DüŞÜNƏN İnsan avqust 2013; Elmi-kütləvi, mənəvi-psixoloji jurnal


Düşünən İnsan,  Avqust  2013 Düşünən İnsan,  Avqust  2013 24



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə9/20
tarix18.04.2018
ölçüsü0,56 Mb.
#39102
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

24

Düşünən İnsan, 

Avqust  2013

Düşünən İnsan, 

Avqust  2013

24

 

İnsanlar  adətən  güclü  olanın  yanında 



olmaq  istəyirlər.  Bununla,  həm  digər  insanlar 

tərəfindən  etibar  görəcəklərini,  həm  də  güclü 

insanın  onları  qoruyacağını  düşünürlər. 

Əslində, insanın güclünün yanında olmaq istəyi 

yaradılışından  qaynaqlanan  bir  xüsusiyyətdir. 

Buna  görə  də,  insan  bütün  həyatı  boyu  güclü 

olanı axtarar, lakin heç vaxt axtardığı gücü tapa 

bilməz.  İnsanları  yanıldan  da  budur.  Çünki 

onlar əsl qaynağına yaxın olmaq əvəzinə, Onun 

təcəllilərinə  sığınır  və  özləri  kimi  bir  qul  olan 

varlıqlardan  kömək  istəyirlər.  Halbuki,  gücün 

əsl qaynağı bütün varlıq aləminin tək sahibi uca 

Allah’dır. Uca Allah’a yaxın olmağın nəticəsində 

insanlar həyatları boyu axtardıqları rahatlığı və 

etibarı qazanırlar. Elə insanın fitrətinə uyğun olan 

da  budur.  Bu  sirri  qavrayan  möminlər  sadəcə 

Allah’a güvənir, Onu dost və Vəli edir, özlərini 

Ona yaxınlaşdıran vəsilələr axtarırlar. Rəbbimiz 

bir ayəsində qullarına çox yaxın olduğunu belə 

bildirir:





Qullarım  səndən  Mənim  barəmdə

soruşsalar,  Mən  (onlara)  yaxınam,  Mənə

yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm.

Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə

iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər.

(Bəqərə surəsi, 186)

Uca Allah’ın sonsuz böyüklüyünü 

və qüdrətini düşünmək

 

 



Uca Allah insanların Onun böyüklüyünü 

qavramaları üçün kainatdakı nizamı mükəmməl 

incəliklərlə  birlikdə  yaratmışdır.  Quranda  bu 

həqiqətə  “Allah’ın  hər  şeyə  qadir  olduğunu  və



Allah’ın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz”

(Talaq  surəsi,  12)  ayəsi  ilə  diqqət  çəkilir.  Uca 

Allah’ın ağlı, elmi və qüdrəti sonsuzdur.

 

Allah sonsuz qüdrətini və elmini mövcud 



olan  hər  varlıqda  göstərir.  İnsan  bədəninin 

hər  təfərrüatındakı  mükəmməllik,  çiçəklərin 

görünüşündəki rəng, qoxularındakı gözəllik, göy 

üzünün  və  kainatın  möhtəşəmliyi,  planetlərin 

orbitlərindəki nizam, dənizlərin dərinliklərindəki 

balıqlar və ağlınıza gələn hər şeydə açıq görünən 

mükəmməlik və möhtəşəmlik Allah’ın varlığının 

və  sonsuz  gücünün  açıq  dəlillərindəndir.  Uca 

   • 

Allah’a necə yaxın ola bilərik?



   • 

Uca Rəbbimizə yaxın olmaq hər bir müsəlmanın ən böyük arzusudur. Ancaq 

bunun üçün gün ərzində diqqət edilməli mövzular var.

   • 


Uca Allah’a yaxın olmaq üçün nə etmək lazımdır?

   • 


Allah’a yaxın olmaq üçün hansı düşüncəyə sahib olmaq lazımdır?

Düşünən İnsan, 

Avqust  2013

www.Allahinsonsuzgucu.net



24


25

Düşünən İnsan, 

Avqust  2013

Düşünən İnsan, 

Avqust  2013

25

Rəbbimiz olan Allah’ın sonsuz gücünə və ağlına 

bir neçə nümunə olaraq aşağıdakıları verək:

• 

Uca  Allah  insanın  məhdud  ağlı  ilə 



anlamaqda  çətinlik  çəkdiyi  və  heç  bilmədiyi 

şeyləri yaratmağa qadirdir.

• 

Dünyada  qullarına  verdiyi  ucu-bucağı 



olmayan hər şeyin xəzinəsi Onun qatındadır.

• 

Bəşər  tarixinin  başlanğıcından  bu 



günə  qədər  milyardlarla  müxtəlif  insan  tipi, 

milyardlarla  fərqli  barmaq  izi  yaratmışdır  və 

istəyərsə,  bu  insanlardan  sonsuz  sayda  yarada 

bilər.


• 

Uca  Allah  bizim  görmədiyimiz  bir 

çox  aləmi  və  varlığı  da  yaratmışdır.  Məsələn, 

Quranda  bildirilən  mələklər  və  cinlər  fərqli 

aləmlərdə yaşayan varlıqlardır.

• 

Rəbbimiz  sonsuz  sayda  kainat,  sonsuz 



sayda  varlıq,  sonsuz  sayda  məkan  yaratmağa 

qadirdir.  Bundan  başqa,  hər  birini  çox  fərqli 

xüsusiyyətlərlə  yaratmağa  qadirdir.  Belə  ki, 

axirətdə  cənnəti  və  cəhənnəmi  yaradacaqdır. 

Cənnət  və  cəhənnəm  bizim  dünyada 

bildiyimizdən çox fərqli bir yaradılışda olacaq. 

 

Yuxarıda  bir  neçə  nümunə  ilə 



toxunduğumuz  mövzuları  möminlər 

daim  düşünür,  uca  Allah’ı,  yaratma 

sənətindəki  üstün  ağılı  və  elmi 

təfəkkür  edirlər.  Allah’ın  gücünün 

və  böyüklüyünün  sərhədsizliyini, 

hər  şeyin  Onun  diləməsi  ilə  istədiyi  zaman 

reallaşdığını qavramağa çalışırlar.

 

Uca  Allah’ın  elminin  sonsuzluğunu 



düşünmək  və  Onun  qədrini  haqqı  ilə  təqdir 

etməyə çalışmaq möminləri Allah’a yaxınlaşdıran 

vacib  ibadətdir.  Quranda  Rəbbimizin  sonsuz 

gücü belə xəbər verilir:

 

Allah,  Ondan  başqa  ilah  yoxdur,

(əbədi)  yaşayandır,  (bütün  yaratdıqlarının)

Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar.

Göylərdə  və  yerdə  nə  varsa,  Ona  məxsusdur.

Onun  izni  olmadan  Onun  yanında  kim

havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini

və keçmişini bilir. Onlar Onun elmindən, Onun

istədiyindən başqa heç bir şey qavraya bilməzlər.

Onun kürsüsü göyləri və yeri əhatə edir. Bunları

qoruyub  saxlamaq  Ona  ağır  gəlmir.  O,  ucadır,

uludur. (Bəqərə surəsi, 255)

Düşünən İnsan, 

Avqust  2013

Düşünən İnsan, Avqust 2013



25


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə