227
neyronlarında, ya da afferent neyronlarında qurtarır.
Uzun liflər
isə uzunsov beynin nüvələrində qurtarır, oradan başlayan ikinci
afferent neyronların lifləri ilə çarpazlaşaraq əks tərəfə keçir və
görmə qabarlarına doğru gedir.
Onurğa beyni funksiyalarının həyata keçirilməsində enən
sinir yollarının da mühüm əhəmiyyəti vardır. Onurğa beyninin
enən sinir yollarına aşağıdakı lif dəstələri aiddir:
Qabıq – spinal ön və ya düz piramidal yol. Qabığın hərəki
mərkəzlərinin iri piramidal neyronların hərəki lifləridir,
onurğa
beyni ön buynuzlarının hərəki neyronlarında qurtarır. İradi
hərəkətləri təmin edən impulsları nəql edir.
Qabıq-spinal yan və çarpazlaşmış piramidal yol. Qabığın
hərəki zonalarından başlanır, uzunsov
beyin səviyyəsində çar-
pazlaşaraq onurğa beyninin əks tərəflərindəki ön buynuzlarda
qurtarır. Piramidal yollar yalnız məməlilərdə meydana çıxır və
insanda özünün ən yüksək inkişafına çatır.
Rubrospinal yol (Monakov dəstəsi). Hərəkət aktlarını təmin
edən impulsları, orta beynin hərəki qırmızı nüvə neyronlarından,
qabıqaltı nüvələrin dördtəpəli cismin və beyinciyin hərəki lifləri
ilə birlikdə onurğa beyninə daxil olaraq onun hərəki
mərkəzlərində qurtarır.
Vestibulospinal yol. Bədən müvazinətini təmin edən hərəki
siqnalları uzunsov beyindəki vestibulyar (müvazinət)
mərkəzlərdən, onurğa beyninin ön köklərinə nəql edir. Əzələ to-
nusunun tənzimində iştirak edir.
Piramid yollar ancaq məməlilərdə mövcuddur və insanda
özünün ən yüksək inkişaf səviyyəsinə çatır. İnsanda piramid yol-
ların tərkibində 2 milyona qədər sinir lifi vardır.
Bu bir daha göstərir ki, insanda baş beyin qabığından onurğa
beynə və onun vasitəsilə skelet əzələlərinə, habelə daxili
orqanlara efferent impulsların verilməsində piramid yollar oldu-
qca mühüm rol oynayır.
Əzələ tonusu reflektor təbiətlidir. Əzələlərin reflektor to-
nusunda onurğa beyninin mərkəzləri iştirak edir. Bundan başqa,
mərkəzi sinir sisteminin yuxarı şöbələri əzələ tonusunu nizam-
228
lamaqla həlledici rol oynayır.
6.19. Uzunsov beyin və onun funksiyaları
Uzunsov beyin onurğa beyninin davamıdır. İnsanda onun
uzunluğu 2,5 sm-ə, ağırlığı isə 7 q çatır, konusvarı formadadır.
Yuxarıdan Varol körpüsü aşağıdan qurtaracağı böyük ənsə dəliyi
ilə sərhədlənir. Uzunsov beyin Varol körpüsü ilə birlikdə IV be-
yin mədəciyinin dibini təşkil edir.
Onurğa beynində olduğu kimi,
burada boz maddə daxilində,
ağ maddə isə xaricdədir. O, mütəşəkkil və həm də bir-birilə
əlaqədə olan çoxlu nüvələrə bölünür. Uzunsov beyin nüvələrindən
ən böyüyü zeytun və dişli nüvədir. Uzunsov beynin üst səthi ilə
gedən dərin şırım onu sağ və sol paya ayırır, onlara piramidlər
deyilir. Piramidaların tərkibinə daxil olan liflərin onurğa beyninin
yan piramid dəstələrini, az hissəsi isə ön piramid dəstələrini əmələ
gətirir.
Uzunsov beyin eninə şırımla
Varol körpüsündən qismən ara-
lanmışdır. Körpü uzunsov beyni beyinciklə və beynin böyük
yarımkürələri ilə birləşdirir.
Uzunsov beyin dörd funksiyanı yerinə yetirir:
a) bir sıra mürəkkəb reflektor aktları nizamlayır, b) qalxan və
enən sinir impulslarının nəql olunmasında baş beyinlə onurğa
beynin arasında körpü yaradır, v) əzələlərin tonusunda iştirak
edir, q) 5-12 cüt beyin sinirlərinin köklərinə başlanğıc verir (Va-
rol körpüsü ilə birlikdə).
Tənəffüs, həzm, qan-damar sistemi və bəzi hiss üzvlərindən
başlanan afferent sinirlər uzunsov beynə daxil olur. Uzunsov be-
yin mərkəzlərinin əksəriyyəti hissi sinirlərlə orqanizmin daxili
mühitindən interoreseptorlardan gələn qıcıqlara qarşı
reflektor
reaksiyalarının əmələ gəlməsində iştirak edir.
Uzunsov beynin və Varol
körpüsünün boz maddəsi həyat
üçün vacib olan bir sıra funksiyaların reflektor sinir mərkəzlərini
əmələ gətirmişdir. 12 cüt beyin sinirindən 8 cütü (5-dən 12-yə
qədər) uzunsov beyin və Varol körpüsü sahəsindən çıxır. Onlar
downloaded from KitabYurdu.org
229
aşağıdakılardır (şəkil 6.9):
Üçlü sinir. Nüvəsi Varol körpüsündə yerləşmişdir.
Uzaqlaşdırıcı sinir. Varol körpüsündən çıxır, hərəki sinirdir,
bir əzələni – gözün xarici düz əzələsini sinirləndirir.
Üz siniri. Varol körpüsü ilə uzunsov beyin sərhədindən çıxır,
hərəki və sekretor liflərdən ibarətdir.
Eşitmə siniri. Afferent sinirdir. Varol körpüsü ilə uzunsov
beynin sərhədindən çıxır. İlbiz siniri daxili qulağın ilbiz aparatın-
dan başlanır və eşitmə siqnalları nəql edir, vestibulyar sinir isə
daxili qulağın vestibulyar aparatından başlanır və bədənin fəzadə
vəziyyəti haqqında siqnalları nəql edir.
Dil-udlaq siniri. Uzunsov beyindən çıxır, qarışıq sinirdir. Af-
ferent qulaqyanı tüpürcək vəzilərini innervasiya edir.
Azan sinir. Uzunsov beyindən çıxır, tərkibində spesifik vis-
seral, ümumi somatik efferent və ümumi somatik afferent liflər
vardır.
Əlavə sinir. Uzunsov beyindən başlanğıc alır, əsasən
effektor
liflərdən təşkil olunmuşdur, çiyin əzələlərini innervasiya edir.
Dilaltı sinir. Uzunsov beyindən çıxır, ümumi somatik effer-
ent sinir olub, dil əzələlərini innervasiya edir.
Uzunsov beyin bir neçə funksiya daşıyır: o, bir sıra reflektor
aktların nizamlayıcısıdır, onurğa beynilə baş beynin yuxarı
şöbələri arasında sinir əlaqələri yaradır, nəqledici vəzifəsini
yerinə yetirir, əzələ tonusunun tənzimində iştirak edir, Varol kör-
püsü ilə birlikdə beyin sinirlərinin bir sıra nüvələrini əmələ gətirir
ki, bu nüvələrin bəziləri qan dövranının, tənəffüsün,
həzmin və
digər vegetativ funksiyaların idarə olunmasında mühüm rol oy-
nayır.
Uzunsov beyin və Varol körpüsünün içərisində, IV mədəcik
ətrafında və nüvələrarası sahədə diffuz halda səpələnmiş neyron
kütləsinin əmələ getirdiyi torabənzər törəmə – retikulyar formasiya
vardır. Onun davamına orta və aralıq beyin şöbələrində rast gəlinir.
Uzunsov beyində aşağıdakı mərkəzlər yerləşir:
1.Əmmə mərkəzi. Əmmə refleksi məməlilərdə yeni doğu-
lanlarda müşahidə olunur. Uzunsov beynin tamlığı pozulduqda
230
əmmə refleksi əmələ gəlmir.
2.Çeynəmə mərkəzi. Qida ağıza düşdükdə reflektor çeynəmə
aktı baş verir. Bu aktda əmmə refleksində iştirak edən sinirlərdən
başqa dil-udlaq sinirinin afferent lifləri
və üçlü sinirin çeynəmə
əzələlərini sinirləndirən hərəki liflər də iştirak edir.
3.Ağız şirəsi (tüpürcək) ifrazı mərkəzi. Reflektor tüpürcək
ifrazı qidanın ağıza düşməsi ilə başlanır. Uzunsov beyin
zədələndikdə qidanın ağıza düşməsi tüpürcək ifrazına səbəb ol-
mur.
4.Udma mərkəzi. Udma mürəkkəb aktdır. Bu aktda ağız və
udlaq boşluqlarının əzələləri iştirak edir. Uzunsov beynin pozul-
ması nəticəsində yaranan əlamətlərdən biri də udma aktının
pozulmasıdır. Bu halda bəzən qida burun boşluğuna və ya nəfəs
borusuna düşə bilər.
5.Mədə şirəsi ifrazı mərkəzi. Qida ağıza düşdükdə tüpürcək
ifrazı ardınca mədə şirəsi ifraz olunur.
6.Mədənin boşalma (evakuasiya) mərkəzi. Qida mədədən
onikibarmaq bağırsağa hissə-hissə keçir. Bu reflektor aktdır və
onda azan və simpatik sinirlərin hissi və hərəki şaxələri iştirak edir.
7.Qusma mərkəzi. Qusma aktı müdafiə xarakterli reflektor
reaksiyadır. Bu reaksiya mədəyə düşən yararsız və zərərli
maddələrin rədd edilməsinə yönəlmişdir.
8.Mədəaltı vəzi (pankreas) şirəsi ifrazı mərkəzi. Qida ba-
ğırsaq traktına düşdükdə buradakı hissi sinirləri qıcıqlandırır və
oyanmalar uzunsov beyindəki pankreas sekretor sinirləri oyadaraq
şirə ifrazına səbəb olur. Bu refleksdə iştirak edən afferent liflər
azan sinirə, sekretor liflər isə azan və simpatik sinirlərə aiddir.
9.Öd ifrazı mərkəzi. Öd kisəsinə toplanan öd, onikibarmaq
bağırsağa yağlı maddələrin düşməsi ilə əlaqədar olaraq reflektor
surətdə öd kisəsi tərəfindən sıxışdırılır və ümumi öd axacağının
qurtaracağındakı sfinktorun açılması ilə onikibarmaq bağırsağa
qovulur.
10.Asqırma mərkəzi. Asqırma – mürəkkəb reflektor
nəfəsvermə aktı olub, müdafiə xarakteri daşıyır.
Nəfəs yolunda selikli qişanı qıcıqlandıran amil xaric edilir.
downloaded from KitabYurdu.org