DüŞÜNƏN İnsan avqust 2013; Elmi-kütləvi, mənəvi-psixoloji jurnal



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə7/20
tarix18.04.2018
ölçüsü0,56 Mb.
#39102
1   2   3   4   5   6   7   8   9   10   ...   20

19

 

Buna  bənzər  məkanları  qəflətə  qapılmaq  üçün  fürsət 



bilən  və  həqiqətlərdən  qaçan  insan  ölüm  mələklərini  heç 

gözləmədiyi  anda  qarşısında  gördüyü  zaman  artıq  hər  şey 

üçün çox gec olacaq. Çünki insan dünya həyatını boş əməllərin 

arxasında  keçirmiş  və  Quran  ayələrini  düşünməkdən 

qətiyyətlə  qaçmışdır.  Düşünməmək  üçün  müxtəlif  üsulları 

sınamış,  şeytanın  oyunlarına  aldanmışdır.  Halbuki,  ölümü, 

həyatın  keçici  olduğunu,  Allahʹa  qarşı  vəzifələrini  düşünən 

insanın  belə  qafil  vəziyyəti  qəbul  etməsi  mümkün  deyildir. 

Allahʹın hər an canını ala biləcəyini və ağzından çıxan hər söz, 

ağlından keçən hər düşüncə və etdiyi hər hərəkətdən hesaba 

çəkiləcəyini  bilən  insan  hansı  mühitdə  olacağından  asılı 

olmayaraq  bu  həqiqətləri  ağlından  çıxarmaz  və  qəflətə 

qapılmaz. 

  Unudulmamalıdır  ki,  bir  məkanda  Quran 

əxlaqına  uyğun  əylənmək  yerinə,  ədəbsizlik 

edən,  o  ədəbsizliklərə  təşviq  edənlərə  ölüm  eyni 

yaxınlıqdadır.  Bəlkə,  o  insan  bayıra  çıxan  kimi 

ölüm mələkləri ilə qarşılaşacaq, heç gözləmədiyi 

bir anda özünü Allah’ın qarşısında hesab verərkən 

görəcək.                                 

  Deməli,  ölüm  insana  bu  qədər  yaxın  olduğu 

halda,  insanın  qəflət  içində  həyatına  davam 

etməsi  əyləci  qopmuş  yük  maşınının  sürətlə 

üstünə  gəldiyini,  çırpılıb  onu  öldürəcəyini 

bildiyi  halda,  imkanı  var  ikən  önündən 

çəkilməməsinə  bənzəyir.  İnsan  həyatı  boyu 

istərsə  yüzlərlə,  minlərlə  ədəbsizlik  etsin,  hətta 

bütün  həyatını  bu  cür  keçirmiş  olsun,  ölüm 

mələkləri canını alarkən bütün yaşadıqlarını geridə 

qoyacaqdır. Əgər insan vaxtını Allah’ın varlığından 

qəflət  içində  keçirmişsə,  o  gün  cahil  cəmiyyətlərində 

“dünyanı  doya-doya,  yaşamaq”  şəklində  ifadə  edilən  bu 

həyatın ona itkidən başqa bir şey gətirmədiyinin fərqinə varacaq. 

Rəbbimizi  və  hesab  gününü  unutduğu  üçün  etdiyi  hər  cür  lazımsız 

hərəkətlərin peşmanlığını hiss edəcək. Allah Quranda inkarçıların qəflətdə 

olduqları zaman onlara edilən xəbərdarlıqlara verdikləri reaksiyaları belə 

bildirir: 

 

İnsanların  haqq-hesab  vaxtı  yaxınlaşdı,  onlar  isə  hələ  də  qəflət 



içindədirlər və üz döndərirlər. Rəbbindən onlara elə bir yeni xəbərdarlıq 

gəlməz ki, onu məsxərəyə qoyub dinləməsinlər; 

qəlbləri qəflət içində olaraq... (Ənbiya 

surəsi, 1-3)

 

19

Düşünən İnsan, 

Avqust  2013

Düşünən İnsan, Avqust 2013



20

 

«Dəniz ovu və onu yemək sizə də, 

səfərdə  olanlara  da  faydalı  olsun  deyə 

halal edildi...» (Maidə surəsi, 96) 

 

Ürək  xəstəliyindən  əziyyət  çəkən 



və  buna  görə  vəfat  edən  insanların  orta 

yaş  həddinin  getdikcə  aşağı  düşməsi 

ürək  xəstəliyinə  diqqəti  də  artırıb.  Müasir 

təbabətdə  ürək  xəstəliklərinin  müalicəsi 

məsələsində  irəliləyiş  və  inkişaf  olsa 

da,  mütəxəssislər  bu  xəstəliyə  məruz 

qalmazdan  əvvəl  görülən  tədbirləri 

dəqiqliklə yerinə yetirməyi tövsiyə edirlər. 

Mütəxəssislər  ürəyin  sağlam  fəaliyyətini 

təmin  edilməsində  və  xəstəliyin  qarşısının 

alınmasında  vacib  olan  bir  qidanı  tövsiyə 

edirlər. Bu qida balıqdır. 

 

Balığın çox vacib bir qida olmasının 



səbəbi onun özündə həm insan bədəni üçün 

zəruri  olan  maddələri  ehtiva  etməsi,  həm 

də  bədəni  müxtəlif  xəstəlik  risklərindən 

mümkün qədər uzaqlaşdıracaq xüsusiyyətə 

malik  olmasıdır.  Məsələn,  məlum  olub  ki, 

balıq  ətinin  tərkibindəki  omeqa-3  turşusu 

bədənin  sağlamlığı  üçün  sanki  bir  qalxan 

vəzifəsini  yerinə  yetirir.  O  da  bəlli  olub 

ki,  davamlı  olaraq  balıq  yedikdə  ürək 

xəstəlikləri riski azalır və immunitet sistemi 

güclənir. 

 

Elmi yolla daha son dövrlərdə sübut 



edilən  balığın  faydaları  və  onun  zəruri 

bir  qida  mənbəyi  olması  təxminən  1400  il 

əvvəl göndərilən Quranda da bildirilir. Uca 

Allah Quranda dəniz məhsullarını «Təzə ət 



yeməyiniz  üçün  dənizi  də  sizə  ram  edən 

Odur...»  (Nəhl  surəsi,  14),  «Dəniz  ovu  və 

onu  yemək  sizə  də,  səfərdə  olanlara  da 

faydalı olsun deyə halal edildi...» (Maidə 

surəsi,  96)  ayələri  ilə  xəbər  verir.  Bundan 

əlavə,  «Kəhf»  surəsində  də  balığa  xüsusi 

diqqət  çəkilir.  Bu  surədə  hz.  Musanın  və 

onun  gənc  köməkçisinin  uzun  bir  səfərə 

çıxdığı  və  özləri  ilə  də  qida  kimi  balıq 

götürdüyü bildirilir:

 

«Onlar iki dənizin qovuşduğu yerə 

gəlib çatdıqda balığı unutdular. Balıq isə 

dənizdə  bir  yarğana  tərəf  üz  tutmuşdu. 

Onlar  (çatmalı  olduqları  yerdən)  keçib 

getdikləri zaman (Musa) gənc dostuna dedi: 

“Nahar  yeməyimizi  gətir.  Bu  səfərimiz 

bizi lap əldən saldı!” O isə: “Görürsənmi, 

biz qayanın yanında gizləndiyimiz zaman 

mən  balığı  unutdum...»  (Kəhf  surəsi,  61-

63) 

 

Rəbbimizin  bizə  böyük  bir  neməti 



olan  balığın  əti  xüsusilə  zülal,  D  vitamini 

və  əksər  elementlər  (bədəndə  çox  az 

miqdarda  mövcud  olan,  lakin  bədən  üçün 

çox vacib olan bəzi elementlər) baxımından 

mükəmməl  qida  mənbəyidir.  Onun 

tərkibində  olan  fosfor,  kükürd,  vanadium 

kimi  minerallar  sayəsində  böyümə  və 

toxumaların yaxşılaşması təmin edilir. Balıq 

ətindəki bu maddələr sağlam diş ətinin və 

20

Düşünən İnsan, 

Avqust  2013

www.Allahinvarliqdelilleri.com




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə