E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə36/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   32   33   34   35   36   37   38   39   ...   121

 
75
baxmayaraq, həmin ölkə dövlətlərinin hamısı maraqlıdır. Bu maraqın konkret ifadəsi Avropa-
Qafqaz-Asiyanın Panavropa nəqliyyat yolları ilə birləşdirilməsi məqsədinin nəzərdə tutulduğu 
TRASEKA layihəsində öz əksini tapmışdır.
 
TASİS-in regional əməkdaşlıq üzrə 2000-2003-cü illər üçün indaktiv proqram layihəsində 
/İnokeyt bölməsi/ Orta Asiyadan xam neftin daşınmasına xüsusi yer ayrılmışdır. Avrasiya 
nəqliyyat dəhlizinin Xəzər hövzəsindən keçən su yollarında həmin işin bilavasitə Azərbaycan 
gəmiçiliyinə  məxsus tankerlərlə yerinə yetirildiyini nəzərə alsaq, bu istiqamətdə irəliyə doğru 
atılan addımın ümumi əhəmiyyətini qiymətləndirmək o qədər də çətin deyil. Bu mənada İnokeyt 
layihəsinin 2001-ci ilin əvvəllərində Afinada keçirilən ilk seminarı da istisnalıq təşkil 
etməmişdir. Beynəlxalq səviyyəli tədbirdə Qazaxıstan, Azərbaycan, Gürcüstan hökumətlərinin
həmçinin onların neft daşınmasının çoxmodallı sistemi üzrə layihənin iştirakçıları olan müvafiq 
şirkətlərinin, başqa sözlə desək, yerli təşkilatların nümayəndələri iştirak etmişlər. 
Beynəlxalq səviyyəli seminarın  əsas məqsədi podratçı  tərəfindən neft daşınmasının 
çoxmodallı sisteminin yaradılması ilə bağlı  məsələlər üzrə  təqdim edilmiş informasiya əsas 
götürülərək, həmin sistemin texniki, iqtisadi, kommersiya, institusional, maliyyə  və hüquqi 
baxımdan inkişafının müvafiq sxeminin nəzərdən keçirilməsi, müzakirəsi və 
müəyyənləşdirilməsindən ibarət olmuşdur. Seminar iştirakçıları  İnokeyt üzrə  çərçivə  və saziş 
hüdudunda təqdim edilən layihənin inkişafına dərindən maraq göstərmişlər. Belə ki, çoxmodallı 
sistemin komponentlərinin gücünü arzuedilən səviyyəyə, ildə 10 milyon ton neftə qədər artırmaq 
məqsədilə  nəzərə alınması lazım gələn texniki və istismar aspektləri ilə yanaşı, digər aktual 
məsələlər də ətraflı surətdə müzakirə edilmişdir. Seminar iştirakçıları səlahiyyətləri çərçivəsində 
bütün müvafiq və  dəqiq informasiyaları podratçıya vaxtında təqdim etməyi öhdələrinə 
götürmüşlər ki, bu da həmin layihədə  işlənib hazırlanan texniki-iqtisadi əsaslandırmaların və 
biznes planın məlumatlarının doğruluğuna zəmanət verəcəkdir. Çoxmodallı sistemin 
komponentlərinin  gücünü nəzərdə tutulan səviyyəyə  qədər artırmaq üçün lazım gələn işlərin, 
xidmətlərin və avadanlıqların qəti  şəkildə razılaşdırılmış siyahısını müəyyənləşdirilmiş  və 
onların ümumi dəyəri 80-100 milyon ABŞ dolları təşkil edəcəkdir. 
Neft daşınmasının çoxmodallı sistemində Qazaxıstan, Azərbaycan, Türkmənistan, 
Özbəkistan və Gürcüstandan neft göndərilməsinin planlaşdırılan həcmi  əsas kimi götürülərək
layihənin kommersiya baxımından gerçəkləşdirilməsi təsdiq olunmuşdur ki, bu da müvafiq 
sistemin gücünün nəzərdə tutulan səviyyəyə  qədər artırılmasına, habelə layihə tsiklinin 
maliyyələşdirilməsi üçün kreditlərin ödənilməsinə, layihənin həyata keçirilməsindən ötrü lazım 
gələn sərmayələrin təhlükəsizliyinə  və  mənfəətliliyinə  zəmanət verəcəkdir. Bu mülahizəyə 
əsaslanaraq seminarda xüsusi qeyd edilmişdir ki, neft daşınmasının çoxmodallı sistemi Xəzər 
regionundan qərb bazarlarına neft göndərilməsinin həcminin artırılması ilə bağlı problemi qısa-
orta müddətdə  həll edəcək, mövcud və planlaşdırılan, məsələn,  əsas ixrac boru kəməri kimi 
layihələri tamamlayacaqdır. Sistemin həm də xam neftin daşınmasına dair qısamüddətli qərarlar 
həyata keçirildikdən sonra neft və neft məhsullarının nəqli üçün istifadə edilə bilən çeviklik 
xüsusiyyətinə malik olduğu vurğulanmışdır. Seminar iştirakçıları razılığa gəlmişlər ki, ümumi 
kommersiya operatorunun əsas vəzifələrindən biri də sistem vasitəsilə regionda konkret həcmdə 
neft və neft məhsulları  nəql etmək istəyən potensial neft və neft məhsulları  tədarükçüləri ilə 
danışıqların  əlaqələndirilməsi  əsasında layihənin zəruri buraxılış qabiliyyətini təmin etməkdən 
ibarət olacaqdır. 
Seminar iştirakçıları razılığa gəlmişlər ki, İnokeyt üzrə çərçivə sazişinin gerçəkləşdirilməsi 
prosesində meydana çıxan mübahisələrin tənzimlənməsi sahəsində  səmərəli mexanizm həm 
çərçivə sazişinin ümumi institusional strukturunun yaradılmasının başa çatdırılmasından, həm də 
bu struktur çərçivəsində dövlətlərarası yükdaşımaların hər hansı layihəsinin, məsələn, neft 
daşınmasının çoxmodallı sisteminin işlənib hazırlanması üçün lazım gələn xarici sərmayəçilərin 
cəlb olunmasından ötrü zəruridir. Mübahisələrin tənzimlənməsinə dair protokolun texniki 
səviyyədə sonuncu tərtibi məqsədilə  iştirakçı ölkələrin hökumətlərinə  həmin layihənin həyata 
keçirilməsi üçün bu layihənin imzalanması prosseduruna başlamaq təklif olunmuşdur. Neft 


 
76
daşınmasının çoxmodallı sisteminin yaradılmasına dair protokolun rəsmiləşdirilməsi həmin 
layihənin yaradılması məqsədilə seminar iştirakçıları ölkələrinin hökumətləri tərəfindən atılacaq 
növbəti zəruri addım hesab edilmişdir. Çünki çoxmodallı sistemin layihəsi elə 
formalaşdırılmalıdır ki, risk amili imkan daxilində daha aşağı səviyyədə olsun. Həmin risklərin 
bir çoxu müqavilə sənədlərində öz əksini tapmalıdır. Buna baxmayaraq, çoxmodallı sistemin hər 
bir inkişaf mərhələsində özünə  məxsus müəyyən risk amili olmalıdır və ona qarşı müəyyən 
tədbirlər müəyyənləşdirilməlidir. 
ARDNŞ ilə xarici ölkələrin aparıcı neft şirkətləri arasında bağlanmış müqavilələrdə idxal 
və ixrac qaydaları  və gömrük rüsumları haqqında maddələr öz əksini tapmışdır. Həmin 
müqavilələrdə göstərilir ki, podratçı, onun agentləri və subpodratçıları heç bir vergi tutulmadan 
və məhdudiyyət qoyulmadan aşağıdakıları öz adlarından Azərbaycan Respublikasına gətirmək və 
geri aparmaq hüququna malikdirlər: hər cür avadanlıq, materiallar, dəzgahlar və alətlər, nəqliyyat 
vasitələri, ehtiyat hissələri, qida məhsulları /podratçının  əsaslandırılmış  rəyinə görə/, neft-qaz 
əməliyyatlarının lazımınca aparılması  və yerinə yetirilməsi üçün zəruri olan mallar və başqa 
şeylər; bu şərtlə ki, Azərbaycanın malgöndərənləri malların qiyməti, kefiyyəti və mövcudluğu 
baxımından bütün mühüm cəhətlərdə xarici mənbələrlə  rəqabət aparmaq qabiliyyətinə malik 
olduqları hallarda podratçı Azərbaycan malgöndərənlərini üstün tutacaqlar. Azərbaycan 
malgöndərənləri Azərbaycan Respublikasında qeydə alınmış və korporasiyaya girmiş, sahibinin 
kimliyindən asılı olmayaraq Azərbaycan Respublikasında qanuni əsaslarla fəaliyyət göstərən 
istehsalat, təsərrüfat təşkilatları və digər növ şirkətlər deməkdir. 
Podratçı neft-qaz əməliyyatları üçün alınmış və məsrəfləri neft-qaz əməliyyatları hesabına 
daxil edilmiş hər hansı maddi sərvət vahidlərini Azərbaycan Respublikasından kənara çıxarmaq 
hüququna malik deyildir /təmir və ya texniki xidmətlə bağlı  zəruri hallar istisna edilməklə, bu 
şərtlə ki, həmin təmir və ya texniki xidmət başa çatdırıldıqdan sonra lazımi müddət keçdikdə bu 
maddi sərvət vahidləri yenidən Azərbaycan Respublikasına qaytarılsın/. 
Podratçı, onun agentləri və subpodratçıları, onların bütün əməkdaşları  və onların ailə 
üzvləri vergi tutulmadan və məhdudiyyət qoyulmadan Azərbaycan Respublikasına istənilən vaxt
qida məhsullarının idxalına dair qaydalara riayət olunmasını  nəzərə almaqla istənilən qida 
məhsulları, mebel, paltar, məişət texnikası, nəqliyyat vasitələri, ehtiyat hissələr və Azərbaycan 
Respublikasına iş üçün ezam olunan, yaxud səfər edən  əjnəbi  əməkdaşların və onların ailə 
üzvlərinin şəxsi istifadəsindən ötrü hər hansı əmlak gətirmək və bunları geri aparmaq hüququna 
malikdirlər. Podratçı, yaxud onun subpodratçıları  və ya onların Azərbaycan Respublikasında 
çalışan  əməkdaşları  tərəfindən gətirilən malların hər hansı üçüncü tərəfə  şəxsi satışları zamanı 
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq vergi qoyulur. 
Qiyməti 100 min ABŞ dollarından artıq olan malların, işlərin və xidmətlərin satın alınması 
bütün hallarda tender əsasında keçirilməlidir /ancaq bir malgöndərənin olması halları istisna 
edilməklə/ və onun nəticələri haqqında ARDNŞ-ə  məlumat verilir. ARDNŞ-in nümayəndəsi 
səsvermə hüququna malik olmamaq şərtilə tenderin keçirilməsinin bütün mərhələlərində iştirak 
edir. Hər podratçı  tərəf, onun müştəriləri, onun və onların nəqletmə agentləri bağlanmış 
müqavilənin şərtlərinə uyğun olaraq, podratçıya çatan karbohidrogenləri qanun üzrə heç bir vergi 
ödəmədən /mənfəət vergisindən başqa/ istənilən vaxt sərbəst  şəkildə aparmaq hüququna 
malikdir. 
Bütün idxal və ixrac əməliyyatları müvafiq gömrük qaydalarının və  təlimatlarının 
tələblərinə  əməl olunmaqla və lazımi sənədlər tərtib edilməklə  həyata keçirilir və podratçı 
gömrük xidmətlərinin göstərilməsi, sənədləşdirilməsi müqabilində rüsumları  həmin xidmətin 
faktik dəyərinə uyğun nominal məbləqdə və ayrı-seçkilik olmadan ödəyir, bu şərtlə ki, gömrük 
xidmətlərinin göstərilməsi müqabilində rüsumların məbləği heç bir halda aşağıdakı  cədvəldə 
göstərilən dərəcədən artıq olmasın. 
 
 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə