E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə26/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   22   23   24   25   26   27   28   29   ...   121

 
55
qənaətli formasıdır. Çünki: birincisi, sahə nisbətən ucuz işçi qüvvəsi və ya xammal 
hesabına, xarici hökumətlərin xarici sərmayəçilərə etdiyi güzəştlər hesabına, 
nəqliyyat xərclərinin ixtisarı hesabına kapitala qənaət etmək mümkün olur; ikincisi, 
iş yerləri yaratmaqla şirkət tərəfmüqabil ölkədə özünə daha xeyirxah ad qazanması 
təmin olunur; üçüncüsü, şirkət qəbul edilən ölkənin dövlət idarələri ilə, müştərilərlə, 
malgöndərənlərlə və sair ilə daha dərin əlaqələr yaradır ki, bu da ona öz mallarını 
yerli marketinq mühitinə daha yaxşı uyğunlaşdırmağa imkan verir; dördüncüsü, 
şirkət öz investisiyalarına tam nəzarət olunmasını qoruyub saxlayır və deməli, 
istehsal sahəsində onun beynəlxalq miqyasdakı uzunmüddətli vəzifələrinə cavab 
verən mövqeyi təmin olunur. 
Azərbaycanın neft strategiyasındə  «Əsrin müqaviləsi» mühüm yer tutur. 1993-cü ildə 
xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Heydər  Əliyev respublikamızın zəngin təbii 
sərvətlərinin, o cümlədən neft və qaz yataqlarının xarici neft şirkətləri ilə müştərək işlənməsi 
barədə proqramların hazırlanması  zəruriliyini qeyd edərək, neft strategiyasını müəyyənləşdirdi. 
Azərbaycan Respublikasının prezidenti Heydər  Əliyev cənablarının gərgin və ardıcıl səyi 
nəticəsində 1994-cü il sentyabrın 20-də ABŞ-ın «AMOKO», «Yunokal», «Penzoyl», 
«Makdermost», Böyük Britaniyanın «BP», «Remko», Rusiyanın «Lukoyl», Norveçin «Statol», 
Türkiyənin «TPAO» və  Səudiyyə  Ərəbistanının «Delta» kimi nüfuzlu neft şirkətlərinin təmsil 
olunduğu konsorsium ilə ARDNŞ arasında Xəzərin Azərbaycan sektorundakı «Azəri», «Çıraq» 
və «Günəşli» yataqlarının birgə istismarına dair hasilatın pay bölgüsü sazişi imzalandı. Bundan 
bir il sonra ABŞ-ın «EKSON» neft şirkəti, 1996-cı ilin iyulunda isə «Makdermost»un bütün 
iştirak payına sahib olmuş Yaponiyanın «İTOÇU» neft şirkəti həmin müqaviləyə qoşulmuşdur. 
Tarixə «Əsrin müqaviləsi» kimi daxil olmuş bu sazişin həyata keçirilməsini təmin etmək üçün 
şirkətlər Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətini /ABƏŞ/ təsis etmişlər. Müqaviləyə əsasən 
30 il müddətinə ilkin olaraq 511 milyon ton neft  hasil etmək nəzərdə tutulmuşdur. Son illərdə 
aparılmış geoloji-kəşfiyyat işlərinin nəticəsi göstərdi ki, «Azəri», «Çıraq» və «Günəşli» 
yataqlarında proqnozlaşdırıldığından daha çox, yəni 700 milyon tona yaxın neft vardır. 
Neft strategiyasının əsas vəzifələrdən biri Azərbaycanın müxtəlif xarici ölkələrlə iqtisadi, 
siyasi və  mədəni  əməkdaşlığını maksimum dərəcədə genişləndirməkdir. Respublikada ictimai-
siyasi sabitliyin bərqərar olması, zəngin neft və qaz yataqlarının mövcudluğu xarici investorların 
ölkəmizə marağını daha da artırmışdır. «Əsrin müqaviləsi»nin ardınca keçən dövr ərzində 21 
yeni neft sazişləri imzalanmışdır.  İmzalanmış  həmin müqavilələr çərçivəsində Azərbaycana 
birbaşa xarici investisiya qoyuluşunun gözlənilən həcmi 60 milyard ABŞ dolları təşkil edəcəkdir. 
2000-ci ilədək neft müqavilələri üzrə investisiya qoyuluşunun həcmi 3 milyard dollar olmuşdur. 
Bu müqavilələr qabaqcıl Qərb texnologiyasının Azərbaycanın neftqazçıxarma sənayesinə  cəlb 
edilməsinə, bir sıra neftqazçıxarma idarələrinin müasir texnologiya əsasında yenidən 
qurulmasına və əsaslı təmirinə, müvafiq infrastrukturun yaradılmasına geniş imkanlar açmışdır. 
Azərbaycan neft sənayesinin  ən iri müəssisələrindən olan «Şelflayihətikinti» zavodu fəaliyyəti 
yenidən bərpa edilmişdir. «Dədə Qorqud» qazma qurğusu və «Çıraq-1» platforması dünya 
standartları səviyyəsində yenidən qurulmuşdur. Zığ boru örtükləmə zavodu, dəniz işlərinin yerinə 
yetirilməsi üçün 11 gəmi əsaslı təmir olunmuş, «Azərbaycan» kran barcı və «İsrəfil Hüseynov» 
sualtı boru-düzən gəmisi modernləşdirilmişdir. Səngəçalda tutumu 100 min tondan artıq olan 
müasir neft terminalı tikilib istifadəyə verilmiş, neftin dünya bazarlarına çatdırılması üçün 
«Çıraq-1» platformasından Səngəçal terminalınadək 176 kilometr uzunluğunda sualtı neft gəməri 
və Neft Daşlarınadək 48 kilometr uzunluğunda qaz kəməri çəkilmişdir. 
Neft strategiyasının həyata keçirilməsində mühüm mərhələ 1997-ci il noyabrın 12-də 
«Çıraq-1» platformasında ilk neft quyusunun istismara verilməsi oldu. Hazırda «Çıraq-1» 
platformasında 12 neft quyusu və 2 suvurma quyusu qazılıb, yataqdan gün ərzində 14 min ton 
neft və 3 milyon m
3
  səmt qazı  çıxarılır. Neft hasilatının tədricən artırılması  nəticəsində neft 
sənayesinin tənəzzülünün qarşısı alınmış və dinamik inkişaf üçün əlverişli zəmin yaradılmışdır. 
2002-ci ildə neft hasilatı 1995-ci ildəki 9 milyon 200 min tondan 15,3 milyon tona çatmışdır. 


 
56
2003-cü ilədək neft layihələrinin həyata keçirilməsi üçün 2 mindən artıq Azərbaycan 
vətəndaşının çalışdığı 12 müştərək müəssisə yaradılaraq işə salınmışdır ki, onlar nüfuzlu xarici 
neft şirkətləri ilə rəqabət mübarizəsində 381 milyon dollar dəyərində müqavilə işləri aparmışlar. 
Deməli, neft strategiyasının ardıcıl həyata keçirilməsi müstəqilliyimizin möhkəmləndirilməsi və 
iqtisadiyyatımızın gücləndirilməsi istiqamətində bir vasitədir. «Əsrin müqaviləsi» çərçivəsində 
işlərin uğurlu yerinə yetirilməsi 1999-cu ilin dekabr ayında Azərbaycan Respublikasının payına 
135 min ton həcmində ilk mənfəət neftinin ayrılmasına imkan vermişdir. 2000-ci ildən 
başlayaraq Azərbaycan Respublikası  hər il 200 milyon dollar məbləğində  mənfəət  əldə edir. 
Gələcəkdə «Azəri», «Çıraq-1» və «Günəşli» neft yataqlarının istismarının inkişafı  və neft 
hasilatının çoxalması ilə əlaqədar olaraq bu gəlirlərin həcmi xeyli artacaqdır. 
Beləliklə, neft strategiyasının başlanğıc mərhələsi olan «Əsrin müqaviləsi»nin həyata 
keçirilməsinin 10 illik tarixi Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində  və milli 
iqtisadiyyatımızın dirçəldilməsində mühüm mərhələ olmuşdur. 
 
 
4.2. Neft strategiyasi və iqtisadi islahatlar 
 
Son illərdə ölkəmizdə aparılan iqtisadi islahatlar nəticəsində sosial-iqtisadi sahələrdə 
geriləmələrin qarşısı alınmış  və müəyyən irəliləmələr müşahidə olunmaqdadır. 2002-ci ildə 
ölkənin sosial və iqtisadi həyatını  əks etdirən makroiqtisadi göstəricilər  əvvəlki illərlə 
müqayisədə  əhəmiyyətli dərəcədə artmışdır.  İqtisadiyyatın və sosial sahələrin ümumiləşdirici 
göstəricisi olan ÜDM istehsalı 2002-ci ildə  əvvəlki ilə nisbətən 10,6% artaraq 29,6 trilyon 
manata çatmışdır.  Əgər 2001-ci ildə ÜDM-in 1% artımı 235,9 milyard manat əlavə  dəyərə 
bərabər idisə, 2002-ci ildə bu, 266,7 milyard manat təşkil etmişdir. Adambaşına ÜDM istehsalı 
2001-ci illə müqayisədə 2002-ci ildə 9,8% artaraq 3,7 milyon manata /756,3 dllar/ çatmışdır. Bu 
göstəriciyə görə Azərbaycan Respublikası MDB ölkələri içərisində Rusiya, Ukrayna, Belorus və 
Qazaxıstandan sonra beşinci yeri tutur. 
Azərbaycan Respublikasında son illərdə  həyata keçirilən iqtisadi islahatlar  nəticəsində 
iqtitsadiyyatın bəzi sahələrində, o cümlədən də, sənayedə və onun aparıcı sahələrindən biri olan 
neft sənayesində bir sıra uğurlu nailiyyətlər əldə edilmişdir. Belə ki, 2002-ci ildə ölkə sənayesi 
19,7 trilyon manatlıq və ya 2001-ci illə müqayisədə 3,6% çox sənaye məhsulu istehsal etmiş və 
xidmətlər göstərmişdir. 2002-ci ildə ağır sənaye sahəsində özəl bölmənin payı xeyli artıb, yəni 
sənaye məhsulunun 53,7%-i qeyri-dövlət bölməsində istehsal olunmuşdur ki, bu da 2001-ci illə 
müqayisədə 7,8% çoxdur. 2002-ci ildə ölkədə 15,3 milyon ton neft hasil edilmişdir ki, bu da 
2001-ci ilə nisbətən 2,8% çoxdur. Bu, son 25 ildə əldə edilən ən yüksək göstəricidir. 
Sənayenin ayrı-ayrı sahələrində  də xeyli irəliləyişlərə nail olunmuşdur. Belə ki, 2002-ci 
ildə yanacaq sənayesində məhsul istehsalı 2,3%, o cümlədən neft hasilatında 2,8%, neft emalında 
1%, metallurgiya sənayesində 96,6%, kimya və neft-kimya sənayesi müəssisələrində 30,0%, 
yüngül sənaye müəssisələrində 8,6%, tikinti materialları  sənayesində 42%, şüşə  və çini-saxsı 
sənayesində 65,5%, meşə, ağaj emalı və sellüloz-kağız sənayesində 2,7% artım olmuşdur. 
Sənayenin digər sahələrinə nisbətən son illər elektroenergetika, neft və qaz hasilatı 
sahələrinin işi uğurlu olmuşdur.  Əsəsən «BP/Amoko» şirkətinin səyi nəticəsində /1999-cu ildə 
neft hasilatı 4,8 min ton təşkil etmişdir/ ölkədə hasil edilmiş xam neftin həcmi hələ bu sahədə 
tənəzzül müşahidə edilməyən sabit illərin /1986-1988-ci illər/ illik istehsalına bərabər olmuşdur. 
«BP/Amoko» şirkətinin dekabr ayında hasil etdiyi 466 min ton xam neft «Çıraq-1» strukturunda 
1997-ci ilin noyabr ayında ilkin neftin çıxarılmasına başlandıqdan sonra ən böyük hasilatdır. 
Yuxarıda göstərilən nailiyyətlərin  əldə edilməsində neft sənayesində son illərdə  həyata 
keçirilən iqtisadi islahatlar mühüm rol oynamışdır. Ümumiyyətlə, iqtisadi islahat dedikdə 
təsərrüfatçılığın yeni sistemə keçirilməsi prosesi nəzərdə tutulur. Bizim respublikamızda iqtisadi 
islahatların həyata keçirilməsi təsərrüfat hesabının təkmilləşdirilməsinə, qiymətlərin 
sərbəstləşdirilməsinə, kreditinin rolunun artırılmasına əsaslanır. 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə