211
qövsü ilə izah etmək heç vəchlə mümkün deyildir.
Bunu ancaq
oyanmanın mərkəzi sinir sistemində irradiasiyasını və müxtəlif
neyronlar arasındakı qarşılıqlı təsiri nəzərə alınmaqla izah etmək
olar.
Baş-beyin yuxarı şöbəsini aşağı şöbəsindən ayıran beyin sü-
tunu kəsilmiş pişiyin arxa ətraflarından birinin ayaqaltı nahiyədə
dərisini zəif qıcıqlandırdıqda həmin ayağın aşıq oynağında bükmə
hərəkəti baş verir. Qıcıq xeyli qüvvətli olarsa, qıcıqlandırılan bir
tərəfin ətrafının oynaqlarında bükmə, digər tərəfdə isə açma
hərəkətləri əmələ gəlir. Qıcığın qüvvəsini tədricən artırdıqda diz
oynağı, sonra isə bud-çanaq oynağı da bükülür. Tədqiqatçıların
fikrincə cəmi iki neyron iştirak edən proprioseptiv reflekslər kimi
nisbətən sadə reflektor reaksiyalar belə, həqiqətdə mərkəzi sinir
sistemində çox geniş yayılan və böyük sahə tutan oyanmaların
nəticəsidir.
Demək, belə xüsusi reflekslərdə sinir impulsu yalnız
onurğa
beynində qalmayıb, mərkəzi sinir sisteminin ali şöbələrinə yayılır
və o şöbələrin də müəyyən irradiasiya prosesinə yeni doğulmuş
uşaqlarda daha çox təsadüf edilir. Oyanmanın geniş sahə tutması
döldə daha yaxşı nəzərə çarpır. Minkovskinin 23 insan dölü
üzərində apardığı maraqlı tədqiqatlar bunu təsdiq etmişdir. O
cərrahi yolla çıxarılmış və ilıq fizioloji məhlula salınmış 3-6 aylıq
dölləri müayənə edərkən göstərmişdir ki, tələf olana qədər döl
qıcığa qarşı hərəkət şəklində reflektor cavab verir.
Morfoloji və elektrofizioloji tədqiqatlar göstərir ki, mərkəzi
sinir sistemində oyanmanın yayılma imkanı sinir hüceyrələri
çıxıntılarının (akson və dendritlərin) saysız-hesabsız şaxələri
sayəsində və sinir mərkəzlərini bir-birilə əlaqələndirən ara
neyronların köməyilə təmin olunur. Oyanmanın irradiasiya
mexanizmində retikulyar formasiya daha çox rol oynayır.
Oyanmanın irradiyasiyası məhdudluğunda ləngimənin
əhəmiyyətini mərkəzi sinir sistemində ləngidici sinapsları blokadaya
alan strixinin heyvana yeridilməsilə müşahidə etmək olar. Qurba-
ğanın dərisi altına 0,1 % strixnin məhlulu
yeridildikdən bir neçə
dəqiqə sonra onun pəncəsinə toxunmaq və ya yerləşdiyi stola yüngül
212
zərbə vurmaq kifayətdir. Bu zaman bütün skelet əzələlərinin qıclığı
ilə müşayiət olunan mərkəzi sinir sisteminin qüvvətli oyanması
meydana çıxır. Təcrübə göstərir ki, ləngidici sinapsları fəaliyyətdən
saldıqda mərkəzi sinir sistemində oyanma geniş yayılır.
Hər hansı afferent yolla gələn oyanma bir tərəfdən afferent
sinirin kollaterali vasitəsilə retikulyar formasiyaya, digər tərəfdən
isə qabıq nüvələrinə çatır (şəkil 6.23). Hərəki neyronlardan
periferiyaya gedən impulslar skelet əzələlərinə yayılmaqla
bərabər kollaterallarla geri qayıdıb Renşoy hüceyrəsini oyadır və
nəticədə hərəki neyronların bütün fəaliyyəti ləngiyir. Hərəki
neyronlar intensiv oyandıqca periferiyaya
daha yüksək tezlikli
impulslar göndərir və Renşou hüceyrələrinin qüvvətli oyanmasını
törədir. Buna uyğun hərəki neyronun fəaliyyəti ləngiyir. Beləliklə,
sinir hüceyrələrinin həddindən artıq oyanmasını avtomatik şəkildə
qoruyan mexanizm vardır.
Şəkil 6.23. Renşou hüceyrəsilə hərəki neyronlar arasındakı əlaqənin
sxemi: 1-3-motoneyronlar; 2-Renşou hüceyrəsi.
Renşou hüceyrələrinin iştirakı ilə əmələ gələn ləngimə dönən
ləngimə adını almışdır.
downloaded from KitabYurdu.org
213
A.K.Anoxinin laboratoriyasında oyanmanın
generalizasiyasının daha bir yolu kəşf edilmişdir. Təcrübələr
göstərir ki, beyin qabığının hər hansı sahəsini strixnində
qıcıqlandırdıqda qabığın bütün nöqtələrində generalizə olunmuş
şəkildə strixnin potensialları qeyd edilir. Lakin retikulyar
formasiyanı pozduqdan sonra strixnin potensialı qeyd olunmur.
Demək, generalizə olunmuş oyanma beyin qabığından kortifukal
yollarla retikulyar formasiyaya
adrenergiq çatır
və onu yenidən
oyadır. Anoxin buna
dönən generalizasiya adı vermişdir.
Aminazin yeritdikdə isə strixninin təsiri itir. Oyanmanın
irradiyasiyası mexanizmində B.Renşounun onurğa beynində kəşf
etdiyi ləngidici neyronlar böyük əhəmiyyətə malikdir.
6.15. Dominantlıq prinsipi
A.A.Uxtomskiyə görə, mərkəz sinir sistemində əmələ gələn
hakim oyanma nahiyəsinə
dominant mərkəz deyilir. Dominant
mərkəz əvvəlcə mərkəzlərə gələn oyanmaları özünə cəlb edərək
onların hesabına qüvvətlənir, sonra adi şəraitdə olan refleksləri de-
yil, dominant mərkəz üçün səciyyəvi olan reaksiyaya səbəb olur.
Ona görə də reflekslər
bu hallarda təhrif edilir, yəni müəyyən bir
yerin qıcıqlanması, o yer üçün heç də səciyyəvi olmayan digər
cavabın alınmasına səbəb olur. Aşağıdakı təcrübələr dominant
prinsipini təsdiq etmək üçün kifayətdir. Defaksiya aktı icra
olunduqda heyvanın dal ətraflarının bükülməsini təmin edən
qabığın hərəki mərkəzini qıcıqlandırsaq, ətrafın sonrakı bükülməsi
baş vermir, əvəzində heyvanda defekasiya sürətlənir. Eyni
mərkəzləri udma refleksi zamanı qıcıqlandırmış olsaq, bu dəfə
skelet əzələlərinin təqəllüsü deyil, udma hərəkətlərinin
qüvvətləndiyi müşahidə ediləcəkdir.
Əgər strixninlə isladılmış kağız parçasını qurbağanın silmə
refleksi əmələ gətirən onurğa beynin
mərkəzləri üzərinə qoysaq,
həmin mərkəzdə oyanma artacaq və silmə hərəkətləri baş verə-
cəkdir. Bu zaman başqa reflekslər verən nahiyələr qıcıqlandırılsa
silmə refleksi daha da güclənir.
214
Dominant hadisəsi bir çox psixi halları başa düşməyə imkan
verir və akademik İ.P.Pavlovun ali sinir fəaliyyəti haqqındakı
təlimini zənginləşdirir.
Son zamanlar retikulyar formasiyanın funksiyasının
öyrənilməsinə dair aparılan tədqiqat işləri, dominantlıq
prinsipinin bəzi fəallaşma mexanizmlərini öyrənməyə imkan
vermişdir.
Sinir sisteminin trofiki funksiyası. İlk dəfə 1887-ci ildə
İ.P.Pavlov ürəyi innervasiya edən simpatik sinirlərin tərkibində,
onun ritmini dəyişmədən qüvvəsini artıran liflər olduğunu kəşf
etmişdir.
Orqanizmə trofik təsirin, yəni maddələr mübadiləsi və
qidalanmanın tənziminin həyata keçirilməsində mərkəzi sinir
sisteminin
hər bir şöbəsi, ən çox hipotalamusun aclıq və toxluqla
əlaqədar olan venterolateral və venteromedial nüvələri və baş-
beyin yarımkürələri qabığı iştirak edir. Hipotalamusda maddələr
mübadiləsini tənzim edən mərkəz yerləşir.
Sinir sisteminin trofik funksiya yerinə yetirməsini sinirlərin
kəsilməsi zamanı həmin sinirlərin innervasiya etdiyi toxumalarda,
üzvlərdəki vəziyyəti təhlil etməklə isbat etmişlər
Akad.A.İ.Qarayev və əməkdaşları simpatik sinirlərin və
onların mərkəzlərinin skelet əzələlərinə təsirindən qlükogenez
hadisəsinin sürətləndiyini apardıqları təcrübə ilə isbat etmişlər.
Simpatik sinirlərin qıcıqlandırılması əzələdə qlükogenin qlü-
kozaya çevrilməsinə səbəb olur.
Alman alimi Heydenhayn
simpatik sinirləri
qıcıqlandırılmaqla müəyyən etmişdir ki, ağız suyu vəzilərini
innervasiya edən simpatik sinir lifləri ağız suyu vəzi
hüceyrələrinin trofikasını, qidalanmasını tənzim edir.
İ.P.Pavlov tərəfindən sonralar sinir sisteminin trofik funksi-
yası haqqındakı təlim inkişaf etdirilərək ürək əzələsi təqəllüsünü
qüvvətləndirən və zəiflədən sinirlərin kəşf olunması ilə
nəticələnmişdir. Həmin sinirlərin ürəkdə rolu onların ürək
əzələsinə qidalandırıcı təsiri ilə izah olunur. İndi elmə məlumdur
ki, bütün üzvlər və toxumalar trofik sinirlərə malikdir.
downloaded from KitabYurdu.org