DüŞÜNƏN İnsan avqust 2013; Elmi-kütləvi, mənəvi-psixoloji jurnal



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə3/20
tarix18.04.2018
ölçüsü0,56 Mb.
#39102
1   2   3   4   5   6   7   8   9   ...   20

9

9

Düşünən İnsan, 

Avqust  2013

Düşünən İnsan, Avqust 2013

 

Dr. Marşal: “Bal arısının beyni təqlid 



etmək  baxımından  onurğalıların  beyni  ilə 

müqayisədə  kiçik  və  əlverişli  olduğuna 

görə,  ümid  edirik  ki,  bu  beyin  modelini 

təqlid edərək uçan robotu sınaqdan keçirə 

biləcəyik”, – deyir.

 

Hazırlanan  sinir  sistemi  modelləri 



arı  beynini  təqlid  etmək  üçün  güclü 

videokartlarla işləyəcək.

 

Bir  çox  elm  adamı  videokartdan 



elektron  hesablama  cihazları  kimi  istifadə 

edir,  çünki  videokartlar  daha  ucuz 

başa  gəlir  və  istifadə  cəhətdən  ənənəvi 

superkompyuterlərdən daha asandır. 

 

Tədqiqat  qrupu  ümid  edir  ki, 



süni  arı  beyni  ilə  işləyən  robotlar  sadəcə 

proqramlaşdırılmış 

tapşırıqlar 

yerinə 


yetirməyəcək,  qəbul  etdikləri  informasiya 

əsasında qərar da verə biləcəklər.




10

 

Münafiqlər 



iman 

gətirən 


səmimi müsəlmanlardan xarici görünüş 

baxımından  elə  də  çox  fərqlənmirlər, 

lakin daxili aləmləri tamamilə fərqlidir. 

Münafiqlər kənardan baxan insana dini 

yaşadıqları  təəssüratını  verə  bilərlər. 

Danışıq və rəftarları ilə müsəlman təqlidi 

edə  bilər,  ibadətləri  ilə  özlərini  dindar 

olaraq  tanıda  bilərlər.  Ancaq  onların 

din  anlayışı  Quranı  deyil,  öz  yanlış 

məntiqlərini  əsas  olaraq  qəbul  edir. 

Dinlə  bağlı  düşüncələrinin  təməlində 

mənfəət qazanma, öz istək və həvəslərini 

təmin  etmək  məqsədi  yatır.  Münafiqlər 

bu  niyyətlərini  gizlədərək  möminlər 

arasında  Quran  əxlaqının  yaşandığı 

mühitdəki 

gözəlliklərdən 

istifadə 

etmək  istəyirlər.  Allah’ın  müsəlmanlar 

üzərində  yaratdığı  bolluq,  bərəkət, 

gözəllik, hüzur, güvən, sevinc, qardaşlıq, 

şəfqət,  mərhəmət,  sevgi,  hörmət 

mühitindən  faydalanmağa  çalışırlar. 

Həmçinin bu mənfəətpərəstliklərini heç 

kəsin  hiss  etmədiyini,  müsəlmanları 

aldatdıqlarını  düşünür  və  bunu  çox 

yaxşı bacardıqlarına inanırlar.

 

Ancaq 



münafiqlər 

bu 


düşüncələrində çox yanılırlar. Çünki ən 

kiçik bir səmimiyyətsizlik belə iman gözü 

ilə  baxdıqda  dərhal  anlaşılır.  Lakin  hər 

şeydən  mühüm  olanı  gizlinin  gizlisini 

bilən,  hər  şeyin  iç  üzündən  xəbərdar 

olan Allah  bu  şəxslərin  əsl  üzünü  bilir. 

Başqa  sözlə,  saxta  olaraq  daşıdıqları 

mömin  əlamətlərinin  də  Allah  qatında 

heç bir dəyəri yoxdur.

 

Allah  bu  şəxslərin  etdikləri 



ibadətlərin  dəyərsiz  olduğunu    “... 

Şübhəsiz  ki,  bunların  etiqad  etdikləri  

məhvə  məhkumdur,  gördükləri  işlər 

isə batildir” (Əraf surəsi, 139) ayəsi ilə 

ifadə edir. Həmçinin Allah münafiqlərin 

səmimiyyətsiz  dindarlıqlarından,  gizli 

qaldığını  düşündükləri  yönlərindən  də 

xəbərdar olandır. Başqa sözlə, münafiqlər 

bu saxtakar yanaşmaları ilə ayədə xəbər 

verildiyi kimi, yalnız özlərini aldadırlar 

və şüurunda deyildirlər. (Bəqərə surəsi, 

9)

İMAN GƏTİRMƏDİKLƏRİ HALDA, İMAN 



GƏTİRMİŞ KİMİ GÖRÜNÜRLƏR

 

Başlıqda da ifadə etdiyimiz kimi, 



ikiüzlü  insanların  təməl  xüsusiyyəti 

iman gətirmədikləri halda, iman gətirmiş 

kimi görünmələridir. Bunun əsas səbəbi 

isə  Allah’a  imanlarının  qəlbən  deyil, 

saxta  və  insanlara  meyilli  olmasıdır. 

Allah bu şəxslərin vəziyyətini bir ayədə 

belə xəbər verir:

 

Binasını  Allah  qorxusu  və 



(Onun) rizası üzərində quran kəs daha 

yaxşıdır,  yoxsa  binasını  dağılmaqda 

olan  uçurumun  lap  kənarında  quran 

və  onunla  birlikdə  cəhənnəm  oduna 

yuvarlanan  kəs?  Allah  zalım  qövmü 

doğru  yola  yönəltməz.  (Tövbə  surəsi, 

109)

 

Münafiqlər 



mənfəətlərinə 

möminlər  vasitəsilə  qovuşacaqlarını 

düşündüklərindən mömin təqlidi etmək 

üçün böyük səy göstərirlər. Dinlə bağlı 

düşüncələrindəki  bu  ikiüzlülüyün  bir 

10

Düşünən İnsan, 

Avqust  2013

www.munafiqlerinxususiyyetleri.com




11

nəticəsi  olaraq  qaneedici  söhbətlərlə 

müsəlmanları 

aldada 


biləcəkləri 

düşüncəsinə  qapılırlar.  Quranda  “Sizi 



məmnun  etmək  üçün  Allah’a  and 

içərlər; halbuki mömin isələr, məmnun 

edilməyə Allah və elçisi daha layiqdir” 

(Tövbə surəsi, 62) ayəsi ilə münafiqlərin 

bu səylərinə diqqət çəkilmişdir.

 

Münafiqlər 



insanları 

iman 


gətirdiklərinə 

inandırmağa 

çalışır, 

insanlara  görə  yaşayırlar.  Lakin  tək 

qaldıqda  və  ya  özləri  kimi  münafiq 

xarakterli  şəxslərlə  bir  yerə  gəldikdə 

Allah’ın özlərini anbaan izlədiyinin, hər 

nə edirlərsə etsinlər, hər nə düşünürlərsə 

düşünsünlər  bunu  bildiyinin  fərqində 

deyillər.  Bu  iman  pozuntusuna  görə, 

müsəlmanlarla 

birlikdə 

olarkən 

ibadətlərini  yerinə  yetirir,  onlar  kimi 

davranır, onlar kimi danışdıqları halda, 

onlardan uzaqlaşdıqda ibadətlərini tərk 

edə bilir, eynilə bir inkarçının üslubu ilə 

danışa bilir, dinsiz insanlar kimi davrana 

bilirlər.  Ancaq  təqlid  qabiliyyətləri 

nə  qədər  inkişaf  etmiş  olsa  da,  Allah 

Quranda  münafiqlərin  vəziyyətlərinin 

mütləq ortaya çıxacağını bildirir. 



 

Münafiqlər,  həqiqətən  də, 

Allah’ı  aldatmağa  çalışırlar.  Halbuki, 

(Allah)  onları  aldadır...  (Nisa  surəsi, 

142)

ALLAH’I ÇOX AZ XATIRLAYIRLAR

 

Münafiqlərin  ən  diqqət  çəkən 



xüsusiyyəti 

Allah’la 

əlaqələrinin 

olmamasıdır.  Qəlbən  Allah’la  birlikdə 

deyillər, Ona yönəlməz, Onu xatırlamaz, 

Ondan  bağışlanma  diləməzlər.  Bunu 

müsəlman görünmək üçün zərurət kimi 

gördükdə edər və Allah’ı çox az anarlar. 

Allah  bir  Quran  ayəsində  bu  həqiqəti 

belə bildirir:

 

Münafiqlər,  həqiqətən  də, 

Allah’ı  aldatmağa  çalışırlar.  Halbuki, 

(Allah)  onları  aldadır.  Onlar  namaza 

durarkən  könülsüz  qalxar,  özlərini 

camaata göstərər və Allah’ı olduqca az 

yad edərlər. (Mücadilə surəsi, 19)

 

Münafiq  kişilər  və  münafiq 

qadınlar  bir-birinin  tayıdırlar.  Onlar  

pis  işlər  görməyə  vadar  edir,  yaxşı 

əməllərə  qadağa  qoyur  və  xəsislik 

göstərirlər.  Onlar  Allah’ı  unutdular. 

Allah  da  onları  unutdu.  Həqiqətən, 

münafiqlər  günahkardırlar.  (Tövbə 

surəsi, 67)

TƏKƏBBÜRLÜDÜRLƏR

 

Bir  möminin  əsas  xüsusiy-



yətlərindən  biri  təvazökar  olması,  hər 

zaman səhv edə biləcəyini qəbul etməsi 

və  ona  verilən  öyüd  və  xəbərdarlıqlara 

da  dərhal  təslim  olmasıdır.  Münafiqlər 

isə çox qürurlu  və özünü bəyənmiş bir 

əxlaqa sahibdirlər. Onlara veriləcək heç 

bir  öyüdü  dinləməz,  səhv  etdiklərini 

qəbul  etməzlər.  Çox  ağıllı  olduqlarını, 

hər  şeyin  ən  yaxşısını  bildiklərini 

zənn  edirlər.  Üstəlik,  Allah’ın  saleh 

qulu 

olduqlarını 



iddia 

edirlər. 

Peyğəmbərimiz  (s.ə.v)  dövründəki 

münafiqlərin  Peyğəmbərimizin  (s.ə.v) 

özləri  üçün  bağışlanma  diləmələrini 

qəbul  etməmələri  münafiqlərin  sahib 

olduqları qürurun ən bariz nümunəsidir:

11

Düşünən İnsan, 

Avqust  2013

Düşünən İnsan, Avqust 2013




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə