219
tüpürcək ifrazı reaksiyasını təzahür etdirəcəkdir.
Təcrübə heyvanın üzərində şərti
refleksi almaq üçün
aşağıdakılara əməl etmək lazımdır:
1.
Şərti reflekslər yalnız fitri, anadangəlmə şərtsiz reflekslər
üzərində qurula bilər.
2.
Bir qayda olaraq, şərti qıcıq orqanizmə şərtsiz qıcıqdan
azacıq əvvəl və ya onunla birgə təsir etməli və qüvvəcə ondan
zəif olmamalıdır.
3.
Şərti reflekslərin yaranması üçün mütləq refleks yolunun
bütün elementlərinin tamlığı, normal funksiyası zəruri şərtdir.
Mərkəzi sinir sisteminin pozulması, xəstəlik halı və s. bu kimi
amillər şərti reflekslərin əmələ gəlməsini çətinləşdirir.
4.
Şərti reflekslərin yaranmasında orqanizmə əlavə təsir gös-
tərən qıcıqlandırıcıların əhəmiyyəti böyükdür. Verilmiş şərti qıcıq
hər bir kənar, yad qıcıqlandırıcı refleksin
baş verməsinə, mənfi
təsir göstərir.
Mikroskopik metodlar. Kontrast, flüoressent və elektron
mikroskopla aparılan neyrohistoloji tədqiqatlar sinir toxumasının,
onun hüceyrəvi ünsürlərinin və onların törəmələrinin statik və
dinamik quruluş xüsusiyyətlərini, bu və ya digər funksional
vəziyyətdə qazandığı incə anatomik dəyişiklikləri müəyyən
etməyə geniş imkanlar açmışdır.
Son illərdə icad edilmiş vital mikroskopiya, canlı toxumanın
mikroskopla öyrənilməsində beynin mikrostrukturlarında bəzi sub-
hüceyrə və molekulyar dəyişikləri müşahidə etməyə imkan verir.
Mikrotom dəzgahları vasitəsilə bir neçə mikron qalınlığında alı-
nan kəsiklər elektron-mikroskopik tədqiqatlar üçün daha zəruridir.
Elektrofizioloji üsul. Məlum olduğu
kimi sinir, əzələ və bü-
tün digər toxumalar oyanarkən onda fəaliyyət potensialı yaranır,
əmələ gələn biocərəyanların gərginliyini (elektroensefaloqrafla)
xüsusi cihazlar, vasitəsilə (katod ossilloqrafı, elektroensofaloqraf)
gücləndirib ossiloqrafda müşahidə edir və ossilloqrafda alınan
biopotensial hərəkət edən fotokağız üzərində yazılır. Mərkəzi və
mühiti sinir sisteminin ayrı-ayrı nahiyələrində əmələ gələn fəaliy-
yət cərəyanını və o cərəyanın gərginliyini elektroensofaloqrafla
220
ölçməklə, biz, o nahiyələrin oyanma və oyanmanı nəqletmə də-
rəcəsi haqqında fəaliyyət cərəyanı və ya oyanma əmələ gələn
beyin nahiyyəsinin hansı üzvün (görmə və ya eşitmə) mərkəzi
olması haqqında fikir söyləyirik.
Beyin yarımkürələri qabığının elektrik fəallığı.
Elektroensefaloqrafiya üsulu ilə beyin qabığının və qabıqaltı
nüvələrdə yaranan elektrik potensiallarının qarşılıqlı əlaqəsi öyrənilir
(şəkil 6.25).
Şəkil 6.25. Elektroensefaloqramın əsas ritmləri: I-beta-ritm,
II-alfa-
ritm, III-teta-ritm, IV-delta-ritm, V-qıçolma zamanı yaranan
bioelektrik boşalmaları (E.B.Babkin və b., 1966).
Elektroensefaloqrafiya üsulu. Beyinin elektrik dalğalarını və
downloaded from KitabYurdu.org
221
ya ritmlərini yazan cıhaza elektroensefaloqraf, alınan əyriyə
elektroensefaloqramma
(EEQ) deyilir. Müasir
elektroensefaloqraflar xüsusi elektron gücləndiricilərinin
vasitəsilə beyin potensiallarını bir neçə yüz min və hətta milyon
dəfələrlə gücləndirərək qeyd etməyə imkan verir. Hazırda 8, 16, 32
və daha çox kanallı və yüksək həssaslığa malik elektroensefaloqraf
vasitəsilə eyni zamanda beyinin çoxlu
sahələrindən biopotensiallar
qeydə alına bilər.
Heyvanların, o cümlədən, ali məməlilərin EEQ-si, əsasən,
delta və teta dalğalarının yüksək fəallığı ilə xarakterizə olunur.
Beyinin müxtəlif nahiyələrinə mikroelektrod qoyub sükunət
və fəaliyyət halında yaranan potensial dalğaları yazsaq, beta, alfa,
teta və delta dalğaları müşahidə edilir (şəkil 6.25).
Alfa-ritm. Bu, seyrək, uzun və iri amplitudlu dalğalardır.
Tezliyi 8-13 hers/san, gərginliyi 0,5-0,9 mkB, amplitudu isə 90-
120 mkV-a çatır. Alfa-ritm fiziki və mənəvi rahatlıq vəziyyətində
və xarici qıcıqların təsiri olmadıqda müşahidə olunur. Kor adam-
larda alfa-ritm ya çox zəif olur, ya da heç olmur.
Beta-ritm. Bu kiçik, qısa və sıx dalğalardır. Onun tezliyi
saniyədə 20-30 hers, gərginliyi 0,13 mkV-dur, əsasən beyin
qabığının alın nahiyəsində daha yaxşı müşahidə edilir.
Teta-ritm. Bu, tezliyi saniyədə 4-8 hers, amplitudası 100-150
mkV olan dalğalardır. Belə dalğalar yuxu zamanı və bəzi
patoloji
hallarda (hipoksiya və dərin narkoz zamanı) müşahidə olunur.
Delta-ritm. Amplitudu 250-300 mkV, tezliyi saniyədə 0,5-3,5
hers olan zəif dalğalardır. Delta dalğalar dərin yuxu zamanı, beyin
yarımkürələri qabığının müxtəlif patologiyalarında və hipoksiyası
şəraitində yaranır.
Aparılmış tədqiqatlar göstərir ki, qabığın hüceyrələri mərkəzi
sinir sisteminin digər neyronları kimi təsir potensialını yaymaq
qabiliyyətinə malikdir.
Hipoksiyanın başlanğıc mərhələsində alfa-ritm beta-ritmlə,
daha sonra isə beta-ritm delta-ritmlə əvəz olunur. İnsan huşunu
itirdikdə artıq delta dalğalar əmələ gəlir.
İnsanın sakit vəziyyətində alfa-dalğalar əmələ gəlir. Narkoz
222
efir buxarı ilə nəfəs aldıqda hərəki və danışıq oyanmasına uyğun
beta dalğalar üzə çıxır. Sonra narkoz dərinləşdikdə teta, onlarda
delta-dalğalarla əvəz olur, sonra elektrik dalğaları itir, «sakitlik»
dövrü əmələ gəlir. Ayrılarkən dalğalar əksinə olur.
Patoloji anatomik üsul. Sağlam adamlar
xəstəlikdən sonra,
məsələn, MSS-nin müxtəlif şöbələrində: onurğa beyni, uzunsov
beyin, orta beyin, beyincik, ara beyin və beyin yarım kürələrində
şiş və başqa pozğunluqlar müşahidə edildikdə xəstə klinik olaraq
ölənə qədər nəzarət altına alınır, öləndən sonra yarılır, onun MSS-ı
patoloji-anatomik və histoloji cəhətdən nəzərdən keçirilir, nəticədə
illərlə xəstəni
narahat edən, fəaliyyətində pozğunluq olan üzvün
beyinin hansı şöbəsi ilə əlaqədar olduğu müəyyən edilir.
Kimyəvi üsul. Beyin üzərində aparılan fizioloji təcrübələrdə
kimyəvi qıcıqlandırma üsullarından ilk dəfə M.İ.Seçenov geniş
istifadə etmişdir. Qurbağa beyninin görmə qabarları nahiyəsinə
xörək duzu kristallarını qoymaqla o, baş beynin onurğa beyninin
hərəki reflekslərinin təzahürünə təsirini öyrənmişdir. Bu cür təc-
rübələrlə M.İ.Seçenov beyində «mərkəzi ləngimə» hadisəsini kəşf
etmişdir.
Təkamülün fizioloji üsulu. Təkamül fiziologiyası
müqayisəli fiziologiyanın son pilləsi olub, öz fəaliyyətini müxtəlif
zooloji qruplara aid növlərin və eyni növdən olan canlıların
müxtəlif inkişaf mərhələlərindəki spesifik xüsusiyyətlərini
öyrənir.
Təkamül hadisəsinin ayrı-ayrı inkişaf
mərhələlərində olan
heyvanların sinir sisteminin quruluş və fəaliyyətini, heyvanın hə-
yatında oynadığı rolu müqayisə etmək və öyrənmək vasitəsilə
sinir sistemi fəaliyyətindəki xüsusiyyətləri, dəyişkənliyi və s. ay-
dınlaşdıra bilirik.
6.17. Onurğa beyninin inkişafı və funksiyası
Embrional inkişaf mərhələlərində onurğa beyni onurğa sütunu
kanalının bütün boşluğunu doldurur. Yaşlı adamlarda onurğa beyn-
inin ağırlığı 30 qrama çatır, o çeçələ barmaq yoğunluğunda olub,
downloaded from KitabYurdu.org