Ə. N. Quliyev azərbaycan-rusiya münasiBƏTLƏRİ tariXİNDƏN



Yüklə 399,91 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix30.12.2023
ölçüsü399,91 Kb.
#164320
1   2   3   4   5   6
azerbaycan rusiya munasibetleri tarixinden

O.)
nəinki yerli erməniləri 
düşmənlərin (yəni türklərin — Ə. 
Q
.) hücumundan müdafiə edir, 
həmçinin Sataq özü «bizə (Rusiyaya - Ə. 
O.)
tərəfdardır», həmçinin 
yüzbaşı Sataq Dərbənd komendantına göndərdiyi məktubda bu 
sözləri yazmışdı: «Yolunuzu gözləməkdən gözümüzün kökü saraldı; 
bilmirik başınız hələ qarışıbdır, gecikmək yaxşı deyil, tez gəlin»3.
Gəncədəki azərbaycanlılar da rus hökuməti ilə canlı əlaqə saxla­
yaraq, rus hökumət adamlarının yanına nümayəndələr və məktublar 
göndərirdilər. Onlar çarın elçisi İvan Karapetə göndərdikləri mək­
tubda xahiş etmişdilər ki, o da öz tərəfindən ruslara müraciət edib 
onlardan hərbi yardım istəsin. Məktubda deyilirdi: «1.000 rus əsgəri 
şəhərimizə (Gəncəyə) gəlsə, həm gürcülər, həm də azərbaycanlılar
36
1 Yenə orada.
: n.T.Apy-noHSH. Göstərilən əsəri, səh. 125.
3 Yenə orada, səh. 135.
və ermənilər ruhlanarlar, padşahımız (rus çarı) öz əsas qüvvələri ilə 
köməyə gələnə qədər biz osmanlılara qarşı vuruşub onlara cavab 
verərik»1.
1724-cü ildə gəncəlilər çarın adına iki məktub göndərmişdilər. 
Bu məktublar gəncəlilərin ruslara meylini aydın ifadə edirdi. Birinci 
məktub Nurməhəmməd, Məhəmmədəli, Xanverdi, Allahverdi, Xu- 
daverdi, Şuxrulla, Məhəmmədir, Məhəmmədrza və 32 başqa adam 
tərəfindən imzalanmışdı. Məktubu yazanlar rus çarından xahiş 
edirdilər ki, onların torpağına soxulan «türklərin işğalçı əllərini 
kəsmək» və «onların torpağını qorumaq...»2 üçün yardım göstərsin.
Həmin məktubların tərtib edilməsində və imzalanmasında Gən­
cənin ən geniş dairələri nümayəndələrinin iştirak etməsi, habelə 
Azərbaycanın başqa yerlərindən, həmçinin Ermənistan və Gürcüs­
tandan rus çarına göndərilən başqa məktublar və sənədlər sübut edirdi 
ki. Rusiya ilə birləşmək hərəkatı əhalinin yalnız yuxarı təbəqələrini 
deyil, həmçinin daha qabaqcıl və qüvvətli dövlət olan Rusiyanın 
himayəsinə keçmək istəyən bu xalqların geniş kütlələrini də 
bürümüşdü.
Rusiyanın tabeliyinə keçən Xəzər sahili vilayətlərdə Rusiya 
hökumətinin gördüyü tədbirlər Azərbaycan, Ermənistan, Gürcüstan 
və Dağıstan xalqları arasında Rusiyaya rəğbətin artmasında ciddi 
əhəmiiyyətə malik olmuşdu.
Bu vilaiətlərin Rusiya dövləti tərkibinə daxil edilməsi həm də 
Rusiyanın xarici siyasi vəziyyətinin və iqtisadi qüdrətinin möhkəm­
lənməsi üçün də böyük əhəmiiyyət kəsb edirdi. Həştərxan quberni­
yasına gələn yolların ağzında 1722-1724-cü illərdə Svyatoy Krcst 
qalasının tikilməsi, Kabardanın Rusiya himayəsinə keçməsi, Dər­
bənd, Bakı və Rəşt şəhərlərinin rus qoşunları tərəfindən tutulması və 
möhkəmləndirilməsi Qafqazda və Xəzər dənizi hövzəsində Rusiya 
təsirinin qüvvətlənməsində mühüm amil olub, dar Dərbənd yolunu 
və Xəzər dənizinin mühüm limanlarını möhkəm nəzarət altında 
saxlamaq, Dağıstan və Kabardada öz nüfuzunu qüvvətləndirmək,
' Yenə orada, səh. 136. 
2 Yenə orada.
37


Krım tatarlarının Xəzər sahillərinə gələn qolunu kəsmək, Xəzərin 
qərb sahilindəki vilayətlərə və şəhərlərə qarşı Türkiyənin qəsbkarlı- 
ğına müqavimət göstərmək üçün Rusiyaya imkan verirdi.
Rus dövləti Xəzər sahili vilayətlərdə öz mənafeyini qorumaqdan 
ötrü mühüm tədbirlər görürdü. Dərbənd, Astara, Salyan, Niyazabad 
və başqa yerlərdə istehkamlar tikilməsinə başlanılmışdı. I Pyotr 
Dərbənddəki qədim qalaları nəzərdən keçirmiş və onun uçulan hasar­
larını yenidən qurmağı əmr etmişdi. Bakının şəhər qalasına bayır 
tərəfdən təbii daşdan 5 bürc tikilib birləşdirilmişdi1 1
.
Rusiya mülkədarları və tacirlərinin mənafeyini ifadə edən I Pyotr 
hökuməti, hər şeydən əvvəl. Xəzər sahili vilayətləri Rusiyanın manu- 
faktura sənayei üçün xammal bazasına çevirməiə çalışırdı. Bu 
vilayətlərin gəlirini artırmaq imkanları haqqında hökumətin 
müzakirəsinə bir çox təkliflər verilmişdi.
Rusiya hökuməti Xəzər sahili vilayətlərin təbii sərvətlərindən 
istifadə edilməsi barəsində bir sıra fərmanlar vermişdi. Burada 
ipəkçiliyi və pambıqçılığı inkişaf etdirmək, neft çıxarılmasını 
artırmaq, Kür çayında balıq vətəgələri təşkil etmək və s. üçün 
tədbirlər görülürdü. Xüsusən Bakı ilə Şamaxı arasındakı ərazidə qızıl, 
gümüş, mis və başqa filiz yataqlarını öyrənməyə mütəxəssislər 
göndərilmişdi2. Rus hökuməti qoyunçuluğun inkişaf etdirilməsi və 
qoyun yununun keyfiyyətcə yaxşılaşdırılması qayğısına da qalırdı.
I Pyotr Qubadan bir neçə qoyun gətirdib bunları Həştərxanda törədib 
artırmaq, həmçinin Dərbənd, Bakı və başqa şəhərlərdə ağ yun 
hazırlanmasının öyrənilməsi haqqında əmr vermişdi.
I Pyotr Bakı ətrafında çoxdan çıxarılmaqda olan ağ neft ilə 
xüsusilə maraqlanırdı. O, 1723-cü ildə general Matyuşkinə yazmışdı: 
«Əmr ver ki, Bakıdan bir neçə pud ağ neft götürüb bizə 
göndərsinlər...». Bundan bir il sonra I Pyotr general Matyuşkinə yenə 
belə bir əmr vermişdi: «Min pud və mümkün olduğu qədər ağ neft
1 П.Г.Бутков. Göstərilən əsəri. 1 hissə, səh. 48.
: M.А. Полиевктов. Проект хозяйственной эксплоатации оккупированных 
в XVIII в. Россией прикаспийских областей Кавказа. Материалы по истории 
Грузии и Кавказа, IV buraxılış, səh. 289.
38
göndərin»1.
Rus hökuməti Azərbaycanın Xəzər sahilindəki vilayətlərində 
bağçılıq və şərabçılığı da inkişaf etdirmək, burada tütün plantasiyaları 
yaratmaq, zəfəran və boyaqlar yetişdirilməsi işini genişləndirmək 
niyyətində idi. Bu məqsədlə bir neçə dövlət təsərrüfatı təşkil edilməsi 
nəzərdə tutulurdu. Həmin təsərrüfatların düzəldilməsi və idarə 
olunması rus komandanlığının nümayəndələrinə tapşırılırdı. Bu 
təsərrüfatlarda yerli qarnizonların əsgərlərindən və xüsusi olaraq 
səfərbərbərliyə alınan yerli kəndlilərdən istifadə edilməli idi. Şamaxı 
və Dərbənd ətrafında meyvə bağları və üzümlüklər salınmışdı. Hər 
yerdə şöhrət qazanan Bakı zəfəranına da ciddi fikir verilirdi. Bakı 
zəfəranının kökləri təcrübə üçün hətta Peterburqa göndərilmişdi.
Azərbaycanın xam ipəyi Rusiyanın inkişaf etməkdə olan manu­
faktura sənayesi üçün böyük əhəmiyyətə malik idi. Peterburq və 
Moskvanın ipək manufakturaları yerli xammal almaqdan ötrü öz 
nümayəndələrini Xəzərin qərb sahilindəki vilayətlərə göndərirdilər. 
Lakin bu zaman Şirvanın ipəkçilik təsərrüfatları dağılmış bir halda 
idi; buna görə də rus hökuməti ölkə əhalisinin bu qədim təsərrüfat 
sahəsini canlandırmaqdan ötrü ciddi tədbirlər görürdü.
Rusiyanın Azərbaycan və başqa Şərq ölkələri ilə iqtisadi əlaqəsini 
genişləndirmək məqsədilə rus hökuməti Kür çayının ağzında böyük 
bir şəhər tikmək fikrində idi. Bu şəhər Qafqazda mühüm ticarət 
mərkəzi və Xəzər dənizinin bütün qərb sahili boyu birinci ticarət 
şəhəri olmalı idi.
Xəzər dənizi sahili vilayətlər Rusiya ilə birləşdirildikdən sonra 
burada təsərrüfat həyatı, xüsusən ticarət-sənətkarlıq müvəqqəti olaraq 
canlanmışdı. Bunu heç olmazsa ondan görmək olar ki, Bakı, 
Dərbənd, Səlyan və başqa şəhərlərdən Rusiya xəzinəsinin gəliri xeyli 
məbləğ təşkil edirdi. Lcvaşovun cədvəllərində təkcə Bakı, Dərbənd, 
Səlyan şəhərlərindən və bir sıra vilayətlərdən illik rüsumların 
məbləği 36.093 manat 35 qəpik göstərilmişdir1 ki. bu da o zaman çox 
böyük bir məbləğ idi. Polkovnik Gcrberin dediyinə görə, hər il dövlət
1 В. Комаров. Göstərilən əsəri, səh. 604. 606.
2
П.Г.Бутков. Göstərilən əsəri, 1 hissə, səh. 48.
39


xəzinəsinə aşağıda göstəriləli qədər pul daxil olurdu: Səlyandan (Kür 
çayının ağzında balıq vətəgələrindən icarə haqqı) 15.000 man. 
Bakıdan—
duz və neft satışından, təqribən 50.000 man. Dərbənddən—
gətirilən və aparılan mallardan gömrük, təqribən 1.000 man1.
XVIII əsrin 20-ci illərində, Rusiya ilə ticarət əlaqəsinin xeyli 
qüvvətlənməsi nəticəsində Xəzərin qərb sahilindəki vilayətlərin 
xarici ticarət dövriyyəsi də çox artmışdı. Şabran tənəzzülə uğradıqdan 
sonra, xırdaca Niyazabad şəhəri Rusiya-Azərbaycan ticarətində 
böyük rol oynamağa başlamışdı. Rus tacirləri buraya mahud, kətan, 
güzgü, iynə və başqa mallar gətirir, yerli tacirlərdən isə başlıca olaraq 
xam ipək alırdılar1
2.
Azərbaycanın Rusiya tərkibinə daxil olmuş vilayətləri Türkiyə­
nin zülmü altına keçən və İranın zülmü altında qalmaqda davam 
edən vilayətlərinə nisbətən yaxşı şəraitdə idi. Azərbaycan əhalisi 
içərisində Rusiyaya rəğbətin artmasını da məhz bununla izah etmək 
lazımdır. Xəzər sahili vilayətlərdə olan rus komandanlığının 
nümayəndələri Peterburqa göndərdikləri raportlarda dəfələrlə xəbər 
verirdilər ki, azərbaycanlıların ruslara rəğbəti və Türkiyə işğalçılarına 
nifrəti getdikcə artır. V. V. Dolqorukov 1727-ci ilin fevralında I Ycka- 
terinaya yazmışdı: «Gəzdiyim vilayətlərin hamısında məni böyük 
sevinclə qarşıladılar... hamı məndən xahiş edirdi ki, onları Rusiya 
imperiyasının himayəsinə qəbul edim... Buranın bütün camaatı böyük 
həvəslə sizin əlahəzrət imperator himayənizə keçmək istəyir, çünki 
görür ki, biz onlarla ədalətlə rəftar edirik, onlardan heç bir artıq şey 
tələb etmirik, diqqətlə göz qoyuruq ki, bizimkilər onları azacıq da 
olsa incitməsinlər, mən bu barədə bütün komandalara möhkəm 
fərmanlar verib müqəssirlərin şiddətli cəzalandırılacağını bil­
dirmişəm; Türkiyənin hökmranlığı altında olanlar isə çox hid­
dətlənmiş, tamamilə var-yoxdan çıxmışlar; türklər misli görünməmiş 
dərəcədə təhqir və zülm edirlər. Bütün camaat, həm xristianlar, həm 
də müsəlmanlar, hamı türklərə qarşı vuruşmağa hazırdır, yalnız xahiş
1 Yenə orada.
2
Г. Мельгунов. Поход Петра Великого в Персию. «Русский вестник» 
jurnalı, 110-cu cild. 1874, səh. 20.
40
edirlər ki, biz onların pənahı olaq»1.
Dolqorukov həmin ilin aprel ayında Dərbəndə qayıdarkən belə 
bır xəbər vermişdi: «...Öz sələrim əsnasında mən Xəzər dənizi 
sahilində olan vilayətləri sizin imperator həzrətlərinin təbəəliyinə 
qəbul etdim...»2
Beləliklə, Xəzər sahilindəki vilayətlərin Rusiya hökmranlığı altı­
na keçməsi Azərbaycan xalqının tarixində mühüm hadisə idi. Bu vila­
yətlərin Rusiya dövləti tərkibinə daxil olması onların gələcək ictimai- 
iqtisadi inkişafı üçün geniş imkanlar yaradırdı. O zaman burada Rusi­
ya hökmranlığının bərqərar olması Azərbaycan, erməni və gürcü xalq­
larının İran və Türkiyə işğalçılarının əsrlər boyunca davam edən 
zülmündən tamamilə xilas olmaq ümidlərini bütünlüklə doğrultma­
dısa da, hər halda Azərbaycan və bütün Zaqafqaziyanın feodal İran 
və Türkiyənin zülmündən xilas olmağa başlamasına kömək etməli idi.
Xəzər sahili vilayətlərin Rusiya tərkibinə daxil olması bu 
vilayətlərdə yaşayan əhali üzərinə rus çarizminin müstəmləkə zülmü 
kimi yeni bir ağır yük qoysa da, Azərbaycan ilə Rusiya arasında 
siyasi və iqtisadi əlaqələrin daha artıq inkişaf etməsi üçün obyektiv 
şərait yaradır, Rusiyanın Qafqaz xalqları ilə hərbi-siyasi əlaqələrinin 
möhkəmlənməsi və burada xarici siyasət sahəsində Rusiyaya meylin 
qəti formalaşmasına kömək edirdi.
Bu tarixi hadisənin ən mühüm nəticəsi bir də bundan ibarət idi 
ki, XVIII əsrin 20-ci illərində Azərbaycan, Ermənistan və Gürcüstan 
xalqlarının İran və Türkiyə feodallarına, eləcə də yerli feodallara 
qarşı silahlı mübarizəyə çevrilən azadlıq hərəkatı geniş miqyas 
almışdı.
Hər yanda soyğunçuluqla məşğul olan, təcavüzkarlıq və zorakılıq 
edən, yerli əhalini qıran türk qoşunlarının hücumu şəraitində yüzlər 
və minlərlə gürcü, erməni və azərbaycanlı qaçqınları canlarını xilas 
etmək üçün Rusiyaya köçüb Moskva, Həştərxan və başqa şəhərlərdə 
məskən salırdılar. Moskvada və Rusiyanın başqa şəhərlərində olan 
böyük gürcü və erməni koloniyaları Qafqaz xalqlarının Rusiya ilə
1 C. M. Соловьев. Göstərilən əsəri, 4-cü kitab. XIX cild, səh. 955.
2 C. M. Соловьев. Göstərilən əsəri. 4-cü kitab, XIX cild, səh. 955 956.
41


yaxınlaşması ideyalarını yayırdılar.
Lakin 1725-ci ilin yanvarında I Pyotrun vəfatından sonra çar 
Rusiyasının daxili və beynəlxalq vəziyyəti xeyli pisləşdi. Belə bir 
şəraitdə Xəzər dənizi sahili vilayətləri əldə saxlamaq Rusiya üçün 
çox çətin idi. Bu vilayətlər üstündə Türkiyə və İranla yeni müharibə 
əmələ gələ bilərdi. Türkiyə tərəfindən hücum təhlükəsi olması 
Rusiyanı birinci növbədə Qara dəniz sahillərində öz mövqelərini 
möhkəmləndirmək zərurəti qarşısında qoymuşdu. Çar hökuməti 
Avropa dövlətləri ilə də münasibətlərinin mürəkkəbləşməsindən 
ehtiyat edirdi. Belə bir mürəkkəb və gərgin siyasi vəziyyətdə Rusiya, 
Türkiyəyə qarşı mübarizədə İranı özünə müttəfiq etmək ümidilə 
Xəzər sahili vilayətlərdən əl çəkməyə məcbur oldu.
1735-ci il martın 10-da Gəncə yaxınlığında İran qoşunu 
ordugahında Rusiya ilə İran arasında yeni müqavilə imzalandı1. 
Həmin müqavilə üzrə rus qoşunları Bakı və Dərbəndi tərk etdilər.
Beləliklə, XVIII əsrin əvvəllərində Rusiya Azərbaycanın Xəzər 
sahili vilayətlərini ələ keçirmək məqsədilə ilk addımlar atmış oldu. 
Lakin bu yolda Rusiya, Türkiyə və İranın inadlı müqavimətinə rast 
gəldi. İran şahı və Türkiyə soltanının arxasında onları qızışdırıb hər 
vəchlə Rusiya ilə müharibəyə sövq etməiə çalışan İngiltərə və Fransa 
dururdu. Buna görə də həmin torpaqların, xüsusən Azərbaycanın 
Rusiyaya birləşdirilməsi təqribən bir əsrə qədər ləngidi.
Rus qoşunları çəkilib getdikdən sonra bütün Azərbaycan yenə də 
İran feodallarının ağır zülmü altına keçdi. İran feodalları xüsusən 
Nadir şahın hökmranlığı illərində (1736—1747-ci illər) ölkədə 
dözülməz zülm şəraiti yaratdılar. İran işğalçılarının zülmündən cana 
gələn Azərbaycan xalqı yenə ümidini Rusiyanın köməyinə bağla­
mışdı. Rusiyanın Nadir şah yanındakı diplomatik nümayəndəsi 
Bratişşev bu dövrdə hökumətə göndərdiyi raportunda xəbər verirdi 
ki, «Dərbəndlilər, həm şəhər, həm də kənd əhli müstəbid şah 
tərəfindən qırılacaqlarından qorxaraq, gecə-gündüz allahdan nicat
: Полное собрание законов Российской империи с 1649 года (ПСЗ), IX cild. 
№6707, 1830, səh. 492-496.
42
diləyirlər və Rusiya təbəəliyinə keçməyi böyük səadət hesab 
edirlər...»1.
XVIII əsrin ikinci yarısında Azərbaycan xalqı yenə İran və 
Türkiyə feodallarının əsarətinə düşmək qorxusu qarşısında qaldıqda. 
Zaqafqaziyanın qabaqcıl adamları yenə əvvəlki kimi öz nəzərlərini 
Rusiyaya dikərək, ondan himayəçilik və yardım istəyirdilər. Bu 
zaman Azərbaycanda Rusiyaya meyl siyasətinin görkəmli nümayən­
dələri qubalı Fətəli xan, Qarabağ xanlığının vəziri M. P. Vaqif və 
başqaları idi.
Hər hansı bir feodal hökmdar kimi öz torpaqlarını genişləndir­
məyə və Azərbaycanın feodal xanlıqlarını Quba xanlığı ətrafında 
birləşdirməyə çalışan qubalı Fətəli xan öz siyasətində ardıcıl surətdə 
Rusiyaya meyl göstərirdi. O, 1774, 1783 və 1786-cı illərdə Rusiya 
hökumətinə müraciət edib, şimal-şərqi Azərbaycanın Rusiyanın 
himayəsinə qəbul edilməsini xahiş etmişdi.
Quba xanlığının getdikcə qüvvətlənməsi və Fətəli xanın Rusiya­
ya meyl göstərməsini görən soltan Türkiyəsi Azərbaycana çoxlu 
asentlər göndərir və var qüvvə ilə Fətəli xanı öz tərəfinə çəkməyə 
çalışırdı. Lakin Rusiyaya meyl tərəfdarı olan qubalı Fətəli xan 
osmanlıların bütün təkliflərini rədd edir, Rusiya ilə ittifaq və rus 
dövlətinin himayəsinə keçməyin qızğın tərəfdarı olduğunu göstərirdi. 
