199
kəsildikdən sonra diafraqmanın itirdiyi
ritmik tənəffüs hərəkətləri
yenidən bərpa olunmağa başlanmışdır.
Üz sinirinin iflici kimi bəzi xəstəliklər zamanı insanda da,
müxtəlif əhəmiyyətli vəzifə daşıyan sinirlər bir-birinə tikilmişdir.
Bu zaman qonşu sinirlərdən birisinin mərkəzi ucu iflic olmuş
sinirin ucqar ucuna tikildiyindən, nəticədə üz əzələlərinin
hərəkətləri və sinirlənməsi tamamilə bərpa edilmişdir.
Sinir mərkəzlərinin refrakterliyi. Sinir mərkəzlərinin
xassələrindən doqquzuncusu, onların refraktor dövrünün sinirlərə
nisbətən daha uzun olmasıdır.
Məlum olduğu kimi hər bir oyanmış hüceyrə müəyyən
müddət
yeni qıcığa qarşı refrakter halda (oyanmamazlıq dövründə) olur.
Məsələn, hərəki sinirin refrakter dövrü 2 milli/san, skelet
əzələsinin refrakter dövrü isə 5 milli/san-yə bərabərdir. Refrakter
dövr sinir mərkəzlərində də müşahidə olunur. Lakin fərq
orasındadır ki, burada refrakter dövr çox uzun sürür. Məsələn,
bəzi tədqiqatçıların məlumatına görə onurğa beyni mərkəzlərinin
mütləq refrakter dövrü 16 milli/san, digərlərinə görə 10 milli/san,
bu dövr hətta 30 milli/saniyəyə bərabərdir.
Pişiyin onurğa beyin
mərkəzlərinin nisbi refrakter dövrü 0,1-1 saniyə və bəzi hallarda
daha çox olur.
Sinir mərkəzlərinin fizioloji xüsusiyyətlərindən onuncusu,
onların sinir liflərindən fərqli olaraq çox tez yorulmasıdır.
Sinir liflərindən fərqli olaraq sinir mərkəzləri daha tez
yorulur. Afferent sinirin uzun müddət qıcıqlanması reflektor
reaksiyaların tədricən zəifləməsinə, sonralar isə tamamilə
kəsilməsinə səbəb olur. N.E.Vvedenski afferent siniri
qıcıqlandırdıqdan 10-40 saniyə sonra reflektor reaksiyanın
zəiflədiyini və tamamilə kəsildiyini müşahidə etdikdən sonra
qıcığı qonşu afferent sinirə keçirərək refleks əmələ gətirdiyini
müşahidə etmişdir. Bu şəraitdə əvvəlcə sinir mərkəzinin
yorulduğunu isbat etmək üçün bilavasitə əzələyə gedən
efferent
siniri qıcıqlandırmaq kifayətdir. Buna cavab olaraq əzələ təqəllüs
edəcəkdir.
N.E.Vvedenski xüsusi təcürbələrlə refraktor təsir nəticəsində
200
əzələ yorulmasını müşahidə etmişdir. Əvvəlcə kəsilmiş oturaq
sinirin afferent sinirini qıcıqlandırmaqla yorulma əldə etmişdir.
Sonra efferent siniri qıcıqlandırdıqda əzələ əvvəlki qayda ilə
təqəllüs etmişdir. Deməli, əvvəlcə mərkəz, sonra mionevral
sinaps, sonra əzələ yorulur, sinirlər isə demək olar ki,
yorulmazdır.
Tədqiqatçılar göstərir ki, onurğa beyni kəsilmiş itdə qaşınma
refleksinin davam etdiyi müddətdə qıcığı dərinin bir nöqtəsindən
digərinə köçürdükdə 300-400 qaşınma hərəkəti alınır. Halbuki,
dərinin eyni nöqtəsi qıcıqlandırıldıqda az müddətdən sonra
qaşınma hərəkətlərinin arası kəsilir.
Bu təcrübələr göstərir ki,
yorulma hadisəsi refleks qövsünün efferent hissəsinə qədər olan
sahəsində baş verir.
A.A.Uxtomskinin fikrinə görə ən tez yorulan birinci hissi
neyrondur. Başqalarına görə isə ikinci neyron, yəni hissi neyronla
hərəki neyron arasında yerləşmiş ara neyron tez yorulur.
Yorulma zamanı sinir mərkəzlərində baş verən fiziki-kimyəvi
dəyişikliklərin təbiəti bu vaxta qədər tamam
aydınlaşdırılmamışdır. Çox ehtimal ki, sinir mərkəzlərinin
yorulması, yalnız o mərkəzlərdə baş verən dəyişikliklərlə deyil,
eyni zamanda beyin qabığının halı və bütün
orqanizmdə gedən
maddələr mübadiləsindəki dəyişikliklərlə əlaqədardır. Deyilənə
görə neyronlararası sinapslarda əlaqənin pozulmasıdır.
Sinir mərkəzlərinin fəaliyyətindəki xüsusiyyətlərdən biri də
subordinasiya, yəni tabelikdir. Normal fizioloji şəraitdə, mərkəzi
sinir sisteminə gələn hər bir impuls, beyin yarımkürələrinin
qabığına qədər hərəkət edir. Morfoloji və fizioloji tədqiqat
göstərir ki, bu zaman sinir impulsu ardıcıl surətdə bir-birilə
birləşmiş bir sıra neyrondan keçir. Eləcə də
mərkəzi sinir
sisteminin ali şöbələrində doğan impulslar, üzvlərə gəlincəyə
qədər bir-birilə əlaqədar bir sıra neyronlardan keçməlidir. Bu
neyronlardan nisbətən aşağıda olanı, nisbətən yuxarıda olanına
tabedir və daima onun təsiri altındadır.
Lakin bununla bərabər,
hər bir neyron müəyyən dərəcəyə qədər müstəqil fəaliyyətə
qabildir. Hər bir neyron, onun çıxıntısından ayrılan şaxələr və
downloaded from KitabYurdu.org
201
saysız-hesabsız kollateral liflər vasitəsilə bir qrup neyrona təsir
göstərir.
Sinir hüceyrələri arasında olan bu cür qarşılıqlı əlaqə
sayəsində beyinin mərkəzləri onurğa beyinin neyronlarından bir
çoxunun fəaliyyətini özünə tabe edir və bu fəaliyyəti özündə
birləşdirir. Məsələn, uzunsov beyində olan vazomotor mərkəz
onurğa beynindəki vazomotor mərkəzi, orta beyində yerləşmiş və
bədəndəki əzələlərin tonusunu nizama salan mərkəz, onurğa
beynində olan ayrı-ayrı əzələ və əzələ qruplarının
mərkəzini
özünə tabe edir və onların fəaliyyətini nizama salır.
Bunların da vəzifələrini nizama salan ali mərkəz, beyin
yarımkürələrinin qabığında yerləşmişdir.
Sinir mərkəzlərin tonusu. Elektrofizioloji tədqiqatlar göstərir
ki, sinir mərkəzlərindən müvafiq orqanlara və toxumalara impulslar
selinin axını nəinki reflektor reaksiyalar zamanı, habelə sakit
vəziyyətdə də davam edir. Sinir mərkəzlərindən mühitə gələn tək-
tək impulslar skelet əzələlərini və damarları tonusda saxlayır.
Sinir mərkəzlərinin belə daimi oyanmış vəziyyətdə olması
si-
nir mərkəzlərinin tonusu adlanır. Bunun əmələ gəlməsində fasiləsiz
olaraq reseptorlardan mərkəzi sinir sisteminə gələn afferent
impulslar, eləcə də müxtəlif humoral qıcıqlandırıcılar (hormonlar,
CO
2
və sair) iştirak edir. Sinir mərkəzlərinin tonusunu təmin edən
afferent impulsların rolunu Brondjestin təcrübəsilə göstərmək olar.
Əgər qurbağanın arxa pəncəsini sinirləndirən onurğa beyni
hissi seqmentləri kəsilərsə bu zaman
hərəki sinirlərin kəsilməsi
zamanı baş verən proses, yəni əzələ tonusunun itməsi müşahidə
olunur. Bu isə əzələlərdən və başqa periferik reseptorlardan gələn
afferent impulslarla həyata keçirilir.
Sinir mərkəzləri funksiyalarının oksigen təminatından
asılılığı. Sinir mərkəzlərinin başlıca xüsusiyyətlərindən biri də
qaz mübadiləsinin və qan dövranının ən kiçik dəyişikliklərinə çox
həssas olmasıdır.
Məsələn, sinir toxuması daha çox oksigen sərf edir. İtin 100
qram beyninə bir dəqiqədə 10 ml, eyni miqdar qaraciyərə 10 dəfə,
əzələyə isə 22 dəfə az oksigen lazım gəlir. İnsan beyninin
202
oksigenə tələbatı daha çox olur. Qısa müddət ərzində beyin qan
dövranının dayanması nəticəsində, bəzən adam huşunu itirir. Ən
çox beyin yarımkürələrinin qabığı qan dövranı pozğunluğuna tab
gətirmir, 5-6 dəqiqə ərzində hüceyrələr tələf olurlar.
Sinir hüceyrələri və sinapslar bəzi zəhərlərə qarşı seçici
həssaslığa malikdir.
Strixinin təsirindən ləngidici hüceyrələrin funksiyası
blokadaya alınır və nəticədə mərkəzi sinir sisteminin oyanma
qabiliyyəti artır. Kiçik dozada strixinin yeridilmiş heyvan hətta
zəif qıcıqlara belə çox şiddətli cavab verməyə başlayır.
Sinapslarda oyanmanın keçməsini ləngidən preparatlara
qanqlioblokatorlar deyilir. Sinapslar zəhərlərin təsirinə çox
həssasdır. Məsələn,
kurare nikotinə həssas, atropin isə muskarinə
həssas sinapsları sıradan çıxarır.
6.11. Mərkəzi sinir sistemində ləngimə
Mərkəzi sinir sistemində ləngimə hadisəsi isə ilk dəfə 1862-ci
ildə rus fiziologiyasının banisi İ.M.Seçenov tərəfindən kəşf
edilmişdir. Bunun üçün Seçenov qurbağanın beyin
yarımkürələrini çıxardıqdan sonra, pəncəsini 0,5% HCl
məhluluna salaraq refleks vaxtını təyin etmişdir. Sonra görmə
qabarları üzərinə duz kristallarını qoymuş və bir müddətdən sonra
həmin refleksin vaxtını təyin etdikdə onun xeyli uzandığını
müşahidə etmişdir. Beləliklə, Seçenov fiziologiya tarixində ilk
dəfə olaraq sinir sistemində ləngimə hadisəsinin olduğunu
müəyyən etmişdir. Seçenov belə güman edirdi ki, mərkəzi sinir
sistemində görmə qabarları nahiyəsində beyində ləngimə
mərkəzinin olduğunu müəyyən etdi.
F.Hols görmə qabarlarını çıxarmaqla onurğa beyni
reflekslərinin ləngidiyini təcrübə ilə isbat etdikdən sonra, beyində
ləngimə mərkəzinin olmasının əleyhinə çıxdı. Qurbağa üzrərində
təcrübə aparmaqla müəyyən edilmişdir ki, quruldama refleksi
almaq üçün döşün yan səthindəki dəriyə yüngülcə təzyiq
göstərmək kifayətdir. Onu ləngitmək üçün isə pəncənin dərisini
downloaded from KitabYurdu.org