Volqa və Don çayları arasındakı ərazini tutan və Don çayı, Kcrç
boğazı, Volqa çayı ilə ticarət yollarını bağlayan Xəzər xaqanlığı
Rusiyanın Qafqaz xalqları ilə əlaqə yaratmasına mane olurdu*
1 1
. Bun
dan əlavə, xaqanlıq rus knyazlıqlarının ərazisinə dağıdıcı basqınlar
təşkil edir, bu da rusları Qafqazla əlaqə saxlamaq iiçün başqa yollar
axtarıb tapmağa vadar edirdi. Belə bir şəraitdə ruslar bəzən şərqdən
qərbə doğru bütün Zaqafqaziyanı dolaşmağa və buradan Qara dəniz
ilə vətənə qayıtmağa məcbur olurdular.
IX əsrin axırlarından başlayaraq rusların Zaqafqaziya, xüsusən
Azərbaycana səfərlərinin məqsədləri dəyişmişdi. Bu səfərlər ticarət
məqsədlərindən əlavə, həm də hərbi qənimət ələ keçirmək niyyətilə
düzəldilən yürüşlər xarakteri almağa başlamışdı.
Rusların Azərbaycana səfərləri haqqında
tarix əsərlərində olan
ən ilk məlumat 880, 909 və 910-cu illərə aiddir. Mühəmməd əl-Həsən
«Təbəristan tarixi»ndə yazır ki, ruslar 909-cu ildə 16 gəmi ilə
Abesquna (ehtimala görə Dərbənd rayonuna-Ə.
Q.)
gələrək, burada
hərbi qənimət ələ keçirmiş və sonra daha cənuba doğru irəlilədikdə
müsəlmanlar tərəfindən dəf edilmişdilər. 910-cu ildə ruslar eyni yol
ilə yenə səfər təşkil etmişdilər. «Çoxlu miqdarda» rus Sara adasına
yaxınlaşmış, sonra buradan gəmilərlə Gilan tərəfə getmişdilər.
Rusların bir hissəsi quruya çıxmış, bir hissəsi isə gəmilərdə qalmışdı.
Gilan hakiminin qoşunları gecə vaxtı ruslara hücum etmişdi.
Gəmilərdəki ruslar dənizlə geri qayıtmaq istərkən, yolda pusquda du
ranlara rast gəlmiş və Şirvanşahın donanması tərəfindən məğlubiy
yətə uğradılmışdılar5.
Tarix əsərlərində olan məlumata görə X əsrin birinci yarısında
(913—914-cü illərdə) ruslar Xəzər dənizinin qərb sahillərinə daha bir
yürüş təşkil etmişdilər. Onlar əvvəlcədən Xəzər xaqanı ilə razılığa
gələrək və əldə edəcəkləri qənimətin yarısını ona verməyi vəd
Б. А. Рыбаков. Русь и Хазария. B.D.Qrckovun 70 illiyi münasibətilə
buraxılan məcmuədə. M. 1952, səh. 76-88.
: V. F. Minorski. Ruslar Zaqafqaziyada. (Yeni məlumat). Bolqarıstan Elmlər
Akademiyasının
xəbərləri, № 5, M., 1954, səh. 377 380.
1 Б.Дорн. Göstərilən əsəri səh. 5- 6.
10
edərək, hərəsində 100 adam olan 500 gəmi ilə Volqa çayından keçib
Xəzər dənizinə enmişdilər. Ruslar Bakı şəhərinin yaxınlığında bir
adanı tutub burada yerləşmişdilər. Onlar gedəndən sonra həmin ada
rus adası adlanmağa başlamışdı.1 Məsudi rusların bu səfərini belə
təsvir edir: «Rusların gəmiləri Xəzər hüduduna çatdıqda... onlar xəzər
padşahının yanma nümayəndələr göndərərək, onun dövlətindən
keçib... Xəzər dənizinə, yaxud Gürcan,
Təbəristan və başqa qeyri-
ərəb tayfalarının adı ilə adlanan dənizə enmək üçün icazə istədilər...
şərt qoydular ki, əldə edəcəkləri qənimətin yarısını padşaha
versinlər... Padşah onların xahişini qəbul etdi və ruslar kanala daxil
olub... çayın mənsəbinə və çayın Xəzər dənizinə tökülən yerlərinə
gəlib çatdılar...»2. Sonra Məsudi göstərir ki, rusların gəmiləri Xəzər
dənizinə çıxdıqda bir-birindən ayrılıb, bir hissəsi Təbəristan
vilayətinə, digər hissəsi isə «neftli vilayətə (Bakı
nəzərdə tutulur-
Ə.
O.)
tərəf irəlilədi və Azərbaycana yaxınlaşdı...»3.
Bu səfər əsnasında qənimət ələ keçirən naslar Volqa çayının
ağzında xəzərlər tərəfindən darmadağın edildilər. Məsudinin yazdı
ğına görə, burada 30 minə qədər adam öldürüldü.
944-cü ildə rus qoşunları yenə Dərbənd yaxınlığında görünmüş,
qalıqlarla Kür çayının ağzına qədər üzüb gəlmiş, sonra çayla üzü
yuxarı qalxaraq Bərdənin yaxınlığında olan Mübarəki deyilən yerə
çatmışdılar. Rus dəstələri Bərdə şəhərini tutmuş və bir müddət öz
əllərində saxlaya bilmişdilər. Ruslar şəhərin əhalisi ilə dinc əlaqə
yaratmağa çalışmışdılar. XIII əsr tarixçisi İbn-əl-Əsirin yazdığına
görə ruslar Bərdədə «əfv elan etmiş... və əhali ilə yaxşı dolanmışlar»4.
Tarix əsərlərində olan məlumata görə, X əsrin axırlarında Dər
bənd əmiri iri feodallara və fanatik ruhanilərə qarşı mübarizədə özü
nün ruslardan ibarət olan mühafizə dəstələrindən istifadə edirmiş5.
1 «Сборник материалов для описания местностей и племен Кавказа»
məcmuəsi (SMOMPK) 29-cu cild , Tiflis, 1901 səh. 69.
- SMOMPK . 38 ci cild. Tiflis ,1908, səh.47 48
3 Yenə orada.
A
Б. Дорн. Göstərilən əsəri, səh. 513.
3 V.F. Minorski.
Göstərilən məqaləsi, səh. 377-380.
Bu səfərlərin çoxu knyazların xeyri üçün təşkil edilən səfərlərdən
ibarət olsa da, rusların Azərbaycana gəlmələri Rusiya ilə Azərbaycan
arasında müəyyən iqtisadi, siyasi və mədəni əlaqə olduğunu göstərir
və Azərbaycanda ruslar haqqında məlumatın artmasına obyektiv
surətdə kömək edirdi. 944-cü il səfərinin aydın göstərdiyi kimi, ruslar
bu səfərə yalnız hərbi qənimət ələ keçirmək xatiri üçün çıxmayaraq,
yeni torpaqlarda yerləşmək məqsədini də güdürdülər. Bu yürüş uzaq
cənubda torpaqlar tutmaq üçün rus dövlətinin hakimləri tərəfindən
göndərilən mütəşəkkil və intizamlı qoşun dəstələrinin yürüşü idi. Ərəb
müəlliflərindən İbn-əl-Əsir və İbn-Mistəveyh bu yürüş zamanı rus
ların mərdlik və igidlik göstərdiklərini qeyd etmişlər. XII əsr böyük
Azərbaycan şairi və mütəfəkkiri Nizami rusların bu səfərini, bir
qədər fantastik şəkildə olsa da, çox sənətkaranə təsvir etmişdir. Niza
minin dahiyanə əsəri «İsgəndəmamə» poemasında «ruslar cəsarətli
əsgərlər kimi, çətinliklərə adət edən və öz
ölkəsinin istiqlaliyyətini
şiddətli vuruşmalarda qorumağa hazır olan mərd adamlar kimi»
təsvir edilir1. Yenə həmin əsərdə rusların Şərq ölkələrinə gətirib
satdıqları mallar təsvir olunur. «Yeddi gözəl» poemasında Nizami
slavyan gözəlinin məftunedici surətini yaradaraq, rusların məişəti,
adət və ənənələrilə tanış olduğunu göstərmişdir. Nizami slavyan
gözəlinin yalnız zahiri gözəlliyini deyil, həmçinin ağıllı və iradəli bir
qız olduğunu da qeyd edir. Poemada deyilir:
Şəkər gülüşlüydü, günəş camallı,
Həmi hünərliydi, həmi kamallı.
Oxuyub hər dərsi bilik yığaraq,
Yazmışdı hər elmə dair bir varaq.
Rusların Azərbaycana səfərləri sonralar da davam etmişdi1
2
3 .
XII əsrdə Azərbaycan-Rusiya əlaqələrinin xeyli möhkəmləndiyi
müşahidə edilirdi. Bu əsrdə Azərbaycanda məhsuldar qüvvələrin
1 C. П. Толстов. Из предистории Руси. «Советская этнография» jurnalı, VI
VII cild, 1947, səh. 40.
2
Вах: B.Minorski.
Qafqaz tarixinə dair tədqiqlər, Kembric universiteti.
Şərqşünaslıq seriyası, N 6. İııgiliscədən tərcüməsi, Azərbaycan SSR EA Tarix ins
titutunun elmi arxivi. 3310, vərəq 120-122.
12
inkişafı və feodal münasibətlərinin daha da möhkəmlənməsi Azər
baycanın xarici ticarətinin canlanmasına şərait yaratmışdı. Əvvəllər
də olduğu kimi bu dövrdə də Şərqin böyük ticarət mərkəzlərini
Avropa ilə birləşdirən beynəlxalq karvan yollarının bəziləri Azərbay
candan keçirdi. Azərbaycanın Rusiya ilə ticarət əlaqəsi, xüsusən
Şirvan ilə rus knyazlıqları arasında ticarət genişlənməkdə davam
edirdi. Xəz, bal, mum və dəri kimi rus malları Azərbaycan bazarla
rının rəvac malları hesab olunurdu. Başlıca olaraq Şirvan, Şəki və
Gəncədə istehsal olunan hazır «ipək və pambıq parçalar, neft, habelə
xalça, mis və gil qablar, zəfəran, balıq və başqa mallar Azərbaycan
dan rus torpaqlarına ixrac edilirdi.
O zaman Ermənistan və Gürcüstan ilə Rusiya arasında da müəy
yən ticarət-iqtisadi və siyasi əlaqələr yaranmışdı.
Ermənilər bundan
hələ xeyli əvvəl Bizans ordusu sıralarında ruslarla tanış olaraq,
Bizansın düşmənlərinə qarşı dəfələrlə ruslarla birlikdə vuruşmuşdular.
Ermənistan və Gürcüstanın Rusiya ilə əlaqəsi X I- XII əsrlərdə
xüsusilə genişlənmişdi. Rostov-Suzdal knyazı Andrey Boqolyub-
skinin oğlu Yurinin XII əsrdə gürcü çariçası Tamara ilə evlənməsi
rus knyazlarının Qafqaz feodal zadəganları ilə dostluq münasibətlə
rini təsdiq edən hallardan biri idi.
Yalnız tatar-monqol zülmü müəyyən müddət Zaqafqaziya
ölkələrinin Rusiya ilə əlaqəsini kəsmiş oldu.
Dostları ilə paylaş: