70-ci illərin  əvvəllərində yazılmasına baxmayaraq, XXI əsrin  əsəridir. Dövrü 
qabaqlayan sənətkarsa zamansızlaşır və  əbədiliyə layiqdir. Deyirlər zaman pozandır, zaman o 
sənətkarları unutdurur ki, onlar ancaq öz dövrünün sənətini yaradır. Zamanı qabaqlayan sənət 
ölməz, sənətkar unudulmazdır. 
Bəstəkar 7 simfoniya müəllifidir. 8-ci, sonuncu simfoniyasını unudulmaz müəllimi Q.Qarayevin 
85 illiyinə həsr etmişdi, əcəl aman vermədi ki, tamamlasın. «Dədə Qorqud diyarı» adlı iri həcmli 
kantata, M.Füzulinin 500 illik yubileyinə həsr olunmuş «Şəbi-hicran» lirik poema, 1990-cı ilin 20 
yanvar faciəsini  əks etdirən «Rekviyem» bəstələmiş M.Quliyev heç vaxt, heç bir mükafatla təltif 
olunmur. Giley-güzar etməsə də, bütün bu laqeydliklər, biganəliklər həssas ürəyində əks-səda verir, 
amansız ölümə  xırda-xırda yol açır. Yaradıcı insana hər  şeydən öncə yaratdığının qiymətlən-
dirilməsi, həqiqi dəyərinin verilməsi lazımdır. Hava kimi, su kimi və daha böyük inamla, həvəslə 
yaratması üçün. Sənətkar həqiqi qiymətini ala bilməyəndə ürəyində zəlzələ baş verir, böyük dühalar 
yaratmağa qadir insan uşaq kimi acizləşir və yavaş-yavaş  əriyərək yox olur. Bu adi həqiqəti 
unutmasaydıq kim bilir Azərbaycan mədəniyyəti nə qədər udardı. 
Biliyindən, istedadından xalqa böyük yarar verə biləcək bir insana ali məktəblərdə  iş  də 
vermədilər. Ömrünün sonunadək A.Zeynallı adına Bakı Musiqi Texnikumunda adi müəllim işlədi. 
Biliyini, bacarığını  əsirgəmədən, ürəklə  işlədi. Azərbaycan musiqisini zənginləşdirən bəstəkar nə 
professor adını aldı, nə xalq artisti, nə də dövlət mükafatı laureatı oldu. Bu sadə, zəhmətkeş insan 
vətənə  ləyaqətlə xidmət etdi, xalqının dərdinə-sərinə ürəkdən yandı. Bunu onun qoyub getdiyi 
musiqi irsi sübut edir. 


 
125
Məmməd Quliyev dünya musiqi aləmində yeni simfonik janrın banisi kimi qiymətləndirilir və 
bu janr sırf xalq musiqisindən, milli muğamlardan qaynaqlanır, milli şairlərin sözlərindən istifadə 
olunur. Bəstəkarın ən çox birgə işlədiyi şairlər xalq şairi F.Qoca və Ələkbər Salahzadə idi. Sonuncu 
əsərini də Fikrət Qocanın sözlərinə yazmışdı. 
2001-ci il fevralın 7-də M.Quliyevin 65 illiyi münasibəti ilə müəllif konserti olur. Konsertdə 7 
parçalı, 7 səhifəlik, 7 dəqiqəlik, 7 muğam əsasında yazılmış günəşli bir musiqi səslənir. Bu parçanın 
adı «Çağırtılar» idi. Həmin gün həm də əziz müəllimi Q.Qarayevin ölüm günü idi. Düz yeddi aydan 
sonra Məmməd müəllim dünyasını dəyişir. Bu YEDDİ rəqəmi sirli-müəmmalı bir iz qoydu sənətkar 
ömründə. Müqəddəs bir insan 7 rəqəminin müqəddəsliyinəmi qovuşdu? M.Quliyevin gündəliyində 
belə bir cümlə var: «ƏSİL QƏHRƏMANLIQ HEÇ OLMASA BİRCƏ GÜN, HEÇ KƏSİN 
XƏTRİNƏ  DƏYMƏDƏN YAŞAMAQDIR». Bu cümlənin arxasında ömrü boyu bir kimsəni 
incitmədən, xətrinə dəymədən yaşayan, yaradan və həmişə haqsızlıqla üzləşən, ədalətsizlikdən əzab 
çəkən bir sənətkarın ağrılı taleyi görünür və duyulur. Bir İNSAN qəlbinin adi və həm də çox-çox 
mətləbləri anladan böyük bir istəyidir bu. Bu istək anlanmayanda dünya tarazlığını itirərək 
çalxalanır. Əyrilər də hələ üstəlik dünyanın əyriliyindən gileylənirlər. 
Bütün ağrıları, acıları onunla bərabər yaşayan, birgə  çəkən Cülyetta xanım bəlkə ona görə 
yeganə övladı Mehdinin musiqiçi olmasını istəmədi: 
Məmməd kimi bir insana, sənətkara olan haqsızlıq, biganəlik məni elə incitdi, küsdürdü 
ki, Mehdinin musiqiçi olmasına razı olmadım.  İstedadı da, arzusu da vardı, amma mən 
istəmədim. O mənim istəyimlə  həkim oldu. Mehdi orta məktəbi qızıl medalla, Tibbi 
İnstitutunu qırmızı diplomla qurtarıb. Özü öz biliyi, qüvvəsi ilə, bir kimsənin köməyi 
olmadan. İndi Neyro-Cərrahlıq Mərkəzində həkim-psixiator işləyir. Xəstələr ona alqış eləyib, 
mənə minnətdarlıqlarını bildirəndə elə bilirəm dünya mənimdir. Çox təəssüf ki, oğluma da 
biganəliyi, laqeydliyi görürəm və bu məni çox ağrıdır. Mehdini xaricdə daha yaxşı tanıyırlar, 
qiymətləndirirlər, nəinki, Azərbaycanda. 1997-ci ildə Nyu-York Akademiyasına fəxri üzv 
seçilib. 1999-cu ildə Bioloji-psixiatriya sahəsində 2 min nəfər psixiatrdan cəmi 6 nəfər Poster 
Priz alıb, onlardan biri Mehdidir. İtaliyada 3 dəfə «Kafsin, oksid-azot və insan psixikası» adlı 
kitabı çap olunub. 2002-ci ildə isə ilin psixiatrı seçilib. Bu yaşda bu uğurlar az deyil. 
Doğrudan da qürur yaradan, iftixar doğuran uğurlardır. Bütün dünyanın tanıdığı, 
qiymətləndirdiyi belə bir oğulun bizim xalqa, Azərbaycana mənsub olması nə qədər xoşdur. 
Mehdi məhəbbətlə Cülyetta xanıma baxıb: 
Atamın gözəl bəstəkar olmasında, mənim yaxşı həkim olmağımda anamın böyük rolu və 
əməyi var. Allah ona cansağlığı, uzun ömr versin, mən anama çox borcluyam - deyir. 
Anaların borcundan kim çıxa bilib ki? Əvəzi heç vaxt ödənilməyəcək  əmək yalnız analara 
məxsusdur. Ziyalılıq nə diplomla, nə  də elmi dərəcə bildirən kitabça ilə ölçülmür. Ziyalılıq 
daxildən, qanla gəlməlidir. Bu ziyalılar ocağından ayrılanda içimdəki boşluğu xoş, işıqlı, ilıq hisslər 
elə doldurmuşdu ki, fərəhimdən uçmaq istəyirdim. Bu sadə, təvazökar və dopdolu insanlarla 
ünsiyyətdən rahat və məsud idim. 
 
«Qоbustan» jurnalı,  mart 2003-cü il, № 123 
 
YADDAŞIMDA ƏBƏDİLƏŞƏN GÜNLƏR 
 
Azərbaycanın demək olar ki, əksər rayonlarında, bölgələrində olmuşam və  mənə elə  gəlir ki, 
yurdumda dünyanın bütün gözəlliklərini tapmaq olar. Hər bölgənin özünəməxsus ab-havası, 
gözəlliyi, insanlarının xasiyyətləri,  ən başlıcası  hədsiz qonaqpərvərliyi insanı heyran edir. 
Lənkəran-Astara bölgəsində olmamışdım, amma şəninə  tərifli sözlər çox eşitmişdim. Ötən il 
baharın ilkində, təbiətin çiçək vaxtında gözəl Lənkəranın qonağı oldum. İlk məni  əfsunlayan 
Lənkərana gedən yol oldu. Bizimlə birgə gedən amerikalı qonaq belə bir gözəlliyi Almaniyada 
gördüyünü dedi

Bənzərsiz gözəlliyi, təbiətin qeyri-adi, füsunkar naxışlarını seyr etdikcə qonağın 
gözlərindəki parıltı, dilindəki «möcüzədir vallah» kəlmələri sinəmi iftixar, qürur hissi ilə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə