207
Beləliklə, mərkəzi sinir sistemində antaqonist
mərkəzlərin
mövcudluğu müəyyənləşdirildi.
Sinir mərkəzlərinə gəlincə Vvedenski 1896-cı ildə müəyyən
etmişdir ki, beyin qabığının müxtəlif nöqtələrindən bədənin hər
bir əzələsinə, o əzələnin fəal və ya sakit halından asılı olmayaraq
belə, ləngidici səciyyəvi təsir göstərmək olar. Əzələ sakit hal-
dadırsa, o zaman beyin qabığında, hərəkət nöqtəsinin
qıcıqlandırılması onun fəaliyyətə gəlməsinə, fəal haldadırsa,
həmin qıcıq əzələnin boşalmasına səbəb olur.
Mərkəzi sinir sistemində induksiya hadisəsini Şerrinqiton
öyrənmişdir. Məlum olmuşdur ki, ardıcıl induksiyanın mənfi və
müsbət induksiya adlanan dövrləri vardır. Mərkəzlər arasında qar-
şılıqlı təsirdən asılı olaraq, əgər bükücü əzələlərə sinir impulsları
göndərən mərkəz qıcıq verməklə oyandırılarsa, onda açıcı
əzələlərin mərkəzi ləngiyir. Mərkəzlər arasındakı belə qarşılıqlı
təsirə ardıcıl induksiya deyilir.
Oyanmadan sonra mərkəzin
ləngimə qabiliyyətinin artmasına mənfi induksiya, ləngimədən
sonra isə həmin mərkəzin oyanma qabiliyyətinin yüksəlməsinə
müsbət induksiya deyilir. Deməli, mərkəzi sinir sistemində məkan
və zaman daxilində oyanma ləngimə ilə, ləngimə isə oyanma ilə
əvəz olunur. Bunu Şerrinqtonun
təcrübəsindən də müşahidə
etmək olar. Belə ki, o heyvanın pəncəsinə qüvvətli qıcıq
verməklə, qaşınma refleksinin ləngidiyini – mənfi induksiya;
qıcıq kəsilən kimi isə refleksin qüvvətləndiyini – müsbət induk-
siya, müşahidə etmişdir.
«Ötürülmə» fenomeni və ritmik reflekslər. Ötürülmə re-
fleksi dedikdə, bir refleksin dərhal başqa əks refleksə keçməsi
nəzərdə tutulur. Belə ki, qüvvətli bükücü refleks verən qıcıq
kəsildikdən sonra, həmin ətrafın açıcı əzələləri təqəllüsə gəlir və
bükülmüş ətrafın açılmasına səbəb olur.
Zəncir reflekslər. Hər hansı bir ətraf büküldükdən sonra, öz-
özünə də açılır. Demək,
bir refleks ikinci refleksin, ikinci refleks
isə onun əksinə olan üçüncü, dördüncü və i.a. reflekslərin mey-
dana çıxmasına səbəb olur. Digər refleksi törədən və onun yerinə
keçən bu cür mürəkkəb reflektor hərəkət aktları
zəncir refleksləri
208
adlanır.
Zəncir reflekslərə onurğa beyni kəsilmiş it üzərində aparılan
təcrübələri misal göstərmək olar. Belə itlərdə bir qıcığa qarşı arxa
ətrafın əzələləri normal yeriş zamanı müşahidə olunan bir sıra
ritmik hərəkətlər verir.
Ritmik reflekslər. Bəzən zəncir refleksləri zamanı eyni sadə
reflektor aktlar müəyyən ardıcıllıqla, ritmik şəkildə təkrarlanır.
Belə reflekslər
ritmik reflekslər adlanır. Qurbağanın silmə reflek-
sini, itin qaşınma refleksini və s. buna misal göstərmək olar.
Qayıdan əlaqə prinsipi. Bu
və ya digər afferent
qıcıqlandırıcılarla törədilən bütün hərəki aktlar əzələlərdə,
vətərlərdə və oynaq kisələrində yerləşən propreoreseptorların oy-
anması ilə müşayiət olunur. Bunlardan sinir impulsları mərkəzi
sinir sisteminə daxil olur. Əgər insanın yerişi görmə ilə tənzim
olunursa, onda proprioreseptor impulslara görmə siqnalları da qo-
şulur. Digər tərəfdən hərəkət hər hansı bir səsin (məsələn, bar-
maqlar royalın dillərini sıxırsa) əmələ gəlməsinə səbəb olursa,
onda mərkəzi sinir sisteminə səs siqnalları daxil olur.
Orqanizmdə orqanlar və toxumaların fəaliyyəti nəticəsində
meydana çıxan belə impulslar ikinci afferent impulslar adlanır ki,
bunlar da orqanizmin və ya onun ayrı-ayrı hissələrinin
fəaliyyətinə səbəb olan birinci impulslardan fərqlənir. İkinci af-
ferent impulsların koordinasiya hadisəsinin mexanizmində çox
böyük əhəmiyyəti vardır.
İkinci afferent impulsların həyata keçirdiyi funksiya texni-
kada «qayıdan əlaqə» adını almışdır.
Qayıdan əlaqə müsbət və mənfi ola bilər. Müsbət qayıdan
əlaqə o vaxt baş verir ki, periferiyadan gələn impulslar hər hansı
reflektor reaksiyaları gücləndirir. İmpulsların
reflektor reaksiya-
ları ləngitməsi mənfi
qayıdan əlaqə adlanır. Çox vaxt müsbət və
mənfi qayıdan əlaqələr birlikdə fəaliyyət göstərir. Belə ki, skelet
əzələlərində meydana çıxan hər hansı refleks bir mərkəzi oyadır,
digərini isə ləngidir. Sinir mərkəzlərilə işçi aparat arasındakı bu
cür əlaqə qanunauyğun şəkildə effektlərin, başqa sözlə,
hərəkətlərin baş verməsinə səbəb olur.
downloaded from KitabYurdu.org
209
6.13. Divergensiya, konvergensiya
və okklüziya
Eyni bir afferentin başqa neyronlara şaxələr verməsinə diver-
gensiya deyilir.
Periferik reseptorların afferentləri
öz yolunda və mərkəzi
sinir törəmələrində çoxlu yan kollateral və uc şaxələri verərək
müxtəlif aralıq və efferent neyronlarla əlaqələnir.
Görmə, eşitmə, açlıq və s. haqqında olan sinir impulslarının
beyin qabığının hərəki şöbəsinin piramid nahiyəsinin neyronlarına
daxil olduğunu ilk dəfə Ç.S.Şerrinqton müəyyən etmişdir. Eyni
neyrona müxtəlif mənbələrdən sinir impulsları daxil olması kon-
vergensiya prinsipi adlanır. Deməli, konfergensiya müxtəlif
afferentlərin eyni bir aralıq və ya efferent neyronda, yaxud da
mərkəzi sinir sisteminin müəyyən bir məhdud sahəsində qur-
tarmasıdır. Bu halda ən müxtəlif reseptorlardan və beyin
şöbələrindən gələn oyanmalar bir
yerə konvergensiya olunur
(şəkil 6.22, B). Mərkəzi sinir sistemində əksər motoneyronlar
külli miqdarda afferent neyronlardan impulslar alır.
Konvergensiya məkan daxilində summasiyanı və okku-
lyuziya hadisəsini aydınlaşdırır. Müəyyən edilmişdir ki, iki
müxtəlif mənbədən gələn qıcıqların təsirinə qarşı substratın
cavabı, qıcıqların eyni anda və ya tək-tək verilməsindən asılı olur.
Belə ki, bir vaxtda verilən qıcıqlara tək qıcığa qarşı olan reaksi-
yadan artıq cavab alınır. Qıcığa cavablarının cəmindən az olur.
Məsələn, itin bir ətrafında 1-ci dizaltı sinirini maksimum
qıcıqlandırdıqda ön qamış əzələsinin 1,57 kq, 2-ci dizaltı siniri
qıcıqlandırdıqda 1,58 kq qüvvədə təqəllüs baş verir. Hər iki siniri
eyni vaxta qıcıqlandırdıqda isə əzələ 1,81 kq qüvvə ilə təqəllüs
edir. Belə bir effektin konvergensiyadan asılılığı şəkil 6.22-də ay-
dın görünür.
İki mənbə eyni vaxtda qıcıqlandırıldıqda alınan cavabın
həmin mənbələri tək-tək qıcıqlandırdıqda alınan cavabların
cəmindən az olmasına funksional okklüziya deyilir.
210
Şəkil 6.22. Okklüziya hadisəsini əks etdirən sxem: (S.Şerrinqtona
görə) Dairə daxilində çoxlu miqdarda hərəki hüceyrələr verilmişdir.
Altı hüceyrə onlardan xaric olanaksonlarla göstərilmişdir. A və B-
hərəki neyrona periferiyadan oyanmanı gətirən
sinir lifləri; Maksimal
qıcıqlanmada A və B lifi ilə gələn impuls 4 neyronda oyanma baş
verir. Eyni vaxtda oyandıqda isə 6 neyron oyanır.
Əgər iki mənbəyi qıcıqlandırdıqda qıcığın qüvvəsi zəifdirsə,
qıcıq qapısından aşağıdadırsa məkan daxilində yekunlaşma,
əksinə, qıcıq qüvvəlidirsə funksional okklüziya baş verir.
6.14. Oyanmanın irradiasiyası
Mərkəzi sinir sistemində oyanmanın yayılması
irradiasiya
adlanır. İrradiasiya sayəsində ayrı-ayrı neyronlar bir-birilə
qarşılıqlı əlaqəyə girə bilir.
Oyanmanın onurğa beynində irradiasiya etməsi qurbağa
üzərində göstərilmişdir. Qurbağanın
yan tərəfinə turşu ilə
isladılmış kağız parçası qoyduqda qıcıqlanan tərəfdəki ətraf
təqəllüs edərək silmə refleksi verir. Ətrafın hərəkətinə mane
olunursa, dərinin qıcıqlanması əks tərəfdəki ətrafın hərəkətinə
səbəb olur.
Şübhəsiz, bu hadisəni sabit və dəyişməz iki neyronlu refleks
downloaded from KitabYurdu.org