DüŞÜNƏN İnsan avqust 2013; Elmi-kütləvi, mənəvi-psixoloji jurnal



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə15/20
tarix18.04.2018
ölçüsü0,56 Mb.
#39102
1   ...   12   13   14   15   16   17   18   19   20

dözümlü  olmalarını  fayda  kimi  qəbul  edir  və  buna  səbəb  olan 

mutasiyanı  faydalı  mutasiya  nümunəsi  kimi  qələmə  verirlər. 

Halbuki,  oraq  hüceyrə  anemiyası  xəstəliyi  olduqca  ciddi, 

hətta  ölümcül  xəstəliklərə  yol  açan,  bədəndəki  bəzi 

orqan  və  toxumaların  qidalanmamasına  və  dolayısı 

ilə  ölümünə  səbəb  olan,  sonrakı  nəsillərə  də  çataraq 

yayılan təhlükəli bir xəstəlikdir. Şübhəsiz, belə bir 

xəstəliyin faydalı mutasiya nümunəsi kimi qəbul 

edilməsi mümkün deyil. Əlbəttə, insan nəslinə 

zərər verən genetik bir xəstəliyi təkamülə dəlil 

kimi  göstərmək  nəzəriyyənin  nə  dərəcə  zəif 

əsaslar üzərində qurulduğunu göstərir. Allah 

Quranda  insanların  bir  qisminin  vicdanları 

doğrunu qəbul etdiyi halda, təkəbbürləri və 

qürurları  səbəbilə  həqiqəti  görməzlikdən 

gəldiklərini  və  Allah’ın  varlığını  inkar 

etdiklərini bildirir:

 

 

Buna  qəti  inandıqları  halda, 

haqsızcasına  və  təşəxxüslə  onları  inkar 

etdilər. Gör fəsad törədənlərin aqibəti necə 

oldu!e (Nəml surəsi, 14)

 

 

Göylərdə  və  yerdə  nə  varsa, 

Onundur.  Həqiqətən,  Allah  Zəngindir, 

Tərifəlayiqdir. Məgər Allah’ın quruda olanları 

və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram 

etdiyini görmürsənmi? Göyü də Öz izni olmadan 

yerə düşməsin deyə O tutub saxlayar. Həqiqətən, 

Allah insanlara Şəfqətlidir, Mərhəmətlidir. 

(Həcc surəsi, 64-65)

 

De:  “Allah’dan  başqa  yalvardığınız 

şəriklər  haqda  düşündünüzmü?  Bir 

mənə  göstərin  görüm,  onlar  yer  üzündə 

nəyi  yaradıblar?  Yoxsa  onların  göylərin 

yaradılmasında şərikliyi var?” Yaxud onlara 

bir  kitab  vermişik,  onlar  da  ondakı  dəlilə 

istinad  edirlər?  Xeyr!  Zalımlar  bir-birinə 

ancaq yalan vəd verirlər. 

(Fatir surəsi, 40

41

Düşünən İnsan, 

Avqust  2013

Düşünən İnsan, Avqust 2013




 

Mömin  şirkdən,  Allah’dan  başqa 

xəyali  ilahlardan  mədət  ummaqdan, 

onların  razılığını  axtarmaqdan  arınıb 

təmizlənmişdir.  O,  yalnız  Allah’a  qulluq 

edir, Allah’ın razılığını axtarır. Bunu Allah 

yolunda ciddi bir səy göstərərək edir.

Allah yolunda ciddi səy göstərməyin açarı 

isə Allah rizasının ən çoxunu axtarmaqdır. 

Mömin  qarşısında  doğru  olan  bir  neçə 

seçim  birdən  olduğunda  özünə  Allah’ın 

razılığını  ən  çox  qazandıracaq  seçimi 

etməlidir.

 

Mömin  bütün  həyatını  Allah’ın 



bildirdiyi  halallar  çərçivəsi  daxilində 

yaşamalıdır.  Haramlar  Quranda  açıq 

şəkildə  bildirilmişdir  və  olduqca  azdır. 

Bu  müəyyən  haramlardan  başqa  bütün 

hərəkət  və  davranışlar  halal  dairəsi 

çərçivəsindədir.

 

Bunlarla  yanaşı,  möminə  düşən 



Allah’ın  halal  buyurduğu  sərhədlər 

daxilində  öz  ağıl  və  bəsirətindən 

istifadə 

edərək 


Allah’ın 

razılığının 

ən 

çoxunu 


axtarmağa yönəlməkdir.

Buna 


infaq 

(Allah 


yolunda 

xərcləmə) 

mövzusu gözəl nümunə ola bilər. Mömin 

malını  və  canını  Allah’a  təslim  etmişdir. 

Əlindəki imkanları Onun razılığına uyğun 

şəkildə  qiymətləndirməlidir. Amma  bunu 

edərkən  qarşısına  müxtəlif  alternativlər 

çıxa bilər. Məsələn, əlində xeyli miqdarda 

pul  olduğunu  düşünək.  Bununla  özünə 

yeni bir paltar ala bilər. Bu, məqbul və çox 

doğru hərəkətdir. Geyiminə fikir verməsi, 

təmiz  və  gözəl  bir  görünüşdə  olması 

Allah’ın razılığına uyğundur. Lakin bu pulu 

istifadə  edə  biləcəyi  və  Allah’ın  razılığını 

daha da çox qazanmağa səbəb ola biləcək 

başqa  bir  yol  ola  bilər.  Məsələn,  bu  pulu 

özündən daha çox ehtiyacı olan bir kasıba 

verməklə, ya da bu pulu dinin mənfəətləri 

üçün  çox  vacib  bir  işə  qoymaqla Allah’ın 

razılığı  daha  çox  qazana  bilər.  Bu,  içində 

olduğu  mühit  və  şərtlərə  görə  insanın  öz 

vicdanı əsasında müəyyən edə biləcəyi bir 

haldır. 

 

Başqa  nümunə  də  verə  bilərik: 



mömin  yaxşılığı  əmr  edib,  pislikdən 

çəkindirməklə,  Allah’ın  dinini  təbliğ 

etməklə,  yer  üzündəki  zülmə  qarşı  fikri 

mübarizə  aparmaqla  məsuldur.  Allah’ın 

razılığını,  bu  böyük  məsuliyyəti  yerinə 

42

Düşünən İnsan, 

Avqust  2013

www.Allahrizasi.net




yetirməklə  qazana  bilər.  Bu  məsuliyyət 

hər dövr üçün bəzi əsas xidmətlər ortaya 

çıxarır.  Belə  böyük  bir  məsuliyyətin 

doğurduğu çox iş var ikən, Allah’ın doğru 

saydığı  bir  başqa  işi  daha  vacib  hesab 

etmək yanlış olar.

 

Əslində, bir az düşündüyümüzdə 



dəyəri  az  olan  seçimi  etməkdə  nəfsin 

qabarıq  olduğunu  görərik. Allah  qatında 

dəyəri  az  olan  şeyi  çox  olana  seçmək, 

insanın  nəfsinə  də  bir  pay  ayırmasından 

qaynaqlanır.  Halbuki,  nəfsinə  ən  kiçik 

pay  belə  ayırmadan  tam  olaraq  Allah’ın 

razılığını güdmək lazımdır. Bir işdə doxsan 

doqquz  faiz  Allah’ın  razılığı,  bir  faiz  də 

nəfsinin istəkləri varsa, o doxsan doqquz 

faizi  də  Allah  qatında  qəbul  edilməyə 

bilər. Çünki bu, insan nəfsini Allah’a şirk 

qoşmaq deməkdir. Şirkin isə bir faizi belə 

həmin əməli etibarsız etmək üçün kifayət 

edə bilər. Bir işdə Allah’la yanaşı, başqa bir 

varlığa  pay  ayıranların  vəziyyəti  belə  bir 

nümunə ilə təsvir edilir:

 

Onlar Allah üçün Onun yaratdığı 



əkindən  və  mal-qaradan  pay  ayırıb  öz 

(batil)  iddialarına  əsasən:  “Bu,  Allah



üçündür,  bu  da  şərik  qoşduqlarımız

(bütlər) üçündür”, – deyirlər. Şərikləri üçün

ayırdıqları  (pay)  Allah’a  çatmır,  Allah

üçün ayırdıqları (pay) isə şəriklərinə çatır.

Onların  verdikləri  hökm  necə  də  pisdir!

(Ənam surəsi, 136)

 

Öz  evi,  ailəsi  təhlükədə  olan 



zaman  onları  müdafiə  edən  bir  insan 

Qurana  hücum  və  böhtan  atıldığında 

yerində  oturub  əhəmiyyət  vermədən 

başqa  işlərə  başı  qarışırsa,  burada  Allah 

rizasının 

olduğundan 

danışmaq  mümkün  deyil. 

Belə  bir  davranış  insanın  nəfsinin 

göstərdiyi 

şəkildə 


davrandığını, 

nəfsinə  tabe  olduğunu  göstərir  ki,  bu 

İslamın təməli olan yalnız Allah’a qulluq 

etmək prinsipinə tamamilə ziddir. Belə ki,  

Quranda nəfsin arzularına görə hərəkətin 

Allah’a şirk qoşmaq olduğu da bildirilir:





Nəfsinin  istəyini  ilahiləşdirən

kimsəni  gördünmü?  Sən  ona  vəkillikmi

edəcəksən? (Furqan surəsi, 43)

 

Mömin isə bütün varlığını, malını, 



canını,  həyatını,  qısacası,  hər  şeyini 

Allah’a həsr etmişdir. Allah’a iman gətirən 

insanların bu üstün xüsusiyyəti Quranda 

belə xəbər verilir:





De: “Şübhəsiz ki, mənim namazım

da,  ibadətim  də,  həyatım  da,  ölümüm

də  aləmlərin  Rəbbi  Allah’a  məxsusdur!

(Ənam surəsi, 162)

 

Hər  dövrdə  müsəlmanlar  fərqli 



hadisələrlə imtahan edilə bilərlər. Məsələn, 

indiki  dövrdə  müsəlmanlar  dini  və 

yaradılışı  inkar  edənlərə,  cəmiyyət 

içində əxlaqsızlığın yayılması üçün 

çalışanlara  qarşı  fikri  mübarizə 

aparmalıdırlar.Möminlər 

hər 

zaman 


məsuliyyətini 

daşıdıqları  bu  mübarizə 

üçün  nəyin  ən  xeyirli 

olduğunu  təsbit  edib 

onu  tətbiq  etməklə 

məsuldurlar. 



43

Düşünən İnsan, 

Avqust  2013

Düşünən İnsan, Avqust 2013




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə