Ə. N. Quliyev azərbaycan-rusiya münasiBƏTLƏRİ tariXİNDƏN


XVI-XVIII ƏSRLƏRDƏ AZƏRBAYCAN XALQININ



Yüklə 399,91 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix30.12.2023
ölçüsü399,91 Kb.
#164320
1   2   3   4   5   6
azerbaycan rusiya munasibetleri tarixinden

4. XVI-XVIII ƏSRLƏRDƏ AZƏRBAYCAN XALQININ
TYRKİYƏ VƏ İRAN QƏSBKARLIĞINA QARŞI
MÜBARİZƏSİ. AZƏRBAYCANDA XARİCİ SİYASƏT
SAHƏSİNDƏ RUSİYAYA MEYLİN MEYDANA
ÇIXMASI VƏ FORMALAŞMASI.
XVI 
əsrin əvvəllərində Səfəvilər dövlətinin yaranması Azərbay­
can tarixində mühüm rol oynayaraq, ölkənin məhsuldar qüvvələrinin 
inkişafına, onun təsərrüfat və mədəni həyatının canlanmasına kömək 
etdi.
XVI 
əsrdə qüvvətli Səfəvilər dövlətinin meydana çıxması 
Türkiyə işğalçılarına Azərbaycan xalqını əsarət altına almağa imkan 
vennirdi.
XVI 
əsrin sonlarından etibarən isə Səfəvilər dövləti spesifik 
təhəvvül prosesi keçirməiə başlamışdı. Bu proses Səfəvi hökmdar­
larının o zaman dövlət içərisində xeyli qüvvətlənmiş olan İran 
ünsürlərinə meyl etmələri və onlara arxalanmaları ilə əlaqədar idi. 
Bunun nəticəsində Səfəvilər dövləti sistemində Azərbaycan tədriclə 
ucqara çevrilərək, əhalisi həm İran feodalları, həm də yerli feodallar 
tərəfindən ikiqat istismar edilirdi.
Soltan Türkiyəsinin Zaqafqaziyaya dair işğalçılıq meyllərinin 
qüvvətlənməsi Azərbaycanın vəziyyətini daha da ağırlaşdırdı. Məhz 
bu dövrdə Səfəvilər İranı Zaqafqaziya üstündə mübarizədə soltan 
Türkiyəsi ilə rəqabət etməyə başlamışdı. O zamandan başlayaraq 
ölkənin Rusiyaya birləşdirilməsinə qədər olan dövrdə istər Azərbay­
can, istərsə də digər Zaqafqaziya ölkələri Türkiyə və İran işğalçıla­
rının dağıdıcı istilaları və basqınlarının hədəfi olmuşdu. Bu istilalar 
və basqınlar zamanı əhali qarət edilir, ölkənin məhsuldar qüvvələri 
dağıdılır, on minlərlə adamlar öldürülür və əsir aparılır, bir çox 
qiymətli tarixi və mədəniyyət abidələri, təsviri incəsənət, memarlıq 
əsərləri, qiymətli əlyazmaları məhv edilirdi. Beləliklə, Zaqafqaziya 
xalqları həm Türkiyə soltanlarına, həm də İran şahlarına qarşı 
mübarizə aparmalı olmuşdular.
Belə bir şəraitdə Zaqafqaziyanın uzaqgörən dövlət xadimləri öz
16
nəzərlərini Rusiyaya dikərək, Türkiyə və İran hökmdarlarının zül­
münə qarşı mübarizədə ondan kömək gözləyirdilər.
Gürcüstan, Ermənistan və Azərbaycanın qabaqcıl adamları Rusi-
1
!
yanııı getdikcə qüvvətləndiyini görüb, onunla əlaqəni möhkəmlən­
dirməyə və onun himayəsinə keçməyə çalışırdılar. Onlara getdikcə 
daha aydın olurdu ki, yalnız Rusiyanın himayəsi altına keçmək Za­
qafqaziya xalqlarını İran və Türkiyə istibdadının hökmranlığından 
xilas edə bilər. Beləliklə, Azərbaycanda və Zaqafqaziyanın başqa 
ölkələrində xarici siyasət sahəsində Rusiyaya meylin meydana 
çıxması və qüvvətlənməsi üçün tarixi zəmin yaranırdı ki, bu meyl 
Zaqafqaziya xalqlarının həyati mənafeyinə uyğun idi.
Məlum olduğu kimi, XV-XV1 əsrlərdə mərkəzləşmiş rus dövləti 
yaranmışdı, bunun da sonralar Rusiya ilə birləşdirilən bir çox 
xalqların tarixi müqəddəratı üçün böyük əhəmiyyəti olmuşdu. Rusiya 
hələ XVII əsrdə öz tarixinin yeni dövrünə qədəm qoyaraq, mütərəqqi 
inkişaf yolu ilə sürətlə irəliləməkdə idi. İctimai-iqtisadi cəhətdən 
geridə qalmış Türkiyə və İranın əksinə olaraq Rusiyada məhsuldar 
qüvvələrin yüksəlməsi, Ümumrusiya bazarı yaranması, əmtəə 
istehsalının genişlənməsi, Qafqaz, İran. Orta Asiya və başqa ölkələrlə 
ticarət əlaqəsinin daha da möhkəmlənməsi müşahidə edilirdi.
Rus dövlətinin beynəlxalq nüfuzu da artırdı. Çar IV İvanın vax­
tında Kazan və Həştərxanın Rusiyaya tabe edilməsi böyük beinəlxalq 
əhəmivvətə malik idi. Bu tarixi hadisə Rusiyaya, Xəzər dənizinə və
Şimali Qafqaza çıxmaq, XVI-XVII əsrlərdəki Iran-Tüıkiyə 
müharibələrinin gedişinə təsir göstərmək və Xəzər dənizi sahillərində 
Türkiyənin öz hökmranlığını bərqərar etməsinə mane olmaq imkanı 
vermişdi. Həştərxan limanının tikilməsi, habelə Terek qalasının 
düzəldilməsi Rusiyanın Qafqazla əlaqəsinin daha artıq möhkəmlən­
məsi üçün böyük əhəmiyyətə malik oldu.
Bu tarixi şəraitdə Rusiyanın Zaqafqaziya ölkələri ilə əlaqəsi, 
xüsusən Azərbaycan-Rusiya əlaqələri daha da qüvvətlənmişdi. Tür­
kiyəyə qarşı mübarizədə Rusiya Qafqaz xalqları ilə sıx əlaqə yarat­
mağa böyük əhəmiyyət verirdi. Eyni zamaida Qafqaz xalqları da bu
əlaqənin möhkəmlənrfT5Stnə ehtiyac hiss ecfirdilərVXVI əsrin ikinci
A zərbaycan 
Respublikası Prezidentinin j
İç lə r id a rə s i
PREZİDENT KİTABXANASI


yarısında və XVII əsrdə Kaxetiya, İmeretiya, Quru və Kartaliniyadaıı 
Moskvaya gedən elçilər rus hökuməti qarşısında Türkiyə vo İrana 
qarşı mübarizədə hərbi kömək göstərilməsi məsələsini qoymuşdular.
Səfəvi şahı I Təhmasib və Şirvan bəylərbəyi Abdulla xan tərəfindən 
Moskvaya tez-tez elçi heyətləri göndərilirdi. Rus salnamələrinin verdiyi 
məlumata görə, «Şamaxı padşahı» 1563-cü ildə IV İvandan xahiş 
edibmiş ki, «çar və böyük knyaz ticarət adamlan üçün yol açılması vo 
sərbəst ticarət edilməsi barəsində əmr versin»1. Moskva ilə Şirvan ara­
sında ticarət müqaviləsi bağlanmışdı. Rus hökumətinin Dərbənd və 
Şamaxı ticarət dairələrindən aldığı xəbərlərdə göstərirdi ki. onlar Rusiya 
ilə kəsilmiş olan ticarət əlaqəsini bərpa etmək istəyirlər.
Bu zaman Volqa-Xəzər yolu ilə aparılan ticarət xüsusilə 
genişlənmişdi. Rusiyadan Azərbaycana başlıca olaraq sənətkarlıq 
malları, XVIII əsrdən etibarən isə həmçinin manufaktura malları da 
gətirilirdi. Azərbaycandan isə xam ipək, toxunmuş ipək və pambıq 
parça, neft, xalı, quru meyvə vo başqa mallar Həştərxan vasitəsilə 
Rusiyanı və Qərbi Avropa ölkələrinə aparılırdı.
Rus tacirləri öz mallarını Dərbəndə, Şabrana, Bakıya, Şamaxıya, 
Təbrizə, bəzən isə İran dövlətinin daha içərilərdə olan şəhərlərinə 
aparırdılar. Şamaxıda rus tacirlərinin xüsusi ticarət məhəllələri var 
idi5. XVI əsrin axırlarında Şirvandan hər il 100 min puda qədər xam 
ipək ixraç edilirdi. Bu ipək Rusiya, İrana, Türkiyəyə, Hindistana, 
İtaliyaya və başqa ölkələrə aparılırdı. Azərbaycanda xam ipəiyin 
pudunu 15-16 manata alan rus və Qərbi Avropa tacirləri bunu öz 
ölkələrində çox baha qiymətə satırdılar. Məsələn, Yaroslavlda xam 
ipəyin pudu 50-60 manata, Arxangelskdə 70 manata gedirdi*
2
*
4.
• PSRL, VIII cild. 2-ci yarısı, səh. 371; bax həmçinin; Е.Н.Кушева. Политика 
русского государства на Северном Кавказе в 1552 1572 гг. «Исторические за­
писки» məcmuəsi, 34-cü buraxılış, 1950, səh. 268.
2 Де-Брюин. Путешествие Корнелия дс-Брюмна через Московию. 1872. 
səh. 404 və sonrakılar.
’ А. Суханов. Проскинтарии. «Полестинскии сборник», 21-ci buraxılış,
SPb, 1898, səh. 114 və 116 vo sonrakılar.
1 Bax: E. C. Зсвакин. Персидский вопрос в русско-европейских отноше­
ниях XVIII в. «Исторические записки» məcmuəsi, 8-ci buraxılış. 1940. səh. 130.
18
İpək ticarəti böyük mənfəət verirdi. İngilis tacirlərindən Tomas 
Olkok, Corc Rcnıı və Riçaıd Çini 1563-1565-ci illərdə Şamaxıda öz 
mallarım Rusiyadan buraya gəmilərlə gətirən çoxlu rus tacirlərinə 
rast gəlmişdilər1.
XVII 
əsrin ortalarında Azərbaycandan və Gilandan Rusiyaya hər 
il rus manufaktura sənayesinin inkişafı üçün böyük əhəmiyyəti olan 
70 min puda qədər ipək göndərilirdi.
Azərbaycan Rusiyanın Yaxın və Orta Şərq ölkələri ilə əlaqəsində 
də mühüm rol oynayırdı. Rus tacirləri, diplomatları və səyyahları 
Şərq ölkələrinə Azərbaycandan keçib gedirdilər. Bunların bəziləri 
Azərbaycanın daxili həyatı haqqında, xüsusən şəhərləri haqqında 
maraqlı xatirələr yazıb qoymuşlar. Məsələn, rus taciri Kotov (1623- 
cü ildə) öz yol qeydlərində Şamaxının və Gəncənin təsərrüfat və 
siyasi həyatı haqqında qiymətli xəbərlər vermişdir.
Qərbi Avropa ölkələrinin ticarət adamları da Şirvan və Gilan 
ipəyi ilə çox maraqlanırdılar. Onlar rus dövlətinə gəlir, sonra Volqa 
çayı ilə Həştərxana enir və buradan Xəzər dənizi ilə Azərbaycana, 
İrana və Orta Asiyaya gedirdilər. İngiltərə, Fransa və Almaniyanın 
elçi heyətləri Rusiyadan keçib Səfəvilər dövlətinə gedir və buradan 
xam ipək ixrac edilməsi barəsində danışıq aparırdılar. Çox vaxt 
həmin heyətlər, həmçinin rusların elçi heyətləri gələcəkdə Qafqaz 
ölkələrində öz dövlətlərinin nüfuzunu möhkəmləndirmək məqsədilə 
bu ölkələr haqqında məlumat toplamaqla məşğul olurdular.
Belə bir şəraitdə rus torpaqları və Qafqaz vasitəsilə aparılan 
tranzit ticarətin Qərbi Avropa ilə Yaxın və Orta Şərq ölkələri arasın­
dakı ticarət-iqtisadi əlaqələrin qüvvətlənməsi üçün böyük əhəmiyyəti 
var idi. XVI əsrin ikinci yarısında Arxangelsk tərəfdən Həştərxana 
gedən yeni yolun açılması həmin ticarət münasibətlərinin inkişafında 
mühüm rol oynadı.
Bu yoldan başlıca olaraq ingilislər istifadə edirdilər. İngilis An- 
toni Ccnkinson 1558-1559-cu illərdə, sonra isə 1562-ci ildə bu yol 
ilə Azərbaycana və İrana gəlmişdi. O, Dərbənd, Şamaxı, Ərdəbil,
1 Английские путешественники в Московском государстве в XVI веке, Л., 
1937, səh. 211,230 və başqaları.
19


Qəzvin və başqa şəhərlərdə olmuşdu. Şirvan bəylərbəyi Abdulla xan 
Ustaclunun köməyilə Ccnkinson Şamaxıda ingilis ticarət faktoriyası 
təsis etmişdi. 1562-ci ildə Ccnkinson geri qayıdarkən Abdulla xan 
İvan Qroznının yanına göndərdiyi elçini də onunla birlikdə yola 
salmışdı1 1
. Cenkinsondan sonra Azərbaycana İngiltərə ticarət şirkət­
lərinin başqa agentləri də gəlmişdilər. Onlar Azərbaycanın xam 
ipəyinin Rusiyaya və Qərbi Avropaya ixrac edilməsi işlərini öz 
nəzarətləri altına almağa və öz əllərinə keçirməyə çalışırdılar. Lakin 
1572-ci ildə rus hökuməti Qazan və Həştərxan vasitəsilə mal aparan 
ingilislər üçün malın in qiymətinə bərabər məcburi gömrük qoydu. 
Bundan sonra Qərbi Avropa ölkələri ilə tranzit ipək ticarəti rus 
tacirlərinin əlinə keçdi.
Azərbaycana və İrana Avropanın başqa ölkələrindən də tacirlər 
gəlirdilər. XVI əsrin 50-ci illərində italyan taciri Tcdaldi Rusiyadan 
keçib Zaqafqaziyaya və İrana gəlmişdi2. İsveç tacirləri də rus çarın­
dan Şərq ölkələri ilə tranzit ticarət etmək ixtiyarı almağa çalışırdılar.
XVII 
əsrin 20-ci illərindən başlayaraq azərbaycanlı tacirlərin 
Rusiyaya səfərləri daha da artmışdı. Onlarla birlikdə buraya sənətkar 
ustalar da gəlir və həmin ustaların bir çoxu həmişəlik Rusiyada 
qalırdı. 1626-cı il martın 26-da Rusiya Gömrük divanxanasının 
dəftərində azərbaycanlı və erməni tacirlərinin Moskvaya gətirdikləri 
mallar qeyd edilmişdi. Məsələn, orada göstərilirdi ki, azərbaycanlı 
tacir Xəlil Mahmudov kirşələrlə Moskvaya 14 tay meşin və qumaş, 
5 girvənkə ənlik, 374 kindək (ipək parçadan geyim), 3 kisə başqa 
mallar gətirmişdir3. Şümrüd Əliev adlı başqa bir azərbaycanlı tacir 
isə Moskvaya «Aran ipəyindən 104 dənə dar və 60 dənə gen gindək,
1 Английские путешественники в Московском государстве в XVI веке, səh. 
204. 211; PSRL. XIII cild, 2-ci yarısı, səh. 371; M. А. Полиевктов. Европейские 
путешественники XIII— XVIII вв. по Кавказу. Tiflis, 1935, səh. 131-133.
: Е. Шмурло. Известия Джиованни Тедальди о России времен Ивана Гроз­
ного. Журнал Министерства народного просвещения (ЖМНП), 1891. май; bax 
həmçinin E. Н. Кушева. Политика Русского государства на Северном Кавказе в 
1552 1588 гг. «Исторические записки» məcmuəsi, 34-cu buraxılış, 1950.
’ Армяно-русские отношения в XVII веке. Sənədlər məcmuəsi. Yerevan, 
1953. səh. 3.
20
110 ipək qurşaq» və başqa sənətkarlıq malları gətirmişdi ;.
Şirvan və Gilan ipəyinin Rusiyaya daşınması məqsədilə mərkəzi 
İsfahan şəhərində olan erməni ticarət şirkətilə 1667-ci ildə saziş 
bağlanmışdı2. Bu saziş Azərbaycanla Rusiya arasında ticarətin 
genişlənməsinə çox kömək etmişdi.
O zaman Moskvada və Rusiyanın bir sıra başqa şəhərlərində 
qızsın alver edən bir çox azərbaycanlı tacirlər var idi. 1684-cü il 
dekabrın 1 -də çarın verdiyi fərmanla əmr edilmişdi ki, bütün tacirlər 
Elçilər divanxanasına çağırılsın və «kimin hansı ildə Moskvaya 
nəldiyi, nə zamandan Moskvada yaşadığı və nə kimi mallarla ticarət 
etdiyi»3 soruşulsun. Şamaxılı Əmin bu barədə məlumat verərkən 
demişdi ki, o, qardaşı ilə birlikdə çoxdan bütün Rusiya ilə ticarət edir4.
Azərbaycanın Rusiya-Hindistan ticarət-iqtisadi əlaqələrinin 
qüvvətlənməsində də rolu böyük idi. XVI1 əsrdə rus hökuməti öz elçi 
heyətlərini Azərbaycan, Orta Asiya və İran vasitəsilə Hindistana 
göndərmək üçün bir neçə dəfə təşəbbüs göstərmişdi. Bu elçi heyət­
lərinin məqsədi ticarət əlaqəsi yaratmaq idi. Hindistana göndərilən 
birinci üç heyət müvəffəqiyyət qazana bilməmişdisə, S. Malenkinin 
başçılıq etdiyi dördüncü elçilər heyəti Azərbaycandan keçib Hindis­
tana getmiş və burada müvəffəqiyyətlə danışıq aparmışdı5.
XVII 
əsrdə rus dövlətinin Xəzər dənizini mənimsəmək təşəbbüs­
ləri də qüvvətlənmişdi. Həştərxanda Xəzər dənizi sahillərində olan 
şəhərlərlə ticarət etmək və bu ticarəti qorumaq məqsədini güdən 
hökumət gəmilərindən ibarət donanma var idi. Xəzər dənizində 
müxtəlif gəmilər üzür və bunlar Şamaxı, Dərbənd, habelə Orta Asiya 
və İranın şəhərlərindən və uzaq Hindistandan Həştərxana tacirlər, 
elçilər və sairə gətirirdi6. Həştərxandan Dərbəndə, Bakıya və başqa
1 Yenə orada.
2 И. П. Петрушевский. Азербайджан в XVI—XVII вв. Сборник статей по 
истории Азербайджана, 1 buraxılış. Bakı. 1949, səh. 295.
3 Армяно-русские отношения в XVII веке. Sənədlər məcmuəsi, soh. 174.
4 Yeno orada, səh. 176.
5 Очерки истории СССР. XVII в., M. 1955, səh.544.
" В. Мавродин. Русское мореходство на южных морях. Снмферопол, 1955. 
səh. 151.
21


şəhərlərə daim dəstə-dəstə rus tacirləri gəlirdilər. İngilis tacirlərindən 
Riçard Conson, Aleksandr Kitçin və Artur Edvards (1564—1567-ci 
illər) Xəzər dənizində üzən rus gəmilərini tərifləyirdilər; onlar 
göstərirdilər ki, gələcəkdə yalnız «rus gəmilərini» qüvvətləndirmək 
lazımdır1.
Yenə o zaman ticarət gəmilərini quldur basqınlarından qorumaq 
məqsədilə Xəzər dənizində rus hərbi donanması yaratmaq üçün 
təşəbbüs göstərilmişdi1
2.
XVI-XVII əsrlərdə inkişaf edən Azərbaycan-Rusiya ticarəti 
XVIII əsrdə də müvəffəqiyyətlə inkişaf etməkdə davam etmişdi. 
XVIII əsrdə Rusiya ilə Zaqafqaziya ölkələri arasında mal mübadiləsi 
o qədər genişlənmişdi ki, sonralar (XIX əsrdə) Azərbaycanın və 
bütün Zaqafqaziyanın Ümumrusiya bazarı sisteminə cəlb olunması 
üçün şərait yaranmışdı.
* * *
XVIII 
əsrin əvvəllərində İranın hökmranlığı altında olan Azər­
baycanda və başqa ölkələrdə təsərrüfat düşkünlüyü daha da şiddət­
lənmişdi. Zəhmətkeş əhalinin amansız istismar edilməsi, əhali 
üzərinə qoyulan böyük vergilər və İran feodallarının soyğunçuluq 
siyasəti ölkənin məhsuldar qüvvələrini zəiflədir, iqtisadi yüksəlişə 
və ticarətin canlanmasına mane olurdu.
Feodalların özbaşınalığı şəhərlərə, sənətkarlığa və ticarətə böyük 
zərər vururdu. Ticarətin inkişafına və genişlənməsinə mane olan da­
xili ara müharibələrinə qarşı mübarizədə İran dövlətinin acizlik 
göstərməsi daim tacirlərin narazılığına səbəb olurdu. Tacirlərin bir 
hissəsi öz imtiyazlarını və mal-dövlətini qoruyub saxlaya bilmək 
üçün Rusiyanın himayəsinə keçməyə çalışaraq, bu vasitə ilə yerli 
hökumət adamlarının soyğunçuluğundan canlarını qurtara biləcəklə­
rinə ümid edirdilər. XVIII əsrin əvvəllərində Rusiya ilə ticarətdə 
meydana çıxan və qüvvətlənməkdə olan maneələr də tacirlərin
1 Английские путешественники в Московском государстве в XVI в., soh.
222
.
2 В. Мавродин. Русское мореходство на южных морях, soh. 15.
22
mənafeinə zidd idi. İran dövlətinin iqtisadi həyatında görkəmli rol 
oynayan rus, erməni və azərbaycanlı tacirlər şah hökuməti tərəfindən 
təqib edilirdilər. Rusiyanın o zaman İrandakı səfiri, görkəmli dövlət 
xadimi A. Volınski I Pyotra göndərdiyi məlumatda göstərirdi: «Mən 
İranda çox tacirlər gördüm, amma heç bir millətin tacirləri rus 
tacirləri qədər sıxışdırılmır, iranlılar onları möhkəm təqib edir və çox 
incidirlər»1.
Bu dövrdə İrana tabe olan Azərbaycanda, eləcə də başqa ölkə­
lərdə xalq kütlələrinin vəziyyəti xüsusilə ağır idi. Tez-tez meydana 
çıxan qıtlıq və aclıq ölkəni fəlakətli bir vəziyyətə salmışdı. Yenə 
həmin səfir Volınski öz raportlarından birində yazmışdı ki: «Səfəvilər 
dövlətinin taxıl mənbəyi olan Azərbaycanda yeddi ildən bəri tarlalar 
əkilməmiş qalmışdır, ölkədə aclıqdır».
İstismarın şiddətlənməsi İran zülmkarları və yerli feodalların 
əsarəti altında inləyən xalqların artmaqda olan müqavimətinə rast 
gəlmişdi. Azərbaycan, Gürcüstan, Ermənistan, Dağıstan, Əfqanıstan 
və başqa yerlərdə xalq azadlıq hərəkatı qüvvətlənirdi.
İranda şah hakimiyyətinin zəifləməsindən, Azərbaycanda və 
başqa ölkələrdə xalq azadlıq hərəkatının qüvvətlənməsindən feodal 
Türkiyəsi öz məqsədləri üçün istifadə etməyə çalışırdı. Öz keçmiş 
qüdrətini itirmiş olan Türkiyə yeni müharibələr və istilalar yolu ilə 
iqtisadi durğunluq vəziyyətindən çıxmağa çalışırdı.
XVIII 
əsrin əvvəllərində Qafqazda Türkiyə agentlərinin fəaliy­
yətinin qüvvətlənməsi müşahidə olunurdu. Soltan Türkiyəsi tərəfin­
dən qızışdırılan ayrı-ayrı yerli feodallar Türkiyəyə meyl tərəfdarı 
kimi fəaliyyət göstərirdilər.
Həmin dövrdə avropalı müstəmləkəçilər də bu vilayətlərin 
sərvətlərini öz əllərinə keçirmək üçün quduzcasına cəhdlər göstərir­
dilər. Onlar ticarət şirkətləri düzəltmək pərdəsi altında Şərq ölkə­
lərinin torpaqlarını zəbt etmək siyasəti yeridirdilər. İsfahanda təsis 
edilmiş İngiltərə və Hollandiya ticarət kantorları ipək almaq və bu
1 Elçi Volınskinin 1715-1718-ci illoro aid jurnalı. Sitat E. Zevakinin 1929-cu 
ildo Bakıda ııoşr edilmiş «Азербайджан в начале XVIII в.» kitabından götürül­
müşdür. soh. 9. (Sonralar bu moxoz «Volınskinin jurnalı» adlandırılacaqdı).
23


ipəyi Türkiyənin Hələb və İzmir limanları vasitəsilə Avropaya ixrac 
etmək üçün öz agcntləıini Şamaxıya göndərirdilər. Fransız tacirləri 
öz gəmilərilə İran körfəzinə gəlmək və burada İranla azad ticarət 
etmək ixtiyarı almışdılar. Avropalılar çox vaxt yerli erməni, yunan, 
türk və başqa tacirlərin vasitəçiliyindən də istifadə edərək, İranda və 
Azərbaycanda xam ipəyi ucuz qiymətə alıb, İran körfəzi və Atalıq 
dənizi sahillərindəki limanlara gətirdir, buradan Avropa ölkələrinə 
daşıyırdılar'.
Avropalılar ticarət əməliyyatı adı ilə Xəzər dənizinin qərb sahi­
lindəki rayonlara da soxulmağa çalışırdılar. Həmin rayonlar bilavasitə 
Rusiyanın qonşuluğunda olduğuna görə, avropalıların bu hərəkəti çar 
Rusiyasının mənafeyinə toxunmaya bilməzdi. Buna görə də XVII1 
əsrin birinci rübündə Rusiya hökuməti Şərq ölkələri ilə ticarəti 
genişləndirmək və Xəzər dənizinin qərb sahilindəki rayonlarda öz 
nüfuzunu möhkəmləndirmək məqsədilə ciddi tədbirlər görürdü.
Məlum olduğu kimi, XVII əsrin sonları və XVIII əsrin əvvəllə­
rində Rusiya ictimai-iqtisadi və siyasi cəhətdən xeyli möhkəmlənmiş 
və onun beynəlxalq nüfuzu artmışdı. I Piotrun (1682-1725-ci illər) 
həyata keçirdiyi hərbi-inzibati islahatlar Rusiyanın sonrakı tarixi 
üçün çox böyük əhəmiyyətə malik idi. Bu islahatlar rus sənayesi və 
ticarətinin artmasına xeyli kömək etmiş, ölkənin məhsuldar qüvvə­
lərinin inkişafını sürətləndirmişdi. Rusiyada kapitalist münasibətlə­
rinin rüşeymləri müşahidə edilməyə başlamışdı ki, bunun da 
mütərəqqi əhəmiyyəti var idi.
I Pyotrun çarlığı dövründə Qafqaz barəsində siyasi və iqtisadi 
tədbirlərdən ibarət geniş bir proqram hazırlanmışdı. Ölkənin artan 
sənayesinə xammal, hakim sinfin tələbatını ödəmək üçün isə gümüş, 
qızıl və başqa sərvətlər lazım idi ki. bunları da yeni vilayətlər zəbt 
etmək yolu ilə əldə etmək nəzərdə tutulurdu. Rusiyanın inkişaf edən 
manufaktura sənayesi həqiqətən Azərbaycanın Xəzər dənizi sahillə­
rindəki vilayətlərində və başqa qonşu ölkələrdə çox olan müxtəlif 
xammala və materiallara ehtiyac hiss edirdi. Bu vilayətlər xeyli miq­
1 Очерки истории СССР. XVIII в. Первая четверть . М., 1954, səh. 599.
24
darda xam ipək, pambıq, hazır yun, ipək və pambıq parça, müxtəlif 
boyaqlar, qiymətli bəzək şeyləri, meyvə, şərab və ədviyyat verə 
bilərdi1 1
.
Azərbaycanda iqtisadi həyatın tənəzzülə uğramasına baxma­
yaraq, o, XVIII əsrin əvvəllərində yenə Rusiyanın Şərq ölkələri ilə 
ticarətində əsas baza və tranzit məntəqə olaraq qalmaqda idi. Liman 
şəhəri olan Niyazabadda yarmarka təşkil edilir və burada Azərbaycan 
tacirləri ilə rus tacirləri arasında qızğın alver gedirdi.
Böyük erməni tacirlərinin 1711 -ci ildə Rusiya ilə bağladıqları xü­
susi saziş Azərbaycan, Ermənistan, Gürcüstan, habelə İran ilə Rusiya 
arasında ticarətin möhkəmlənməsində mühüm rol oynamışdı. Bu 
sazişə əsasən erməni tacirləri ipəyi Rusiyaya gətirib satmağı və ya 
onu Rusiya vasitəsilə xarici ölkələrə aparmağı öz öhdələrinə 
götürmüşdülər. Bunun müqabilində erməni tacirləri ipək ticarətində 
inhisar hüququ və gömrük verməkdə bir sıra güzəştlər almışdılar.
Bu zaman Azərbaycan, Ermənistan və Gürcüstanla, habelə Orta 
Asiya və Yaxın Şərq ölkələri ilə geniş ticarət edən və Rusiyanı bu 
ölkələrlə birləşdirən ticarət yollarının mərkəzi olan Həştərxanın rolu 
xüsusilə artmışdı. Burada rus tacirləri, habelə ermənilər, hindlilər, 
iranlılar, şirvanlılar, buxaralılar alver edirdilər. Şərq tacirləri satdıqları 
ipək əvəzinə xəz dəriləri, qumaş və kətan kimi rus malları alıb 
aparırdılar. Ayrı-ayrı illərdə Həştərxanın ticarət dövriyyəsi çox böyük 
bir məbləğə gəlib çatırdı. Məsələn, 1716-cı ildə Buxaradan və İran­
dan Həştərxana 464 min manatlıq mal gətirilmişdi.
1715-ci ildə I Pyotrun səfiri Volınski şah hökuməti ilə ticarət 
müqaviləsi bağlaya bilmişdi. Həmin müqavilə üzrə rus tacirlərinə 
müstəsna imtiyazlar verilmişdi2. Rusiya mülkədarları və tacirlərinin 
müstəmləkəçi məqsədlərini ifadə edən çar hökuməti Şərq ölkələri ilə 
ticarət-iqtisadi əlaqələrin artdığını nəzərə alaraq, Volqa-Xəzər su yo­
lunda gəmiçiliyin genişləndirilməsi qayğısına qalırdı. Volqa
1 Очерки истории СССР. XVIII в. Первая четверть , М., 1954. səh. 599.
2 В.Л.Уляницкий. Русские консульства за границею в XVIII веке, II hissə 
(Əlavələr), M., 1899, səh. CXLIII.
25


tərsanələrində həm çayda, həm də dənizdə üzə bilən gəmilər qayrıl- 
malı idi. Su yollarının Peterburqu Həştərxanla və Baltik dənizini 
Xəzər dənizi ilə birləşdirməsi Rusiyanı Avropa ilə Şərq arasındakı 
ticarətdə vasitəçiyə çevirmək vəzifəsini asanlaşdırırdı. Lakin buna 
nail olmaq üçün Xəzər dənizində müvafiq limanları ələ keçirmək, 
Dərbənd, Bakı. Şamaxı və Rəşt kimi böyük şəhərlərdə möhkəm kök 
salmaq lazım idi. O zamankı yazılardan məlum olur ki, həmin dövrdə 
Şamaxıda «çoxlu böyük karvansara». Rəştdə isə çoxlu bazar və 50- 
dən artıq karvansara var idi. Xəzər dənizinin qərb və cənub sahillə­
rində münasib limanlar az deyildi. Abşeron boğazı və Bakı körfəzi 
kifayət qədər dərin idi, burada gəmilər lövbər salıb dayana bilərdi, 
etibarlı istiqamətverici vasitələr, şirin su və küləkdən daldalanmaq 
üçün müvafiq yerlər var idi ’.
Rusiyanın Qafqazdakı mənafeyi üçün Türkiyənin törətdiyi 
təhlükə də rus dövlətini çox təşvişə salmışdı. 1710-1722-ci illərdə 
Qafqazdan I Pyotra göndərilən çoxlu məktublarda xəbər verilirdi ki, 
Türkiyə soltanı Azərbaycana, Ermənistana, Gürcüstana soxulmaq və 
Xəzər dənizi sahillərinə çıxmaq uçıin böyük hərbi hazırlıqlar görür. 
Ticarət-iqtisadi və strateji cəhətdən çox əhəmiyyətli olan bu 
torpaqların Türkiyə tərəfindən tutulması isə, şübhəsiz, Rusiyanın 
cənub-şərq sərhəddini daimi təhlükə qarşısında qoya bilərdi.
Beləliklə, Rusiyanın Xəzərin qərb sahili vilayətlərini ələ keçir­
mək uğrundakı mübarizəsi həm də hərbi-siyasi mülahizələrdən irəli 
gəlmişdi; çünki əks təqdirdə dövlətin cənub-şərq sərhədləri xarici 
hücum zamanı asanlıqla zərər çəkə bilərdi. Buna görə də Xəzər dəni­
zinin qərb sahillərində yerləşən və böyük hərbi-strateji əhəmiyyətə 
malik olan vilayətlərdə Rusiyanın öz mövqeyini möhkəmləndirməsi. 
Xəzər-Volqa donanmasının qüvvətləndirilməsi, Qafqazın və Orta 
Asiyanın feodal dövlətləri üzərində Rusiya hamililiyinin müəyyən 
edilməsi bu dövrdə rus dövlətinin birinci növbəli vəzifəsi kimi 
qarşıda durmuşdu. Rusiyanın Xəzər dənizinə çıxması bu vəzifənin 
həyata keçirilməsi üçün böyük əhəmiyyətə malik idi. Bu hal o zaman
1 Очерки истории СССР. XVIII в. Первая четверть . М., 1954. səh. 600.
26
rus mülkədarlarının və tacirlərinin siyasi və ticarət mənafeyini qoru­
maq məqsədilə Rusiyanın yeritdiyi bütün şərq siyasətində əsas yer 
tuturdu. Rusiyanın Qafqaz barəsində gördüyü tədbirlər Azərbaycan, 
Ermənistan, Gürcüstan, Dağıstan və Şimali Qafqazda əlverişli zəmin 
tapmışdı. Bu ölkələrdə xarici siyasət sahəsində Rusiyaya olan meyl 
gündən-günə qüvvətlənirdi. Həmin meylin əsasını isə İranın və 
Türkiyənin qəsbkarlığına qarşı mübarizədə Rusiya ilə yaxınlaşmaq 
arzusu təşkil edirdi.
XVIII 
əsrin əvvəllərində Azərbaycan və başqa qonşu ölkələr ilə 
Rusiya arasında əlaqələr inkişaf etməkdə davam edirdi. Rusiyaya 
meyl getdikcə artırdı. Türkiyə işğalçılarının doğurduğu təhlükə 
qüvvətləndikcə və İran feodallarının vəhşi özbaşınalığı və təcavüz­
karlığı artdıqca Azərbaycan, Ermənistan, Gürcüstan, Dağıstan və 
Şimali Qafqaz xalqları öz nəzərlərini daha artıq dərəcədə Rusiyaya 
dikərək, onu yeganə xilaskar hesab edirdilər. 1707-ci ildə Şamaxıdan 
keçib gedən məşhur hollandiyalı rəssam-səyyah Komeli dc-Briiin öz 
səyahətnaməsində qeyd edirdi ki, ruslar rus çarının asanlıqla bu 
vilayətə soxula biləcəyini şamaxılılara söylərkən belə cavab alırdılar: 
«...Onlar (şamaxılılar) bundan əsla kədərlənməzlər və özlərini onun 
(çarın.-Ə. 
O.)
idarəsi altında öz yerli hökmdarlarının idarəsindən 
daha xoşbəxt sayardılar. Şamaxılılar hətta açıq deyirdilər ki. özlərini 
müdafiə etməyəcəklər və dua edirlər ki, həmin gün tez gəlib çatsın»1. 
Komeli de-Brüin Şirvanın çox zəngin olduğunu, ipəyin, pambığın 
və zəfəranın böyük gəlir verdiyini, burada yaxşı şərablar, meyvələr, 
atlar və mal-qara olduğunu qeyd etmişdi. Səyyah yazırdı: «Sözün 
qısası, bu ölkə Gürcüstanla yanaşı olaraq gözəl, yaxşı və çox münbit 
ölkədir, burada torpağı becərə biləcək kifaiət qədər camaat olsaydı, 
ölkə daha münbit olardı. Eyni zamanda burada kifayət qədər ov 
quşları, düyü və taxıl məhsulları vardır, buranın çörəyi çox yaxşıdır. 
Bundan əlavə Bakıda gözəl liman vardır... Bu vilayətin Rusiya ilə 
birləşdirilməsi əlahəzrət çar üçün çox əlverişli və onun burada çox-
1 Azərbaycan SSR EA Tarix institutunun elmi arxivi, inv. N 480. Komeli de- 
Brüinin səyahətnaməsindən parçalar. Tərcümə, vərəq 50.
27


dan müxtəlif işlərlə məşğul olan təbəələri üçün çox faydalı olardı»1.
Ezuitlərin İsfahandakı misyoner təşkilatının ruhani rəhbəri 
Kruşinski, görünür, əsasən Rusiya ilə əlaqədar olan ticarət adamlarını 
nəzərdə tutaraq. Xəzər sahilindəki vilayətlərdə yaşayan əhalinin 
əhval-ruhiyyəsindən danışarkən yazmışdı: «Xəzər sahilinə yaxın 
yerlərdə yaşayan əhali yalnız bunu dua edib arzulayır ki, moskovitlər 
(moskvalılar.-Ə. 
Q.)
mümkün olduqca tez gəlsinlər və onları İran 
monarxiyasının zülmündən azad etsinlər»1
2. A. Volınski, I Piotra gön­
dərdiyi raportunda Xəzərin qərb sahilindəki vilayətlərdə yaşayanla­
rın. xüsusən azərbaycanlıların arzusunu ifadə edərək yazmışdı ki. 
türklərə qarşı «buradakıların böyük nifrət bəslədiklərini eşidirəm». 
Knyaz Çcrkasski isə I Pyotra açıqdan-açığa məsləhət görürdü ki. 
Xəzərin qərb sahilindəki şəhərləri tezliklə öz torpaqları ilə 
birləşdirsin, əks təqdirdə «türklər bu yerləri öz əllərinə alarlar», o 
zaman «daha gec olar...»3.
Dağıstanın bəzi feodalları, Kartliya padşahı VI Vaxtanq, Qarabağ 
məlikləri, Gəncə, Şirvan, Dərbənd və s. hakimləri də Rusiyaya meyl 
göstərirdilər. Göründüyü kimi, o zaman Rusiyanın siyasi mənafeyi 
obyektiv olaraq bu ölkələrin əhalisinin arzularına uyğun gəlir, 
Qafqazda Türkiyənin və İran in hökmranlığını aradan qaldırmağı 
tələb edirdi.
XVIII əsrin əvvəllərində Azərbaycan, Ermənistan, Gürcüstan və 
Dağıstan əhalisinin müəyyən təbəqələrinin kömək üçün rus dövlətinə 
müraciət etmələri tarixi zərurət nəticəsi idi. Azərbaycanın və başqa 
qonşu ölkələrin Rusiya ilə siyasi və təsərrüfat əlaqələrinin qüvvət­
lənməsi, İran və Türkiyə əsarətindən qorunmaq mənafeyi, uzun sürən 
müharibələr və əhalinin var-yoxdan çıxması, - bütün bunlar 
Rusiyaya meylin artmasına və Rusiya ilə birləşmək hərəkatının mey­
1 Azərbaycan SSR EA Tarix institutunun elmi arxivi, inv. N 480. Komeli de- 
Brüinin səyahətnaməsindən parçalar. Tərcümə, vərəq 50-51.
2 К. Ашрафян. Паление державы Ссфевидов (1502-1722 qq.). «Очерки по 
новой истории стран Среднего Востока» kitabında,. MDU nəşri. 1951, səh. 202.
3 В. Комаров. Персидская война 1722-1725 гт„ «Русский вестник». 68-ci 
cild. 1867. səh. 559.
28
dana çıxmasına şərait yaradırdı.
1700-cü ildən başlayaraq 1 Pyotr yerlərdə vəziyyəti öyrənmək 
üçün öz nümayəndələrini Azərbaycan, Ermənistan və Gürcüstana 
çöndərirdi, həmin illərdə Kaxetin çarı Arçil, Sünik malikinin 
oğullarından olan İsrail Ori, şamaxılı Həsənəli xanın Moskvada 
knyaz rütbəsi və Xoxoniç ləqəbi alan qardaşı və bir çox başqaları I 
Pyotıun sarayında yaşayırdılar. Bunlar cənuba yürüşü sürətləndir­
məyi çardan xahiş edirdilər1. Hələ 1701-ci ildə İsrail Ori 1 Pyotra 
müraciət edərək, at və başqa mallar almaq adı ilə Azərbaycana 
göndərilməsini xahiş etmişdi. Ori I Pyotra göndərdiyi məktubda 
yazmışdı: «...Şamaxı xanı buna mane olmaz, çünki xristianlara 
rəğbəti vardır. Xoxoniçlər adlanan və böyük hökmdara xidmət edən 
buradakı knyazlara meyl göstərir, həmin xan bu knyazların doğma 
qardaşıdır və buna görə də onun hər cür yaxşılıq edəcəyini ümid 
etmək olar...»
1707-ci ildə İsrail Ori rus elçisi sifətilə Şamaxıya gəlmiş və 1711- 
ci ilədək burada qalmışdı. Onun buraya gəlişi rus qoşunlarının 
Azərbaycana gözlənilən hərbi səfəri qarşısında yerlərdə Rusiya üçün 
əlverişli əhval-ruhiyyə hazırlanmasında mühüm rol oynamışdı.
1715-ci ildə I Pyotıun çox sevdiyi təcrübəli diplomat Artemi 
Volınski səfir sifətilə İran şahının sarayına göndərildi. Səfir Volınski 
çox qiymətli məlumat topladıqdan sonra çara təklif etmişdi ki, Xəzər 
dənizi sahilində olan zəngin vilayətləri «Rusiya sərhədlərinin 
təhlükəsizliyini təmin etmək üçün öz himayəsinə alsın, tutsun və bu­
rada rus qoşunlarını yerləşdirsin: hökmdar buna razılıq vermişdi»1
Hazırlanan cənub səfəri zamanı rus qoşunlarına , kömək etmək 
barəsində Rusiya 1718—
1722-ci illərdə ermənilər, gürcülər, azərbay­
canlılar, kabardinlər, dağıstanlılar və Qafqazın başqa xalqlarının 
nümayəndələri ilə qızğın danışıqlar aparırdı.
1721-ci ildə İsveç üzərində qələbə çaldıqdan və Niştadt sülhünü 
bağladıqdan sonra I Pyotr cənub səfərinə ciddi surətdə hazırlaşmağa
1 H. Полевой. История Петра Великого, IV hissə, SPb. 1843, səh. 220.
2 П.Г.Бутков. Материалы для новой истории Кавказа с 1722 по 1803 год, I 
hissə, SPb, 1869, səh. 6.
29


başladı.
I Pyotr hökuməti Xəzər dənizinin qərb sahilindəki vilayətləri 
müharibə elan etmədən, vuruşmasız tutmaq niyyətində idi. Lakin 
İranın özündə başlanan hadisələr buna mane oldu.
1722-ci ilin yazında I Piotr çoxlu qoşunla cənub səfərinə başladı.
1722-ci il iyulun 18-də gcneral-admiral Apraksinin komandası 
altında 274 gəmidən ibarət Xəzər donanması Həştərxandan çıxıb 
Dərbənd tərəfdən cənuba tərəf yol aldı. 1 Pyotr hələ Həştərxanda 
olarkən Azərbaycan, fars və ərəb dillərində xüsusi manifest elan etdi 
və bu manifest hərbi səfərin məqsədlərini əldə etməkdə mühüm rol 
oynadı. Manifestdə deyilirdi ki, rus qoşunları İrana tabe olan vila- 
yətlərdəki qarışıqlığa son qoymaq üçün səfərə çıxmışdır və əhaliyə 
heç bir zərər toxundurmayacaqdır. Manifestdə deyilirdi: «Öz 
yerlərində sakit oturanları qoşunlarımız əsla incitməyəcəkdir; bu 
qarışıqlıqda iştirak edənlər və evlərini qoyub gedənlər bizim şahanə 
qəzəbimizə məruz qalacaqlar»1 1
.
I Pyotr həmin manifesti əhali arasında yaymaq üçün poruçik 
Lunini Bakıya, podpolkovnik Naumovu Dərbəndə, Çebotaryovu isə 
Gilana göndərmişdi.
1722-ci il hərbi səfərinin ən birinci vəzifəsi Dərbəndi, Bakını və 
Şamaxını tutmaq idi; həm də Dərbənd və Bakını rus qoşunları 
müstəqil surətdə, Şamaxını isə erməni, gürcü və azərbaycanlı 
qoşunlarının mümkün köməyilə tutmalı idilər.
1722-ci il avqustun 15-də rus gəmiləri eskadrası Dərbənd yaxınlı­
ğında göründü, avqustun 23-də isə I Pyotrun özü Dərbəndə yaxınlaşa­
raq, hərbi orkestrin müşayiətilə nizamlı dəstələrlə Dərbəndə daxil oldu. 
Dərbənd naibi İmamqulu bəy I Pyotru şəhərin bir verstliyində qarşıladı 
və qala qapılarının iki gümüş açarını ona təqdim etdi. Rus ordusu Dər­
bəndə vuruşmasız daxil oldu. I Pyotr Dərbənddən Senata göndərdiyi 
məktubda əhalinin rusları çox sevinclə qarşıladığını qeyd edirdi.
Rusların quru qoşunlarının və dəniz qüvvələrinin Dərbəndə və 
onun yaxınlığındakı şəhərlərə gəlməsi Azərbaycanda və ona qonşu
1 Ф. И. Соймонов. Описание Каспийского моря. SPb. 1763, səh. 199-205.
30
ölkələrdə yaşayan xalqlara böyük təsir bağışladı. Daim İran və Tür­
kiyə işğalçılarının viranqoyucu istilalarına məruz qalan azərbaycan­
lılar. ermənilər və gürcülər rus qoşunlarının gəlişi xəbərini rəğbətlə 
qarşıladılar. Bu hadisə həmin ölkələrdə Rusiyaya meyl etmək 
tərəfdarı olanları daha da ruhlandırdı. Maraqlı burasıdır ki, sonralar 
yerli dillərdə (Azərbaycan və erməni dillərində) yazıya köçürülən 
və bir hissəsi daha sonralar rus dilinə tərcümə edilən xalq rəvayət­
lərində Pyotr qəddar işğalçı kimi deyil, «mərhəmətli himaiəçi» kimi 
təsvir edilir1.
Yuxarıda qeyd edildiyi kimi, Bakı əhalisini itaət göstərməyə 
çağırmaq və çar manifestini yaymaq məqsədilə donanma leytenantı 
Lunin I Pyotr adından Bakıya göndərilmişdi. Manifestin «məzmunu 
belə idi ki, bakılılar özlərini qiyamçılardan qoruya bilməkdən ötrü 
Dərbənd kimi hərəkət edib rus qarnizonunu qəbul etsinlər». Lakin 
Bakı hakimləri Luniııdən manifesti qəbul etdilərsə də, özünü şəhərə 
buraxmayaraq cavab verib dedilər ki, onlar «kənardan kömək al­
madan bir neçə ildən bəri özlərini qiyamçılardan qoruya bildiklərinə 
görə, ümid edirlər ki, bundan sonra da başqalarının köməyi olmadan 
keçinə bilərlar və buna görə də bir nəfəri belə qarnizona buraxma­
yacaqlar»2 3
. Lakin belə bir vəziyyət uzun sürmədi. Rus qoşunları 
Dərbəndi tutduqdan bir ay sonra Bakıdan 22 avqust tarixli bir məktub 
alındı. Həmin məktub rus qoşunlarının gəlişinə Bakı şəhəri əhalisinin 
müsbət münasibət bəslədiyini göstərirdi. I Pyotr senata göndərdiyi 
məktubda bu faktı xüsusilə qeyd edərək, bu münasibətlə sevindiyini 
göstərmiş və yaxım zamanda Bakıya qarnizon göndərəcəyini xəbər 
vermişdi. Onun məktubunda deyilirdi: «...Oraya da qarnizon gön­
dərəcəyik və allahın köməyilə bu ölkələrdə yerimizi möhkəmlən- 
dirmşdik ki, bu münasibətlə sizi təbrik edirəm»'.
Bakı, Şamaxı. Səlyan, Rəşt, Tbilisi və Yerevan əhalisinin müx­
təlif təbəqələrinin nümayəndələri Dərbəndə I Pyotrun yanına gələrək.
1 Е.В.Тарле. Русский флот и внешняя политика Петра I. М.. 1949, səh. 110.
: П.Г.Бутков. Göstərilən əsəri, I hissə, səh. 20.

C. M. Соловьев. История России с древнейших времен. SPb 4 cü kitab. 
XVIII cild. səh. 677.
31


bu şəhərlərə rus qoşunları göndərilməsini və onların Rusiya 
tabeliyinə qəbul olunmasını xahiş edirdilər.
Gürcü çarı VI Vaxtanq Gəncəyə getmişdi. O, I Pyotra göndəridiyi 
məktubda xəbər vermişdi ki. qoşun dəstələrini azərbaycanlıların və 
ermənilərin qüvvələri ilə birləşdirmək üçün buraya gəlmişdir.1 1
Gürcülərlə birlikdə Gəncə və Qarabağın azərbaycanlılar və erməni­
lərdən ibarət olan qoşun dəstələri rus qoşunları ilə birlikdə türklərə 
və iranlılara qarşı çıxış etmək üçün rus qoşunlarını qarşılamağa 
hazırlaşırdılar.
Lakin həmin il bir sıra səbəblərə görə I Pyotr öz hərbi səfərinin 
müvəqqəti olaraq dayandırmalı oldu və yalnız Dərbənddə qarnizon 
saxlamaqla kifayətləndi.
I Pyotr bütün qoşunların komandanlığını general-mayor Matyuş- 
kinə tapşıraraq sentyabrın əvvəllərində Həştərxan yolu ilə Peterburqa 
getdi. Lakin Rusiya Azərbaycan, Gürcüstan və Ermənistan barəsində 
öz planlarından əl çəkməmişdi.
I Pyotr Xəzər dənizində çox yaxşı liman olan Bakını tutmağa 
böyük əhəmiyyət verirdi. Şəhər əhalisi rus qoşunlarının buraya 
gəlməsini gözləyirdi və I Pyotra göndərdiyi məktubda bunu bildir­
mişdi. Lakin şəhərin zadəganları içərisində Rusiyaya münasibət 
məsələlərdə fikir birliyi yox idi. Bakı soltanı Məhəmməd Hüseyn bəy 
Rusiyaya meylin qatı düşməni idi, yüzbaşı Dərgahqulu bəyin 
başçılıq etdiyi Rusiya tərəfdarları dəstəsi isə bu məsələ ətrafında 
gedən mübarizənin nəticəsinə həlledici təsir göstərə bilmirdi. Bu 
şəraitdə İranın şah hökuməti Azərbaycan, Ermənistan və Gürcüstan 
xalqlarının azadlıq hərəkatını boğmaq üçün daha şiddətli tədbirlər 
görməyə başlamışdı. Mürtəce Dağıstan feodallarının Azərbaycan və 
Gürcüstan üzərinə soyğunçu basqınları davam edirdi, Türkiyə isə 
Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinə qoşun toplayırdı. 
Buna görədir ki, 1 Pyotr hökuməti bu hadisələrə laqeyd baxa bilmirdi. 
I Pyotr general Matyuşkinə göndərdiyi 1722 ci il 4 oktyabr tarixli 
məktubda Bakını tutmağı əmr edərək yazmışdı ki, «...bu yeri hər

Переписка на иностранных языках грузинских царей с российскими го­
сударями от 1639 по 1770 г., səh. 140.
32
şeydən artıq qorumaq lazımdır, bu məqsədlə hər cür tədbir görürük»1.
1723-cü il iyulun 17-də general Matyuşkinin komandası altında 
olan rus donanması cskadrası Bakı körfəzinə daxil oldu, iyulun 20- 
da isə Bakı əhalisi tərəfindən xeyirxahlıqla qarşılanan rus qoşunları 
şəhərə daxil oldular.
Bakının alınması Rusiya hökumətinə gözəl təsir bağışladı. 
Şəhərin alınması haqqında general Matyuşkinin göndərdiyi xəbərə
I Pyotr belə cavab vermişdi: «Bakını aldığınız haqqında göndərdi­
yiniz 
məktubu böyük məmnuniyyətlə oxudum (almasaydınız 
şübhəsiz türklərin əlinə keçərdi).2
1723-cü il sentyabrın 12-də Peterburqda Rusiya ilə İran arasında 
müqavilə bağlandı. Bu müqavilə Xəzər dənizinin qərb sahilindəki 
vilayətlərin Rusiyanın hökmranlığı altına keçməsini rəsmiləşdirmiş 
oldu. Lakin Qafqazla Rusiya siyasətinin müvəffəqiyyətləri Türkiyəni, 
həmçinin Avropa dövlətlərini, birinci növbədə İngiltərə və Fransanı 
çox qeyzləndirmişdi.
Şərqdə öz müstəmləkə dairələrini genişləndirmək niyyətində olan 
İngiltərə və Fransa Qafqazda Rusiya təsirinin qüvvətlənməsinə var 
qüvvə ilə müqavimət göstərməiə çalışırdılar. Hələ 1722-ci ilin 
əvvəllərində İngiltərə və Fransanın Pctcrburqdakı səfirləri I Pyotrun 
cənub səfərinə hazırlaşması haqqında London və Parisə dalbadal 
həyəcanlı xəbərlər verirdilər. Xəzər dənizinin qərb sahilindəki 
vilayətlərin Rusiyaya keçməsi əleyhinə İngiltərə xüsusilə kəskin çıxış 
edirdi. İngiltərə, Fransa və Avstriyanın İstambuldakı səfirləri yalan 
şayiələr yayaraq, fitnəkarlıqla Rusiya ilə Türkiyə arasında müharibə 
törətməyə çalışırdılar. İstambuldakı rus səfirliyinin 1722-ci ilin iyul 
ayında verdiyi məlumata görə, buradakı ingilis nümayəndələri 
Türkiyənin başçılarını inandırmışdılar ki,guya I Pyotr Türkiyəyə 
qarşı müharibəyə hazırlaşır və Rusiyada daxili iğtişaşlar qüvvətli 
olduğuna görə, Rusiya ilə müharibə etmək təhlükəli deyildir’.
1 C. M. Соловьев. Göstərilən əsəri. 4-cii kitab. XVIII cild, səh. 682.
2 C. M. Соловьев. Петр Великий на Каспийском море. «Вестник Европы»,
II cild, 1868. səh. 181.
1 С. М. Соловьев. История России с древнейших времен, SPb - 4 cii kitab, 
XVIII cild, səh. 697.
33


1720-ci il noyabrın 5-dƏ Rusiya ilo Türkiyə arasında «əbədi sülh» 
müahidəsi bağlanmasına baxmayaraq, bu müahidə hər iki dövlət 
arasında olan gərgin münasibətləri yaxşılaşdıra bilməmişdi.
Qərb dövlətləri Türkiyəni Rusiya ilə müharibəyə sövq etmək üçün 
heç bir vasitədən çəkinmirdilər. İngilislər Türkiyəni Rusiyaya qarşı 
müharibəyə başlamağa vadar etməkdən ötrü soltan hökumətinə 
maliyyə təzyiqi göstərir və onu diplomatik münasibətlərin kəsilməsi 
ilə qorxudurdular. İngiltərə soltan hökumətinə açıq bildirmişdi ki, o, 
rusların irəliləməsi qarşısını silah gücü ilə almasa, «ingilislər və başqa 
avropalılar Türkiyəni tərk edib gedəcəklər, bu da Türkiyəyə çox böyük 
zərər vuracaqdır». İngiltərə nümayəndəsi hətta bildirmişdi ki, Türkiyə 
Rusiya ilə müharibəyə başlayan kimi yalnız «kraldan deyil, həmçinin 
ola bilsin ki, bütün Britaniyadan» maliyyə yardımı alacaqdır.
Türkiyənin hakim dairələri də Azərbaycan, Ermənistan, Gürcüs­
tan, Dağıstana yiyələnmək və bu ölkələrin xalqlarını əsarət altına 
almaq niyyətindən əl çəkməmişdilər.
Avropa dövlətləri tərəfindən qızışdırılan və öz işğalçılıq 
niyyətlərinə qapılan soltan Türkiyəsi Rusiya ilə müharibəyə qızğın 
hazırlıq aparırdı. Türkiyə öz qoşunlarını Ermənistan, Gürcüstan və 
Azərbaycan sərhədlərinə yeridir, özünün Dağıstan və Azərbaycanda 
olan əlaltılarım silahla təchiz edir, bu zaman İranın xeyli hissəsini öz 
əllərinə keçirmiş əfqan feodallarını da öz tərəfmə çəkməyə və bun­
lardan Rusiyaya qarşı mübarizə üçün istifadə etməiə çalışırdı.
1723-cü ilin yazında Ərzrum paşası öz qoşunları ilə Gürcüstan 
torpaqlarına soxuldu1, bütün Kartlini və Kaxctiyanı viran qoymağa 
başladı. Başqa bir türk ordusu Yerevan üzərinə yeriyərək, buranı tut­
duqdan sonra Təbriz, Ərdəbil, Xoy, Maku və başqa şəhərlərə tərəf 
irəliləmək niyyətində idi. Türk qoşunları Tbilisini aldıqdan sonra 
Gənçə, Şamaxı və Bakı tərəfə yönəldilər.
Türk qoşunlarının irəliləməsi Rusiyanın mənafeyi üçün ciddi təh­
lükə törədirdi. Lakin İsveçlə müharibəni yenicə quılaran Rusiya yeni 
müharibəyə girə bilməzdi. Rusiya hökuməti Türkiyə ilə sülh bağlamağı
1 П.Г.Бутков. Göstərilən əsəri, 1 hissə, səh. 52.
34
lazım bildi. Lakin İngiltərə və Fransa soltana təzyiq göstərərək, buna 
mane olurdular, buna görədir ki, sülh danışıqları uzun sürdü. Yalnız
1724-cü il iyunun 12-də İstambulda Rusiya ilə Türkiyə arasında sülh 
müqaviləsi imzalandı, bu müqaviləyə əsasən Rusiya 1723-cü il 12 
sentyabr tarixli Peterburq müqaviləsinin şərtlərinin öz qüvvəsində 
qalmasına və sahil bağında olan Dərbənd, Bakı, Səlyan, Lənkəran, 
Rəşt, Ənzəli və başqa şəhərlərin Rusiya imperiyası tərkibinə daxil 
edilməsi faktının Türkiyə tərəfindən qəbul edilməsinə nail oldu.
İstambul müqaviləsi rus siyasətinin müəyyən dərəcədə müvəf­
fəqiyyəti sayılsa belə, demək olar ki, bütün Şərqi Zaqafqaziyanın 
Türkiyəyə keçməsinin məcburiyyət nəticəsində təsdiq edilməsi 
Rusiyanın Xəzər hövzəsindəki vəziyyətini qeyri-sabit edirdi. Azər­
baycan əhalisinin xeyli hissəsi Türkiyə və İran hökmranlığı altına 
düşərək çox ağır vəziyyət keçirirdi. Hələ sülh müqaviləsi haqqında 
İstambul ilə Peterburq arasında danışıqlar getdiyi zaman Türkiyə, 
Azərbaycan, Ermənistan və Gürcüstan şəhərlərini işğal etməkdə 
davam edirdi.
Rus qoşunlarının Dərbənd. Bakı və Səlyanda, habelə qüvvətli rus 
donanmasının Xəzər dənizində olması Qafqazdakı hərbi-siyasi və­
ziyyətə qüvvətli təsir göstərirdi. Bunu görən və gürcü, erməni və 
azərbaycanlıların müqavimətinə rast gələn türk işğalçıları öz hücum­
larının sürətini azaltmağa məcbur olmuşdular. Türkiyə işğalçılarına 
qarşı mübarizədə azərbancanlılar və ermənilər keçmişdə olduğu kimi 
yenə qardaş gürcü xalqından kömək alırdılar. Bu xalqların qarşılıqlı 
köməyi onların işğalçılara qarşı müqavimətini qüvvətləndirirdi.
Yadelli işğalçılara qarşı Azərbaycan və erməni xalqlarının birgə 
mübarizəsi Gəncədə yaşayan azərbaycanlılarla Qarabağ erməniləri 
arasında 1724-cü ilin martında bağlanan müqavilədə öz əksini 
tapmışdı. Bu müqavilə Gəncədə əhalinin müxtəlif təbəqələrinin 
iştirakilə geniş müzakirə edilmiş və Gəncə əhalisindən 125 adam 
tərəfindən imzalanıb möhürlə təsdiq edilmişdi ‘. Müqavilədə göstə-
1 П.Т.Арутюнян. Борьба армянского и азербайджанского народов в 20-х 
годах XVIII века за присоединение к России. Ученые записки Института Вос­
токоведения АН СССР, III cild, М., 1951, səh. 117-125.
35


filirdi ki. Türkiyə qoşunları və Dağıstan feodalları Gəncə ərazisinə 
soxulsalar, ermənilər var qüvvə ilə gəncəlilərin köməyinə gəlmə­
lidirlər; Türkiyə qoşunları və Dağıstan feodalları ermənilər üzərinə 
hücum etsələr, gəncəlilər bütün qüvvə və vasitələri ilə ermənilərə 
kömək etməlidirlər1.
Azərbaycan, Gürcüstan və Ermənistan xalqları Türkiyə paşala­
rının və şah məmurlarının zülmündən xilas olmaq haqqında öz 
ümidlərini rus qoşunlarının gəlməsinə bağlayırdılar. Əvvəllər olduğu 
kimi bu dövrdə də Azərbaycanın Gəncə, Qəbələ, Qarabağ, habelə 
başqa şəhər və vilayətlərinin əhalisi dəfələrlə Rusiyanın hökumət 
adamlarma məktubla müraciət edərək Türkiyəyə qarşı mübarizədə 
onlara kömək etmələrini xahiş edirdilər. Əldə olan sənədlər aydın 
göstərir ki, həm 1723—1725-ci illərdə, həm də sonralar Azərbaycanın 
şimal-qərb hissələrinin əhalisi Türkiyə soltanının quldur dəstələrinə 
qarşı mübarizə aparıb onları öz şəhər və kəndlərinə buraxmayraq, 
eyni zamanda rus komandanlığının nümayəndələri ilə bilavasitə 
əlaqəyə girib onlardan təkidlə kömək tələb edirdilər1
2. 1724-cü il 
martın 6-da şəkili Martiros Dərbənddəki rus komendantına 
göndərdiyi məktublardan birində xəbər vermişdi ki, Qəbələ yüzbaşısı 
Hacı Əhməd oğlu Sataq (Sadıq — Ə. 

Yüklə 399,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə