137
6.
yeni məhsulun işlənib hazırlanması mərhələsi - elmi tədqiqatlar
və layihə-konstruktor
işlərini əhatə edir. Bu mərhələdə yeni yaradılacaq məhsulun mənası real məhsula
çevrilir, yəni bu mərhələdə yeni məhsulun yaradılması ideyası həm texniki, həm də
kommersiya nöqteyi-nəzərdən əlverişli olub-olmaması müəyyənləşdirilir;
7.
yeni məhsulun bazar şəraitində sınanması mərhələsi - bazar şəraitində yeni
yaradılmış məhsulun sınaqdan keçirilməsini, yoxlanılmasını nəzərdə tutur. Bu məqsədlə
istehsalçı müəssisə yeni yaradılaçaq məhsulun bir neçə variantda nümunəsni hazırlayır
və onu bazara çıxararaq istehlakçıların rəğbətinin necə ödənildiyini yoxlayır. Əgər sınaq
prosesində yeni yaradılmış məhsulda müəyyən qüsurlar aşkar edilərsə, onda istehsalçı
müəssisə həmin qüsurların aradan qaldırılması məqsədilə əlavə elmi-tədqiqat və
konstruktor işləri aparır və daha təkmil məhsul buraxmağa başlayır;
8.
kommersiya istehsalının təşkili mərhələsi - yeni yaradılmış məhsulun nə vaxt, hansı
qiymətlə və necə satılacağının müəyyənləşdirilməsi məsələlərini özündə əks etdirir.
Məlumdur ki, hər bir yeni məhsulun özünəməxsus həyat dövrü, yəni bazara çıxmaq
dövrü mövcuddur. Lakin bu dövrün xarakterini və müddətini əvvəlcədən dəqiq
müəyyənləşdirmək çox çətindir.
Buna baxmayaraq, bütün yeni yaradılmış məhsulların
bazara çıxarılmasının aşağıdakı dörd dövrünü fərqləndirirlər:
birincisi, məhsulun bazara çıxarılma dövrü - satışın tədricən artması prosesi ilə
xarakterizə olunur, lakin yeni məhsulun yaradılması və ilk dəfə bazara çıxarılması
üçün xeyli xərc çəkildiyindən, bu dövrdə həmin məhsulun satışından bir o qədər
mənfəət əldə edilmir, ya da edilmiş olsa belə, həmin mənfəətin məbləği çox az olur;
ikincisi, iqtisadi artım dövrü - yeni məhsulun bazar tərəfindən yaxşı qəbul olunması
və onun realizəsindən əldə edilən mənfəətin kəsgin surətdə artması ilə səciyyələnir.
Ümumiyyətlə, iqtisadi artım - istehsal və qeyri-istehsal istehlakı məqsədilə məhsul
istehsalının və xidmətlərin çoxaldılmasını xarakterizə edir. İki tipdə iqtisadi artım
mövcuddur: ekstensiv və intensiv.
Birincisi, istehsalın əvvəlki elmi-texniki əsas
üzərində genişləndirilməsini,
ikincisi isə daha səmərəli istehsal vasitələrinin tətbiqi
əsasında məhsul buraxılışının artırılmasını nəzərdə tutur;
üçüncüsü,
satışın yetkin dövrü - potensial alıcıların əksəriyyəti tərəfindən qəbul
olunduğu üçün satış sürətinin zəifləməsi ilə xarakterizə olunur. Bunun qarşısını almaq
üçün istehsalçı müəssisə həmin məhsulun alıcılıq qabiliyyətini artırmaq üçün
müəyyən əlavə xərc sərf edərək onu modernləşdirir /təkmilləşdirir/. Bu, müəssisənin
mənfəətinin azalmasına gətirib çıxarır, çünki məhsul vahidinə sərf
edilən xərclərin
artması həmin məhsulun maya dəyərinin çoxalmasına, deməli mənfəətin aşağı
düşməsinə səbəb olur;
dördüncüsü, tənəzzül dövrü - satışın kəsgin surətdə aşağı düşməsi və mənfəətin
azalması ilə səciyyələnir. Belə bir hal, daha səmərəli və məqsədəuyğun məhsulun
yaradılmasını tələb edir. Qeyd etmək lazımdır ki, innovasiya siyasəti bir sıra
xarakterik cəhətlərə malikdir və özünəxas iqtisadi-texniki anlayışlar vasitəsilə
reallaşdırılır. Belə ki, onun cəhətləri kimi innovasiya prosesinin tsiklik, ehtimal
xarakter, yüksək risk dərəcəsi, funksional quruluşunun qeyri-adi çevikliyi və sair çıxış
edir. Ümumiyyətlə, innovasiya
fəaliyyəti patent-lisenziya, müəlliflik hüququ,
ixtiraçılıq, səmərəçilik, vençur kapitalı və sair fəaliyyət növləri ilə sıx bağlıdır.
Patent-lisenziya fəaliyyəti - patent müdafiəsi, yaxud lisenziya sazişləri predmeti ola bilən
elmi-texniki nəticələrin aşkar edilməsindən ibarətdir. Onun əhəmiyyəti bir tərəfdən, öz texniki-
iqtisadi göstəricilərinə görə ölkə və xarici analoqları ötüb keçən yeni maşın, cihaz, avadanlıq,
material və texnoloji proseslər yaradılmasına və işlənib hazırlanmasına fəal təsir göstərmək
nəticəsində elmi-texniki tərəqqinin sürətləndirilməsinə kömək etməklə,
digər tərəfdən isə patent
informasiyasının beynəlxalq miqyasda yayılması təcrübəsinin genişləndirilməsinə yardım
etməklə müəyyən olunur.
138
Müəlliflik hüququ - ixtiraçılıq fəaliyyətinin dövlət tərəfindən müdafiə olunmasını nəzərdə
tutur. Məsələn, ABŞ-da 200 ilə yaxın müddət ərzində fəaliyyət göstərən patent hüququ
ixtiraçıların intellektual mülkiyyəti olan kəşfləri üzərində müəlliflik hüququnu qanunvericilik
səviyyəsində müdafiə edir. Belə bir vəziyyət ixtiraçıya öz kəşfindən istifadəyə görə «innovasiya
gəliri» əldə etməyə imkan verir.
İxtiraçılıq fəaliyyəti - konkret texniki məsələnin həllinin yaradıcı prosesidir. İxtiraçılıq
fəaliyyətinin nəticəsi müəyyən edilmiş qaydada rəsmiləşdirilən və qeydə alınan yeni texniki
həlldir-ixtiradır. Bazar iqtisadiyyatı şəraitində müəssisələr əmək kollektivinin bütün üzvlərinin
elmi-texniki tərəqqi vəzifələrinin həllinə cəlb etməyə, məhsulun keyfiyyətini, istehsalın təşkili
səviyyəsini və istehsal mədəniyyətini
yüksəltməyə, işçilərin elmi-texniki yaradıcılığını hər vasitə
ilə həvəsləndirməyə nail olurlar. Bu məqsədlə müəssisələr ixtiraçılıq və səmərələşdirmə üzrə işi
özlərində təşkil edirlər.
Səmərələşdiricilik fəaliyyəti - istehsalın təşkilinin təkmilləşdirilməsinə və onun
səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş yeni texniki həllərin işlənib hazırlanması prosesidir.
Səmərələşdiriciliyin nəticəsi məhsulun texniki xarakteristikasının, texnoloji proseslərin, maşın və
avadanlıqların, əməyin və istehsalın təşkilinin dəyişməsini nəzərdə tutan tədbirlərdən ibarətdir.
Səmərələşdiricilik fəaliyyəti ilə məşğul olan şəxslərin hüquqlarının müdafiə olunması qüvvədə
olan qanunvericilikdə nəzərdə tutulmuşdur.
Vençur kapitalı - innovasiya prosesinin həyata keçirilməsində mühüm rol oynayır. Vençur
kapitalı risklə əlaqədar olan maliyyələşdirmə növüdür. Odur ki, vençur kapitalına müvafiq
ədəbiyyatda riskli kapital da deyirlər. Əslində isə vençur kapitalı latın mənşəli ingilis sözü olub
risk etmək, cəsarət deməkdir. O, ABŞ-da hələ XX əsrin 40-cı illərində meydana gəlmiş, 60-70-ci
illərdə isə maliyyə kapitalının müstəqil funksional formalarından birinə çevrilmişdir. Bu prosesin
yaradılmasının əsas səbəbi elmi-texniki tərəqqinin sürətləndirilməsi
nəticəsində innovasiya
prosesinə tələbatın xeyli yüksəlməsi və bu prosesləri maliyyələşdirmək üçün müxtəlif
mənbələrdən daxil olan maliyyə imkanlarının mövcudluğu olmuşdur. Vençur kapitalı bir çox
təşkilati formalara malikdir, lakin bunların ən əsasları müstəqil innovasiya firmaları və
korporasiyaların daxili vençur şöbələridir. Vençur firması - sənayenin «riskli» texnologiyaya
çatdırılmasını təsdiq etmək üçün yaranan və bir qayda olaraq, bir neçə şəxsi kapitalların
birləşməsi yolu ilə meydana gələn «riskli» müəssisədir. «Riskli» texnologiyaya ixtiralar, faydalı
modellər və sairə aid edilir. Bazar iqtisadiyyatı ölkələrinin təcrübəsi göstərir ki, həmin ölkələrin
iqtisadiyyatında vençur firmaları mühüm rol oynayırlar. Məsələn, belə firmaların sayı ABŞ-da və
Yaponiyada 14-15 min, Almaniyada isə 7 mindən çoxdur və onlar yüksək iqtisadi göstəricilərə
malikdirlər. Belə ki, ABŞ-da bütün iri kəşflərin təqribən 50 faizi, Almaniyada isə 30
faizi bu
firmaların payına düşür. Vençur funksiyasını həyata keçirən hüquqi və fiziki şəxslər investorlar
və sahibkarlar arasında münasibətlərdə vasitəçilik edir, daha doğrusu, bu münasibətləri
yaradırlar. Proses baş tutarsa, hər üç tərəf qazanır; özü də investorun, sahibkarın və vençur
funksiyalarını həyata keçirənlərin gəlirdəki payı əvvəlcədən razılaşdırılır.
Vençur kapitalı sahibkarlığın inkişafında əhəmiyyətli amilə çevrilə bilər. Belə ki, onun
köməyi ilə yeni texnologiyaların tətbiqini sürətləndirmək, elmi potensialı fəallaşdırmaq və
inkişaf etdirmək, elmtutumlu ciddi layihələri reallaşdırmaq mümkündür. Vençur işgüzarlığı
fəaliyyət iştirakçıları arasında yüksək etibar olmasını nəzərdə tutur. Şəraitə uyğun
hərəkətə
üstünlük verən və riskli lahiyələrdən çəkinənlər vençur biznesində təcrübə əldə edə bilmirlər.
Elmi-texniki tədqiqatların kommersiyalaşdırılması və tətbiqi üçün əlverişli şərait yaradan
vençur kapitalının təşəkkülü peşəkar təşkilatların yaradılması ilə müşayiət olunur. İnkişaf etmiş
ölkələrin təcrübəsi bunu dəfələrlə subut etmişdir. Elmi-texniki tərəqqinin
kommersiyalaşdırılmasına əsaslanan sahibkarlıq fəaliyyəti kimi vençur biznesi müvafiq hüquqi
baza olduqda səmərə verir. Məlumat üçün qeyd edək ki, innovasiya prosesinin həyata
keçirilməsində hər bir ölkənin özünə məxsus xüsusiyyətləri vardır. Məsələn, ABŞ-da onu
fərqləndirən əsas xüsusiyyətlərdən biri innovasiya prosesi üçün əlverişli iqtisadi mühitin
mövcudluğudur. Bu o deməkdir ki, ABŞ-da innovasiya prosesi dövlət
səviyyəsində geniş təbliğ