247
beyinə qədər neyron və sinir liflərinin
tərkibinə və düzülüşünə
görə beynin digər törəmələrindən kəskin surətdə fərqlənən
anatomik törəmə yerləşmişdir. Mikroskop altında tor kimi görün-
düyünə görə hələ keçən əsrin ikinci yarısında O.Deyters həmin
nahiyəyə torabənzər törəmə və ya retikulyar formasiya adı ver-
mişdir. Onun neyronlarında çoxlu miqdarda afferent liflər qur-
tarır. Bu yollar bir tərəfdən beyin borusundan keçən uzun hissi lif
dəstələrinin şaxələnmiş çıxıntıları, digər tərəfdən isə beynin yux-
arı şöbələrindən enən efferent sinirlərin çıxıntılarından ibarətdir.
Belə ki, o, enən yollar vasitəsilə onurğa
beynin reflektor
fəaliyyətinə həm ləngidici, həm də fəallaşdırıcı təsir göstərə bilir.
O, qalxan yollarla beyin yarımkürələri qabığına daha çox oyadıcı
təsir göstərir.
Retikulyar formasiya neyronları müxtəlif hormonlara, bir çox
mübadilə məhsullarına, ayrı-ayrı kimyəvi birləşmələrə qarşı oldu-
qca həssasdır. Retikulyar formasiya beyində sanki yüksək fəallıq
əmələ gətirən «qurğu» funksiyasını yerinə yetirir.
Retikulyar formasiyadan gələn impulslar birbaşa onurğa
beyninin hərəki neyronlarına ləngidici təsir göstərə bilir.
Retikulyar formasiyada onurğa beyni hüceyrələrini
fəallaşdıran neyronlar da vardır.
Beyin sütunun yuxarı şöbələrində retikulyar formasiyanın
pozulması heyvanı dərin yuxu vəziyyətinə gətirir.
Orta beyin beyin qabığına fəallaşdırıcı təsir göstərir.
Orqanizmin reseptorlarından impulsları talamusa
gətirən affer-
ent liflər retikulyar formasiyaya çoxlu miqdarda şaxələr verir. Bun-
dan əlavə, retikulyar formasiya beyincikdən, qabıqaltı düyünlərdən,
limbik sistemdən və beyin yarımkürələri qabığından impulslar alır
və onların fəallığını saxlamaqla yanaşı, eyni zamanda özü də
onlardan daimi gələn impulsların təsirinə məruz qalır.
Retikulyar formasiya qabıqaltı nüvələr və hipotalamusla sıx
əlaqədədir. C.Oldsun təcrübəsi bunu bir daha sübut edir. O, siçan
beyninin müxtəlif şöbələrinə – hippokampa, arxa hipotalamus və
orta beynə xroniki elektrodlar yerləşdirib onları stimullaşdırıcı ci-
hazla birləşdirdi və heyvana elektrik dövrəsini açıb-bağlayan
248
tutqacı ayaqla basa bilmək imkanı yaratdı. Əgər elektrod arxa hi-
potalamusda və ya orta beynin retikulyar formasiyasının
müəyyən
nahiyələrinə düzgün yerləşdirilmişsə belə qıcıqların heyvanın
beyninə stimullaşdırıcı təsirindən heyvan həzz alırsa, heyvan onu
basıb öz beyninin mərkəzlərini qıcıqlandıracaqdır. Siçan özünün
digər fəaliyyət aktlarını kəsərək onda o, tutqacı reflektor olaraq
saatlarla basmaqla məşğul olacaqdır. Bu təcrübələrdən Olds belə
qərara gəlmişdir ki, heyvanlarda orta və aralıq
beynin bəzi nahi-
yələrinin qıcıqlandırılması müsbət, digər nahiyələrin
qıcıqlandırılması isə mənfi reaksiyalara səbəb olur. Belə beyin
sahələri obrazlı olaraq «cənnət» və ya «cəhənnəm» nöqtələri ad-
landırılmışdır.
Deməli, beyinin bu nahiyələrinin qıcıqlandırılması heyvanda
mənfi emosiya (qorxu, hiddət və s.) əmələ gətirir.
Retikulyar formasiyanın ayrı-ayrı hissələri tənəffüs
hərəkətlərində, həmçinin ürək-damar sisteminin nizamlanmasında
mühüm rol oynayır.
Limbik sistemin funksiyası. Limbik sistem beyin
yarımkürələrindən başlayaraq aralıq beynə, hətta orta beynə qədər
yayılmış geniş bir sahəni əhatə edir. Limbik sistemə hippokamp,
parahippokampal qırışıq, qurşaq və qoxu payının
filogenetik
cəhətdən köhnə törəmələri, alın və gicgah paylarının alt hissələri
və badamcıq aiddir. Limbik sistemin tərkibinə daxil olan qabıqaltı
törəmələrə badamcıq (amiqdal), septal nüvələr, talamusun və hi-
potalamusun öz nüvələri (perioptik sahə) və mamillyar cisimcik
aiddir.
Limbik sistemə aid edilən bu törəmələr həm öz aralarında,
həm də beynin digər şöbələri ilə mürəkkəb qarşılıqlı əlaqədədir.
Ona
görə də, onları şərti olaraq ayrıca sistem halında
birləşdirmişlər. Qabıq və qabıqaltı limbik törəmələr hipotalamus
və mamillyar cisimlər vasitəsilə orta beyinlə əlaqələnir (şəkil
6.30).
downloaded from KitabYurdu.org
249
Şəkil 6.30. Limbik sistem.
A-limbik sistem dövrəsi: 1-qurşaq
qırışığı; 2-döyənək cismi; 3-mərkəzi şırım; 4-təpə payı; 5-mahmız
şırımı; 6-ənsə payı; 7-hippokamp; 8-hippokampönü qırışıq; 9-
gicgah payı; 10-Qarmaq; 11-badamcıq; 12-qoxu soğanağı; 13-ön
bitişmə; 14-alın payı.
B-limbik sistemin afferent və efferent
əlaqələri. OBLS – orta beynin limbik sistemi: 1-qurşaq qırışığı; 2-ön
talamus; 3-qurşaq; 4-tağ; 5-terminal xətt; 6-hippokamp; 7-
hippokampönü qırışıq; 8-gicgah qabığı; 9-məməcikli cisim; 10-
badamcıq; 11-hipotalamus; 12-uc beyinin medial dəstəsi; 13-qoxu
soğanağı; 14-arakəsmə; 15-alın qabığı (C.Dudel və b.1985)
Limbik sistemin əsas törəmələri hippokamp və amiqdaladır.
Hippokampa, hətta limbik sistemin «ürəyi» də deyilir.
Amiqdalektomiya məruz qalmış meymun
sürünün digər
üzvlərindən kənarlaşır, onlardan qaçır, narahat və iradəsiz olur.
Limbik sistem hər fərd üçün xüsusi fizioloji əhəmiyyət qaza-
250
nır, onun məqsədyönlü davranışını müəyyən edir, daim dəyişilən
xarici mühit şəraitinə uyğunlaşmasını asanlaşdırır. Limbik sistem
visseral, somatik və endokrin reaksiyalara da tənzimləyici təsir
göstərir.
Uc beyin – beyin yarmıkürələri, beyin yarımkürələri və
onların funksiyaları. Neyroontogenezdə yarımkürələr sinir boru-
sunun ön hissəsində formalaşan iki yan qovuqcuqdan inkişaf edir.
Mərkəzi
sinir sisteminin, daha cavan şöbəsi beyin böyük
yarımkürələri və onun qabığıdır (şəkil 6.5, 6.31, 6.32). Baş bey-
inin ən iri və mürəkkəb şöbəsi olan beyin yarımkürələrinin əmələ
gəlməsi nəticəsində mərkəzi sinir sisteminin ümumi morfofunk-
sional formalaşması başa çatır.
Şəkil 6.31. Beyin yarımkürələri qabığında bəzi funksiyaların
yerləşmə sxemi (K.Bıkova görə, 1956): I-onurğa və uzunsov beyin,
II-beyin sütunu, III-beyin qabığı.
downloaded from KitabYurdu.org