E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə34/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   30   31   32   33   34   35   36   37   ...   121

 
71
ayrılıb kənar edilir. Süzmə yolu ilə qaztəmizləmə üçün parça kağız, sintetik və ya şüşə lifli 
süzgəjlərdən, eləcə  də koks xırdası  və ya başqa məsaməli materiallardan istifadə olunur. Qazı 
tozdan su və ya başqa maye vasitəsilə skrubber və digər aparatlarda təmizləyirlər. 
Elektrik üsulu ilə qaztəmizləmə yüksək-gərginlikli /təqribən 80000 volta qədər/ bircinsli 
olmayan elektrik sahəsi qüvvələrinin təsirinə  əsaslanır. Çirklənmiş qaz elektrik süzgəcindən 
keçirildikdə ionlaşır, yüklü hissəciklər çökdürücü elektrod tərəfindən cəzb olunur. 
Fiziki-kimyəvi qaztəmizləmə üsulları qaz qatışıqlarının kənar edilməsi üçün tətbiq edilir. 
Proses qaz qatışığının həlledici maddə /buna absorbsiya deyilir/, yaxud qaz qatışıqları ilə 
kimyəvi birləşmə verən maddə  məhlulları ilə yuyulması /buna kimyəvi absorbsiya deyilir/, 
qatışıqların bərk aktiv maddələrlə udulması /buna adsorbsiya deyilir/, onların zərərsiz 
birləşmələrə katalitik çevrilməsi və s. üsullarla aparılır. Qaztəmizləmə üsulları metallurgiya 
sobalarında, istilik-elektrik stansiyalarında, sement, kimya və neft-kimya zavodlarında geniş 
tətbiq edilir. 
İqtisadiyyatın və  əhalinin sosial ehtiyaclarının ödənilməsində qaz təchizatının təşkili 
mühüm  əhəmiyyət kəsb edir. Qaz təchizatı - iqtisadiyyatın maddi və qeyri-maddi sahələrinin 
ehtiyacları üçün qaz yanacağının mütəşəkkil surətdə verilməsi və paylanmasıdır.  İstehlakçılar 
təbii, süni və mayeləşdirilmiş qazlarla təhciz olunur. Qaz təchizatına təbii qazın çıxarılması, süni 
qazın alınması, qazların təmizlənməsi, nəql edilməsi, saxlanılması, istehlakçılara paylanması 
üçün lazım olan kompleks qurğular, maşın və cihazlar daxildir. Mərkəzləşdirilmiş  və yerli qaz 
təchizatı sistemləri mövcuddur. Mərkəzləşdirilmiş qaz təzhizatında qaz istehlakçılara  şəhər qaz 
şəbəkəsi vasitəsi üzrə, yerli qaz təchizatında isə yerli qaz qurğularından və ya içərisinə 
mayeləşdirilmiş qaz doldurulmuş sisternlərdə, balonlarda paylanır. Yerli sistemlərdən magistral 
qaz kəmərlərindən uzaqda yerləşən kiçik şəhərlərin və  qəsəbələrin yaşayış binaları  və 
kommunal-məişət müəssisələrinin qazla təhciz olunmasında geniş istifadə olunur.
 
Mayeləşdirilmiş qaz dəmir yolu və avtomobil sisternləri, balonlar və xüsusi gəmilərlə daşınır. 
Qaz təchizatı sisteminin etibarlı işləməsi üçün böyük şəhərlərin yaxınlığında qaz anbarları 
düzəldilir. Qaz anbarları yeraltı və yerüstü olur. Yeraltı qaz anbarı yüz milyonlarla m
3
 qaz tutur, 
onlar az təhlükəlidir və yerüstü anbarlara nisbətən ucuz başa gəlir. Yeraltı qaz anbarı məsaməli 
süxurlarda /ehtiyatı tükənmiş qaz və neft yataqlarında, sulu laylarda/ və süxur boşluqlarında 
/istifadəsiz qalan mədən  şaxtalarında, köhnə tunellərdə, mədən lağımlarında/ yaradılır. Qaz 
məsaməli süxurlarda qaz halında, süxur boşluqlarında isə, əsasən, maye halında saxlanılır. Qaz 
anbarı qazın az işlədildiyi mövsümlərdə ehtiyat yığmaq və qazı  tələbat çox olan mövsümlərdə 
istehlakçıları qazla müntəzəm təhciz etmək üçün, həmçinin yanacaq və kimyəvi xammal ehtiyatı 
kimi istifadə olunur. 
 
 
5.3. Neft, neft məhsulları  və qazın nəqli yeni neft strategiyasının tərkib hissəsi 
kimi 
 
Müasir  şəraitdə neft, neft məhsulları  və  təbii qazın nəql edilməsi mühüm məsələlərdən 
biridir. Adətən, neft və neft məhsulları, həmçinin təbii qaz aşağıdakı  nəqliyyat növlərindən 
istifadə etməklə istehlakçılara çatdırılır: 
Dəmiryolu nəqliyyatı - neft və neft məhsullarının nəqlində  əsas yerlərdən birini tutur. 
Hazırda nəql olunan bütün neft və neft məhsullarının təqribən 40%-i dəmiryolu ilə daşınır. 
Dəmiryolu ilə neft və neft məhsullarının nəql olunmasının əsas xüsusiyyətlərindən biri odur ki, o, 
ilin fəsillərindən asılı olmayıb bütün il boyu işləyir. Dəmiryolu ilə neft və neft məhsullarının 
daşınmasının müsbət cəhətləri ilə yanaşı, onun qüsur, mənfi cəhətləri də vardır. Belə ki, onun 
tikintisi böyük həcmdə  əsaslı  vəsait qoyuluşu tələb edir, istismar xərcləri çox olur, xidmət və 
təmir işlərinə çoxlu vaxt və vəsait sərf edilir. 
Azərbaycanda ilk dəmiryolunun çəkilişinə 1878-ci ildə başlanmışdır və 1880-cı ilin 
yanvarında Bakı-Sabunçu-Suraxanı xətti istifadəyə verilmişdir. Bu xətt neft mədənlərini kerosin 


 
72
zavodları  və  dəniz portu ilə birləşdirdi və neft daşınmasında mühüm rol oynadı. 1883-cü ildə 
Bakı-Tiflis xətti istifadəyə verildi və  əvvəllər Tbilisidən Batuma və Potiyə  çəkilmiş  xətlər 
vasitəsilə Xəzər və Qara dəniz portları arasında birbaşa əlaqə yaradıldı. 1900-cu ildə istifadəyə 
verilən Biləcəri-Dərbənd xətti Zaqafqaziya Şimali Qafqaz və keçmiş SSRİ-nin başqa 
respublikaları və rayonları ilə, 1908-ci ildə istifadəyə verilən Culfa-Noraşen-Masis dəmiryolu isə 
Culfa stansiyasını Yerevanla və Zaqafqaziyanın digər məntəqələri ilə birləşdirdi. Bu xətlərdə 
nəinki sərnişin daşınırdı, həm də neft və neft məhsulları nəql edilirdi. Dəmiryolu ilə neft və neft 
məhsullarını daşımaq üçün sisternlərdən istifadə edilir. Sistern latın sözü olub, su tutumu, yaxud 
su anbarı deməkdir. Stasionar sisternlər beton, dəmir-beton, polad, alüminium ərintilərindən 
hazırlanır. Dəmiryol sisternləri silindirik formalı qaynaqlanmış metal rezervuardan ibarət 
vaqondur. Mayeni boşaltmaq üçün xüsusi axıdıcı qurğu ilə  təhciz edilir. Tutumu 140 tona 
qədərdir. Beləliklə  də, dəmiryolu neft və neft məhsullarının ölkədaxili və ölkədən kənar 
daşınmasında mühüm rol oynadı. 
Dəniz nəqliyyatı - neft və neft məhsullarının, həmçinin digər maddi sərvətlərin və 
sərnişinlərin daşınmasında mühüm əhəmiyyət kəsb edir. Neft və neft məhsullarının dəniz 
nəqliyyat vasitələri ilə daşınması  dəmiryolu ilə daşınmaya nisbətən az xərc tələb edir. Neft və 
neft məhsulları müxtəlif tipli dəniz və okeanlarda daşındığı üçün orada istifadə edilən gəmilər və 
tankerlər də bir-birindən fərqlənirlər. Neft və neft məhsullarını daşayan gəmiləri hərəkət etmə 
xarakterinə görə iki qrupa ayırmaq olar: yedək gəmiləri ilə hərəkət etdirilən barclar və özü hərəkt 
edən gəmilər. Tanker  ingilis sözü olub, sistern, çən və tutum deməkdir. Tanker rezervuarlarında 
maye, yarımmaye və  səpələnən yüklər /neft, benzin, spirt, sürtgü və qida yağları,  şərab, 
mayeləşdirilmiş qaz, yeyinti məhsulları və sair/ daşıyan gəmidir. Tankerə yük qapalı boru kəməri 
ilə doldurulur və tankerdən gəmi nasosları ilə boşaldılır. Tankerin yükgötürmə qabiliyyəti 500 
min tona qədər, subasımı isə 590 min tona qədər ola bilər. 
XIX  əsrin 70-80-cı illərində Azərbaycanda neft sənayesinin inkişafı  dəniz nəqliyyat 
vasitəsilə yük dövriyyəsinin sürətli inkişafına səbəb olmuşdur. XX əsrin  əvvəllərində 
Azərbaccanda neft və neft məhsullarının təqribən 80%-i dəniz nəqliyyat vasitələrindən istifadə 
etməklə  nəql edilirdi. 1962-ci ildə Bakı  və Krasnovodsk portları arasında böyük gəmi-bərələr 
işləməyə başlamışdır. Hazırda Xəzər dənizində yük dövriyyəsinin təqribən 42%-dən çoxu Bakı 
portunun payına düşür. Bakı portu Azərbaycanla  İran arasında ticarət  əlaqələrinin 
genişləndirilməsində də mühüm rol oynayır. 
Atomobil nəqliyyatı - o zaman səmərəli olur ki, onlardan mərkəzləşdirilmiş qaydada 
istifadə edilsin. Avtomobil nəqliyyatı vasitəsi ilə, adətən, xüsusi kiçik qablarda neft və neft 
məhsulları  nəql edilir. Uzaq məsafələrə neft və neft məhsullarının daşınmasında 
avtosisternlərdən istifadə edilir. Avtosistern maye və  səpələnən yükləri daşıyan avtomobildir. 
Sistern silindirik, konusvarı  və sair formada, həcmi 0,8-15 metrkub olur. Avtomobil 
nəqliyyatının üstünlükləri nəqliyyat xərclərinin az olması, asand idarə edilməsi, sürətli və 
mütəhərrik olması, başqa nəqliyyat növlərinin yardımı olmadan quruda yükləri lazımi məntəqəyə 
tez çatdırması, yükü tarasız, ya ucuz qablarda daşımasından ibarətdir. Göstərilən keyfiyyət 
xarakteristikasına görə avtomobil nəqliyyatı yükdaşıma həcminə görə nəqliyyat növləri arasında 
birinci yeri tutur. 
Aviasiya nəqliyyatı - vasitəsindən neft və neft məhsullarının, həmçinin mayeləşdirilmiş 
qazın digər nəqliyyat növlərindən istifadə edilməklə daşınması mümkün olmayan hallarda 
istifadə edilir. Hava nəqliyyatının  əsas üstünlüyü yüksək sürətli uçuş hesabına vaxta qənaət 
etməsidir. Azərbaycanda hava nəqliyyatı 1924-cü ildə açılmışdır. Azərbaycan hava nəqliyyatının 
ölkənin yük dövriyyəsindəki payı, digər nəqliyyat növlərinə nisbətən olduqca azdır, lakin 
sərnişin dövriyyəsindəki xüsusi çəkisi çoxdur. 
Boru kəməri - vasitəsilə neft, neft məhsulları  və mayeləşdirilmiş  və  təbii qaz uzaq 
məsafələrə  nəql edilir. Bu nəqliyyat növünün əsas üstün cəhətləri boru kəmərləri çox uzaq 
məsafəyə  ən qısa yolla
 
aparılması, fasiləsiz nəqlolunmanı  təymin edilməsi, boru kəmərlərində 
itgilərin miniumallığı, nəqlolunmanın mexanikləşdirməsi və avtomatlaşdırılması. Lakin bu 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə