E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə24/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   20   21   22   23   24   25   26   27   ...   121

 
51
göstəriciləri isə tapşırıqların /proqramların/ işlənib hazırlanmasını ifadə edir. Başqa sözlə
istiqamətləndirmə müəyyən strategiyanın işlənib hazırlanması  əsasında sahənin gələcək 
dövrlərdəki məqsədidir. 
Məqsədin müəyyənləşdirilməsi  - konkret idarəetmə  səviyyəsində idarəçilik qərarlarının 
qəbul edilməsi deməkdir. Bu, müvafiq strateji vəzifələrin işlənib hazırlanmasını  tələb edir. Bir 
məqsəd üçün işlənib hazırlanmış strategiya digər məqsəd üçün tətbiq edilə bilməz. Çünki hər bir 
strategiya konkret məqsədə xidmət edir. Bu o deməkdir ki, sahənin istehsal-təsərrüfat 
fəaliyyətinin məqsədi dəyişilərsə, onun strategiyası da dəyişilməlidir. 
İstiqamətləndirmə  məqsəd və strategiya arasında sıx qarşılıqlı  əlaqə vardır. Məsələn, 
bazarın xüsusi çəkisi sahənin həm məqsəd və istiqamətləndirilməsi, həm də onun strategiyasının 
əsas göstəricisi hesab edilə bilər. Çünki onların hər üçü sahədaxilində işlənib hazırlanır. Lakin 
yuxarı idarəetmə pillələrində  işlənib hazırlanmış strategiya aşağı pillələrdə yalnız məqsəd və 
istiqamətləri müəyyən etmək üçün əsas təşkil edir. Buna görə  də sahənin ümumi və spesifik  
məqsədləri fərqləndirilir. Ümumi məqsədlər sahənin gələcək dövrlərdəki inkişaf perspektivlərini 
özündə  əks etdirir. Sahənin ümumi məqsədini müəyyən etmək üçün aşağıdakı göstəricilərdən 
istifadə edilir: 
1.
 
Sahənin optimal rəqibinin müəyyən edilməsi üzrə: satış həcminin artma tempi; 
mənfəət norması  və istehsalın rentabellik səviyyəsi, vahid səhmdən  əldə edilən 
gəlir, kapitalın strukturu; səhmin qiyməti, dividendin səviyyəsi,  əmək haqqının 
ödənilməsi fondunun həcmi, məhsulun rəqabət qabiliyyəti; 
2.
 
Sahənin dayanaqlı vəziyyətinin, pozisiyasının təmin edilməsi üzrə: elmi-tədqiqat 
işlərinin həyata keçirilməsinə və yeni növ məhsulların işlənib hazırlanmasına sərf 
edilən xərclərin məbləği, istehsal xərclərinin azaldılması faizi, buraxılan 
məhsulların bazar qabiliyyətliliyinin artırılması, yeni əlverişli bazarların axtarılıb 
tapılması, yeni satış bazarlarının layihələşdirilməsi, sahənin xarici-iqtisadi 
fəaliyyətinin təşkili və onun səmərəlilik dərəcəsi, investisiya qoyuluşunun həcmi; 
sahənin əmək resursları ilə təminatı, sosial məsələlərin həllinə yönəldilən vəsaitin 
həcmi və sair; 
3.
 
Sahənin yeni fəaliyyət növünün və inkişaf istiqamətinin işlənib hazırlanması 
üzrə: sahənin struktur siyasətinin işlənib hazırlanması, yeni məhsul növlərinin 
yaradılması və mənimsənilməsi; səhmlərin həcminin müəyyən edilməsi. 
Sahənin spesifik məqsədləri, qeyd etdiyimiz kimi, onun ümumi məqsədləri  əsasında 
müəyyənləşdirilir. Sahənin spesifik məqsədlərinə aşağıdakılar aiddir:  
1.
 
sahənin hər bir struktur bölməsi üzrə rentabelliyin təmin edilməsi üzrə 
məqsədlər - özündə  məhsul /iş, xidmət/ satışından  əldə edilən mənfəətin 
səviyyəsini, mənfəət normasını, mənfəətin illik artım tempini, vahid səhmə görə 
dividendin kütləsini əks etdirir; 
2.
 
elmi-tədqiqat işləri üzrə  məqsədlər - yeni növ məhsulların yaradılması  və 
mənimsənilməsi, buraxılan məhsulların bazarın tələblərinə uyğunluq dərəcəsinin 
müəyyənləşdirilməsi, istehsalın texniki-iqtisadi səviyyəsinin təkmilləşdirilməsi və 
yaxşılaşdırılması üzrə işləri əhatə edir; 
3.
 
məhsul satışı üzrə  məqsədlər - müəyyən satış  həcminə nail olmağı, bazarda 
məhsul satışı  həcminin artırılmasını, yeni məhsul növlərinin mənimsənilməsini, 
bölgü üzrə tələblər sistemini nəzərdə tutur; 
4.
 
itehsal üzrə  məqsədlər - özündə mövcud maddi-texniki, əmək və maliyyə 
resurslarından daha səmərəli istifadə edilməsini təmin edən normativ göstəricilərin 
müəyyənləşdirilməsini, müxtəlif proqramların işlənib hazırlanmasını, istehsal 
xərclərinin azaldılmasını  və  məhsulun keyfiyyəti üzərində  nəzarətin təşkilini, 
mövcud məhsulların təkmilləşdirilməsini və yeni növ məhsullar buraxılışının 
təmin olunmasını, mənfəətin bölüşdürülməsinin konkret forma və metodlarının 
işlənib hazırlanmasını, vergiqoymanın minimumlaşdırılmasını və sairi əks etdirir. 


