DüŞÜNƏN İnsan avqust 2013; Elmi-kütləvi, mənəvi-psixoloji jurnal



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə14/20
tarix18.04.2018
ölçüsü0,56 Mb.
#39102
1   ...   10   11   12   13   14   15   16   17   ...   20

•   Eritrositlərin vəzifəsi nədir?

•   Eritrositlərin yastı olmalarının əhəmiyyəti nədir?

•   Bu yastı formanın pozulması nəyə səbəb ola bilər?

 

Qırmızı qan hüceyrələri, yəni eritrositlər qanda ən 



çox olan hüceyrələrdir. Vəzifələri hüceyrələrin yaşaması 

üçün  vacib  olan  oksigeni  daşımaqdır.  Sadəcə  bununla 

kifayətlənmir,  bədəni  təmizləmək  üçün  hüceyrələrdə 

yığılmış karbondioksidi də ürəyə geri qaytarırlar.

    Eritrositlərin reallaşdırdığı    

    oksigendaşıma prosesini nə üçün başqa hüceyrələr

    yerinə yetirə bilmir?

 

Bir damla qanın 99 %-ni qan hüceyrələri, yəni eritrositlər 



təşkil edir. Bədənimizdə təxminən 25 trilyon qırmızı qan hüceyrəsi 

var. Bu miqdar Südyolu qalaktikasındakı ulduz sayının yüzlərlə 

qatıdır. Bədəndə gəzən eritrositlər rahatlıqla bir futbol sahəsinin 

yarısını  tuta  bilərlər.  Bir-birlərinə  ard-arda  bağlandıqlarını 

düşündüyümüz zaman isə 47 000 km-lik bir qüllə meydana gətirə 

bilərlər. Əgər eritrositləri bir xalça kimi yerə sərmək imkanımız 

olsaydı, bu hüceyrələrin 3 800 km

2

-lik bir sahəni tutduğuna şahid 



olarıq.  Bədəndə  eritrositlərin  sayı  o  qədər  çoxdur  ki,  ölənlərin 

yerini  tutmaq  şərtilə  saniyədə  3  milyona  qədər  yeni  eritrosit 

hüceyrəsi qana qarışır. Eritrositlərin sayının bu qədər çox olması 

öhdələrinə götürdükləri həyati vəzifə ilə əlaqədardır. Bu xüsusi 

vəzifə  üçün  yaradılmış  eritrositlər  özünəməxsus  quruluşları 

ilə diqqət çəkirlər. Eritrositlər yastı, yumru və hər iki yandan 

basıq  formaları  ilə  böyük  yaradılış  dəlilidirlər.  Eritrositlərin 

formasının yastı olması:



38

Düşünən İnsan, 

Avqust  2013

www.atommocuzesi.com




•    Hüceyrənin səth sahəsini artırır və oksigen ilə təmasını asanlaşdırır.

•    Oksigenin lazımi zamanda, lazımi yerə asanlıqla çatdırılmasını təmin edir.

•    Eritrosit bu quruluşu sayəsində daha çox oksigen atomu ilə yüklənə bilir və oksigenə ehtiyac 

duyan toxumalara rahatlıqla çatdırır.

        Eritrositlərin yastı forması bu hüceyrələrin

        damarlardan rahat keçməsini təmin edir.

 

Eritrositlər damarların içində gəzən ən kiçik hüceyrələrdir. Bu, oksigenin bədəndə hər yerə 



çatdırılması üçün olduqca əhəmiyyətlidir. Ancaq bəzən eritrositlərin qarşısına çox kiçik ölçülərdə 

kapilyar damarlar çıxır. Bəzən təxminən 5 mikrometrə qədər incəlikdə olan bu damarlar, yarı ölçüsü 

7-8 mikrometr olan eritrositlər üçün çətin tunellərə çevrilir. Eritrositlər bu tunelləri keçməlidirlər, 

çünki kapilyar damarlar qidaların və oksigenin bütün toxumalara çatmasını təmin edən olduqca 

əhəmiyyətli  qan  damarlarıdır.  Əslində,  eritrositlərin  bu  damarlara 

yerləşməyəcək qədər böyük olmaları böyük bir problem yaratmalıdır. 

Ancaq eritrositlərin xüsusi olaraq yaradılmış formaları sayəsində 

heç  bir  problemləri  olmur,  çünki  onlar  elastikdirlər.  Hər 

formaya  çevrilə  bilən  bir  torba  kimidirlər.  Rahat  şəkildə 

forma  dəyişdirmələrinin  vacib  səbəbi  isə  eritrositlərin 

daşıdıqları  maddələrin  miqdarına  görə  çox  geniş  bir 

hüceyrə  qılafına  sahib  olmalarıdır.  Beləliklə,  hücyrə 

çətin  hərəkət  edəcəyi  sahələrə  girsə  də,  hüceyrə  qılafı 

gərilmir  və  digər  hüceyrələrdə  olduğu  kimi  yırtılmır. 

Bu,  olduqca  əhəmiyyətli  bir  vəziyyətdir.  Elastikləşərək 

formasını dəyişdirə bilən bu hüceyrələr daha dar olan 

damarlardan  bunun  sayəsində  keçə  bilirlər.  Hər  şeyi 

qüsursuzca  yaradan  Allah  bu  hüceyrəni  də  yaradılış 

dəlillərindən  biri  kimi  yaratmışdır.  Quranda Allah’ın 

hər şeyə hakim olduğu belə bildirilir:



  

Mən,  Rəbbim  və  Rəbbiniz  olan  Allah’a

təvəkkül etdim. Elə bir canlı yoxdur ki, (Allah) onun

kəkilindən  tutmuş  olmasın.  Həqiqətən,  Rəbbim

ədalətlidir. (Hud surəsi, 56)

 

 



Allah’ın  hemoqlobin  və  eritrosit 

kimi iki fərqli quruluşu bir-birinə uyğun yaratması 

və  onları  birlikdə  hərəkət  etmələrini  təmin  edəcək 

xüsusiyyətlərlə  təchiz  etməsi,  şübhəsiz,  çox  böyük 

üstünlükdür.  Eritrositin  sahib  olduğu  yastı  forma 

qüsursuz   bir yaradılışın əhəmiyyətli göstəricilərindən 

biridir. Şübhəsiz, Allah  eritrositlərin böyüklüyünü 

kapilyar  damarlara  uyğun  olaraq  yaratmağa 

qadirdir. Ancaq mövcud olan quruluş insan bədəni 

üçün ən ideal ölçülərdədir. Bu, hər şeyin varlığını, 

varlığı boyu keçirəcəyi halları bilən, təyin edən və 

ona  görə  yaradan,  yoxdan  var  edən  uca  Allah’ın 

əsəridir.

 

Bu möhtəşəm yaradılışın əhəmiyyətini daha 



yaxşı  başa  düşmək  üçün  damarlarda  meydana 

     Rəbbimizin hemoqlobin və eritrositləri bir-birinə

     müvafiq şəkildə yaratması çox böyük bir nemətdir

39

Düşünən İnsan, 

Avqust  2013

Düşünən İnsan, Avqust 2013




gələn hər hansı bir problemin yaratdığı 

nəticələrə  baxaq.  Əgər  eritrositin 

formasında  və  ya  elastikliyində  hər 

hansı bir problem yaranarsa, toxumalara 

oksigen 

və 


qidanın 

çatmaması 

nəticəsində toxuma məhv ola bilər.

 

Oraq 



hüceyrə 

anemiyası 

eritrositlərin  formasının  pozulması  ilə 

meydana gələn bir xəstəlikdir. Hüceyrələr 

“hemoqlobin  S”  adlanan  anormal  bir 

hemoqlobin tipi daşıyırlar. Bu hemoqlobin 

oksigensiz qaldığı zaman eritrositin içində 

uzun kristallar şəklində çökür və eritrositin 

formasını bir növ orağa bənzədir. Eritrositin 

dəyişilmiş  forması  aşağıdakı  xəstəliklərə 

səbəb olur:

• 

Kifayət  qədər  oksigen  daşına  bilmir 



və bir müddət sonra eritrosit kütləsi azalmağa 

başlayır


• 

Forması dəyişən hüceyrələr damarların 

içində yığılaraq tıxanmağa səbəb olur

• 

Hüceyrəni  oraq  formasına  gətirən 



kristal  quruluşun  incə  ucu  isə  bəzən  hüceyrə 

qılafının yırtılmasına səbəb olur

• 

Xəstəliyin təsiri isə olduqca ciddidir.



• 

Sümüklərdə,  əzələlərdə  və  ya  qarında 

günlərlə  və  ya  həftələrlə  davam  edən  şiddətli 

ağrılar meydana gəlir

• 

Eritrositlər  dar  torlu  qişa  damarlarına  çata 



bilmədiklərindən görmə pozuqluğu, hətta korluq əmələ gəlir

• 

Qaraciyərdə  gedən  proseslərin  pozulması  sarılıq  xəstəliyinə 



səbəb ola bilər

• 

Uşaqlarda böyümə ləngiyir



• 

Bədən infeksiyalara açıq hala gəlir

• 

Beyindəki  kiçik  qan  damarlarının  tıxanması  nəticəsində  beyinin  bəzi  hissələri  zədələnir. 



Bəzən bu vəziyyət ifliclə nəticələnir.

 

Bu xəstəlik bir neçə saat içində belə olduqca təhlükəli hala gəlir. Oraq hüceyrə anemiyasına 



kiçik yaşlarda tutulmuş insanlar xəstəliyin ölümcül olmaması üçün həyatları boyu müalicə olunmaq 

məcburiyyətində  qalırlar.  Yenidən  xatırladaq:  səbəb  yanlız  eritrosit  hüceyrələrinin  formasındakı 

pozuqluqdur.

 

Oraq hüceyrə anemiyası kimi təhlükəli bir xəstəlik haqqında bəlkə də ən təəccüblü iddia 



təkamülçülərə məxsusdur. Təkamülçülər üçün bu xəstəlik təkamül müddəti üçün bir “dəlildir”. 

Təkamülçülər  oraq  hüceyrə  anemiyası  xəstəliyinə  tutulan  insanların  malyariya  xəstəliyinə  qarşı 

Eritrositlərdəki yastı formanın pozulması təhlükəli 

xəstəlik olan “Oraq hüceyrə anemiyasına” səbəb olur.

      Oraq hüceyrə anemiyası xəstəliyi haqqında

      təkamülçülər böyük bir yanlışlıq içindədirlər.



40

Düşünən İnsan, 

Avqust  2013

www.atommocuzesi.com




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə