Ə. N. Quliyev azərbaycan-rusiya münasiBƏTLƏRİ tariXİNDƏN


XV ƏSRDƏ AZƏRBAYCAN-RUSİYA



Yüklə 399,91 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix30.12.2023
ölçüsü399,91 Kb.
#164320
1   2   3   4   5   6
azerbaycan rusiya munasibetleri tarixinden

3. XV ƏSRDƏ AZƏRBAYCAN-RUSİYA
ƏLAQƏLƏRİNİN QÜVVƏTLƏNMƏSİ
XV 
əsrdə Moskva dövləti ilə Azərbaycan arasında, eləcə də 
Moskva dövləti ilə Zaqafqaziyanın başqa ölkələri arasında ticarət- 
iqtisadi və siyasi əlaqələr daha artıq möhkəmlənmiş oldu. Azərbay­
can Şirvanşahlar dövləti ilə rus dövləti arasındakı bu əlaqə xüsusilə 
inkişaf edirdi. Bu da Şirvan dövlətində təsərrüfat həyatının canlan­
ması, Rusiya ilə ticarət-iqtisadi əlaqəyə tələbatın artması və bu ölkə­
lərin ağır tatar-monqol zülmündən xilas olması nəticəsi idi.
13


Bu zaman rus xalqı tatar-monqol zülmkarlarına qarşı uzun və 
inadlı mübarizədən sonra ölkədəki feodal dağınıqlığını aradan 
qaldırmış və paytaxtı Moskvadan ibarət olan mərkəzləşdirilmiş 
qüdrətli dövlət yarada bilmişdi.
Məlum olduğu kimi, Şirvanın ipək parçalarına Rusiya bazar­
larında geniş tələbat var idi. Qərbi Avropa səyyahları, tacirləri və 
diplomatlarının verdikləri məlumata görə Şirvanda «ən yaxşı ipək» 
istehsal edilir və əla keifiyyətli müxtəlif al-qumaş ipək parçalar toxu­
nurdu. Rusiya ilə genişlənən ticarət Azərbaycanda ipəkçiliyin 
inkişafına kömək edirdi. Bununla bərabər Azərbaycan dövlətləri də 
Rusiyadan gətirilən bir sıra mallara böyük ehtiyac hiss edirdilər.
Bu dövrdə Azərbaycanın Xəzər dənizi və Volqa çayı vasitəsilə 
Rusiya ilə ticarəti xüsusi əhəmiyyət qazanmışdı. Qazan şəhərində hər 
il yarmarka açılır, buraya rus və şərq tacirləri gəlirdilər. Rus 
salnamələrində deyilir: «Həmin günlərdə» Qazana bütün rus 
torpaqlarından varlı tacirlər və uzaq ellərdən bir çox xaricilər 
yığışaraq. Rusiya ilə çox qiymətli mallarla alver edirdilər...»*
1
1465-ci ildə Şirvanşah Fərrux Yəsar öz elçisi Həsən bəyi 
Moskvanın böyük knyazı 111 İ vanın yanına göndərmişdi. Həsən bəy 
knyazla görüşdükdən sonra böyük gəmilər karvanı ilə Şirvana 
qayıtmış, özü ila birlikdə Moskva və Tver tacirlərinin mallarını da 
gətirmişdi. 1466-cı ildə 111 İvan Şirvana Vasili Papinin başçılığı ilə 
xüsusi elçilər heyəti göndərmişdi. Papinin dəstəsi ilə birlikdə Şirvana 
bir qrup tacir də gəlmişdi. Həmin tacirlər içərisində altı tverli, 
həmçinin bir neçə moskvalı vo başqa tacirlər də var idi. Məşhur 
səyyah, tverli tacir Afanasi Nikitin də bunların arasında idi. Afanasi 
Nikitin Azərbaycana çatdıqdan sonra Şamaxı və Bakıdan keçib İrana, 
oradan da Hindistana getmişdi. Hindistandan qayıdarkən Afanasi 
Nikitin 10 gün Təbrizin yaxınlığında Ağqoyunlu dövlətinin hökmdarı 
Uzun Həsənin ordugahında qalmışdı. Afanasi Nikitin özünün «Üç 
dənizin arxasına səyahət» adlı səyahətnaməsində2 gəzdiyi Şərq 
ölkələrinin vo şəhərlərinin dəyərli təsvirini vermişdi.
1 Полный свод русских летописей (ПС'РЛ). XIX cild. СПб. 1903, səh.23.
: Хождение затри моря Афанасия Никитина. 
1948; Afanasi Nikitinin
14
1499-cu ildə Şirvanşahın Moskvaya gedən elçisi Şahabəddin 
«Dostluq və razılıq haqqında» müqavilə bağlamaq barəsində orada 
danışıq aparmışdı.
Ağqoyunlu dövlətinin hökmdarları da Moskva dövləti ilə dostluq 
əlaqələri yaratmağa çalışırdılar. Ağqoyunlu padşahlarının və 
Şirvanşahların saraylarında rus dövlətinin elçiləri olurdu. Venesiya 
elçisi Koııtarini 1475-ci ildə Uzun Həsənin sarayında Mark Rossi 
adlı rus elçisinə rast gəlmişdi. Mark Rossi sonralar Şamaxıya gedən 
elçilər heyətinə başçılıq etmişdi.
XV 
əsr Azərbaycan dövlətlərinin Rusiya ilə ticarət-iqtisadi və 
siyasi əlaqələrinin qüvvətlənməsindən bəhs edərkən, o zamankı 
beynəlxalq vəziyyəti də nəzərə almaq lazımdır. Məlum olduğu kimi, 
XV əsrin ikinci yarısında türklər Konstantinopolu (İstanbulu) 
aldıqdan sonra qonşu ölkələrə soyğunçu basqınlar etməyə və bu 
ölkələrin xalqlarını əsarət altına almağa başlamışdılar. Osmanlı 
imperiyasının bu işğalçılıq cəhdləri Zaqafqaziya xalqlarının azadlığı 
və istiqlaliyyəti üçün ciddi təhlükə törədirdi və eyni zamanda rus 
dövlətinə qarşı çevrilmişdi. Türk işğallarına qarşı birgə mübarizə 
mənafeyi Azərbaycan dövlətlərilə rus dövlətini yaxınlaşdırırdı. XV 
əsrin ikinci yarısında Türkiyəyə qarşı koalisiya yaratmaq məqsədilə 
Ağqoyunlu dövlətinin hökmdarları ilə Avropanın bir sıra dövlətləri 
arasında gedən diplomatik danışıqlar da məhz bununla əlaqədar idi.
səyahəti haqqında bax, C.İbrahimov, “Məşhur rus səyyahı Afanasi Nikitinin 
Azərbaycana səyahəti", Bakı. 1956.
1 M.M. Altman -Moskva ilə Şirvanın ticarət-diplomatik əlaqələri tarixindən. 
Azərbaycan SSR EA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əsərləri, 1-ci cild, 
Bakı. 1947, səh. 157.
15



Yüklə 399,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə