96
İstehsalın texnika ilə yenidən silahlandırılması - yeni texnikanı və mütərəqqi
texnologiyanı tətbiq etmək, neftqazçıxarma proseslərini mexanikləşdirmək və avtomatlaşdırmaq
yolu ilə ayrı-ayrı neftqazçıxarma idarələrinin texniki səviyyəsini
müasir tələblər səviyyəsinə
yüksəltmək üzrə həyata keçirilən kompleks təşkilati-texniki tədbirlərdən ibarətdir. Texnika ilə
yenidən silahlandırılma neftqazçıxarma idarələrinin texniki inkişaf planına uyğun olaraq ayrı-
ayrı obyektlər və iş növləri üçün layihələr və smetalar üzrə həyata keçirilir. Mövcud
neftqazçıxarma idarələrin texnika ilə yenidən silahlandırılmasında məqsəd neft-qaz hasilatını hər
vasitə ilə intensivləşdirməkdən, neft sənayesinin struktur bölmələrinin istehsal gücünü
artırmaqdan və ondan istifadəni yaxşılaşdırmaqdan, iş yerlərinin sayını azaltmaqdan, neft-qaz
hasilatının material tutumunu və maya dəyərini aşağı salmaqdan, material və yanacaq-energetika
ehtiyatlarına
qənaət etməkdən, neftqazçıxarma sənayesinin istehsal-təsərrüfat və digər fəaliyyət
növlərinin texniki-iqtisadi göstəricilərini yaxşılaşdırmaqdan ibarətdir. Neft hasil edən dünya
ölkələrinin, o cümlədən Azərbaycan neft sənayesinin təcrübəsi göstərir ki, mövcud
neftqazçıxarma idarələrinin texnika ilə yenidən silahlandırılması, yenidən qurulması və
genişləndirilməsi neft hasilatının səmərəliliyinin yüksəldilməsində
və onun
intensivləşdirilməsində mühüm rol oynayır. Belə ki, Azərbaycanda 1996-2003-ci illərdə neft
hasilatının bütün əlavə artımının əksər hissəsi mövcud neftqazçıxarma
idarələrinin yenidən
qurulması və texnika ilə yenidən silahlanma səviyyəsinin yüksəldilməsi nəticəsində əldə
edilmişdir.
Neftqazçıxarma idarələrinin genişləndirilməsi və yeni obyektlərin tikintisindən fərqli
olaraq yenidən qurma və texnika ilə yenidən silahlandırma zamanı mövcud bina və qurğulardan,
neftqazçıxarma infrastrukturlarından istifadə olunur.
İnvestisiya qoyuluşunun çox hissəsi yeni,
daha məhsuldar avadanlığın alınmasına və quraşdırılmasına
sərf edilir, neftqazçıxarma
idarələrində həyata keçirilən tikinti-quraşdırma işlərinin xüsusi çəkisi isə nisbətən az olur.
Yenidən qurma və texnika ilə yenidən silahlandırılmanın iqtisadi üstünlüyü də məhz bundadır.
Neft sənayesində tikinti-quraşdırma işlərinin iqtisadi mahiyyəti neft-qaz hasilatının lazımi
sürətini və miqyasını, istehsal və qeyri-istehsal təyinatlı obyektlərin inkişafındakı optimal
nisbətləri, istehsalın maddi bazasının inkişafını, yeni texniki vasitələrin tətbiqini təmin etməkdən
ibarətdir. Tikintisi başa çatdırılmamış və istifadəyə verilməsi üçün hazırlanmış istehsal
obyektləri, neft-qaz quyuları, qurğular, estekadalar, dambalar, boru kəmərləri və digər bu kimi
müvafiq obyektlər tikinti məhsullarıdır.
Neft sənayesində tikinti-quraşdırma işləri istehsal və qeyri-istehsal
obyektlərinin tikilməsi
və onlarda avadanlıqların quraşdırılması ilə əlaqədar görülən bütün işləri özündə əks etdirir.
Tikinti işlərinə aiddir: bina və qurğuların, qazma vışkasının ucaldılması, qazma
avadanlıqlarının quraşdırılması üçün özül, bünövrə və dayaq konstruksiyaların qurulması, tikinti
sahəsinin öyrənilməsi, ərazinin tikinti üçün hazırlanması, sanitar-texniki və elektrik quraşdırma
işləri.
Quraşdırma işlərinin tərkibinə aiddir: qazma, enerji və digər növ avadanlıqların yığılması
və quraşdırılması, neft və qaz quyularının qazılmasına hazırlıq işləri, neft rezervuarlarının və
traplarının quraşdırılması, qaz anbarlarının tikilməsi və sair.
Neft sənayesinin bölmələrində tikinti-quraşdırma işlərinin həyata keçirilməsinin
özünəməxsus fərqləndirici cəhətləri vardır.
Qazma kontorlarında quyu tikintisinin istehsal tsiklinin tərkibinə aşağıdakı işlər daxil
edilir:
1.
vışkanın tikintisinə hazırlıq işləri;
2.
vışkanın və vışkayanı qurğuların tikilməsi;
3.
qazma və energetika avadanlıqlarının quraşdırılması;
4.
istehsalın təşkili şərtlərində nəzərdə tutulmuş fasilələr;
5.
qazma işlərinə hazırlıq;
6.
quyunun qazılması ilə əlaqədar
olan bütün işlər;
7.
quyunu qazıb qurtardıqdan sonra məhsuldarlığının yoxlanılması;
97
8.
quyunun mənimsənilməsinə hazırlıq; neft layının açılması və quyunun istismara
verilməsi ilə əlaqədar olan işlər;
9.
buruğun sökülməsi ilə bağlı işlər.
Quyu tikintisi tsiklinin tərkibinə daxil olan işlər arasındakı nisbət çevrəsində quyu tikintisi
tsiklinin quruluşunu səciyyələndirir.
Əsas fondların təkrar istehsalı formasından asılı olaraq investisiya qoyuluşunun tərkibində
tikinti-quraşdırma işlərinin xüsusi çəkisi dəyişilir, yəni neft-qaz hasilatının artırılması
zəruriliyindən geoloji-kəşfiyyat və qazma işlərinin həyata keçirilməsi
ilə əlaqədar tikinti-
quraşdırma işlərinə çəkilən xərclərin payı çoxalır.
Tikinti-quraşdırma işləri əsas fondların geniş təkrar istehsalının başlıca mənbəyidir. O,
neftqazçıxarma idarələrinin maddi bazasının möhkəmləndirilməsini təmin edir, əmək
kollektivinin mədəni-məişət şəraitinin yaxşılaşdırılmasında aparıcı rol oynayır. Bu baxımdan,
tikinti-quraşdırma işləri investisiya qoyuluşunun praktiki olaraq həyata keçirilməsidir.
İnvestisiya qoyuluşu - istehsal və qeyri-istehsal sahələrində əsas fondların sadə və geniş
təkrar istehsalı üçün nəzərdə tutulan maliyyə vəsaitlərini özündə əks etdirir. Müasir dövrdə
neftqazçıxarma sənayesinin inkişafına investisiya qoyuluşu müəyyən edilərkən respublikamızın
iqtisadiyyatının neft və qaza, həmçinin neft məhsullarına olan tələbatı, yeni neft-qaz yataqlarının
aşkar edilməsinin zəruriliyi nəzərə alınır.
Neft sənayesinin struktur bölmələrində investisiya qoyuluşunun
tərkibi və quruluşu eyni
deyildir. Məsələn, qazma kontorlarında investisiya qoyuluşunun tərkibinə aşağıdakı məsrəflər
daxil edilir:
1.
tikinti-quraşdırma işlərinin həyata keçirilməsinə çəkilən xərclər;
2.
qazma işlərini həyata keçirmək üçün lazım olan qazma avadanlıqlarının
alınmasına, gətirilməsinə və quraşdırılmasına çəkilən xərclər;
3.
geoloji-kəşfiyyat işlərinin yerinə yetirilməsinə çəkilən xərclər;
4.
inzibati-idarəetmə aparatının saxlanılmasına çəkilən xərclər;
5.
infrastruktur bölmələrinin yaradılmasına və ətraf mühitin mühafizəsinin
qorunmasına çəkilən xərclər.
İnvestisiya qoyuluşunun tərkibinə daxil olan xərclər arasındakı nisbətin faizlə ifadəsi onun
quruluşunu təşkil edir. İnvestisiya
qoyuluşunun sahəvi, texnoloji və təkrar istehsal quruluşunu
fərqləndirirlər.
İnvestisiya qoyuluşunun sahəvi quruluşu bütövlükdə iqtisadiyyatın, yaxud ayrıca
götürülmüş sənaye sahəsinin, şirkətin, müəssisənin ayrı-ayrı struktur bölmələri arasında
investisiya qoyuluşunun bölgüsünü səciyyələndirir. Sənayenin sahə quruluşu onun tərkibinə daxil
olan sahələr və istehsallar arasındakı kəmiyyət nisbətini xarakterizə edir. Sənayenin sahə
quruluşu
ictimai əmək bölgüsünün, sahələrin differensiallaşdırılması və ixtisaslaşdırılmasının
səviyyəsini əks etdirir. O, sahələr arasındakı nisbətlər və qarşılıqlı əlaqələr, sahələr və istehsallar
arasındakı ictimai əmək bölgüsü, sənaye istehsalında onların rolu haqqında fikir yürütməyə
imkan verir. İnvestisiya qoyuluşunun sahəvi quruluşu sənayenin ayrı-ayrı sahələrinin inkişaf
istiqamətlərini, sürətini və səviyyəsini müəyyən edir.
İqtisadiyyatın sahələri arasında investisiya
qoyuluşunun dinamikası aşağıdakı cədvəldə verilmişdir.