 
52
Strategiyanın işlənib hazırlanmasının və həyata keçirilməsinin mahiyyəti sahənin istehsal-
təsərrüfat fəaliyyətinin daha da inkişaf etdirilməsinin müxtəlif, alternativ variantları içərisindən 
ən səmərəli variantı seçib onun istehsal-təsərrüfat fəaliyyətini həmin səmtə, istiqamətə 
yönəltməkdən ibarətdir. Bütövlükdə sahənin strategiyasının işlənib hazırlanması yuxarı 
idarəetmə pillələrində həyata keçirilir və aşağıdakı vəzifələrin həllinə xidmət edir: 
I.
 
ARDNŞ-in strateji məqsədinin işlənib hazırlanması - uzun dövr ərzində ARDNŞ-nin 
iqtisadi inkişafının ümumi istiqamətlərini müəyyən edir və iri miqyaslı  vəzifələrin 
həllini nəzərdə tutur. Müasir dövrdə ARDNŞ-nin strateji məqsədi istehsalın və ictimai 
həyatın bütün tərəflərinin kökündən yeniləşdirilməsinə yönəldilmişdir. Həyata 
keçirilməkdə olan iqtisadi məqsədi bütün aspektlərdə - iqtisadi, sosial, siyasi və mədəni 
aspektlərdə bazar iqtisadi sisteminin mütərəqqi xarakterini dolğun açıb göstərməkdən 
ibarətdir;
 
II. ARDNŞ-in mövcud imkanlarının və ehtiyatlarının qiymətləndirilməsi - ən yeni 
texnika və ondan maksimum istifadə  əsasında istehsalın intensivləşdirilməsinin və 
şirkətin sosial-iqtisadi inkişafının sürətləndirilməsinin mühüm zəminidir.  İmkan və 
ehtiyatların həcmi fiziki vahidlə, yaxud dəyər ifadəsində, dövriyyəsinin sürəti isə 
istehsalı təmin etmə günləri ilə ölçülür; 
III. ARDNŞ-in marketinq fəaliyyəti sahəsindəki meylin təhlili - aşkar edilmiş 
qüsurları aradan qaldırmağa və bu sahədəki ehtiyatlardan istifadəyə yönəldilən 
qərarların qəbul edilməsi və həyata keçirilməsinə imkan verir. Digər tərəfdən, marketinq 
fəaliyyətinin təhlili iş keyfiyyətinin və effektivliyinin yüksəldilməsində mühüm rol 
oynayır. Bazar iqtisadiyyatına keçid dövründə müəssisə  və sahələrin müstəqilliyinin 
genişləndirilməsi, özxərcini ödəmə və özünü maliyyələşdirmə prinsiplərinə keçirilməsi 
istehsal ehtiyatlarının aşkara çıxarılmasında, rentabelliyin təmin olunmasında, səmərəsiz 
məsrəflərin və itgilərin aradan qaldırılmasında təhlilin rolunu artırır; 
IV. ARDNŞ-in strateji strategiyasının alternativ yolunun, istiqamətinin 
qiymətləndirilməsi - bu və ya digər istehsal-təsərrüfat fəaliyyətini həyata keçirmək 
üçün mövcud xərclərin sərf olunmasının iqtisadi cəhətdən nə  dərəcədə  əlverişli olub-
olmamasının müəyyənləşdirilməsi zəruriliyindən doğur. Başqa sözlə, mövcud iqtisadi 
ehtiyatları mümkün təsərrüfat fəaliyyətlərindən hansına yönəltmək məsələsi meydana 
çıxdıqda alternativ strategiyanı müəyyənləşdirmək lazım gəlir; 
V. perspektiv dövr üçün strategiyanın müəyyənləşdirilməsi - hökumət tərəfindən sahədə 
iqtisadi və sosial inkişafın istiqamətləri  əsasında ARDNŞ ilə xarici dövlətlərin aparıcı 
neft  şirkətləri arasında bağlanmış kontraktları  nəzərə almaqla işlənib hazırlanır. Elmi-
texniki tərəqqinin sürətləndirilməsi, iri miqyaslı proqramların və sahənin struktur 
cəhətdən yenidən qurulmasına dair tədbirlər sisteminin həyata keçirilməsi  şəraitində 
perspektiv dövr üçün neft strategiyanın rolu xeyli dərəcədə artır; 
VI.operativ proqramların və onlara müvafiq büdcələrin işlənib hazırlanması - istehsal 
prosesinin bütün pillələrinin fəaliyyətinin qarşılıqlı  əlaqələndirilməsinə  və 
uzlaşdırılmasına, bütün istehsal bölmələrinin mümkün ola biləcək fasilələrinin qarşısını 
almağa, ahəngdar işin və  məhsul buraxılışının birqərarlılığının təmin etməyə, iş 
yerlərinin xammal, material, yanacaq və enerji ilə  təhciz etməyə imkan verir. Müasir 
hesablama texnikasının tətbiqi və avtomatlaşdırılmış idarəetmə sistemlərinin 
yaradılması və tətbiqi operativ proqramların işlənib hazırlanmasının səmərəliliyini xeyli 
artırır; 
VII.konkret meyarların vasitəsi ilə ARDNŞ-in istehsal fəaliyyətinin son nəticələrinin 
qiymətləndirilməsi - sahənin istehsal-təsərrüfat fəaliyyətindəki müsbət və qüsur 
cəhətləri aşkar etməyə və sahənin iqtisadi inkişafına dair düzgün idarəetmə  qərarların 
qəbul edilməsinə imkan verir. 
Yuxarıda göstərilən vəzifələrin həll edilməsi üçün sahənin strategiyasının işlənib 
hazırlanması prosesində aşağıdakılar həyata keçirilir: 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə