Ə liyev İlham Yaylaqalı oğlu 1968-ci il aprel ayının



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə29/38
tarix11.03.2018
ölçüsü0,89 Mb.
#31239
1   ...   25   26   27   28   29   30   31   32   ...   38

İlh a n ı  Əliyev
nail  olur,  sonra  da  bütün  xalqımızı  həmin  q ə -  
rarların  icrasına  səfərbər  edirdi.  Azərbaycanı 
özü-özünü  təm in  edə  bilən,  müstəqil  yaşamağa 
qadir  olan  və  elmi-texniki  cəhətdən  yüksək  t ə -  
rəqqi  etmiş  bir ölkəyə çevirmək  onun  planlarının 
başında  gəlirdi.  Buna  da  nail  olundu.  İttifaq  re s - 
publikaları  arasında  yalnız Azərbaycan  və  R usi- 
ya  özü-özünü  təm in  edən  respublika  olmuşdur. 
Bir  sözlə,  Vətənimizin  müstəqilliyə  gələn  yolunu 
hələ  o  zaman  Heydər Əliyev  başlamışdı.  1970- 
1985-ci  illərdə  bütövlükdə  respublika  ərazisində 
yüzlərlə  zavod,  fabrik,  istehsalat  sahələri  y a ra - 
dıldı.  213  iri  sənaye  müəssisəsi  işə  salındı.  B ir  
çox  mühüm  istehsal  sahələrinə  görə  Azərbay- 
can  Sovet  İttifaqında  aparıcı  yerlərdən  b irin i 
tuturdu.  Azərbaycanda  istehsal  olunan  3 5 0  
adda  məhsul  dünyanın  65  ölkəsinə  ixrac  o lu - 
nurdu.  Uzaq  görən  siyasət  xalqımızda  milli  q ü - 
rur,  milli  mənlik  şüurunun,  azadlıq,  müstəqillik 
duyğularınin 
oyanmasına  hesablanmışdır.  Bu, 
əslində,  1970-ci  illərdə Azərbaycan  xalqının  milli 
azadlıq  mərhələsinə  daxil  olması  demək  idi. 
1987-ci  ilin  əvvəlində  başlayan  milli  azadlıq  hə- 
rakatı  göstərdi  ki,  Heydər  Əliyevin  işləyib  hazır- 
ladığı  azadlıq  mübarizəsi  konsepsiyası  düzgün 
və  əsaslı  imiş.  Təəssüf ki,  sonradan  xalqın  önü- 
nə  keçən  insanlar  hazır  konsepsiyanı  düzgün 
istiqamətləndirə  bilmədilər.  Daha  doğrusu, yara-
Q a fq a z d a   im p e riy a la r 
v p  
e rm m ib rin  A ztrbaycan  tra z ib rin a  köçiiriilm dsi
nan  fürsətdən  öz  mənafeləri  üçün  istifadə  et- 
məyə  üstünlük  verdilər.  Hakimiyyətə  yiyələnsə- 
lər  də  təşkilatçılıqda  və  idarəetmədə  bacarıq- 
sızlıqları  nəticə  etibarilə  yenicə  müstəqillik  qa- 
zanmış  Azərbaycana  acı  faciələr  yaşatdı.  Xalq 
Cəbhəsinin  hakimiyyəti  dövründə  davam  edən 
çəkişmələri  respublikanın  müdafiəsinə  ağır  zər- 
bə  vurdu.  1993-cü  ilin  aprelin  1-də  Kəlbəcər  iş- 
ğal  olundu.  İyun  ayında  korpus  komandiri  Surət 
Hüseynovun  Gəncədə  hakimiyyətə  qarşı  qiyam 
qaldırması  Azərbaycanda  dərin  siyasi  böhranın 
yaranmasına  gətirib  çıxartdı.  Xaos  və  anarxiya 
fonunda  cənubda  “Talış-  Muğan  Respublika- 
sı”nın,  şimalda  “Sadval”çıların  meydana  çıxma- 
sına  gətirib  çıxartı.  Bundan  istifadə  edən  ermə- 
nilər  ardıcıl  olaraq  torpaqlarımızı  işğal  edirdilər.


İlltaııı  i)li\eı<
Belə  ağı  dönəmdə  xalq  üzünü  Heydər  Əliyevə 
tutub,  ondan  kömək  istədi.  Xalqın  tələbi  ilə 
Heydər  Əliyev  hakimiyyətə  gəldi.  Ulu  Öndər 
Heydər  Əliyevin  hakimiyyətə  qayıdışı  ilə  Azər- 
baycanın  qurtuluşunda  həlledici  dönüş  baş  ver- 
di.  Dahi  Öndər  apardığı  mıidrik  siyasi  gedişlər 
hesabına  ölkədə  vətəndaş  müharibəsi  təhlükə- 
sinin  qarşısı  alındı.  Vəziyyəti  düzgün  qiymətlən- 
dirən  Heydər Əliyev  müdrik  strateq  kimi  real  və- 
ziyyətdən  çıxış  edərək  cəbhədə  atəşkəs  reji- 
minə  nail  oldu.  Məhz  bundan  sonra  ordu  quru- 
culuğuna,  hərbi  qüdrətin  artırılmasına  başlanıldı. 
Beynəlxalq  aləmdə  Azərbaycanın  yeri  və  rolu 
möhkəmləndi,  xalqın  sabaha  olan  inamı  özünə 
qaytarıldı.  Milətimizin  adı  və  dili,  qüdrətimizin  və 
vahidliyimizin  əsası  olan  islam-türk  birliyi  bərpa 
olundu.  Bu  gün  müstəqil  Azərbaycan  bütün 
dünyada  demokratik,  hüquqi,  dünyəvi  dövlət nü- 
fuzu  qazanmışdır.  Ulu  Öndər  Heydər Əliyev  zə- 
kasının  məhsulu  olan  təməl  qanunumuz  dün- 
yanın  ən  demokratik,  ən  mükəmməl  konstitu- 
siyalarından  biridir  və  beynəlxalq  aləmdə  Vətə- 
nimizə  böyük  hörmət  qazandırır.  Özünün  xarici 
siyasətini  bərabərlik  və  qarşılıqlı  mənafe  prinsip- 
ləri  əsasında  quran  Azərbaycan  Respublikası 
dünyanın  bütün  dövlətləri  üçün  açıq  ölkəyə  çev- 
rilmişdir.  Azərbaycan  dünyanın  iqtisadi  mərkə- 
zinə  çevrilməkdədir.
154
Qafqazda  'mtpcriyalur
 vv? 
ernıəııihrin Azərbaycan ərazilərina köçiiriihnasi
TÜRKİYƏ NİYƏ  "ASALA" VƏ 
“DAŞNAKSÜTYUN’V  TERROR  TƏŞKİLATI 
KİMİ TANIMIR?
:1 
I
1999-cu  ildə  ABŞ  PKK-nı  terror  təşkilatı 
kimi  tanısa  da,  Türkiyənin  bu  məsələ  ilə  bağlı 
hələ  də  qərar verməməsi  təəccüb  doğurur.  Tür- 
kiyənin  bu  məsələlərdə qərarsız olması  obyektiv 
səbəblərlə  əlaqələndirilir.  Səbəblərdən  biri  kimi 
ekspertlər onu  göstərirlər  ki,  beynəlxalq  aləmdə 
terrorizmin  vahid  tərifi  yoxdur.  Bizim  üçün  ter- 
rorçu  olan  təşkilat,  digərləri  üçün  milli  qəhrə- 
man,  xalqının  və  dövlətinin  xilaskarı  kimi  təqdim 
olunur.  Terrorizmlə  bağlı  120-yə  qədər  müxtəlif
155


İllıam  Əliyev
məzmunlu  təriflər  olsa  da,  vahid,  hər  kəs  tərə- 
findən  qəbul  olunan  universal  mövqe  yoxdur. 
Misal  kimi  ABŞ  və  Qərb  ölkələri  bin  Ladeni  ən 
qorxulu  terrorçu  kimi  tanısa  da,  ərəb  dövlət- 
lərinin  xalqları  onu  milli  qəhrəman  kimi  qəbul 
edib,  dəyərləndirirdilər.  Məhz  bu  amili  nəzərə 
alan  ABŞ  bin  Ladeni  öldürdükdən  sonra  onun 
fiziki  bədənini  dənizdə  basdırmağa  üstüniük 
vermişdir.  Çünki  ABŞ  ehtiyat  etmişdir  ki,  insan- 
lar  onun  məzarını  ziyarətə  çevirməklə  ona  göz 
dağı vermiş olarlar.
Eləcə  də  "Daşnaksütyun"  və  "ASALA" 
terror təşkilatları  Ermənistan  hakimiyyətinin  ma- 
raqlarını  ifadə  etdiklərindən  bu  təşkilatlar  onlar 
üçün  qəbul  olunandır.  Hətta  Ermənistanda 
"Daşnaksütyun"  və  "ASALA"  terror  təşkilatları- 
nın  üzvləri  parlamentdə,  eləcə  də,  hakimiyyətdə 
təmsil  olunurlar.  Görünür,  Türkiyə  də  bu  amilləri 
nəzərə  alaraq  sözügedən  təşkilatları  terrorçu 
təşkilatlar kimi tanımaqdan  çəkinir.
Bugünkü  reallıq  ondan  ibarətdir  ki,  Tür- 
kiyənin  dünyada  rolu  kifayət  qədər  möhkəm- 
lənib.  Türkiyənin  xirici  işlər  naziri  Əhməd  Da- 
vudoğlu  bəyan  etdi  ki,  “Ərəb  baharı”  20  il  əvvəl 
olsaydı,  Türkiyə  bu  məsələlərə  qarışmazdı  və 
bunu  o  ölkələrin  daxili  işi  kimi  dəyərləndirərdi. 
Amma  indi  dövr  və  zaman  dəyişib,  Türikiyə  bu 
proseslərin  içindədir.  Yəni  kənardan  müşahidə

----------------------------------------------------
156
 

--------------------------------------------------------
Q afq azd a  im periyalar  və 
ennanilərin Aznrbaycan 
ərazilərina kö çü rü ltm si
etmir.  0   dövlətlərdə  Türkiyənin  maraqları  cəm- 
ləşib və orada  birbaşa  iştirak edir.
Bu  gün  Türkiyə  iqtisadi  baxımdan  Avropada 
6-cı  dövlətdir.  "Böyük  İyirmilik"də  16-cıdır.  Hərbi 
potensialına  görə  Türkiyə  NATO-da  ABŞ-dan 
sonra  ikinci  ölkədir.  ABŞ-ın  1,4  milyon,  Tür- 
kiyənin  isə  720  min  nəfər  hərbçisi  var.  Etiraf 
olunmalıdır  ki,  ABŞ  fövqəldövlətdir.  Onların 
siyasətində  yanaşma  ondan  ibarətdir  ki,  bir  re- 
gionda  maraqlarını  həmin  regionun  lider  dövləti 
vasitəsi  ilə  təmin  edir.  Yaxın  və  Orta  Şərq  ABŞ- 
ın  həyatı  maraqlarına  daxildir.  Bu  zonadakı  ma- 
raqlarını  həyata  keçirmək  üçün  Türkiyənin  po- 
tensialından  faydalanır.  Regionda  Türkiyənin 
dəstək vermədiyi  heç  bir layihə  və  plan  baş  tuta 
bilməz.  Bu  nöqteyi-nəzərdən  ABŞ  Türkiyəyə  bu 
və 
digər  formada  təzyiqlər  edə  bilir.  Bunun 
üçün  kürd  və  "erməni  soyqırımı"  məsələsindən 
rəsmi  Ankaraya  qarşı  təzyiq  vasitəsi  kimi  istifa- 
də  edir.  Eyni  zamanda,  ABŞ  onun  fərqindədir 
ki,  regionda  siyasətinin  uğuru  Türkiyənin  "hə" 
deməsindən  çox  asandır.  Xüsusilə  də,  ABŞ 
özünün  Cənubi  Qafqaz  və  Mərkəzi  Asiya  siya- 
sətində  məqsədlərinə  nail  olmaq  üçün  Türkiyə 
faktorundan  son  dərəcə  asılıdır.  Türkiyənin  də 
bu  regionda  özəl  maraqları  var.  Ona  görə  də 
hər  iki  dövlətin  bu  regionla  bağlı  maraqları  üst- 
üstə  düşür.  Türkiyəyə  qarşı  ittiham  irəli  sürmək
1 5 7


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə