DüŞÜNƏN İnsan avqust 2013; Elmi-kütləvi, mənəvi-psixoloji jurnal



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə10/20
tarix18.04.2018
ölçüsü0,56 Mb.
#39102
1   ...   6   7   8   9   10   11   12   13   ...   20

26

Düşünən İnsan, 

Avqust  2013

  “Xəbərdar  edib-qorxudan”  Quran  ayələri 

haqqında düşünmək

 

Alçaq hiylələrə əl atanlar Allah’ın onları



yerə batırmayacağına və yaxud gözləmədikləri

bir  yerdən  əzabın  onlara  gəlməyəcəyinə

əmindirlərmi?    (Nəhl  surəsi,  45)  ayəsində 

diqqət  çəkildiyi  kimi,  uca  Allah  Quranda  bir 

çox  ayədə  qullarını  xəbərdar  edib  qorxudur. 

Bu  ayələri  oxumaq  və  üzərində  düşünmək  isə 

Rəbbimizin  qüdrətini  təqdir  edən  möminləri 

Allah’a yaxınlaşdırar. Ayələr haqqında düşünən 

bir  mömin  Allah’a  hörmət  dolu  qorxu  ilə  içi 

titrəyərək bağlanar, Onun sərhədlərini qoruyar. 

Allah’dan  qorxan  insan  nəfsindəki  pislikləri 

təmizləyər,  səbirli,  qərarlı,  cəsur,  gözəl  əxlaqlı 

olar, həqiqi mənada səmimi olaraq iman gətirər 

və uca Allah’a eşqlə bağlanar. Əlbəttə ki, Allah’a 

eşqlə və böyük sevgi ilə bağlanan mömin Allah’a 

çox yaxınlaşar.

Cəhənnəmi təfəkkür etmək

 

Uca  Allah  Quranda  səmimi  olaraq 



iman  gətirən  qullarını  cənnətlə  müjdələmişdir. 

Əlbəttə,  cənnət  ayələrini  oxumaq  və  onlar 

haqqında düşünmək möminlərə çox böyük bir 

şövq  verir.  Ancaq  sadəcə  cənnəti  düşünmək 

insanı arxayınlığa apara bilər. İnsan “necə olsa, 

cənnətə  gedərəm”,  “necə  olsa,  bağışlanaram” 

kimi  sapqın  bir  düşüncəyə  qapıla  bilər.  Bu 

düşüncə  isə  insanın  özünü  bəyənməsinə, 

hətta  ilah  etməsinə  səbəb  olar  və  bu,  onu  uca 

Allah’dan  uzaqlaşdıra  bilər.  Bu  təhlükəyə 

qarşı peyğəmbərlər belə uca Allah’a müsəlman 

olaraq canlarının alınması üçün dua ediblər. Hz. 

Yusifin  duası  bu  baxımdan  Quranda  nümunə 

verilir. Hz. Yusuf uca Allah’a belə dua edir:

 

Ey Rəbbim! Sən mənə hakimiyyət verdin

və mənə yuxuları yozmağı öyrətdin. Ey göyləri

və  yeri  yaradan!  Sən  dünyada  da,  axirətdə

də  mənim  himayədarımsan.  Mənim  canımı

müsəlman kimi al və məni əməlisalehlərə

qovuşdur”. (Yusuf surəsi, 101)

 

Möminlərin bu təhlükəyə qarşı özlərini qoruya 



biləcəkləri ən gözəl davranış cəhənnəmi təfəkkür 

etməkdir.  “Onları  orada  inilti  gözləyir.  Onlar



orada eşitməzlər” (Ənbiya surəsi, 100) ayəsində 

xəbər  verildiyi  kimi,  cəhənnəmdəki  sonsuz 

əzablarla  dolu  bir  mühiti  düşünmək  insanın 

içi titrəyərək qorxu duymasına və çəkinməsinə 

səbəb olar. Cəhənnəmi təfəkkür etmək möminin 

əxlaqını  gözəlləşdirər,  ibadətlərini  və  uca 

Allah’ın  sərhədlərini  diqqətlə  qorumasına, 

daima Allah’ın razılığının ən çoxunu güdməsinə 

və Ona daha çox yaxınlaşmasına səbəb olar.

Dünya həyatının keçiciliyini və ölümü 

düşünmək

 

Dünya həyatında mövcud olan hər şeyin 



bir  gün  mütləq  xarab  olduğunu,  köhnəldiyini, 

hətta  yox  olduğunu  düşünmək  insana  ölümü, 

dolayısilə də bir həqiqəti- sonda uca Rəbbimizə 

qovuşmağı xatırladır. Bu həqiqət Quranda belə 

bildirilir:

 

(Yer)  üzündə  olan  hər  kəs  ölümə



məhkumdur. Ancaq əzəmət və kərəm sahibi olan

Rəbbinin zatı baqidir. (Rəhman surəsi, 26-27)

 

Bədiüzzaman Səid Nursinin də “Nəsihət 



istəsən, ölüm yetər. Bəli, ölümü düşünən dünya 

sevgisindən qurtular və axirətinə ciddi çalışar” 

sözləri ilə bildirdiyi kimi, ölümü çox düşünmək 

insanı  dünyaya  bağlılıqdan  uzaqlaşdırıb 

Rəbbimizə  yaxınlaşdıran  bir  yoldur.  Belə  ki, 

dövrünün mücəddidlərindən olan İmam Qəzali 

də  ölümü  sevgilini  sevgiliyə  qovuşduran 

bir  körpü  kimi  dəyərləndirərək,  insanın  uca 

Allah’a  yaxınlaşmasında  ölümü  düşünməyin 

əhəmiyyətini bir daha xatırladır.

 

Diqqət və şüur açıqlığı



 

Uca  Allah’a  yaxınlaşmağa  səbəb  olan 

vasitələrdən  biri  də  diqqət  və  şüur  açıqlığıdır. 

İnsan zəif hafizəyə, diqqət dağınıqlığına, qəflətə 

qapılmağa  uyğun  yaradılmışdır.  İnsan  uca 

Allah’ın  imtahan  üçün  xüsusi  olaraq  yaratdığı 

bu vəziyyətdən diqqətini mütəmadi olaraq açıq 

tutmaqla qurtula bilər. Bunun üçün Rəbbimizin 

Düşünən İnsan, 

Avqust  2013

www.Allahinsonsuzgucu.net

26



27

Düşünən İnsan, 

Avqust  2013

hər  an,  hər  saniyə  bizimlə  birlikdə  olduğunu, 

bizi gördüyünü və eşitdiyini, hər işi nizamlayıb 

nəzarəti altında saxladığını unutmamaq, bütün 

həyatımızın  müəyyən  edilmiş  bir  qədərə 

görə  yaşandığını  xatırlamaq,  edilən  hər  işdə, 

görünən  hər  görüntüdə Allah’ın  sonsuz  ağlını, 

heyranedici  sənətini  və  Onun  uca  qüdrətini 

təfəkkür  etmək,  hər  zaman  təvəkküllü  və 

təslimiyyətli olmaq, Allah’ı təsbih edib ucaltmaq 

lazımdır.

 

İman  gətirənlərin  gündəlik  həyatının 



hər mərhələsində Allah’ı anma və dua halında 

olmaları,  özlərinə  verilən  nemətlərə  qarşı 

mütəmadi  olaraq  içdən  şükür  etmələri,  bilərək 

və  ya  bilməyərək  etdikləri  xətalarından  ötrü 

bağışlanma diləmələri və tez-tez Allah’ın adını 

ucaltmaları onları uca Allah’ın izni ilə Rəbbimizə 

dost edəcək, Ona yaxınlaşmalarını təmin edəcək. 

Bu həqiqət bir Quran ayəsində belə xəbər verilir:





...Allah’ı  zikr  etmək,  şübhəsiz  ki,  daha

böyükdür… (Ənkəbut surəsi, 45)

 

Uca  Allah’ı  tanımağın,  qavramağın  və 



imanda dərinləşməyin sərhədi yoxdur. Bir insan 

Allah’a yaxın olmaq və Onu daha yaxşı tanımaq 

üçün  nə  qədər  çox  cəhd  edərsə,  nə  qədər  çox 

düşünərsə,  imanı,  ağlı  və  Allah  qorxusu  da  o 

qədər  çox  güclənər.  Bu  səbəblə, Allah  yolunda 

xidmət  etmək  üçün  böyük  cəhd  edən  və 

Ona  yaxınlaşmaq  üçün  dərin  təfəkkür  edən 

möminlər Allah’dan çox qorxan və Allah’a bütün 

qəlbi  ilə  bağlı  olan  insanlardır.  Möminlərin 

Allah’ın  hökmlərini  tətbiq  etmə  mövzusunda 

göstərdikləri  diqqət  və  vicdanlarını  dinləmə 

mövzusunda  göstərdikləri  həssaslıq  onlara, 

inşaAllah,  Rəbbimizin  sevgisini,  rizasını 

qazandıracaq  və  Ona  yaxınlaşdıracaq.  Uca 

Rəbbimiz iman gətirənləri zatına yaxınlaşmağa 

Quranda belə dəvət edir:

 

Ey  iman  gətirənlər!  Allah’dan  qorxun,

Ona vasitə axtarın və Onun yolunda cəhd edin

ki, bəlkə nicat tapasınız. (Maidə surəsi, 35)

 

İnsanların əksəriyyəti Allah’ı özlərindən 



uzaq  zənn  edirlər.  Halbuki,  Rəbbimiz  “…

Rəbbin  insanları  əhatə  etmişdir…”  (İsra

surəsi, 60) ayəsində buyurduğu kimi, insanlara 

çox  yaxındır.  İnsanın  hər  vəziyyətini  görür, 

hər  danışığını  eşidir.  Hətta  içindən  keçən 

düşüncələri,  qəlbindəki  sıxıntı  və  vəsvəsələri 

bilir. Allah bir ayəsində bu həqiqəti belə bildirir:



İnsanı  Biz  yaratdıq  və  nəfsinin  ona

nəyi  vəsvəsə  etdiyini  də  bilirik.  Biz  ona  şah

damarından da yaxınıq. (Qaf surəsi, 16)

 

İnsan  isə  Rəbbimizin,  əslində,  ona  çox 



yaxın olduğunu bilib hər an şükür etməli və Ona 

çox bağlanmalıdır.

Düşünən İnsan, 

Avqust  2013

Düşünən İnsan, Avqust 2013

27



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə