DüŞÜNƏN İnsan avqust 2013; Elmi-kütləvi, mənəvi-psixoloji jurnal



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə18/20
tarix18.04.2018
ölçüsü0,56 Mb.
#39102
1   ...   12   13   14   15   16   17   18   19   20

biridir. Peyğəmbərimizin (s.ə.v) istər 

müsəlmanlara, istərsə də müxtəlif 

din, dil, irq və millətlərə mənsub 

insanlara  qarşı  ədalətli  və 

şəfqətli  münasibəti,  varlı-kasıb 

ayırmadan  hər  kəsə  bərabər 

davranması 

demokratiya 

anlayışına ən gözəl nümunədir.

Demokratik mühit əsl İslam 

əxlaqı ilə formalaşar

 

Bu  gün  din  dedikdə 



qərb  ölkələrində  sevgi,  hörmət, 

mərhəmət,  tolerantlıq  və  demokratiya 

anlayışından  məhrum,  həmçinin  incəsənət,  elm 

və  estetikaya  qarşı  çıxan,  müharibə  və  qarşıdurma 

tərəfdarı  qantökən  insan  modeli  yada  düşür. 

Qərb  xalqlarının  din  haqqında  belə  yanlış  qənaətə 

gəlməsinə  səbəb  olan  xurafatçı  kütlə  var  və  bu 

insanlar, əslində, dinin əmr etdiyi şəfqət, mərhəmət, 

nəzakət  və  əxlaq  anlayışlarına  malik  deyillər,  buna 

baxmayaraq, özlərini dindar kimi təqdim edirlər. Ona 

görə,  milyonlarla  insan  İslamı  səhv  tanıyır,  İslamın 

(dini tənzih edirik) insanları hüquq və azadlıqlardan 

məhrum  edən,  incəsənət  və  elmi  məhdudlaşdıran, 

düşüncələri  nəzarətdə  saxlayan  din  olduğunu  zənn 

edirlər. Halbuki, İslam insanlara fikir azadlığını təmin 

edən,  insanların  hər  cür  hüququnu  qoruyan  dindir. 

Qurani-kərimdəki bir çox ayə  bunu göstərir:



Dində  məcburiyyət  yoxdur.  Artıq  doğruluq

azğınlıqdan  ayırd  edildi.  Hər  kəs  Taqutu  inkar  edib

Allah`a  iman  gətirsə,  o,  artıq    ən  möhkəm  bir  ipdən

yapışmış olur. Allah eşidəndir, biləndir!













(Bəqərə surəsi, 256)



Öyüd-nəsihət  ver.  Sən  ancaq  öyüd-nəsihət

verənsən! Sən onların üzərində hakim deyilsən!









(Ğaşiyə surəsi, 21-22)



De:  “Haqq  Rəbbinizdəndir.  Kim  istəyir

inansın, kim də istəyir inanmasın”. (Kəhf surəsi, 29)



De:  “Ey  kafirlər!  Mən  sizin  ibadət

etdiklərinizə  ibadət  etmərəm!  Siz  də  mənim  ibadət

etdiyimə  ibadət  edən  deyilsiniz.  Mən  sizin  ibadət

etdiklərinizə ibadət edən deyiləm! Sizin dininiz sizə,

mənim dinim də mənədir!” (Kafirun surəsi, 1-6)

 

Əsl müsəlmanın hədəfi Allah`ın əmr etdiyi 



gözəl əxlaqı mənimsəmək, dini Allah`ın öyrətdiyi 

kimi  yaşamaq  və  təbliğ  etməkdir.  Şübhəsiz  ki, 

Allah`ın əmr etdiyi əxlaqla yaşadıqda dünyanın 

hər  tərəfində  arzu  edilən  demokratik  mühit 

dərhal formalaşacaq.

49

Düşünən İnsan, 

Avqust  2013

Düşünən İnsan, Avqust 2013




  

Sonsuzluq 

içində 

insan 


ancaq bir dəfə sınanır və bu imtahan 

müddəti  təqribən  6-7  onillikdən 

ibarətdir. İnsanın əbədi həyatını bu 

imtahan  müddətindəki  əməlləri 

müəyyən edir. Qısa, ancaq çox vacib 

olan  bu  müddəti  də  insan  özünü 

aldadaraq  keçirərsə,  imtahandan 

keçə  bilməz.  Məsələ  də  məhz 

bundan  ibarətdir:  insan  özünü 

aldadaraq  nə  həqiqəti  dəyişdirə 

bilər,  nə  də  məsuliyyətdən  azad 

ola bilər. Əksinə, insanın dünyada 

həqiqətlərdən 

qaçması 


ancaq 

öz  əleyhinədir.  İnsan  vicdanını 

susduraraq 

özünü 


aldatdığı, 

müxtəlif  bəhanələrlə  rahatlatmağa 

çalışdığı hər an, əslində, qorxunc itki 

verir. Axirətdə isə bu ağılsızlığına görə 

- Allah`ın izni ilə - peşmançılıq çəkəcək.

Vəziyyət belə olduğu halda, insan özünü 

aldatmamalı,  əksinə,  çox  açıq  şüur  və 

diqqətlə  Allah`a  qulluq  vəzifəsini  yerinə 

yetirməlidir. Bu isə insanın hər an vicdanının 

səsini  dinləməsi  və  Allah`ın  kitabına  tabe 

olması ilə mümkündür. 

 

Səmimi  iman  gətirən  bir  insan  üçün 



başqa  yol  yoxdur.  İnsanın  dünyada  yaşadığı 

müddətdə  hər  keçən  saniyə  ölümə  və  məhşər 

gününə  bir  az  da  yaxınlaşdığını,  hər  əməlini, 

ağlından  keçən  hər  fikri  Allah`ın  bildiyini  və 

bunlardan məsul olduğunu düşünməsi ən gözəl 

və qazanclı yoldur.

 

Diqqət  edin,  Allah`a  qarşı  səmimi 



olmağa  aparan  bu  yol  insan  üçün  ən  asan 

yoldur.  Bir  anlıq  düşünüb  qərar  verdikdən 

sonra  insan  bütün  həyatı  boyu  bu  qərarın 

gətirdiyi şüur açıqlığı ilə yaşaya bilər. Bu şüur 

açıqlığını  qazandıqda  isə  heç  bir  məsələdə 

özünü aldadaraq axirətdə əbədi zərər çəkməz. 

Unutmayın,  özünü  aldatmaq  insan  üçün  bir 

növ  odla  oynamaqdır.  İnsan  bu  şəkildə  vaxt 

keçirərkən və dünyaya aludə olarkən bir anda 

canını  almağa  gələn  mələklərlə  qarşılaşa  bilər. 

Mələklər  canını  bir  ayənin  ifadəsi  ilə  zorla 

alarkən, görəsən, yenə özünü aldada biləcəkmi? 

“Nə  yaxşı  etdim,  dünyadakı  həyatım  boyu 

yedim,  içdim,  gəzdim,  əyləndim,  üzərimə 

düşən  məsuliyyətə,  qulluq  vəzifəmə  etinasız 

yanaşdım, heç düşünmədim”, - deyə biləcəkmi? 

Şübhəsiz  ki,  xeyr.  Bu,  ən  qafil  insanın  belə 

ağlından  keçirməyəcəyi  düşüncədir.  Tam 



50

Düşünən İnsan, 

Avqust  2013

www.islamexlaqi.com




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə