98
Cədvəl 27
1994-2001-ji illərdə iqtisadiyyatin sahələri arasi
investisiya qoyuluşunun dinamikasi
/
milyard manat/
İllər
xarici investisiya
daxili investisiya
cəmi
1995
1657,0 746,4 2403,4
1996
2667,5 1338,0 4003,5
1997
5212,0 1543,6 6755,6
1998
5695,0 1780,5 7475,5
1999
4493,0 1976,1 6469,1
2000
4147,5 2301,5 6449,0
2001
5083,9 2188,7 7272,4
İnvestisiya qoyuluşunun texnoloji quruluşu - qurğuların tikintisinə, maşın və
avadanlıqların alınmasına, gətirilməsinə və onların quraşdırılmasına çəkilən məsrəflər arasındakı
nisbəti səciyyələndirir. Əsas fondların aktiv hissəsinin təkrar istehsalına
çəkilən məsrəflərin
xüsusi çəkisini artırmaqla, investisiya qoyuluşunun texnoloji quruluşunu səmərəliliyini xeyli
artırmaq olar. Neft sənayesində investisiya qoyuluşunun texnoloji quruluşu onun tərkibində
kəşfiyyat və istismar qazması xərclərinin və quraşdırılması tələb olmayan və tikinti obyektlərinin
smetasına daxil edilməyən iş maşın və avadanlıqların mövcudluğu hesabına iqtisadiyyatın digər
sahələrində olan quruluşdan fərqlənir. Belə ki, neft sənayesində investisiya qoyuluşunun
texnoloji quruluşu, təqribən aşağıdakı kimidir:
1.
qazma işlərinin həyata keçirilməsinə çəkilən xərclər - 45%;
2.
iş maşın və avadanlıqların alınmasına, gətirilməsinə və quraşdırılmasına
çəkilən
xərclər - 30%;
3.
tikinti-quraşdırma işlərinə çəkilən xərclər isə 25% təşkil edir.
Hazırda respublikamızda kəşfiyyat qazma işlərinin səmərəliliyi aşağı düşür, çünki əvvəlki
illərdən fərqli olaraq geoloji-kəşfiyyat işlərinin əksər hissəsi Xəzər dənizi hövzəsinin Azərbaycan
Respublikasına məxsus olan hissəsində daha mürəkkəb təbii-joğrafi şəraitdə yerinə yetirilir və bu
da həmin işlərin dəyərini xeyli artırır. Digər tərəfdən, neft və qazın çıxarılması üçün yeni daxil
edilən istehsal gücləri neft-qaz hasilatını ciddi surətdə artırmır, yalnız hələlik onların təbii
azalmasının qarşısını alır. Hazırda mövcud neft hasilatının artırılmış həcmi ARDNŞ-nin az
məhsuldar yataqların istismarından əldə edilir və imzalanmış neft kontraktları hesabına yaxın
gələcəkdə neft-qaz hasilatı həcminin xeyli artırılması gözlənilir.
Müasir dövrdə Xəzər dənizinin Azərbaycan sektorundan neftin çıxarılması və neft-qazın
dünya bazarlarına nəql edilməsi üçün boru kəmərlərinin çəkilməsi üzrə tikinti-quraşdırma
işləri
mürəkkəb və sərt iqlim şəraitində həyata keçirilir ki, bu da investisiya qoyuluşunun xüsusi
məsrəfini xeyli dərəcədə artırır.
İnvestisiya qoyuluşunun texnoloji quruluşu o halda mütərəqqi quruluş hesab edilir ki, onun
tərkibində iş maşın və avadanlıqların alınmasına, gətirilməsinə və iş yerlərində quraşdırılmasına
çəkilən xərclərin xüsusi çəkisi digər xərclərə nisbətən çox olur. Çünki bu zaman eyni həcmdə
investisiya qoyuluşu ilə daha çox məhsul əldə etməyə imkan yaranır. Ümumiyyətlə, investisiya
qoyuluşunun ümumi həcmində istehsalın texnika ilə yenidən silahlandırılması səviyyəsinin
yüksəldilməsinə,
mexanikləşdirilməsi
və avtomatlaşdırılması dərəcəsinin artırılmasına, mövcud
maşın və avadanlıqların müasir dövrün tələblərinə cavab verməsi üçün onların
modernləşdirilməsinə, mövcud istehsalların yenidən qurulmasına çəkilən xərclərin payının
artması investisiya qoyuluşunun texnoloji quruluşunun yaxşılaşdırılması yollarındandır.
İnvestisiya qoyuluşunun texnoloji quruluşunu xarakterizə edən məlumatların dinamikası
aşağıdakı cədvəldə verilmişdir.
99
Cədvəl 28
İnvestisiya qoyuluşunun texnoloci quruluşu
/
faizlə
/
İllər
Tikinti-quraşdırma
işləri
Avadanlıqların
alınması
Sair işlər
Cəmi
1995
52,4 23,5
24,1
100
1996
60,9 23,5
15,6
100
1997
67,9 16,4
15,7
100
1998
75,3 5,9
18,8
100
1999
52,8 30,6
16,6
100
2000
42,6 23,5
33,9
100
2001
33,0 15,9
51,1
100
İnvestisiya qoyuluşunun təkrar istehsal quruluşu - bir tərəfdən, yeni obyektlərin
tikintisinə, digər tərəfdən isə mövcud istehsalların texnika ilə yenidən silahlandırılması
səviyyəsinin yüksəldilməsinə yönəldilmiş xərclər arasındakı nisbəti əks etdirir.
Təkrar istehsal -
istehsal prosesinin fasiləsiz olaraq yenidən başlanması, daim təkrarlanmasıdır; maddi nemətlərin,
iş qüvvəsinin və istehsal münasibətlərinin təkrar istehsalını əhatə edir. İstehsal prosesinin
dəyişməz ölçüdə təkrar olunduğu sadə təkrar istehsal və onun artan miqyasda yenidən
başlanmasından ibarət geniş təkrar istehsal fərqləndirilir. İnvestisiya qoyuluşunun təkrar istehsal
quruluşu aşağıdakı cədvəldə verilmişdir.
Cədvəl 29
İnvestisiya qoyuluşunun təkrar istehsal quruluşu
/faizlə/
İllər
Texniki
təchizat
Müəssissələrin
genişləndirilməsi
Yeni
müəssisələrin
inşaası
Digər obyektlər
üzrə
Cəmi
1995
55,4 25,4 18,1 0,1
100
1996
33,8 6,8 52,3 2,1
100
1997
38,2 23,5 35,5 2,8
100
1998
51,7 8,9 37,2 2,2
100
1999
54,5 9,9 32,1 3.5
100
2000
55,5 9,7 33,0 3,3
100
2001
50.3 12,7 34,6 3,4
100
Müasir dövrdə sənaye istehsalının inkişafına investisiya qoyuluşunun həcmi müəyyən
edilərkən mövcud istehsalın və yeni tikintilərin inkişafının obyektiv zəruriliyindən çıxış edilir.
Bu zaman həmin obyektlərin sənaye istehsalının həcminin artırılmasındakı rolu nəzərə alınır.
Ümumi şəkildə
istehsal dedikdə, cəmiyyətin mövcud olması və inkişafı üçün zəruri olan maddi
nemətlər istehsalı və xidmətlər göstərilməsi prosesi nəzərdə tutulur. İstehsal insan həyatının təbii
şərti olub, digər fəaliyyət növlərinin də maddi əsasını təşkil edir. İstehsal cəmiyyətin inkişafının
bütün pillələrində mövcuddur. Konkret istehsal şəraitindən asılı olaraq istehsalın məzmununu
əmək prosesi müəyyən edir və üç şərti
: əmək,
əmək cisimləri və
əmək alətlərinin mövcudluğunu
nəzərdə tutur.
İstehsalın iki növünü:
maddi və
qeyri-maddi növlərini fərqləndirirlər. Maddi istehsalın əsas
meyarı əmək vasitələrinin köməyi ilə təbiət cisimlərinə təsir göstərməsidir. Maddi istehsal
sahəsinə sənaye, kənd təsərrüfatı, tikinti, yük nəqliyyatı, istehsala xidmət edən rabitə, habelə
istehsalın gedişini davam etdirdikdə və maddi nemətləri istehlakçılara çatdırmaqda iştirak edən
ticarət, ictimai iaşə, maddi-texniki təchizat və sair aiddir. Qeyri-maddi
istehsal sahəsinin
fəaliyyəti maddi istehsal sahəsindən fərqli olaraq, təbiətin maddəsi və qüvvələrinə dəyişdirici
təsirlə əlaqədar deyil, bilavasitə əmək vasitələri yaradılması ilə səciyyələnmir və insanla təbiət