E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə32/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   28   29   30   31   32   33   34   35   ...   121

 
67
2.
 
 kəsb etməlidir.müstəmləkə xarakterli milli iqtisadiyyat - təmənnalı asılılıq və 
iqtisadi struktur dərəcəsi ilə  fərqlənən, lakin bir-birinə nisbətən yaxın olan milli 
iqtisadiyyat növüdür. Belə milli iqtisadiyyata malik olan ölkələr digər dövlətlər 
tərəfindən istila edilməli və qeyri-müstəqil olmaları ilə  əlaqədardır. Digər tərəfdən, 
belə ölkələrdə  mövcud ölkənin milli və iqtisadi mənafeləri nəzərə alınmır, zorakı və 
gücdən istifadə etməklə iqtisadiyyat inkişaf etdirilir. 
3.
 
yarımmüstəmləkə xarakterli milli iqtisadiyyat - müstəmləkə xarakterli milli 
iqtisadiyyata bənzəyir. Lakin burada yuxarıda göstərilən  əlamətlər nisbətən zəifdir, 
yəni bu modeldə mövcud ölkənin milli və iqtisadi mənafeləri az da olsa nəzərə alınır. 
Beləliklə, sağlam milli iqtisadiyyat bazar münasibətlərinin inkişafının ana xəttini təşkil 
edir. O, rəqabət qabiliyyətli  əmtəə dövriyyəsinə malik olur, iqtisadi müstəqillik, sabit pul 
tədavülü, dinamik inkişaf, diversifikasiya meyli, yüksək rifah və sair onda səciyyəvi hal olur. 
Dünyanın  ən yüksək inkişaf etmiş ölkələri, məsələn, ABŞ, Yaponiya, Finlandiya, İsveç ilk 
növbədə yaratdıqları sağlam milli iqtisadiyyatları ilə zənginləşmişlər. Azərbaycan böyük neft-qaz 
ehtiyatlarına malik olan ölkələrdən biridir. Fəqət onları  kəşf etmək və  mənimsəmək yalnız 
respublikanın daxili imkanları hesabına hələlik mümkün deyildir. Bu, indiki şəraitdə xarici 
kapitalın, yəni xarici sərmayəçilərin bu işə cəlb edilməsilə mümkündür. Xarici kapitalın bu işə 
cəlb edilməsi neft-qaz hasilatının artırılması ilə yanaşı yeni iş yerlərinin yaradılması baxımından 
da  əhəmiyyətlidir. Digər tərəfdən, belə bir tədbirin həyata keçirilməsi yüksək ixtisaslı neftçi 
kadrların xarici ölkələrə axınının da qarşısını ala bilər. Son illərdə xarici kapitalın idxalı ilə 
əlaqədar olaraq respublikamızda yeni idarəetmə təcrübəsi, müasir menejment standartları, yüksək 
istehsalat mədəniyyəti tətbiq olunmağa başlayır. 
Milli iqtisadiyyatın mövcud səviyyəsini tədqiq və  təhlil etmək üçün bir sıra digər 
göstəricilərindən, məsələn Ümumi Milli Məhsul /ÜMM/, Ümumi Daxili Məhsul /ÜDM/, Xalis 
Milli Məhsul /XMM/, Milli Gəlir /MG/, Milli Sərvət /MS/ kimi göstəricilərdən də istifadə edilir. 
ÜMM mövcud ölkədə və onun xaricində öz daxili resursları hesabına il ərzində istehsal olunan 
bütün son hazır  əmtəələrin və xidmətlərin dəyərinin məcmusudur. ÜMM mövcud ökədə il 
ərzində yerli resurslardan istifadə etməklə istehsal olunan bütün hazır  əmtəələrin məcmusudur. 
XMM ümümi daxili məhsuldan amortizasiya ayırmaları  çıxdıqdan sonra yerdə qalan hissədir. 
MG xalis milli məhsulun bütün dolayı vergilər çıxıldıqdan sonra yerdə qalan hissəsidir. Başqa 
sözlə, o mövcud ölkədə əmək haqqı, mənfəət. Faiz və rentaların ümumi məbləğindən ibarətdir. 
MS mövcud ölkədə millətin tarix ərzində  əldə etdiyi və malik olduğu bütün maddi nemətlərin 
məcmusudur. 
 


 
68
V FƏSİL 
BEYNƏLXALQ ENERCİ BAZARLARINA ÇIXIŞ  
PROBLEMLƏRİ VƏ PERSPEKTİVLƏR 
 
5.1. Xəzərin neft-qaz resurslari və müasir dövrdə onlardan istifadə imkanları 
 
Xəzər göl olmamaqla dünyada ən böyük qapalı su hövzəsidir. Xəzər regionunda Rusiya, 
Qazaxıstan, Türkmənistan, Azərbaycan dövlətləri yerləşir. Ölçüsünə, proseslərin xarakterinə və 
inkişaf tarixinə görə  Xəzər dəniz hesab edilir. Tarixi mənbələrdə  və  ədəbiyyatlarda Xəzər 
dənizinin çoxsaylı adlarına, məsələn Abeskun, Bakı, Kaspi, Gürgan, Xəzər, Kirkan, Şirvan, 
Mazandaran və sairə rast gəlinir. Bunlardan hazırda Xəzər və Kaspi adları daha çox işlədilir.  
Xəzər dənizinin uzunluğu təqribən 1200 kilometr, orta eni 320 kilometr, sahil xəttinin 
uzunluğu 6,5 min kilometrdir. Ondan 800 kilometri Azərbaycan Respublikasının payına düşür. 
Xəzər dənizinə 130-dan çox çay tökülür. Onlardan ən böyükləri sırasında Volqa, Kür, Emba, 
Ural, Terek, Sulak, Samur, Səfidrud və Kürkan çayları yer alır. 
Relyefinə və hidroloci xüsusiyyətlərinə görə Xəzər dənizi üç hissəyə bölünür: 
1.
 
Şimali Xəzərə /dərinliyi 25 m-dək/; 
2.
 
Orta Xəzərə /Dərbənd çökəkliyində dərinliyi 788 m-dək/; 
3.
 
Cənubi Xəzərə /dərinliyi 1025 m-dək/. 
Orta Xəzərin Şimali Xəzərlə təbii sərhədi Manqışlaq astanası, Cənubi Xəzərlə təbii sərhədi 
isə Abşeron astanası boyunca keçir. Xəzər dənizi Üst Miosenə  qədər Qara dənizlə  əlaqədə 
olmuşdur. Sonra bu əlaqə kəsilmiş, Xəzər dənizi qapalı su hövzəsinə çevrilmişdir. Üst Pliosendə 
/Akçaqıl  əsrində/ okeanla yenidən birləşmişdir. Xəzər dənizinin dibində neft, qaz, kimyəvi 
xammal yataqları var. Deməli, Xəzər dənizi mühüm xalq təsərrüfatı  əhəmiyyətinə malikdir. 
Xəzər dənizinin  əsas faydalı qazıntısı neft və  təbii qazdır. Bu resurslar Abşeron və Bakı 
arxipelaqları akvatoriyalarında, Türkmənistan və Dağıstan Muxtar Respublikasının sahil suları 
zonasında çıxarılır. Xəzər dənizindən neft ilk dəfə 1923-cü ildə keçmiş  İliç buxtasında 
çıxarılmışdır. Hazırda Azərbaycanda çıxarılan neftin üçdə iki hissəsini, təbii qazın 90%-dən 
çoxunu dəniz mədənləri verir. 
Müasir dövrdə Xəzər regionunun dövlətləri, öz iqtisadi inkişafını Xəzər dənizinin neft-qaz 
potensialı ilə bağlayır. Mütəxəssislərin hesablamalarına görə Xəzər dənizinin neft-qaz potensialı 
50 milyard barreldən 200 milyard barrelə  kimi  neft  və kondensata bərabərdir. Xəzər regionun 
dövlətləri üzrə neft və təbii qaz ehtiyatı aşağıdakı kimidir: 
1.
 
Azərbaycan üçün isbat edilmiş neft ehtiyatı 3,6 milyard barreldən 12,5 milyard 
barrel arasında dəyişilir. Mümkün /ehtimal/ olan neft ehtiyatı mütəxəssislər 
tərəfindən 27 milyard barrel həcmində proqnozlaşdırılır. Ümumi neft ehtiyatı isə 
31-40 milyard barrel nəzərdə tutulur; 
2.
 
Qazaxıstan üçün isbat edilmiş neft ehtiyatı 10 milyard barreldən 17,6 milyard 
barrelə bərabərdir. Mümkün /ehtimal/ olunan neft ehtiyatı 85 milyard barrel, ümumi 
neft ehtiyatı isə 95 milyard barreldən 103 milyard barrel həcmindədir; 
3.
 
Türkmənistan üçün isbat olunan neft ehtiyatı 1,7 milyard barrelə, mümkün neft 
ehtiyatı 32 milyard barrelə və ümumi neft ehtiyatı isə 34 milyard barrelə bərabərdir
4.
 
Rusiya üçün isbat olunan neft ehtiyatı 0,3 milyard barrelə, mümkün olan neft 
ehtiyatı 5 milyard barrelə və ümumi neft ehtiyatı isə 5 milyard barrelə bərabərdir; 
5.
 
İran  İslam Respublikası üçün isbat olunan neft ehtiyatı 0,1 milyard barrelə, 
mümkün olan neft ehtiyatı 12 milyard barrelə və ümumi neft ehtiyatı isə 12 milyard 
barrelə bərabərdir.  
Xəzər regionunda yerləşmiş dövlətlər tərəfindən hasil və ixrac edilən neftin miqdarı 
haqqında məlumatlar aşağıdakı cədvəldə verilmişdir. 
 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə