223
ağ qaytana oxşayır. Onurğa beyni yuxarıda uzunsov beyinə girir.
Aşağıda isə 1-11 oma fəqərələri səviyyəsində konusvarı daralaraq
büzdüm fəqərələri boşluğuna keçən sinir saçını əmələ gətirir.
Onurğa beyni
xaricdən sərt qişa ilə örtülüb, onun altındakı
qişa hörümçək qişa, daxildəki qan damarları ilə zəngin olan qişa
isə yumşaq qişa adlanır. Yumşaq və hörümçək qişalar arasında
geniş limfa boşluğu vardır ki, o şəffaf servoz maye (beyin mayesi,
likvor) ilə dolmuşdur. Onurğa beyninin boyun və bel
nahiyələrində iki qalınlaşma nəzərə çarpır. O, uzununa ön və arxa
şırımla sağ və sol paya bölünmüşdür. Boz maddə daxildə, ağ
maddə isə xaricdə yerləşmişdir. Boz maddə
H hərfinə və ya
qanadlarını açmış kəpənəyə oxşayır.
Boz maddənin ağ maddənin içərisinə girmiş hissəsinə onurğa
beyni buynuzları deyilir.
Boz maddə, bir cütü öndə, o biri
cütü arxada olmaqla iki cüt
buynuz əmələ gətirir.
Onurğa beynindən arxa buynuzlar istiqamətində arxa köklər
çıxır. Bu köklər cisimləri fəqərəarası düyünlərdə yerləşən hissi
neyronların liflərindən ibarətdir. Arxa köklər vasitəsilə oyanmalar
toxuma və orqanlardan onurğa beyninə daxil olur, ona görə də
onlara hissi köklər deyilir. Ön köklər vasitəsilə oyanmalar onurğa
beynindən əzələlərə və başqa orqanlara verildiyi üçün onlar
hərəki köklər adlanır.
Şəkil 6.26. Onurğa beyninin ağ maddəsində nəqledici yolların
yerləşməsini göstərən sxem: 1-zərif dəstə, 2-pazaoxşar dəstə, 3-
224
vergüləoxşar dəstə, 4-yan piramid dəstə, 5-dorzal onurğa beyni-
beyincik dəstəsi, 6-qırmızı nüvə onurğa beyin dəstəsi, 7-ventral
onurğa beyni, 8-onurğa
beyni-qabar dəstəsi, 9-onurğa beynin ön
buynuzu, 10-dəhliz onurğa beyin dəstəsi, 11-ön sütunun piramid
dəstəsi, 12-qısa onurğa beyin lifləri.
Ön və arxa köklər onurğa beyninin yaxınlığında və çox vaxt
fəqərəarası dəliklər bərabərliyində birləşərək qarışıq onurğa beyni
sinirlərini əmələ gətirir.
Döş nahiyəsində ön və arxa buynuzlar arasında yan
buynuzlar əmələ gəlmişdir. Onurğa beyninin yan buynuzlarının
boz maddəsində simpatik sinir sisteminin vegetativ mərkəzləri
yerləşmişdir. Yan buynuzların hüceyrələri çıxıntılarla birlikdə ön
köklərdən keçərək simpatik sinir sisteminin
orqan və toxumalara
gedən sinir yollarını təşkil edən ilkin neyronlar hesab olunur.
Arxa buynuzlarda, boz maddənin ortasında və qismən ön
buynuzlarda sütun və Holci hüceyrələri deyilən neyronlar
yerləşmişdir. Holci neyronları çoxşaxəli çıxıntılara malik olub,
demək olar ki, təkcə boz maddə daxilində şaxələnir. Həmin
şaxələr ön buynuzlarda olan hərəki neyronları arxa köklər
vasitəsilə hissi neyronlarla rabitələşdirir, deməli, assosiativ
neyronlar funksiyasını daşıyır.
Onurğa beyni seqmentar quruluşa malikdir. Seqmentarlıq
əsasən onurğa beyni boyunca boz
maddənin yerləşməsində və on-
dan sinir köklərinin çıxması ardıcıllığında təzahür olunur.
Seqment onurğa beyninin boz maddəsinin üzərində bir parça sinir
olan hissəsinə deyilir.
Deməli, bütün fəqərə boyunca, hər fəqərə səviyyəsində (büz-
düm fəqərələrindən başqa) bir onurğa beyni seqmenti
yerləşmişdir. İnsanda onların ümumi sayı 30-31-ə çatır.
Seqmentlərin 8-i boyun və ya servikal (C), 12-i döş və ya torokal
(Th), 5-i bel və ya lümbal (L), 5-i oma və ya sakral (S) seqmenti-
dir. Hər seqmentdən bir ön və bir arxa sinir kökü çıxır, onlar
fəqərəarası dəliklər səviyyəsində birləşərək qarışıq onurğa beyn-
inin sinirlərini əmələ gətirir. Beləliklə, onurğa beynində 31 cüt
sinir çıxır ki, bunların
tərkibində həm hissi, həm də hərəki sinir
downloaded from KitabYurdu.org
225
lifləri vardır. Bu sinirlər baş əzələlərindən başqa bədənin bütün
skelet əzələlərini və daxili orqanları sinirləndirir.
Onurğa beyninin arxa köklər mərkəzəqaçan, hissi (afferent və
ya sensor), ön köklər isə mərkəzdənqaçan hərəki (efferent və ya
motor) sinir liflərindən ibarətdir. Bu funksional fərqi ilk dəfə Bell
və Majandi tərəfindən müəyyən edildiyindən ona onurğa beyin
köklərinin paylanmasının Bell-Majandi qanunu deyilir. Bu
qanunu təcrübədə yoxlamaq üçün onurğa beynin ayrı-ayrı
köklərini kəsməklə və yaxud onları elektrik qıcığı ilə qıcıqlandır-
maqla yaranan reaksiyaların xarakterini müəyyən etmək lazımdır.
Spinal şok. Onurğa beynin köndələn olaraq tam kəsilməsi
spinal şoka səbəb olur. Bu zaman kəsilən yerdən aşağıdakı bütün
sinir mərkəzlərinin oyanıqlığı zəifləyir, reflektor funksiyalar itir.
Kəsilən yerdən yuxarı mərkəzlər isə öz funksiyalarını saxlayır.
Məsələn, onurğa beyninin diafraqma sinirinin aşağı nahiyəsindən
kəsilməsi, kəsikdən aşağıda yerləşən mərkəzlərdə onurğa beyin
reflekslərinin sönməsinə səbəb olur. Bununla belə diafraqmanın
tənəffüs mərkəzləri diafraqmanı innervasiya
edən hərəki ney-
ronları ritmik impulslarla təmin edir.
Bədbəxt hadisələr zamanı insanda onurğa beyni müəyyən
nahiyələrdə zədələnə bilər. Zədə çox böyük deyilsə və ölümlə
nəticələnmirsə xəstə təxminən üç həftə ərzində şok vəziyyətində
qalır. Sonra şok vəziyyəti keçdikcə onurğa beynin reflektor
fəaliyyəti tədricən bərpa olunur.
Onurğa beyni orqanizmin bir çox üzv və sistemlərinin
fəaliyyətini tənzim edən əsas reflektor mərkəzlərdən biridir. Bu
baxımdan onurğa beyni mərkəzi sinir sistemində funksiyaları işə
salan başlıca işçi mərkəzdir. Məsələn, I və II döş seqmentləri
səviyyəsində bəbək daraldıcı və genəldici mərkəz, döş və bel
seqmentləri səviyyəsində tər ifrazı, damargenəldici və daraldıcı
(vazomotor) mərkəzlər, oma seqmentləri
səviyyəsində sidik-
tənasül orqanlarının və düz bağırsağın reflektor mərkəzləri
yerləşmişdir. Diz refleksi və digər bükücü hərəki reflekslər,
həmçinin, onurğa beyninin bilavasitə iştirakı ilə həyata keçir. Bütün
onurğa beyin mərkəzlərinin baş beynin hərəki və vegetativ
226
mərkəzlərinə tabedir.
6.18. Onurğa beyninin nəqledici yollarının funksiyaları
Onurğa beyninin əsas funksiyalarından biri oyanmaları nəql
etməkdir. Afferent sinirlərlə onurğa beyninə gələn hissi oyanma-
lar hərəki neyronlara ötürülməklə yanaşı, nəqledici yollar
vasitəsilə baş beynin müxtəlif şöbələrinə daxil olur. Eləcə də baş-
beyində əmələ gələn impulslar enən sinir yolları vasitəsilə onurğa
beynində yerləşən effektor neyronlara ötürülür.
Onurğa beyninin anatomik quruluşundan göründüyü kimi,
aparıcı yollar onun ağ maddəsinin arxa sütunlarında
və yan
sütunların xarici hissələrində, gətirici yollar isə ön sütunda və yan
sütunların daxili tərəfində yerləşmişdir.
Qalxan nəqledici hissi yollara aşağıdakı lif dəstələri aiddir:
Arxa sütunun qalxan yollarına – Nazik dəstə (Holl
dəstəsi). Bədənin aşağı hissəsinin və aşağı ətrafların reseptor-
larından lamisə təzyiq və əzələ-dayaq hissiyyatı (proprioseptiv)
siqnalları nəql edir.
Pazvarı dəstə (Burdax dəstəsi). Bədənin yuxarı hissəsinin və
yuxarı ətrafların reseptorlarından lamisə və proprioseptiv siqnal-
ları daşıyır.
Yan sütunların qalxan yollarına – Arxa onurğa beyni-be-
yincik yolu (Fleksii dəstəsi). Onurğa beyninin hissi köklərindən
başlanır və beyinciyin qabıq hissəsinə daxil olur,
beyinciyə pro-
priosetiv siqnalları nəql edir.
Ön onurğa beyni-beyincik yolu (Hovers dəstəsi). Fleksi
dəstəsi kimidir, lakin onurğa beyninin ön tərəfində yerləşən arxa
buynuzlardan başlanır.
Onurğa beyni-talamus yolu. Onurğa beyninin yan
buynuzlarından başlayıb baş beynin görmə qabarları sahəsinə
qalxır. Temperatur, ağrı, lamisə və təzyiq siqnallarını daşıyır.
Dəstələrdəki lifləri qısa və uzun liflərə bölürlər. Qısa liflər
arxa sütunun tərkibində bir neçə seqment qalxaraq onurğa beyn-
inin boz madəsinə daxil olur və onun refleks qövslərinin ya aralıq
downloaded from KitabYurdu.org