Bakıdakı rus konsulu Matveyevin verdiyi xəbərdən aydın olur ki, 
Fətəli xan hələ 1769-cu ildə soltan nümayəndəsinin təklifini rədd 
etmiş və soltanın göndərdiyi hədiyyələri qəbul etməyərək demişdi: 
«Mənə bunlar lazım deyildir, öz varım mənə bəsdir»1
2.
Fətəli xanı öz tərəfmə çəkmək istəyən soltan Türkiyəsinin başqa 
bir təşəbbüsü də müvəffəqiyyətsizliyə uğramışdı. Rusiyanın diplo­
matik nümayəndələrindən birinin verdiyi xəbərə görə, 1770-ci ilin 
sentyabrında Türkiyənin Dağıstana gələn bir elçisi Fətəli xanın 
yanına getmiş və onu Türkiyənin köməyinə arxalanmağa çağırmışdı; 
lakin «Fətəli xan buna heç bir meyl və təşəbbüs göstərməmiş,
1 C. M. Соловьев. Göstərilən əsəri, 5-ci kitab. XXI cild, səh. 201.
2 Mərkəzi Dövlət qədim aktlar arxivi. İran fondu, iş 1, vərəq 77 78.
43


...Rusiya əleyhinə heç bır tədbir görməyəcəyini, öz xeyirxah 
münasibətini davam etdirəcəyini bildirmişdi»1
XVIII əsrin 80-ci illərində şimal-şərqi Azərbaycanın Rusiya 
təbəəliyinə keçməsi bir sıra səbəblərə görə baş tutmadısa da, 
Azərbaycanın Rusiya ilə ticarət-iqtisadi əlaqəsi inkişaf edir və 
möhkəmlənirdi. Buna 1782-ci ildə Quba xanlığı ilə Rusiya arasında 
bağlanan ticarət müqaviləsi çox kömək etmişdi. Fətəli xan rus 
tacirlərinə müxtəlif imtiyazlar vermiş və Azərbaycan-Rusiya ticarəti 
üçün böyük əhəmiyyəti olan Niyazabad körpüsünü yaxşılaşdırmışdı. 
Fətəli xan 1782-ci il avqustun 26-da imzaladığı iltizamnamədə 
yazmışdı: «Bununla bildirilir ki. mənim bütün xanlığımda, Dərbənd­
də, Bakıda, Səlyanda, habelə Rusiyanın ticarət və başqa gəmilərinin 
gəlib yan ala biləcəyi hər bir yerdə, bu yerlərin xanları, hakimləri və 
mənə tabe olan başqa şəxslər bundan sonra Rusiya təbəələrinin işinə 
qarışmayacaqlar... Mənim xanlığımda... Rusiya təbəələrinə qarşı hər 
cür əziyyət və zorakılıq edənlər, hökmən mənim tərəfimdən 
cəzalandırılacaqdır»11. Fətəli xan ticarət karvanlarını qorumaq üçün 
xüsusi dəstələr ayırmışdı. O zaman Bakıda olan rus konsulu yazırdı: 
«Buraya gələn Rusiya təbəələrinin hamısından eşitmək olur ki, 
Qızılyardan ticarət üçün Qubaya və Şamaxıya gələn Rusiya 
tacirlərinə həm Fətəli xan tərəfindən, həm də onun vassalları 
tərəfindən heç bir əziyyət verilmir»3.
XVIII əsrin ikinci yarısında Azərbaycan-Rusiya ticarətində Bakı 
mühüm rol oynayırdı. Buraya daim rus ticarət gəmiləri gəlirdi. O 
zaman Rusiyada tərtib edilmiş olan «ticarət gəmiləri cədvəli»ndən 
görünür ki, 1785-ci ildə Həştərxandan Bakı limanına 22 gəmi 
gəlmişdi. Həmin gəmilərdə Bakıya gətirilən dəmir lövhələr, metal
1 Mərkəzi Dövlot qədim aktlar arxivi, İran fondu, iş 17, vərəq 245 248; 
Azərbaycan SSR EA Xəbərləri № 9, 1949. səh. 117.
2 Mərkəzi dövlət hərbi-tarix arxivi, fond 52. siyahi 1/194, iş 288, vərəq 13 və 
arxa tərəfi; Azərbaycan SSR Tarix institutunun elmi arxivi, inv. № 1795, vərəq 316- 
318.
3 Mərkəzi Dövlət qədim aktlar arxivi, İran fondu, iş 3, vərəq 16: Konsul 
E.Sulyakovun raportundan; Azərbaycan SSR EA Xəbərləri № 9. 1949. səh. 119.
44
şey lor, parça və başqa mallar buradan Şamaxıya, Qubaya, Nuxaya, 
Gəncəyə, Şuşaya və Tbilisiyə göndərilirdi. Bakıdan qayıdarkən 
gəmilər Həştərxana Azərbaycan ipəyi, neft, duz və sairə gətirirdilər.
1793-cü ildə Həştərxandan Bakıya gətirilən malların dəyəri 310 min 
manata, o cümlədən neftin və duzun dəyəri 50 min manata çatmışdı. 
Bakıya gələn gəmilərin bir hissəsi balıq və suiti tutmaq üçün Jiloy 
adasına və Kür çayının ağzına gedirdi.
Rusiya ilə ticarət-iqtisadi əlaqələrin qüvvətlənməsi Azərbaycanda 
Rusiyaya meylin daha da artmasına şərait yaradırdı. XVIII əsrin ikin­
ci yarısında Rusiya hökuməti Zaqafqaziyanın müqəddəratı ilə daha 
artıq maraqlanmağa başlayıb, Rusiya tərəfdarlarına kömək olaraq 
dəfələrlə qoşun göndərmişdi.
Rusiyanın bu köməyi, şimal-şərqi Azərbaycanın, demək olar ki, 
hamısını öz ətrafında birləşdirən Quba xanlığının mövqcini 
möhkəmləndirmək üçün böyük əhəmiyyətə malik olmuşdu. Qubalı 
Fətəli xanın bioqrafı İsgəndər bəy Hacinskinin dediyindən məlum 
olur ki, rus qoşunlarının köməyi Quba xanlığına çox fayda vermiş 
və «onun sonralar qazandığı müvəffəqiyyətlərin başlıca səbəbi» 
olmuşdu1.
Öz daxili və xarici düşmənlərinə qarşı mübarizədə Rusiyadan 
daim kömək alan Fətəli xan XVIII əsrin 80-ci illərinin axırlarında 
Rusiyanın himayəsinə keçmək və onun təbəəliyini qəbul etməyin 
lüzumunu daha aydın surətdə başa düşməyə başlamışdı. 1787-ci ildə 
Fətəli xan bacarıqlı diplomat Mirzə Sadıq Vəlicvin başçılığı ilə 12 
nəfərdən ibarət elçilər heyətini II Yckaterinanın sarayına göndər­
mişdi. Fətəli xan II Yckaterinanın adına göndərdiyi məktubda 
yazmışdı: «Gürcüstan çarı ikinci İıakli özünə tabe olan bütün adamlar 
və əyalətlərilə birlikdə sizin yüksək himayənizə qəbul edildiyi kimi. 
Siz imperator həzrətlərindən xahiş edirəm ki, məni də mənə tabe olan 
camaat və əyalətlərlə birlikdə imperator həzrətlərinin yüksək 
himayəsinə qəbul edəsiniz»1
2. Fətəli xan başqa bir məktubunda rus
1 İsgəndər bəy Hacınski. Qubalı Fətəli xanın həyatı. Əlyazmasının tərcüməsi. 
Azərbaycan SSR EA Tarix institutunun elmi arxivi, inv.468, vərəq 13.
2 Bax: H. B. Abdullayevin, A. R. İoannisyanm «Россия и армянское освобо-
45


sarayını Rusiyaya bəslədiyi böyük dostluq və sədaqət hissinə 
inandıraraq yazmışdı: «Qəti deyə bilərəm ki, Rusiyaya sədaqətimdə 
bütün həyatım boyu azacıq da olsa qüsur olmaycaqdır. Həmişə 
Rusiyanın dostlarına dost, düşmənlərinə isə düşmən olacağam»1.
Fətəli xan Rusiya ilə dostluğunda axıradək sədaqətli olub, daim 
rus dövlətinin mənafeyinə uiğun siyasət yeridirdi. Buna bir daha 
yəqinlik hasil etməkdən ötrü, o zaman Rusiya imperiyasının xarici 
siyasətinə əslində istiqamət verən knyaz Q. A. Potyomkinnn II Ycka- 
terinaya göndərdiyi məktubda verdiyi çox mühüm bir məlumatı misal 
gətirmək kifayətdir. Həmin məlumatdan görünür ki, 1787-ci ildə
I iiıkiyənin yeni bir nümayəndəsi Qubaya gələrək, Fətəli xanı 
Rusiyaya qarşı çıxmağa və Gürcüstana basqın etməiə nə qədər təhrik 
etmişsə də, Fətəli xan onun bütün təkliflərini qəti rədd etmişdi. Bun­
dan əlavə, Fətəli xan «soltanın fərmanını və onu Rusiyaya qarşı 
silahlı çıxış etməyə çağıran vəzirin məktubunu...» Rusiya 
hökumətinə göndərmiş*
1
2, Q. A. Potyomkın isə həmin sənədlərin əslini
II Yekaterinaya təqdim etmişdi. 
Potyomkin göstərdiyimiz 
məktubunda yazmışdı: «Bundan başqa Fətəli xan, düşmənlərinə qarşı 
birlikdə vuruşmaq üçün çar İrakliyə kömək təklifi» etmişdir. Mən 
onun bu hünərini tərifsiz qoymadım»3
XVIII əsrin axırlarında xarici təhlükənin artması şəraitində 
Qarabağ xanlığı da Rusiyayla ittilaqa meyl göstərirdi. Bu zaman 
həmin xanlığın hökmdarı İbrahim xan idi. Qarabağ xanlığının Rusiya 
ilə əlaqəsinin möhkəmlənməsində bu xanlığın vəziri, Azərbaycanın 
görkəmli şairi M.P. Vaqil böyük rol oynayırdı. O,yalnız Rusiyanın 
köməyilə Vətən torpağını İran və Türkiyə zülmkarlarının əsarətindən 
xilas etməyin mümkün olduğunu dərk edərək. Rusiya hökumətinə
дительное движение в 80-х годах XVIII столетия» 
kitabına resenziyası. 
Azərbaycan SSR EA Xəbərləri № 9, 1949. səh. 117.
1 Mərkəzi Dövlət hərbi-tarix arxivi, fond 52, iş 286, vərəq 259 260: Azərbaycan 
SSR EA Xəbərləri №9. 1949. səh. 118.
: Mərkəzi Dövlət hərbi-tarix arxivi, hərbi-elmi arxiv fondu, iş 2376, vərəq 145. 
Knyaz Q. A. Potyomkinin II Yekaterinaya məktublarından. Azərbaycan SSR EA 
Xəbərləri N 9, 1949, səh. 118 119.
3 Yenə orada.
46
müraciət edib ondan kömək istəmişdi. Vaqif ümumi düşmənə qarşı 
mübarizə üçüıı Azərbaycan. Gürcüstan və Ermənistan arasında ittifaq 
bağlanması tərəfdarı olub, bu məqsədlə xüsusi olaraq Tbilisiyə və 
Yerevana getmişdi. Onun fəal iştirakilə Kartli çarlığı ilə Qarabağ 
xanlığı arasında bağlanan saziş məhz İran və Türkiyə əleyhinə 
çevrilmişdi.
1783-cü ildə İbrahim xan Rusiya hökumətinə məktubla müraciət 
etmiş və Peterburqa xüsusi elçilər heyəti göndərərək xanlığın Rusiya 
təbəəliyinə qəbul olunmasını xahiş etmişdi. İbrahim xan Qafqazdakı 
rus qoşunlarının komandanı gcneral-poruçik P. S. Potyomkinə 
göndərdiyi məktubda yazmışdı ki, o, Rusiyanın təbəəliyinə daxil 
olmağa hazırdır1. 1783-cü ilin mayında 11 Ekaterina knyaz Q. A. 
Potyomkinə fərman göndərərək tapşırmışdı: «İbrahim xana gəldikdə 
onun Rusiya himaiəsinə qəbul edilməsi heç bir çətinliyə və ya 
şübhəyə rast gəlməzsə, çar İrakli barəsində görülən tədbirləri onun 
da barəsində görmək olar və belə olan surətdə general-poruçik 
Potyomkinə tapşırarsınız ki, İbrahim xanın və xələflərinin Rusiya 
imperator taxtına tabe olması, öz üzərində və öz xələfləri üzərində 
mənim və mənim xələflərimin ali hakimiyyətini qəbul etməsi 
haqqında onunla müqavilə bağlasın» 2.
XVIII əsrin axırlarında Azərbaycanın beynəlxalq vəziyyəti 
yenidən mürəkkəbləşdi, İran və Türkiyə onu yeni qüvvə ilə 
hədələməiə başladılar. Bu vaxtlar İranda qaniçən Ağa Məhəmməd 
xan hakimiyyət başına keçmiş və öz ordusunu fransız təlimatçılannın 
iştirakilə yenidən qurmuşdu. Ağa Məhəmməd xan Zaqafqaziyaya 
hücum etməyə hazırlaşırdı. Ona tabe olmaqdan boyun qaçıran Talış, 
Şirvan və Dərbənd xanlıqları 90-cı illərin əvvəllərində kömək üçün 
Rusiyaya müraciət etdilər. Dərbəndlilər göndərdikləri məktubda 
yazmışdılar ki, onlar «Rusiyaya tabe olmaq istəyirlər və onun qoşun 
göndərməsini xahiş edirlər. Şəki xanından başqa buranın bütün
1 Bax: П.Г.Бутков. Göstərilən əsəri, II hissə, səh. 114. III hissə, səh. 169. 
-SİRİO (Rusiya imperator tarix cəmiyyətinin məcmuəsi), 27-ci cild, səh. 256; 
В. H. Левиатов. Очерки из истории Азербайджана в XVIII веке. Bakı, 1948. səh. 
147.
47


xanları da eyni fikirdədirlər və Rusiyanın köməyi olmasa öz 
istiqlaliyyətlərini qoruya bilməyəcəklər»1.
II Yckaterina hökuməti bir sıra xanların Rusiya tabeliyinə keçmək 
arzusunu rəğbətlə qarşıladı. İmpcratoriça Qafqazdakı baş komandan 
general İ. V. Qudoviçin adına göndərdiyi 1792-ci il 8 fevral tarixli 
əmmamədə yazmışdı: «Əmr edirik ki, bizə xeyirxahlıq göstərən 
xanların hamısına yüksək himayəmiz barəsində ümid verəsiniz»2.
Qarabağ və Gürcüstana basqın etməyə hazırlaşan Ağa Məhəm­
məd xan 1794-cü ildə Qarabağ xanı İbrahim xandan öz oğlunu 
əmanət göndərməsini tələb etdi. İbrahim xan bu tələbi qəbul etmədi 
və kömək üçün Rusiyaya müraciət etdi.
Bu zaman Ağa Məhəmməd xanın başqa bir dəstəsi Talış 
xanlığına hücum etdi. Düşmən əlindən canını qurtaran Talış xanı Sara 
adasına qaçıb rus donanmasına pənah gətirdi. İran qoşunlarının bir 
hissəsi 60 «kirjimlə» (yastıdibli qayıqlarla) dəniz yolu ilə Talış 
üzərinə göndərilmişdi. Lakin burada duran rus hərb gəmisi şahın 
sərbazlarına sahilə çıxmaq imkanı vermədi.
1795-ci ilin yayında Ağa Məhəmməd xanın 85 min nəfərlik or­
dusu Qarabağ xanlığına soxuldu və Şuşa qalasını mühasirəiə aldı. 
İrəlilədikcə hər bir şeyi məhv edən, qadınlar və uşaqları belə oddan- 
qılıncdan keçirən işğalçı ordu Qarabağı və Gəncəni tutdu, Tbilisiyə 
od vurdu. Azadlıq mübarizəsinə qalxan Zaqafqaziya xalqları qanlı 
istilaçı Qacarın böyük qüvvələrinə müqavimət göstərməkdə çətinlik 
çəkirdilər. Buna görədir ki, onlar yenə öz nəzərlərini Rusiyaya 
dikərək, ondan kömək istədilər.
Ağa Məhəmməd xanın Zaqafqaziyaya soxulması Rusiya 
hökumətini də narahat etmişdi, çünki İran ordusunun hücumu 
Qafqazda Rusiyanın mənafeyi əleyhinə çevrilmiş və onun cənub 
sərhədləri üçün bilavasitə təhlükə törətmişdi.
1795-ci ilin sentyabrında II Yckaterina general Qudoviçə 
yazmışdı: «İranın cənub əyalətlərinin vəziyyətinə laqeyd baxaraq, 
biz, Azərbaycan ölkəsinə və Xəzər dənizi sahili boyunca uzanan
Bax: n.f.EyTKOB. Göstərilən əsəri. III hissə, səh. 264.
1
Yenə orda. II hissə, səh. 287.
48
vilayətlərə xüsusi diqqət yetirməiə bilmərik». İmperatriça general 
Qudoviçə sərəncam vermişdi ki, Azərbaycan xanlarını Rusiyanın 
himayəsinə keçməyə dəvət etsin, «bütün bu xanları, hücum edən Ağa 
Məhəmməd xana qarşı vuruşmaq üçün birləşdirməyə çalışsın». 
Rusiyadan kömək istəyən və rus təbəəliyini qəbul etməyə hazır 
olduqlarını bildirən Azərbaycan xanlarına və Zaqalqaziyanın başqa 
hakimlərinə kömək etmək qərara alınmışdı.
1796-cı ilin aprelində general V. A. Zubovun komandası altında 
30 minə qədər rus qoşunu Dərbəndə yaxınlaşdı. Şəhər əhalisi qalanı 
ruslara təslim etdi. Qubalı Fətəli xanın qızı Pəricahan xanım rus 
qoşunlarına yaxından kömək etdi. Ruslar gələndən sonra bu qadın 
Dərbəndin hakimi təyin edildi.
Dərbənddən rus qoşunları quru və dəniz yolu ilə Bakı üzərinə 
yeridilər. Bakı xanı Hüsevnqulu şəhəri ruslara təslim etmək istəmııdi. 
Lakin bakılıların Rusiyaya xeyirxah münasibəti üzündən o, 
müqaviməti təşkil edə bilmədi. Şəhər əhalisi rus qoşunlarını sevinclə 
qarşıladı. Şirvan camaatı və Azərbaycanın başqa yerlərinin əhalisi 
də rusları yaxşı qarşıladılar.
Qarabağ hakimi İbrahim xan general Zubovun yalnız öz 
nümayəndələrini göndərdi. Xanın oğlu və Vaqil də bu nümayəndələr 
içərisində idilər. Azərbaycanın bir sıra başqa xanları da rus 
komandanına məktublar göndərərək Rusiyaya öz sədaqətlərini 
bildirdilər.
Bakıdan Zubov rus qoşunlarının bir hissəsi ilə Şamaxıya, Cavad 
mahalına və Səlyana tərəf hərəkət etdi. Rus qoşunlarının başqa bir 
dəstəsi vuruşma olmadan Gəncəyə daxil oldu. Çox keçmədən 
Azərbaycanın şimal xanlıqlarının əksəriyyəti Rusiyanın hökmranlığı 
altına keçdi. Rusiya hökuməti Cavad rayonunda yeni şəhər salmaq 
fikrində idi. II Yckaterina general Zubova təklif etdi ki, Bakı limanını 
Xəzər donanmasının əsas dayanacağına çevirsin və Bakı vasitəsilə 
ticarətin inkişafına kömək etsin. Lakin 1796-cı ildə II Yekaterinanın 
vəfatından sonra onun taxta çıxan oğlu I Pavel bütün bu tədbirləri 
ləğv etdi. I Pavclin hökuməti 1797-ci ilin martında rus qoşunlarını 
Azərbaycandan geri çağırdı.
49


Ağa Məhəmməd şah rus qoşunlarının Azərbaycandan çəkilib 
getməsindən istiladə edərək 1797-ci ilin yazında böyük qoşunla yenə 
Qarabağa soxulub buranı tutdu. Lakin İran işğalçılarının Zaqafqaziya 
xalqlarını əsarət altına almaq cəhdləri bu dəfə də müvəffəqiyyət­
sizliyə uğradı.
XVIII əsrin axırlarında, İran və Türkiyənin əsarəti altına düşmək 
təhlükəsinin xeili artdığı bir şəraitdə Azərbaycan xanlıqlarının müs­
təqil yaşaması artıq qeyri-mümkün idi. Azərbaycan xalqı ya İran və 
Türkiyənin ağır zülm boyunduruğunu qəbul etmək, ya da iqtisadi və 
mədəni cəhətdən daha qabaqcıl ölkə olan, Azərbaycandakı feodal 
pərakəndəliyinə, feodallar arasındakı vuruşmalara, İran və Türkiyə iş­
ğalçılarının soyğunçu basqınlarına son qoya biləcək Rusiya ilə birləş­
mək altcmativası qarşısında dayanmışdı. Azərbaycanın iqtisadiyyat 
və mədəniyyəti yalnız, o zaman kapitalizm yolu ilə tərəqqiyə başlayan 
Ümumrusiya iqtisadiyyatı sistemində inkişaf edə bilərdi. Yalnız 
qabaqcıl rus mədəniyyətilə yaxın əlaqə şəraitində Azərbaycan xalqı­
nın mədəniyyətini daha da inkişaf etdirmək olardı. Azərbaycanın qa­
baqcıl adamları bunu getdikcə daha yaxşı başa düşərək, XVIII əsrin 
axırlarında ölkənin Rusiyaya birləşdirilməsini vacib hesab edirdilər.
Azərbaycan xalqının İran və Türkiyə işğalçılarına qarşı mübari­
zədə keçmiş olduğu əsrlik ağır yol xalqın bu işğalçılara dərin nifrət 
hissini oyatmışdı. Eyni zamanda Azərbaycan xalqı rus qoşunlarının 
Azərbaycanda olmaları, habelə Azərbaycanı İran və Türkiyənin iş­
ğalçılıq cəhdlərindən xilas etmək üçün Rusiyanın dəfələrlə göstərdiyi 
təşəbbüslər haqqında yaxşı xatirələr saxlanırdı. Qafqazın təbii 
sərvətlərini tədqiq edən elmi ekspedisiyanın başçısı, XVIII əsrin ikin­
ci yarısında Azərbaycanda olmuş rus akademiki S. Qmelin Dərbənd 
əhalisinin ruslara olan xeyirxah münasibətini ifadə edərək göstərirdi: 
«...Bütün Dərbənd arzu edir ki, Şirvanın Rusiya hökmranlığı altında 
olduğu bəxtəvər günlər yenə qayıdıb gəlsin»1 *
5
. O zamanki gizli bir 
ekspedisiyanın Bakıda olmuş, tərcüməçisi 1783-cü il martın 12-də 
knyaz Q. A. Potyomkinin adma göndərilən raporta əlavəsində yazırdı
1 C. Г. Гмслин. Путешествие по России, III hissə, birinci yarısı, SPb, 1885. 
səh. 23-24.
50
ki: «Dərbənddən başlanaraq Bakıya və Səlyana qədər hər yerdə qara 
camaat nədənsə rus qoşunlarının İrana gələcəyini eşitdikcə sevinərək, 
onlar gəldikdən sonra daxili vuruşmalardan canlarının qurtaracağına 
ümid edirlər» l.
XVIII əsrin axırlarında Azərbaycan xanlıqlarının xarici siyasi 
vəziyyətinin daha da pisləşdiyi bir şəraitdə Qarabağ və Quba 
xanlıqları 1797- 1798-ci illərdə Rusiyaya elçi heyətləri göndərib 
Rusiyanın himayəsinə keçmək istədiklərini bildirmiş və ondan 
kömək istəmişdilər.
I Pavelin Azərbaycan xanlarına göndərdiyi fərmanlarda 
Rusiyanın onları öz təbəəliyinə qəbul etməyə hazır olduğu bildirilirdi. 
İmperatorun 1797-ci il 5 yanvar tarixli reskriptində, Rusiyanın 
Azərbaycan xanlıqlarını öz himayəsinə almaq arzusu göstərilirdi2.
Azərbaycan o zaman Rusiya-İran münasibətlərində də mühüm 
yer tuturdu. 1798-ci ildə aparılan danışıqlar zamanı Rusiya hökuməti, 
Azərbaycan vilayətləri və Gürcüstan haqqında öz iddalarından əl 
çəkməyi İrandan tələb etmişdi3.
Lakin qeyd etmək lazımdır ki, Azərbaycan və Zaqafqaziyanın 
başqa ölkələrində Rusiya ilə birləşmək hərəkatı tarixən ziddiyyətli 
bir şəraitə təsadüf etmişdi. Bu dövrdə feodalların yuxan təbəqəsinin 
bir hissəsi hələ də Türkiyə və İrana meyl edərək, öz ixtiyaratım və 
imtiyazlı vəziyyətini qoruyub saxlaya bilməkdən ötrü bunu təminat 
hesab edirdi. Bu dövrdə Azərbaycanda tarix səhnəsində bir-birinə 
zidd iki meyl, iki istiqamət meydana çıxmışdı. Bunlardan birincisi 
geniş xalq təbəqələrinin arzusunu ifadə edərək, Rusiyanın hima­
yəsinə keçmək yolu ilə ölkəni İran və Türkiyənin zülmündən xilas 
etmək məqsədini güdən qabaqcıl meyl idi. Hakimiyyət başında duran
: Mərkəzi Dövlət hərbi tarix arxivi, fond 52, siyahı 1/194. iş 286, I hissə, vərəq 
6-7 və arxa tərəfi; Azərbaycan SSR EA Tarix institutunun elini arxivi, inv. № 1795, 
vərəq 235.
'
B. N. Leviatovun «Очерки из истории Азербайджана в XVIII в.» kitabı 
üzrə göstərilir., səh. 193-195.
5 Bax. B.N. Leviatov - Очерки из истории Азербайджана в XVIII в., səh. 
193-195.
51


feodalların yuxarı təbəqəsinin bir hissəsi də bu cərəyana qoşulmuşdu. 
Lakin öz siyasətində hər şeydən əvvəl öz sinfi mənafeyini güdən 
hakim feodallardan fərqli olaraq, xalq kütlələrinin Rusiyaya olan 
meyli daha sabit və ardıcıl idi. İkinci mürtəce meyl isə geniş ictimai 
bünövrəyə malik olmayaraq, feodal sinfinin gah İran, gah da Türkiyə 
ilə ittifaqa girən bir hissəsini təmsil edirdi.
Məhz xalq kütlələrinin Rusiyaya meyli XVIII əsrin ikinci 
yarısında Azərbaycan-Rusiya münasibətlərinin inkişafı tarixində 
yüksələn və aparıcı bir xətt idi. O zamankı şəraitdə bu qabaqcıl 
meylin qəti qalib gələ bilməməsinə və ölkənin İran feodallarının ağır 
zülmü altında inləməkdə davam etməsinə baxmayaraq, Azərbaycanın 
Rusiya ilə birləşdirilməsini istəyən Azərbaycan xalqının ən yaxşı 
nümayəndələrinin arzusunu həyata keçirmək üçün bu dövrdə tarixi 
şərait yetişməkdə idi.
Azərbaycan xalqının Rusiyaya meyl tərəfdarı olan qabaqcıl 
nümayəndələri İrana və Türkiyəyə qarşı, habelə onların ölkə daxi­
lindəki agentlərinə qarşı mübarizədə nəhayət qalib gəldilər və XIX 
əsrin əvvəllərindəki konkret şəraitdə Azərbaycanın Rusiyaya 
birləşdirilməsi kimi tarixi proses başlandı.
XIX 
əsrin əvvəllərində Azərbaycanın şimal hissəsinin Rusiyaya 
birləşdirilməsinin böyük əhəmiyyəti var idi. Bu proses hər iki ölkə 
arasında ticarət-diplomatik və mədəni əlaqələrin inkişafının bütün 
gedişi ilə hazırlanmış və Azərbaycanın geniş xalq kütlələrinin arzu 
və mənafeyinə uyğun idi.
Azərbaycanın və bütün Zaqafqaziyanın Rusiyaya birləşdirilməsi 
bu ölkələrin xalqlarını şahlar İranı və soltan Türkiyəsi tərəfindən 
əsarət altına alınmaq təhlükəsindən xilas etdi, onların qarşısında ic­
timai-iqtisadi və mədəni inkişaf üçün geniş imkanlar açdı. V. İ. Lenin 
yazırdı: «Bu surətlə, Rusiyaya kapitalizmi Qafqazı dünya əmtəə 
tədavülünə cəlb edirdi, onun yerli xüsusiyyətlərini-qədim patriarxal 
qapalılıq qalıqlarını aradan qaldırır və öz fabrikləri üçün özünə bazar 
yaradırdı»1 1
.
1 V. İ. Lenin. Əsərləri, 3-cü cild, səh. 579-580.
52
Çarizmin şiddətli milli-müstəmləkə zülmünə baxmayaraq şimali 
Azərbaycanın Rusiyaya birləşdirilməsi onun müqəddəratını rus 
xalqının müqəddəratına bağlayır və onun mədəniyyətini rus mədə­
niyyətinə yaxınlaşdırırdı. M. F. Axundov Azərbaycanın böyük 
maarifçisi Həsən bəy Zərdabiyə göndərdiyi məktubda bu görkəmli 
tarixi hadisənin müsbət əhəmiyyətini qeyd edərək yazmışdı: 
«...Şükür et ki, biz keçmiş zamanlardakı qoşunkeşlik və çapqından 
Rusiya dövlətinin himayəsi sayəsində xilas olub, asudə yaşayırıq»1.
Zaqafqaziya xalqlarının, o cümlədən Azərbaycan xalqının Rusiya 
ilə birləşdirilməsinin çox böyük əhəmiyyəti bundan ibarətdir ki, onlar 
sonralar dünya inqilab hərəkatının mərkəzinə çevrilən ölkə ilə 
birləşmiş oldular. Engelsin qeyd etdiyi kimi, Rusiya hələ XIX əsrin 
ikinci yarısında «...Avropada inqilab hərəkatının qabaqcıl dəstəsi»2ni 
təşkil edirdi. Öz müqəddəratını rus xalqının müqəddəratı ilə bağlayan 
Azərbaycan xalqı onunla və ölkəmizdəki başqa qardaş xalqlarla 
birlikdə çarizmin milli-müstəmləkə zülmünə qarşı çarpışaraq, özünün 
azadlıq mübarizəsini rus proletariatının inqilabi hərəkatı ilə birləş­
dirdi və Kommunist partiyasının rəhbərliyilə Böyük Oktyabr sosialist 
inqilabının qələbəsindən sonra tam azadlığa çıxdı.
Azərbaycan xalqının böyük oğlu, Kommunist partiyasının və 
Sovet dövlətinin görkəmli xadimi Nəriman Nərimanov 1920-ci il 
mayın 17-də Bakı zəhmətkeşlərinin mitinqində Azərbaycan xalqının 
Sovet Rusiyası ilə birləşməsinin tarixi əhəmiyyətindən danışaraq 
demişdi: «Biz möhkəm bilirik ki, Azərbaycan Rusiyasız yaşaya 
bilməz, Azərbaycan Rusiya ilə əlaqə saxlamalıdır...Azərbaycan 
respublikasının əbədi səadəti Rusiya ilə bağlıdır»-1.
V. İ. Lenin başda olmaqla Kommunist partiyasının rəhbərliyi 
altında, qəhrəman rus fəhlə sinfinin cündəlik köməyilə bütün 
ölkəmizin zəhmətkeşləri ilə birlikdə Azərbaycan zəhmətkeşləri də 
ictimai və milli zülmdən tamamilə azad oldular, Zaqafqaziyada bi-
1 «Əkinçi» qəzeti. № 2, 1877-ci il; həmçinin bax: M. F. Axundov, Əsərləri, 111 
cild. Bakı, 1955, səh. 294 295.
2 K. Marks və F. Engels. Əsərləri, XV cild. səh. 60.
2 «Azərbaycan inqilab komitəsinin Əxbarı», № 2, 20 may 1920-ci il.
53


rinci olaraq Sovetlərin zəfər bayrağını ucaltdılar.
Özünün nəcib vəzifəsini çox gözəl yerinə yetirən rus xalqı kimi 
böyük qardaşın başçılıq etdiyi ölkəmizin zolaqlarının mehriban 
əməkdaşlığı və bir-birinə qardaşlıq köməyi Sovet hakimiyyəti 
illərində özünü həmişəkindən daha parlaq surətdə göstərdi. Sovet 
Rusiyasının fəhlə və kəndlilərinin köməyi, Kommunist partiyasının 
və Sovet hökumətinin gündəlik diqqəti və qayğısı sayəsində Rusiya­
nın keçmiş milli ucqarlarının xalqları öz iqtisadiyyat və mədəniy­
yətlərini keçmişdə misli görünməmiş və burjuaziya-mülkədarlar 
hökmranlığı dövründə mümkün olmayan böyük tərəqqiyə çatdırdılar, 
sosilizm və kommunizm quruculuğunun bir neçə onilliyi ərzində öz 
əhəmiyyətinə görə keçmiş tarixin bütöv əsrlərinə bərabər olan böyük 
zəfər yolu keçdilər.
Kommunizm quran sovet xalqlarının xoşbəxt və mehriban 
ailəsində Azərbaycan xalqı Sovet hakimiyyətinin qələbəsi uğrunda, 
sosializin və kommunizmin təntənəsi uğrunda aparılan qəhrəman 
mübarizə yoluna iftixar hissilə nəzər salaraq, böyük qardaşı rus 
xalqına, doğma Kommunist partiyasına və Sovet hökumətinə öz 
minnətdarlığını bildirir.
Azərbaycan xalqı rus xalqına olan minnətdarlığı və ən səmimi 
qardaşlıq hisslərini Azərbaycan SSR dövlət himnində aşağıdakı 
sözlərlə əsrlər üçün əbədiləşdirmişdir:
Qardaşımız rus xalqıdır, azadlığın bayraqdan, 
Qanımızla suvarmışıq bu dostluğu, bu ilqarı.
Yer üzünün şöhrətidir şanlı sovet torpağımız- 
Bu torpaqda çiçək açdı insanlığın ilk baharı.
54
MÜNDORİCAT
1. Məsələnin qoyuluşu..........................................................................5
2. Azərbaycanın Rusiya ilə əlaqələri haqqında 
ilk məlumatlar. X-XII əsrlərdə Azərbaycan-
Rusiya münasibətləri....................................................................... 9
3. XV əsrdə Azərbaycan-Rusiya əlaqələrinin
qüvvətlənməsi................................................................................. 13
4. XV-XVIII əsrlərdə Azərbaycan xalqının
Türkiyə və İran qosbkarlığına qarşı mübarizəsi.
Azərbaycanda xarici siyasət sahəsində Rusiyaya
meylin meydana çıxması və formalaşması................................. 16
Redaktoru 

Yüklə 399,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə