DüŞÜNƏN İnsan avqust 2013; Elmi-kütləvi, mənəvi-psixoloji jurnal



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə19/20
tarix18.04.2018
ölçüsü0,56 Mb.
#39102
1   ...   12   13   14   15   16   17   18   19   20

əksinə, o an tərif edilməz qorxu, dəhşət və təşviş keçirəcək. Ancaq 

bu, hələ başlanğıcdır, cəhənnəmin qapılarından içəri girdikdə bu 

qorxu və peşmançılıq dözülməz həddə çatacaq, ruhu sonsuz əzaba 

düçar olacaq.

 

Bütün insanlar bunu qətiyyən unutmamalıdırlar. Allah bu həqiqəti 



ayələrində  xatırladarkən  özlərini  aldadan  insanların  peşmançılığını  və 

çarəsizliyini də belə bildirir:

 

Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona təslim olun.

Sonra sizə heç bir kömək olunmaz. Əzab sizə fərqinə varmadığınız bir halda,

qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə nazil edilən ən gözəl (sözə) tabe

olun! (Sonra) kimsə deməsin ki: “Allah`a qarşı etdiyim etinasızlıqlara görə vay

mənim halıma! Həqiqətən, mən rişxənd edənlərdən idim!” Yaxud deməsin: “Əgər

Allah məni doğru yola yönəltsəydi, mən mütləq müttəqilərdən olardım!” Həm də

əzabı gördüyü zaman deməsin: “Kaş ki, bir də qayıdaydım, yaxşı işlər görənlərdən

olardım!” (Zumər surəsi, 54-58)

 

Özünü aldadanların aqibəti



 

Bütün  insanların  vicdanı  eynidir. 

Vicdanlı  davranmayan  insanları  yüksək 

vicdanlı insanlardan ayırd edən cəhət bildikləri 

həqiqətlərə etinasız yanaşmalarıdır.

 

Allah`ın  Quranda  tərif  etdiyi 



peyğəmbər  əxlaqı  kimi  həyatlarının  hər 

anında  vicdanlarının  səsinə  tabe  olan 

insanlar gözəl, rahat həyat yaşayırlar. Çünki 

bu  insanlar  doğru  yola  tabe  olaraq  və 

axirətdə gözəl mükafat alacaqlarına ümid 

bəsləyərək  mənəvi  cəhətdən  rahatdırlar. 

Vicdanlarına  tabe  olmayan  insanların 

vəziyyəti  isə  bunun  tam  əksidir.  Bu 

insanlar  doğru  olanı  etmədiklərinə, 

haqqa  tabe  olmadıqlarına  və  bunun 

əvəzində  böyük  cəza  çəkəcəklərini 

bildiklərinə  görə,  gizli  sıxıntı, 

yəni  vicdan  əzabı  çəkirlər.  Hara 

getsələr,  nə  etsələr,  bu  sıxıntı 

onlardan  əl  çəkmir.  Dünyanın  ən 

varlı  insanı  olsalar  da,  ölkə-ölkə 

gəzib  dolaşsalar  da,  bu  mənəvi 

sıxıntıdan xilas ola bilmirlər.

 

Əslində,  bu  vicdan  əzabı 



səhvlərini 

düzəltməsi 

üçün 

insana  Allah`dan  xəbərdarlıqdır. 



Ona  görə,  möminlər  üçün  böyük 

nemətdir.  Çünki  insanın  tövbə 

edib  səhvlərini  düzəltməsi  üçün 

vasitədir. Ancaq dindən və 



51

Düşünən İnsan, 

Avqust  2013

Düşünən İnsan, Avqust 2013




səmimiyyətdən uzaq insanlar üçün də, həqiqətən, əzabdır. 

Onlar  çəkdiyi  sıxıntının  səbəbini  bildikləri  halda,  səhvlərini 

düzəltmək əvəzinə səbəbə etinasız yanaşırlar. Buna görə də həyatları 

boyu həqiqi mənada xoşbəxt və rahat olmurlar.

 

Həqiqətləri  bildikləri  halda,  etinasız  yanaşaraq  özlərini  aldadan 



insanlar  ömür  boyu  mənəvi  əzabla  yaşayırlar.  Vicdanları  bu  qədər  əzab 

çəkərkən  onlar  özləri  üçün  saxta  xoşbəxtlik  yaratmağa  çalışır,  ancaq 

bacarmırlar.  Çünki  əzab  çəkən  vicdanı  rahatlatmağın  yeganə  yolu Allah`a 

tövbə edərək səhvləri düzəltməkdir.

 

Əgər  siz  də  vicdanınızı  dinləmək  əvəzinə  müxtəlif  bəhanələrlə 



özünüzü  aldadıb  nəfsinizin  istək  və  həvəslərinə  tabe  olursunuzsa,  böyük 

mənəvi  əzab  hissi  keçirərsiniz.  Ancaq  özünüzü  aldatdığınıza  görə, 

çəkdiyiniz sıxıntı sadəcə dünyadakı sıxıntılarla məhdudlaşmaz. Çünki 

Allah dünyada özlərini aldadaraq məhşər gününə etinasız yanaşan 

insanların axirətdə də böyük əzab və peşmançılıqla qarşılaşacağını 

xəbər  vermişdir.  Quranda  məhşər  günü  aldanma  günü  də 

adlanır:

  O  gün  (Allah)  sizi  toplanma



gününə  cəm  edəcək.  Həmin  gün

qarşılıqlı  aldanma  günüdür.

Hər  kəs  Allah’a  iman  gətirib

yaxşı  işlər  görsə,  (Allah)

onun  günahlarını  bağışlayar

və  onu  altından  çaylar  axan

cənnət  bağlarına  daxil  edər.

Onlar  orada  əbədi  qalacaqlar.

Bu,  böyük  müvəffəqiyyətdir.

Kafir  olub  ayələrimizi  yalan

sayanlara  gəldikdə  isə  onlar

cəhənnəm  sakinləridir.  Onlar

orada  əbədi  qalacaqlar.  Ora

necə də pis dönüş yeridir!

(Təğabun surəsi, 9-10)

52

Düşünən İnsan, 

Avqust  2013

www.islamexlaqi.com




 

Allah`ın bağışlayan ismi Rəbbimizin 

insanlara bəxş etdiyi ən böyük nemətlərdən 

və asanlıqlardan biridir. 

 

Bir insanın günah etməsi onun artıq 



doğru  yola  qayıtmayacağı  demək  deyil. 

Allah ayədə günahlarına görə səmimi tövbə 

edən,  bağışlanma  diləyib  artıq  o  günahı 

etməməyə  çalışan,  saleh  işlər  görən,  Quran 

əxlaqı ilə yaşayıb doğru yolu tapan hər kəsi 

bağışlayacağını bildirir.

 

 İnsanlara səhvlərinə və günahlarına 



görə  həmişə  bağışlanma  diləmək  və  tövbə 

etmək imkanı verir. Səmimi şəkildə səhvlərini 

görüb düzəldən və Allah`a tövbə edən insan 

Allah`ın  onu  bağışlayacağına  ümid  bəsləyə 

bilər.  Allah  Quranda  bir  çox  ayədə  əfv 

edən,  bağışlayan,  qoruyan,  mərhəmət  edən 

olduğunu bildirir. Allah`ın Təvvab (tövbələri 

qəbul  edən),  Qəffar  (bağışlayan),  Rəhman 

(mərhəmət  edən)  kimi  uca  sifətləri  peşman 

olan və tövbə edən hər kəsin üzərində təcəlli 

edir. Allah bir ayədə: “Qullarıma xəbər ver 

ki,  Mən,  həqiqətən,  bağışlayanam,  rəhm 

edənəm!” (Hicr surəsi, 49) -deyə buyuraraq 

qullarını müjdələyir.

 

Allah`ın  şəfqətini,  mərhəmətini, 



bağışlayan  olduğunu  qulaqardı  edən  şəxs 

özünə  zülm  edir,  eyni  zamanda,  Quran 

əxlaqının tələbini yerinə yetirmir. Səhvlərini 

dərhal  görən  və  Qurana  uyğun  davranaraq 

bunları düzəldən səmimi möminlər üçün bu 

səhvlər  axirətdəki  dərəcələrini  yüksəldən, 

onları 

kamilləşdirən, 



qüsurlarını 

və 


acizliklərini,  Allah`a  olan  qulluqlarını  daha 

yaxşı dərk etmələrinə səbəb olan vəsilələrdir. 

Əsas odur ki, insan günahında israr etmədən 

dərhal peşman olub tövbə etsin.

 

Möminin  tez-tez  tövbə  etməsi 



onun  təvazökarlığının  və  Allah  qarşısında 

acizliyini  bilməsinin  əlamətidir.  Allah`ın 

rizasına  uyğun  hərəkətdir.  Bu  ibadətin 

əvəzində də Allah çox tövbə edən insanların 

qəlbinə  rahatlıq  verir,  onların  üzərindəki 

ağırlığı götürür, şüurlarını açır.



53

Düşünən İnsan, 

Avqust  2013



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə