E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə31/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   27   28   29   30   31   32   33   34   ...   121

 
65
ni təşkil etməklə mütləq ifadədə 6 trilyon 423 milyard manat olacaqdır. Başqa sözlə, bu, 2002-ci 
ilə nisbətən 1 trilyon 293 milyard manat və ya 25,2% çoxdur. 2003-cü ildə sosial yönümlü 
xərclərin üstünlüyü saxlanılmaqla iqtisadiyyatın bir sıra sahələrinə dövlət büdcəsindən maliyyə 
yardımları da artırılacaq. Xərclərin 60%-dən çoxu və ya 3 trilyon 858 milyard manatı sosial 
yönümlü tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək. Bu, 2002-ci illə müqayisədə 20,3% 
artıqdır. Respublikamızda hazırda 1,2 milyondan artıq vətəndaş pensiya və müavinət alır. Hər 
büdcə ilində onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən addımlar atılır.
 
2003-cü ildə də sözügedən tendensiya daha ciddi surətdə davam etdiriləcəkdir. Belə ki, pensiya 
islahatlarının reallaşdırılması, yoxsulluğun azaldılması proqramının icrasına başlanğıc kimi 
pensiya və müavinətlərin artımı üçün 224 milyard manat, o cümlədən dövlət büdcəsindən 138 
milyard manat vəsait yönəldiləcəkdir. 
Ölkəmizin orta müddətli sosial-iqtisadi inkişaf konsepsiyası da diqqəti cəlb edir. 
Ekspertlərin proqnozuna görə, 2005-ci ildə ümumi daxili məhsulun real artımı 2001-ci ildəkinə 
nisbətən 57,5% təşkil edəcək, qeyri-dövlət sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi isə 
75%-ə çatacaqdır. 
 
 
4.4. Milli iqtisadiyyat: səviyyə göstərijilərinin müasir durumu və 
yaxşılaşdırılması yolları 
 
Milli iqtisadiyyatın mahiyyəti və onun səviyyə göstəricilərindən danışmamazdan öncə, 
ümumiyyətlə, iqtisadiyyat nədir, onun hansı növləri var, ilk dəfə elm tarixində iqtisadiyyat 
sözünü, anlayışını kim işlətmişdir və onun nə kimi təməl prinsipləri var suallarını qısaca da olsa 
nəzərdən keçirək
. 
İqtisadiyyat - bütün iqtisadi bilik sahələrinin, həmçinin də iqtisadi nəzəriyyənin öyrəndiyi, 
tədqiq etdiyi obyektdir. Elm tarixində ilk dəfə iqtisadiyyat sözünü, anlayışını  qədim yunan 
alimləri işlətmişlər. O, Ksenofontun /e.ə.-430-355/ «Ev təsərrüfatı» və ya «Ev iqtisadiyyatı» 
deyilən  əsərlərinin adından götürülmüş, sonra Aristotel /e.ə.384-322/ tərəfindən geniş  şərh 
edilmişdir. Yunan sözü olan «Oykonomiya» iki sözdən, «oykos» /ev, təsərrüfat/ və «nomos» 
/qayda, qanun/ söz birləşmələrindən yaranmışdır. Təsərrüfat və onun idarəedilmə qanunları 
mənasını ifadə edən bu anlayış sonralar mürəkkəb və geniş bir fəaliyyət dairəsini, bütövlükdə 
iqtisadiyyat mənasında işlədilmişdir. Hazırda dünyanın  əksər ölkələrində, müxtəlif dillərdə 
«Ekonomiks» geniş anlamlı bir kateqoriya kimi işlədilməkdədir.
 
Bizim və bir sıra islam ölkələri 
xalqlarının dilində «ekonomika» ərəb dilindən alınmış «iqtisadiyyat», «iqtisad» kimi sözlərlə 
ifadə olunur. Ərəbcə iqtisadiyyat tədbir mənasını ifadələndirir. Dilimizə daxil olan «iqtisadiyyat» 
məfhumu təsərrüfatı idarəetmə, təsərrüfatçılıq, qənaət, kimi anlayışları ifadə edir.
 
Hər bir cəmiyyətdə  təsərrüfat bir sistem kimi fəaliyyət göstərir və inkişaf edir. Bu 
baxımdan  iqtisadiyyat  və  təsərrüfat anlayışları üst-üstə düşür. Məlumdur ki, iqtisadiyyat 
sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, xidmət və s. sahələri özündə birləşdirir. Ona 
görə  də iqtisadiyyat bir çox elmlərin adları kimi də  işlədilir. Məsələn, iqtisadi tarix, sənayenin 
iqtisadiyyatı, müəssisənin iqtisadiyyatı, iqtisadi kibernetika, iqtisadi joğrafiya, kənd təsərrüfatının 
iqtisadiyyatı, ticarətin iqtisadiyyatı, tikintinin iqtisadiyyatı  və sair elmlərin adının daşayıcısı da 
iqtisadiyyatdır.  İqtisadiyyata öyrənmə, dərketmə baxımından yanaşdıqda o, makroiqtisadiyyat, 
mikroiqtisadiyyat, mezoiqtisadiyyat və meqoiqtisadiyyat sahələrinə ayrılır. 
 
Makroiqtisadiyyat dedikdə, bu və ya digər ölkənin iqtisadiyyatının bütövlükdə 
öyrənilməsi, araşdırılması  və  tədqiqi ilə  əlaqədar proseslər nəzərdə tutulur. Makroiqtisadiyyat 
səviyyəsində  cəmiyyətin, ölkənin, milli iqtisadiyyatın  ən başlıca iqtisadi problemləri dayanır. 
Burada ictimai məhsulun məcmusu, milli gəlirin kəmiyyəti, onların artımı, bölgüsü, sosial 
tələbatların təmin olunmaq dərəcəsi və sair kimi problemlərin öyrənilməsi və həlli yolları tədqiq 
edilir. 
 


 
66
Mikroiqtisadiyyat - istehsalın, işin və xidmətlərin müəssisə  /firma,  şirkət/ çərçivəsində 
araşdırılması, təşkili və idarə edilməsi deməkdir.  İqtisadiyyatın özəyini təşkil edən müəssisədə 
istehsalın, işin və xidmətin daha səmərəli qurulması modelləri seçilir, ən az xərclə daha çox 
keyfiyyətli məhsul buraxılışına, deməli daha çox mənfəət  əldə edilməsinə çalışırlar. 
Mikroiqtisadiyyat səviyyəsində ən çox mənfəət, qiymət, əmək haqqı, istehsal xərcləri, tələb-təklif 
kimi iqtisadi amillərdən, göstəricilərdən daha konkret şəkildə istifadə olunur və idarəetmədə daha 
çevik idarəetmə sistemləri tətbiq olunur.
 
Mezoiqtisadiyyat makroiqtisadiyyatın yarımsistemləri olub, bir-biri ilə üzvi bağlı sahələr 
kompleksidir. Məsələn, aqrar-sənaye kompleksi, aqrar-biznes, hərbi-sənaye kompleksi və sair. 
Bunların maddi əsasını əmək bölgüsü və kooperativləşmə təşkil edir.
 
Meqoiqtisadiyyat dedikdə, beynəlxalq miqyasda iqtisadiyyat nəzərdə tutulur. Beynəlxalq 
iqtisadiyyatın maddi məzmununu beynəlxalq  əmək bölgüsü təşkil edir. Beynəlxalq  əmək 
bölgüsü - əməyin ictimai ərazi bölgüsünün yüksək forması olub, ayrı-ayrı ölkələrin istehsal 
etdikləri müəyyən növ əmtəə  və xidmət üzrə ixtisaslaşması  və  həmin məhsulları öz aralarında 
mübadilə etməsidir. Beynəlxalq  əmək bölgüsünün zəruriliyi və onun dərinləşməsi cəmiyyətin 
məhsuldar qüvvələrinin inkişaf dərəcəsi ilə müəyyən edilir.
 
Hansı formada olmasından asılı olmayaraq iqtisadiyyat təkrar istehsalın istehsal, bölgü, 
mübadilə  və istehlak mərhələlərini özündə üzvi surətdə birləşdirən bir sistemdir. Burada 
istehsalla istehlak arasındakı qarşılıqlı asılılıq və  vəhdət mühüm yer tutur. Məlumdur ki, 
cəmiyyətdə  və  təbiətdə müxtəlif xarakterli və  təyinatlı sistem formaları  fəaliyyət göstərir. 
Bunlara misal olaraq, maşınlar, bioloji, iqtisadi, sosial və istehsal-təsərrüfat sistemlərini, 
müəssisənin özünü, konkret idarəetmə sistemini göstərmək olar. Özü də  hər bir sistemin 
özünəməxsus xarakterik cəhətləri, tətbiqi sahələri və qanunauyğunluqları vardır. Göstərilən 
müxtəlif sistemlər içərisində  ən çətin idarə olunanı iqtisadi və istehsal-təsərrüfat sistemləridir. 
Belə ki, bioloji sistemdə canlı orqanizmdə mövcud olan komponentlər əvvəlcədən, üzvi olaraq 
bir-birilə  təbii olaraq uyğunlaşmışdır. Deməli, bioloji sistemdə subyektiv amillərdən, yəni 
insanlardan asılı olmayaraq, sistemin tərkibinə daxil olan ünsürlərin təbii olaraq bir-birinə 
uyğunluğu təmin olunur. İqtisadi və istehsal-təsərrüfat, həmçinin sosial sistemlərdə isə vəziyyət 
başqa cürdür. Burada iqtisadi, sosial, yaxud istehsal-təsərrüfat  əlaqələri insanlar vasitəsilə 
tənzimlənir.
 
Milli iqtisadiyyat özü-özlüyündə mücərrəd iqtisadi kateqoriyadır. Odur ki, tarixi yanaşma 
yolu ilə onun hansı konkret mahiyyətə malik olması mövcud ölkə  səviyyəsində 
aydınlaşdırılmalıdır. Ümumi baxışda «milli iqtisadiyyat» anlayışı ilə «makroiqtisadiyyat» 
anlayışı bir-birlərinə çox yaxındırlar. Lakin öz mahiyyətlərinə görə onların bir-birlərindən fərqli 
cəhətləri də vardır. Ölkənin makroiqtisadiyyatı dedikdə, ilk növbədə onun xalq təsərrüfatı 
sahələrinin məcmusu, orada təkrar istehsalın ünsürlərinin, yəni istehsalın, bölgünün, mübadilənin 
və istehlakın vəhdəti nəzərdə tutulur. Ölkənin milli iqtisadiyyatı dedikdə isə makroiqtisadiyyatın 
milli baxımdan vəziyyəti, mahiyyəti nəzərdə tutulur. Adətən, milli iqtisadiyyatın aşağıdakı üç 
növünü fərqləndirirlər:
 
1.
 
sağlam milli iqtisadiyyat - o ölkələrdə mövcuddur ki, onlarda real siyasi, hüquqi, 
milli və ümumiyyətlə, dövlət müstəqilliyi hakim mövqe tutur. Deməli, sağlam milli 
iqtisadiyyatın zəruri şərti dövlətin, millətin siyasi və iqtisadi müstəqilliyidir. Adətən, 
sağlam milli iqtisadiyyat dedikdə  aşağıdakılar nəzərdə tutulur: birincisi, mövcud 
ölkədə milli dövlət tam hökmüran vəziyyətdə müstəqil surətdə fəaliyyət göstərməlidir
ikincisi, hakim dövlət təbii-tarixi prosesə uyğun iqtisadi siyasət yeritməlidir. Bu, hər 
şeydən əvvəl öz real ifadəsini ölkənin milli və iqtisadi mənafeləri və bunlardan irəli 
gələn təbii inkişaf tələbatını  rəhbər tutmaqda tapmalıdır;  üçüncüsü, iqtisadiyyatın 
bütün sahələrində biznes və sahibkarlığın bütün formalarının inkişafı  və normal 
fəaliyyət göstərmələri üçün müvafiq şərait yaradılmalıdır;  dördüncüsü, istehsalın 
bütün infrastruktur sahələri ahəngdar fəaliyyət göstərməlidir;  beşincisi, azad 
iqtisadiyyat, yəni sağlam bazar münasibətləri real surətdə  təşəkkül tapmalıdır; 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə