E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə35/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   31   32   33   34   35   36   37   38   ...   121

 
73
nəqliyyat növünün müsbət cəhətləri ilə yanaşı qüsurları da vardır.  Əsas qüsur cəhəti ondan 
ibarətdir ki, bu zaman böyük metal sərfi və birdəfəlik vəsait qoyuluşu tələb olunur. 
Boru kəmərləri nəql etdiyi məhsulun növündən asılı olaraq «neft kəmərləri», «qaz 
kəmərləri», «benzin kəmərləri» və «mazut kəmərləri» qrupuna ayrılır ki, bunlarda da yalnız 
adlarına uyğun gələn məhsullar, məsələn, neft, qaz, benzin və mazut nəql edilir. Neft və neft 
məhsullarının boru kəmərlərində hərəkət sürəti 1-1,5 m/san-yə bərabərdir. Uzunluğu 6 km olan 
ilk neft boru kəməri ABŞ-da çəkilmişdir. Azərbaycanda ilk neft kəməri 1878-ci ildə neft 
mədənlərindən neft emalı zavodlarına çəkilmişdir. 1897-1907-ci illərdə isə, həmin dövrdə 
dünyada ən uzun olan Bakı-Batumi magistral neft kəməri çəkilmişdir. Hazırda da istifadə olunan 
həmin neft kəmərinin uzunluğu 867 kilometr, borusunun diametri 200 millimetrdir. Kəmər boyu 
16 neftvurma stansiya var. Boru kəməri vasitəsilə yük dövriyyəsi 1990-cı ilə nisbətən sonrakı 
illərdə xeyli azalsa da, 1998-ci ildən başlayaraq çoxalmağa başlamışdır.
 
Aşağıdakı cədvəldə bütün nəqliyyat növləri üzrə yük dövriyyəsinin dinamikası verilmişdir. 
 
Cədvəl 21 
Azərbaycanda nəqliyyat növləri üzrə yük dövriyyəsi 
/trilyon ton-km
İllər 
Dəmiryolu 
Boru kəməri 
Dəniz 
Avtomobil 
Hava 
Cəmi 
1995 
2765 465 
4325 
404 
57 
8016 
1996 
2777 529 
3911 
358 
56 
7631 
1997 
3515 570 
5008 
660 
39 
9792 
1998 
4613 1377 
4447 
706 
24 
11167 
1999 
4996 3892 
4749 
835 
26 
14472 
2000 
5770 1371 
5192 
206 
102 
12641 
2001 
6141 1643 
5744 
240 
76 
13844 
 
Xəzər dənizinin Azərbaycan sektorundan çıxarılan neft və qazın xarici bazarlara ixracı 
strategiyası 1996-cı  və 2000-ci illərdən həyata keçirilməyə başlanmışdır. 1996-cı ildə  Xəzər 
dənizinin Azərbaycan sektorunda çıxan neftin ixracı üçün iki neft boru kəmərinin: «Bakı-
Novorossiysk» və «Bakı-Supsa» istiqamətlərində tikilməsi nəzərdə tutulmuşdur. Birinci neft 
boru kəməri Rusiya ərazisindən Qara dənizin Novorossiysk limanına, ikinci neft boru kəməri isə 
- Gürcüstan ərazisindən Qara dənizin Supsa limanına çıxır. 
İlkin neftin ixracı üçün Rusiya və Gürcüstanla mühüm müqavilələr artıq imzalanmış  və 
hazırda onlar müvəffəqiyyətlə həyata keçirilir. 1996-cı il yanvarın 18-də xam neftin nəqli barədə 
Azərbaycan və Rusiya arasında bağlanmış müqaviləyə əsasən Şimal neft boru kəmərində tikinti 
və bərpa işləri başa çatdırılmış və 1997-ci il oktyabrın 25-də Azərbaycan neftinin Novorossiysk 
limanına nəqli başlanmışdır. 1996-cı ilin mart ayında isə Azərbaycan və Gürcüstan Qərb ixrac 
boru kəmərinin inşaasına dair dövlətlərarası müqavilə imzalanmışdır. Müqavilədə  nəzərdə 
tutulan işlərin uğurlu yerinə yetirilməsi nəticəsində 1999-cu il aprelin 17-də Gürcüstanın Qara 
dəniz sahilində terminalla birlikdə Bakı-Supsa ixrac neft boru kəməri istifadəyə verilmişdir. 
2001-ci ilə qədər Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri vasitəsilə təqribən 7,5 milyon 
ton xam neft ixrac olunmuş  və bu zaman Xəzər dənizinin Azərbaycan sektorundan çıxarılan 1 
milyard kubmetrdən artıq təbii səmt qazı əvəzsiz olaraq Azərbaycana verilmişdir. 
Proqnozlara görə Azəri-Çıraq və Günəşli layihəsi üzrə 2002-2004-cü illər üçün xam neft 
hasilatı  həcminin 20 milyon tona qədər artırılması, sonralar isə onun 40-50 milyon tona 
çatdırılması gözlənilir. Azərbaycan Respublikasının quru ərazisində  və  Xəzər dənizinin 
Azərbaycan sektorunda yerləşən perspektiv strukturlara dair digər müqavilələr də uğurla həyata 
keçirilir və bu müqavilələrə əsasən ümumi ixrac potensialı 2010-2015-ci illər üçün ən azı 60-70 
milyon ton təşkil edəcəkdir. Bu həcmdə neftin dünya bazarlarına etibarlı  və fasiləsiz nəql 
edilməsi üçün çoxvariantlı ixrac kəmərləri sistemi yaradılmalıdır ki, bunun da əsas tərkib hissəsi 
Bakı-Tbilisi-Ceyhan marşurutu seçilmişdir. 


 
74
1999-cu il noyabrın 18-də Türkiyənin  İstanbul  şəhərində ATƏT-in zirvə görüşü zamanı 
xam neftin Azərbaycan və Gürcüstan Respublikalarının və Türkiyə Cümhuriyyətinin əraziləri ilə 
nəql edilməsinə dair saziş imzalanmışdır. Avropa ölkələri, ümumən bəşəriyyət üçün mühüm 
əhəmiyyətə malik bu saziş və ona əlavə olunan paket sənədləri Azərbaycan, Gürcüstan, Türkiyə 
və ABŞ dövlət başçıları tərəfindən imzalanmışdır. 
Dünyanın neft sənayesi tarixində analoqu olmayan Bakı-Tbilisi-Ceyhan  əsas ixrac neft 
boru kəmərinin ümumi uzunluğu 1730 kilometrdir. Bunun 468 kilometri Azərbaycanın, 225 
kilometrii Gürcüstanın və 1037 kilometri isə Türkiyənin  ərazisindən keçəcəkdir. Layihədə 
Səngəçal terminalının genişləndirilməsi, Ceyhan limanında yeni nəhəng terminalın inşaası, 11 
nasos stansiyasının tikilməsi nəticəsində diametri 1100 millimetr, dəyəri 2,4 milyard dollar və 
ötürmə qabiliyyəti ildə 50 milyon tondan aşağı olmayan boru kəmərinin çəkilməsi nəzərdə 
tutulur. Xam neftin Bakıdan Ceyhana nəqlinin ümumi tarifi bir tona təqribən 2 dollar təşkil 
edəcəkdir. 
Bakı-Tbilisi-Ceyhan boru neft kəməri iqtisadi cəhətdən olmasa da, siyasi cəhətdən  ən 
optimal variant olmaqla, böyük strateji əhəmiyyət kəsb edir. Əsas ixrac boru kəmərinin Bakı-
Tbilisi-Ceyhan marşurutu istiqamətində  çəkilməsi Azərbaycanla Qərb dövlətləri və aparıcı 
Avropa ölkələri arasında iqtisadi və siyasi əlaqələrinin güclənməsinə əlverişli şərait yaradacaq, 
həmçinin regional əməkdaşlığın genişləndirilməsinə  təkan verəcəkdir. 2005-ci ildən etibarən 
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri ilə, qeyd etdiyimiz kimi,  ildə ən azı 50 milyon 
ton xam neft ixrac etmək mümkün olacaqdır. Təxmini hesablamalara görə 30 il müddətində bu 
kəmərlə nəqli nəzərdə tutulan xam neftdən Azərbaycan Respublikası 35 milyard dollar həcmində 
gəlir əldə edəcəkdir. Əgər Qazaxıstan neftinin bu istiqamətdə nəql ediləcəyini nəzərə alsaq, bu 
məbləq daha da artacaqdır. Xəzər regionunun xam neftinin ixrac marşrutları aşağıdakı cədvəldə 
verilmişdir
.
 
Cədvəl 22 
Xəzər neftinin ixrac marşurutlari 
 
Marşurutun adı 
Marşurutun uzunluğu 
/mil/ 
Neftin həcmi 
/sutkada mln.barrel/ 
Investisiya qoyu luşu 
/milyon dollar/ 
Atara-Samara 
x 0,2-0,3 
22 
Bakı-Supsa 
550 0,1-0,6 590 
Bakı-Novorossiysk 
868 0,1-0,3 600 
Tenqiz 
930 1,34 
2300 
Qazaxıstan-Çin 
1800 0,4-0,8 3900 
 
«Şahdəniz» yatağından çıxarılan Azərbaycan qazının dünya bazarlarına Bakı-Tbilisi-
Ərzurum boru kəməri vasitəsilə ixrac edilməsi nəzərdə tutulur. Bu barədə Azərbaycanlı  və 
gürcüstanlı mütəxəssislər 2001-ci ilin ortalarında Sürixdə ilkin razılığa gəlmişlər. Bu layihə 
Bakı-Tbilisi-Ceyhan  əsas ixrac neft boru kəmərinə nisbətən Gürcüstan üçün iqtisadi cəhətdən 
daha əlverişli hesab edilməlidir. Belə ki, əgər Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin 
layihəsinə görə xam neftin Gürcüstan ərazisindən dünya bazarına ixrac edilməsi üçün 65 milyon 
dollar gəlir əldə edəcəkdirsə, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərindən 30 milyard m

qaz və 
92 milyon dollar vəsait əldə edəcəkdir. 
2004-cü ilin sonunadək inşaasının başa çatdırılması  nəzərdə tutulan Bakı-Tbilisi-Ceyhan 
əsas ixrac neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri tarixi Böyük İpək Yolunun 
bərpası istiqamətində atılmış mühüm
 
addımdır.
 
Qədim Böyük ipək yolunun dirçəldilməsində və 
dünyanın nəqliyyat sisteminə inteqrasiyasında müstəqil Azərbaycan üçün mühüm 
istiqamətlərdən biri Avrasiya nəqliyyat dəhlizidir. Respublikamızın ərazisindən keçə biləcək əsas 
yük axınları bir tərəfdən Qərbi
 
və Mərkəzi Avropa, digər tərəfdən isə Orta və Cənub-Şərqi Asiya 
ölkələrində formalaşır. Məhz buna görə  də Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin 
açılmasında və səmərəli fəaliyyət göstərməsində joğrafi baxımdan əks qütblərdə yerləşmələrinə 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə