DüŞÜNƏN İnsan avqust 2013; Elmi-kütləvi, mənəvi-psixoloji jurnal



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə16/20
tarix18.04.2018
ölçüsü0,56 Mb.
#39102
1   ...   12   13   14   15   16   17   18   19   20

Çünki  belə 

bir  məsuliyyəti 

bildiyi 

halda, 


sırf 

nəfsi  üçün  təcili  olmayan 

işlərlə  məşğul  olmaq  Allah’ın 

razılığından üz çevirmək mənasını 

verir.

  Möminin  vicdanı  onsuz  da  belə 



bir  şeyi  qəbul  etməz.  O,  Allah’ın 

seçib  iman  verdiyi  bir  insandır,  yer 

üzündə sülh və hüzur mühitinin olması, 

Allah’ın  dininin  yaşanması  ona  əmanət 

edilmişdir. Zalımların əzib zülm etdiyi və 

«...Ey  Rəbbimiz!  Bizi  əhalisi  zalım  olan

bu  şəhərdən  çıxart,  bizə  Öz  tərəfindən

bir  himayəçi  təyin  et,  bizə  Öz  tərəfindən

bir yardımçı təyin et!...» (Nisa surəsi, 75)

deyən kişilər, qadınlar və uşaqlar uğrunda 

mübarizə aparmaqla məsuldur.

 

Allah’ın razılığının ən çoxu yalnız 



fikri  mübarizə  mövzusu  deyil.  Mömin 

həyatı  boyunca  etdiyi  bütün  ibadətlərdə, 

gündəlik həyatında qarşısına çıxan böyük-

kiçik  bütün  hadisələrdə  bunu  yadında 

saxlamaq məcburiyyətindədir.

 

Bunu  da  xatırlatmaq  lazımdır  ki, 



əslində,  Allah  rizasının  ən  çoxu  ifadəsini 

mövzunu  açıqlamaq  üçün  istifadə  edirik. 

Allah  rizasının  ən  çoxundan  üz  çevirib, 

ikinci  dərəcəli    bir  işlə  maraqlanmaq 

Allah’ın  razılığına  ziddir.  Onsuz  da 

Allah’ın razılığının ancaq ən çoxu Allah’ın 

razı  olduğudur.  Allah’ın  daha  az  razı 

olması deyə bir şey yoxdur. Allah’ın 

razılığının  ən  çoxunu  axtarmayıb,  azı  ilə 

kifayətlənmək,  əslində,  insanın  axirətlə 

bağlı  qəti  imana  sahib  olmamasından 

qaynaqlanır.  Özünü  qəti  olaraq  cənnətlik 

saymasından  irəli  gəlir.  Halbuki,  heç 

bir  insan  özünü  qəti  olaraq    cənnətlik  

görəcək  vəziyyətdə  deyil.  Quranda Allah 

Peyğəmbərə  «Əgər  Allah  istəsə,  sənin



qəlbinə  möhür  vurar»  (Şura  surəsi,  24) 

xəbərdarlığını etmişdir. 





Quranda  təsvir  edilən  mömin

özünü əsla qəti olaraq cənnətlik görməz,

belə  bir  düşüncəyə  qapılmaz.  Mömin

xüsusiyyəti  Allah’a  «qorxu  və  ümidlə»

(Əraf surəsi, 56) dua etməkdir. 

 

Həqiqi iman sahibi olmayan kəslər 



isə Allah’dan qorxmadıqları və yaxşı işlər 

gördüklərini  zənn  etdikləri  üçün  özlərini 

qəti  olaraq  cənnətlik    görürlər.  Allah’ın 

rəhmətini  «necə  olsa  bağışlanacağıq» 

kimi  yanlış  bir  məntiqdən  istifadə 

edirlər.  Bu  Allah’dan  gərəyi  kimi  qorxub 

çəkinməyənlərin düşüncəsidir. 

 

Mömin isə iman gətirdikdən sonra 



doğru yoldan çıxmaqdan qorxar. Quranda 

xəbər  verilən  möminlərin  bu  mövzu  ilə 

əlaqədar duası belədir:



Ey Rəbbimiz! Bizi hidayət yoluna

yönəltdikdən  sonra  qəlbimizi  sapdırma

və  bizə  Öz  tərəfindən  mərhəmət  bəxş  et.

Həqiqətən, Sən Bəxş edənsən.

(Ali-İmran surəsi, 8)

44

Düşünən İnsan, 

Avqust  2013

www.Allahrizasi.net




 

Mömin  qurtuluşu 

üçün  ən  çoxunu  axtarmaqla 

məsuldur.  Allah  rizasının  ən 

çoxunu  axtarmamaq,  qarşı-qarşıya 

olunan  təhlükənin  də  fərqində  olmamaq 

deməkdir. 

 

Dünyəvi 



təhlükələrdə 

göstərəcəyimiz davranışa bir neçə nümunə 

Allah rizasının ən çoxunu axtarmağın necə 

olacağının  daha  yaxşı  başa  düşülməsinə 

köməkçi olacaq:

-Böyük bir sellə qarşı-qarşıya qaldığımızda 

və  suların  böyük  sürətlə  yüksəldiyini 

gördüyümüz  zaman  xilas  olmaq  üçün  on 

mərtəbəli  mənzilin  ən  üst  mərtəbəsinə 

çıxarıq,  yoxsa  beşinci  mərtəbədə  dayanıb: 

«Hər  halda,  bu  qədər  mərtəbə  bəs  edər», 

-deyərik?

-Mənzilin  ən  üst  mərtəbəsinə  müəyyən 

məbləğ qarşılığında liftin çıxdığını və liftin 

bir  daha  aşağı  enməyəcəyini  fərz  edək. 

Cibimizdə  də  ən  üst  mərtəbəyə  çıxacaq 

qədər pul var. Bu halda, ən üst mərtəbəyə 

çıxmaq  üçün  cibimizdəki  bütün  pulu 

verərik,  yoxsa  selin  çatma  təhlükəsi 

olan  başqa  bir  mərtəbəyə  çıxmaqla 

kifayətlənərik?

-Seldən xilas olmaq üçün sığındığımız                                                                                                                                     

         mənzilin beşinci mərtəbəsində bir 

əyləncə  təşkil  edilmiş  olduğunu  düşünək. 

Belə bir vəziyyətdə əyləncəyə qatılıb beşinci 

mərtəbənin  yüksəkliyi  ilə  kifayətlənərik, 

yoxsa  gözümüz  heç  bir  şeyi  görmədən  ən 

üst mərtəbəyə çıxarıq?

-Bir  yaxınımızın  infarkt  keçirdiyini  və  ya 

başqa  bir  səbəblə  xəstəxanaya  çatdırılması 

lazım  olduğunu  düşünək.  Bu  vəziyyətdə 

xəstəxanaya  çatmaq  üçün  avtomobili  ən 

yüksək  sürətlə  sürərik,  yoxsa:  «Bu  qədəri 

kifayətdir, bir az daha səbir etsin», -deyərik?

 

Verdiyimiz 



nümunələrdən 

məlum  olduğu  kimi,  insan  bir  təhlükə 

ilə  qarşı-qarşıya  olduğunda  ayıq-sayıq 

davranıb  əlindəki  bütün  imkanları 

təhlükədən xilas olmaq üçün səfərbər 

edə bilir. Cəhənnəm isə insan üçün 

ən  böyük  təhlükədir.  Əlbəttə  ki, 

Allah  rizasının  ən  çoxunun 

axtarmaq    bu  təhlükədən 

uzaq  olma  istəyində 

vacib rol oynayır.

45

Düşünən İnsan, 

Avqust  2013

Düşünən İnsan, Avqust 2013




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə