49
2.
fondun vəsaitinin istifadəsi Azərbaycan Respublikası prezidentinin sərəncamları ilə hər
il üçün təsdiq
edilmiş əsas istiqamətlərə /proqrama/ uyğun olaraq həyata keçirilir;
3.
fondun vəsaiti ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli
problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşaa və
rekonstruksiya edilməsinə istifadə oluna bilər;
4.
fondun vəsaiti dövlət hakimiyyəti orqanlarına, dövlət və qeyri-dövlət müəssisələrinə
/
təşkilatlarına/ kredit /
borc/ verilməsinə, eləcə də Azərbaycan Respublikasının
yurisdiksiyasında olan hər hansı bir subyektin borcunun /
öhdəliyinin, təminatının/ və
yaxud digər yüklənməsinin girovu qismində istifadə oluna bilməz;
5.
fondun gəlirləri vergi, rüsum və digər ödənişlərdən qanunvericiliyə müvafiq
olaraq
azaddır.
Fondun fəaliyyətinə operativ rəhbərliyi icraçı direktor həyata keçirir. O, Azərbaycan
Respublikasının prezidenti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir. Fondun icraçı
direktoru aşağıdakıları təmin edir:
1.
fondun cari işini təşkil edir və ona rəhbərlik edir;
2.
fondun vəsaitinin istifadə edilməsinin əsas istiqamətlərinə /proqramına/ dair təkliflər
hazırlayır və onu Müşahidə Şurasının rəyi ilə birlikdə təsdiq olunmaq üçün Azərbaycan
Respublikasının prezidentinə
təqdim edir;
3.
fondun fəaliyyəti barədə illik hesabatı hazırlayır və onu Müşahidə Şurasının rəyi ilə
birlikdə Azərbaycan Respublikasının prezidentinə təqdim edir;
4.
fondun idarə edilməsi ilə bağlı xərclər smetasının layihəsini hazırlayır
və təsdiq
olunmaq üçün Azərbaycan Respublikasının prezidentinə təqdim edir;
5.
fondun idarəetmə aparatının işçilərini qanunvericiliklə müəyyən edilmiş qaydada
vəzifəyə təyin edir və vəzifədən azad edir, onlara münasibətdə həvəsləndirmə və tənbeh
tədbirləri tətbiq edir;
6.
Azərbaycan Respublikası prezidentinin təyin etdiyi auditor tərəfindən auditin
keçirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin edir və fondun illik fəaliyyətinin
nəticələrini əks etdirən auditor rəyini mətbuatda dərj etdirir, fondun fəaliyyəti ilə bağlı
analitik arayışlar hazırlayır, onları Azərbaycan Respublikası prezidentinə və Müşahidə
Şurasına təqdim edir;
7.
fondun fəaliyyətinə ümumi nəzarəti təmin etmək məqsədilə müvafiq dövlət orqanlarının
və ictimai təşkilatların nümayəndələrindən, habelə digər şəxslərdən ibarət Müşahidə
Şurası formalaşdırır və həmin şuranın formalaşmış üzvləri Azərbaycan Respublikasının
prezidenti tərəfindən təsdiq olunur;
8.
Müşahidə Şurası icraçı direktorun təqdimatına əsasən fondun vəsaitinin istifadə
edilməsinin əsas istiqamətlərini /
proqramını/, onun illik hesabatını /
ona əlavə olunmuş
auditor rəyi ilə birlikdə/ və balansını, habelə fondun illik xərclər smetasının layihəsini
nəzərdən keçirir və onlara rəy verir.
Müşahidə Şurası öz ijlaslarını zərurət olduqca, lakin rübdə bir dəfədən az olmayaraq
keçirir. Müşahidə Şurasının növbədənkənar ijlasları icraçı direktorun və ya Müşahidə Şurasının
üzvlərinin yarısının təşəbbüsü ilə keçirilə bilər. Müşahidə Şurası üzvlərinin
fəaliyyəti ictimai
/
əvəzi ödənilmədən/ əsaslarla həyata keçirilir.
Fond qanunvericiliklə müəyyən edilmiş qaydada mühasibat uçotu və statistik hesabatlar
aparır. Fondun illik maliyyə fəaliyyəti haqqında hesabat Azərbaycan Respublikasının prezidenti
tərəfindən təyin olunan müstəqil auditor tərəfindən yoxlanılmalı və təsdiq olunmalıdır. Fond
haqqında Əsasnaməyə hər hansı dəyişiklik və əlavələr Azərbaycan Respublikasının prezidenti
tərəfindən təsdiq olunur. Bundan başqa, fondun ləğvi və yenidən təşkili də Azərbaycan
Respublikasının prezidentinin qərarı ilə həyata keçirilir. ARDNF-in büdcəsi hər il Azərbaycan
Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.
/ARDNF-in 2003-cü il büdcəsi Əlavə №2-də
verilmişdir
./
50
II HİSSƏ
MİLLİ NEFT STATEGİYASININ FORMALAŞMASI VƏ
REALLAŞMASI ASPEKTLƏRİ
IV FƏSİL
AZƏRBAYCANIN NEFT STRATEGİYASI VƏ MİLLİ İQTİSADİYYATIN
İNKİŞAFINDA ONUN ROLU VƏ ƏHƏMİYYƏTİ
4.1. Azərbaycanın neft strategiyasının mahiyyəti, məqsədi və formalaşdırılması
amilləri
Azərbaycanın neft strategiyası sahənin iqtisadi-təsərrüfat fəaliyyətinin həm yaxın, həm də
uzaq perspektivlərdəki məqsəd və strategiyasının müəyyən olunmasını özündə əks etdirir.
Sahənin məqsədi onun iqtisadi inkişafının əsas istiqamətlərinin konsepsiyasını müəyyən edir.
Strategiya isə müəyyən edilmiş məqsədə nail olmaq üçün əsaslandırılmış tədbir və proqramların
işlənib hazırlanmasını nəzərdə tutur. Bu zaman sahənin elmi-texniki potensialı və onun istehsal-
satış imkanları nəzərə alınır. Belə ki, sahənin iqtisadi siyasətinin işlənib hazırlanması
aşağıdakıları nəzərdə tutur:
1.
sahənin və onun ayrı-ayrı struktur bölmələrinin strateji məqsəd və vəzifələrinin
formalaşdırılmasını və əsaslandırılmasını;
2.
sahənin istehsal-təsərrüfat fəaliyyətinin güclü /müsbət/ və zəif /qüsur/ tərəflərinin
müəyyənləşdirilməsini və araşdırılmasını. Sahənin istehsal-təsərrüfat fəaliyyətinin
araşdırılmasında ən mühüm vəzifə, tapşırıq və sifarişlərin
yerinə yetirilməsi
yekunlarının qiymətləndirilməsi, tapşırıq və normativlərdən kənarlaşmaya səbəb olan
amillərin müəyyənləşdirilməsi və ölçülməsi, istehsaldaxili ehtiyatların aşkara
çıxarılması və səfərbərliyə alınması, elmi cəhətdən əsaslandırılmış proqramların işlənib
hazırlanması üçün tələb olunan informasiyanın hazırlanmasından ibarətdir;
3.
sahənin mövcud və gələcəkdə mümkün olacaq istehsal-təsərrüfat fəaliyyətinin son
nəticələrinin qiymətləndirilməsini. İstehsal-təsərrüfat fəaliyyətinin son
nəticələri -
onun səmərəliliyini, ictimai tələblərə və ehtiyaclara uyğun gəlməsini ifadə edir. Sahə
miqyasında istehsal-təsərrüfat fəaliyyətinin son nəticələrini əks etdirən ən mühüm
göstəricilər, müqavilələr üzrə malgöndərmə tapşırıqlarının tam yerinə yetirilməsindən,
əmək kollektivinin sərəncamına daxil olan mənfəətin /təsərrüfat hesablı gəlirin/
həcmindən, əmək, material və maliyyə ehtiyatlarından istifadənin səmərəliliyindən
ibarətdir;
4.
sahənin mikro və makromühitinin təhlilini, öyrənilməsini və praktikada ondan geniş
istifadə olunmasını. /Mikromühit sahəyə və müştərilərə xidmət göstərilməsi
imkanlarına bilavasitə aidiyyəti
olan qüvvələrlə, yəni malgöndərənlərlə, müştərilərlə,
vasitəçilərlə, rəqiblər və ünsiyyət auditoriyaları ilə əlaqədardır. Makromühit isə
mikromühitə təsir göstərən geniş sosial planlı qüvvələrlə, məsələn, demoqrafik,
iqtisadi, təbii, elmi-texniki, siyasi və mədəni xarakterli amillərlə ifadə olunur/;
5.
sahənin istehsal-təsərrüfat fəaliyyətinin inkişaf alternativlərinin müəyyənləşdirilməsini;
6.
sahənin illik büdcəsinin tərtib edilməsini.
Sahənin iqtisadi siyasəti informasiyaların tam təminatı, elmi-tədqiqatların aparılması, onun
cari və perspektiv dövrlərdə malik olacağı istehsal-təsərrüfat fəaliyyətinin təhlili əsasında
formalaşdırılır. Belə bir təhlil sahənin istehsal-təsərrüfat fəaliyyətinin son nəticələrinə təsir edən
meyllərin və situasiyaların aydınlaşdırılmasını nəzərdə tutur.
Sahənin strateji vəziyyətini,
pozisiyasını işləyib hazırlayan zaman müəyyən keyfiyyət və kəmiyyət göstəricilərindən istifadə
edilir. Kefiyyət göstəriciləri praktikada istiqamətləndirmə /meyləmə/ adlanır, kəmiyyət