Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zəmurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə122/134
tarix07.07.2018
ölçüsü16,5 Mb.
#53632
1   ...   118   119   120   121   122   123   124   125   ...   134

Ənvər M ete Həmidov, Zəmurə Həmidova
dət) verilmişdir.  Bunu  ancaq  ağıl  sahibləri  düşünüb dərk edər­
lər.» (Qurani-Kərim , əl-Bəqərə surəsi, ayə 269)
Qərb  anlam alıdır  ki,  bəşəriyyəti  islam   dini  qədər  elmə, 
zəhmətə,  paklığa,  quruculuğa  çağıran  ikinci  bir  din  yoxdur. 
Allah-Təalanın  bəşəriyyət üçün hidayət (doğru yol)  çırağı  ola­
raq  göndərdiyi Q urani-K ərim in gələcəkdə bəşəri və Y er plane­
tini  fəlakətdən  xilas  etməyin  yeganə  istinad  nöqtəsi  olacağına 
heç bir şübhə yoxdur. Allah-Təala isə Yeri və bəşəriyyəti qoru­
m aq üçün dayaq nöqtəsi olaraq Q urani-K ərim i göndərdi.
Bəli,  hörm ətli  oxucu!  İnsan  öz  ömrünün  binasım  yaradan 
memardır.  İnsan  öz  enişli-yoxuşlu,  ağrılı-acılı,  fərəhli-qəmli, 
mərhəmətli,  insaflı-ədalətsiz...  həyat  yolu  simfoniyasım  yara­
dan   bəstəkardır.  Bu  sənət  abidəsini  yaradan  memar,  həyat 
simfoniyasım  bəstələyən  bəstəkar  özü-özünü  başa  düşəndən 
axırıncı mənzilinə köçənə qədər təsiri altında olduğu hadisələr­
dən,  kəlam lardan,  ağsaqqal-ağbirçək  xeyir-duasmdan,  müəl­
lim dühasm dan,  elm çeşməsindən,  inanc nəsihətlərindən istifa­
də etməli və öz mənəviyyatım, o cümlədən, intellektual ekolog­
iyasım saflaşdırmalıdır.  M əhz belə olanda ədalətli cəmiyyət ya­
rana bilər. U nutm ayaq ki, ədalət kainatın ruhudur.
Bir  vaxt  insanlar  bu   deyilənləri  başa  düşəcək,  mənəvi  saf­
lığın,  müsbət  ab-havam n  -   müsbət  intellektual  ekologiyanın 
inkişaf etdirilməsi bir inanc kimi qəbul ediləcək və ümumbəşəri 
qanunlarla qorunacaqdır.  Bu çətin, fəqət vacib sahədə artıq ilk 
addım lar atılır...
S o n  q ə n a ə tlə rim iz
1.  Ekologiya  həm   şüuru,  həm  iqtisadiyyatı,  həm  inkişafı, 
həm   də  gələcək  nəslin  taleyini  bilavasitə  əks  etdirən  bir  sahə, 
həm bazisə, həm  də üstqurum a təsir edən əsas amildir.
2.  Bəşəriyyətin xoşbəxtlik və  səadəti o  vaxt reallaşacaq  ki, 
insan  əqli hakimi-mütləq  olacaq,  mövcud  cəmiyyətdə yaranan 
ideyalar, nəzəriyyələr,  baxışlar və bunlara müvafiq olan m üna­
sibətlər,  idarə  və  təsisatlar  üstqurum ,  ədalətli  bazis  üzərində
524
İntellektual ekologiya
bərqərar olacaqdır.
3.  Şübhə yoxdur  ki,  ümumi  və xüsusi  ekologiya sistemi  və 
həmçinin  cəmiyyətdə  tarazlığın  istər  qorunm ası  və  istərsə  də 
pozulm ası  tamamilə  insan  intellektindən  asılıdır.  Ədəbiyyatda 
ilk  dəfə  biz  onu  «İntellektual  ekologiya»  adlandırmışdıq 
(Ənvər  M ete,  Loğm anlar,  Bakı,  2008).  intellekt -  ağıl,  idrak, 
zchin, fikir mənasında işlənir.  Bu danılmaz bir faktdır ki, insan 
əqli, mənəviyyatı sayəsində yüksəlir, müdrikliyi ilə tanınır.
4.  Ekologiya canlı  orqanizmlə,  onu  əhatə  edən  mühit  ara­
sındakı münasibətlərdirsə, onda intellektə malik olan ali canlı -  
insanlar,  ayrı-ayn  fərdlər,  bəzən  millətlər  arasındakı  münasi­
bətləri və  bu  münasibətlər  nəticəsində  baş  verən,  daha  doğru­
su,  insan  intellektinə,  onun sağlamlığına  və  s.  təsir  edən,  hətta 
müharibəyə,  toqquşm alara,  terrorizmə,  millətlərarası  ədavətə, 
irqçiliyə,  separatizmə,  bunların  əksi  olaraq  dostluğa,  əmin- 
am anlığa,  sülhə,  inkişafa  səbəb  olan  amillər  intellektual 
ekologiyadır  -   el  arasm dla  buna  «ab-hava»,  abi-həyat,  abi- 
rovan  da  deyirlər.  Bütün  dediklərimiz əsasında  biz intellektual 
ekologiyanı  «müsbət  intellektual  ekologiya»  və  «mənfi  intel­
lektual  ekologiya»  kimi  iki  hissəyə  ayırırıq.  Bunların  əsasında 
isə  insan, onun intellekti və fikirlər, sözlər durur.
5.  Söz  intellektual  ekologiyanın  (istər  müsbət  və  istərsə  də 
mənfi) yaradıcı amilidir.
6.  Müsbət  intellektual  mühiti  yaradan  faktorlardan:  hik­
mətli  kəlamlar,  elm,  mənəviyyat,  mədəniyyət,  mərhəmət,  şəf­
qət, sevgi,  təvazökarlıq,  ədəb-ərkan, sadəlik,  sülhsevərlik, gözəl 
xasiyyət, xoş niyyət və s. göstərmək olar.
7.  M ənfi  intellektual  ekologiyanı  yaradan  faktorlar:  zid­
diyyətlər,  zülm,  zorakılıq,  lovğalıq,  təkəbbür,  həsəd,  paxıllıq, 
nam ərdlik,  qəzəb,  dalaşqanlıq,  kin,  nifrət,  oğurluq,  haram, 
qeybət, qəddarlıq, əxlaqsızlıq, cahillik və s.
8.  İkinci  dünya  müharibəsi  qurtarandan  sonra  siyasətçi 
L'.Çörçillin  1946-cı  il  m artın  5-də  ABŞ-m  Fulton  şəhərindəki 
davakar nitqindən sonra «soyuq müharibə» deyilən bir ideolo­
ji siyasətin əsası qoyuldu.  D aha doğrusu, X X  əsrdə mənfi intel­
525


lektual ekologiyanın yeni forması yarandı.
9.  Cəmiyyətin  öz  daxilində -  hər bir insanın yaşadığı  ölkə­
də,  işlədiyi  təşkilatda  da  mənfi  intellektual  atmosfer  yaradan 
ünsürlər  az  deyil.  H əm in  ünsürlər,  ələlxüsus  ixtiyar  sahibləri, 
insanları  sözlə  yavaş-yavaş  məhv  edir,  əvvəlcə  mənəvi,  sonra 
isə tədricən cism ani ölümə sürükləyirlər.  Əfsuslar olsun ki, heç 
bir dövlətdə belə insan qatillərini məsuliyyətə cəlb edən bir qa­
n un məcəlləsi yoxdur. Bir adamı qətlə yetirəni qanunla mühaki­
mə  edirlər.  Yüzlərlə insanı  yavaş-yavaş  məhv edənlər isə  daha 
da  quduzlaşır,  harm laşır  və  özləri  firavan  həyat sürürlər.  Vaxt 
gələcək hər bir dövlətin daxilində mənfi intellektual ekologiya­
nın sağlamlaşdınlması həyatın ən vacib məsələsi olacaq  və bu, 
dövlət qanunları ilə tənzimlənəcək.
10.  U nutm aq lazım deyil ki, «Əksliklərin vəhdəti və müba­
rizəsi»  dialektik  qanununa  görə  müsbət  və  mənfisiz,  xeyir  və 
şərsiz hərəkət m üm kün deyil,  inkişaf yoxdur.  Lakin insan şüu­
ru,  onun intellekti bəşəri məhvə doğru sürükləyən şər qüvvələrə 
qarşı kütləvi mübarizə etməlidir.
11.  Yer  üzərində  ləyaqət,  mərhəmət,  ədəb,  rəhm,  şəfqət, 
xeyirxahlıq,  m ehribanlıq,  iman,  təvazökarlıq,  əxlaq,  sülhsevər- 
lik,  ədalət  yox  dərəcəsinə  çatanda,  alimlərin  təlimi  və  təlimatı 
öz yolunu  azanda,  elmə  qiymət verilməyəndə insanlar bir-biri­
nə  həsədlə yanaşanda,  boş şeylər,  uydurm alar  həqiqət sayılan­
da, qanun və qaydalar işləməyəndə,  insanlar içməli suya, təmiz 
qidaya,  havaya  həsrət  qalanda,  planetimiz  yararlı  torpaq  həs­
rətində olanda, qlobal istiləşmə ilə əlaqədar daşqınlar, sunami- 
lər  çoxalanda,  terrorizm   artanda,  ekoloji  terrorizmlə  təbiəti 
məhv  etmək vəhşiliyi bütün dünyada  baş  alıb gedəndə,  ekoloji 
pozuntularla əlaqədar xəstəliklər epidemiya halını alanda, üm u­
miyyətlə,  mənfi  intellektual  ekoloji  faktorlar  durmadan  art­
anda haqq  olan  qiyamət mütləqdir.  Qurani-Kərimin əl-Haqqə 
surəsinin 15-ci ayəsində buyurulur:  «Məhz o gün (vaqe olacağı­
na heç bir şübhə olmayan) qiyamət qopacaqdır!»
12. Tarixdən m əlum dur ki,  bir tayfa və yaxud bir insan cə­
miyyəti  yolunu  azanda,  fəlakətə  doğru  gedəndə  Allah-Təala
Ənvər M ete Həmidov, Zərnurə Həmidova
526
İntellektual ekologiya
tərəfindən  peyğəmbərlər  və  inanc  göndərilmişdir.  Quranın  əl- 
Bəqərə  surəsinin  213-cü  ayəsində  buyurulur:  «İnsanlar  tək  bir 
üm m ət  idi.  Allah  onlara  müjdə  verən  və  xəbərdarlıq  edən 
(əzabla  qorxudan)  peyğəmbərlər  göndərdi,  insanlar  arasındakı 
ixtilafları  ayırd  etmək  üçün.  O,  peyğəmbərlərlə  birlikdə  haqq 
olan  kitab  nazil  etdi...  O nun  izni  (iradəsi)  ilə  iman  gətirənləri 
A llah  doğru  yola  yönəltdi...»  Bəşəriyyətin  daha  buna  ümidi 
yoxdur.  Çünki  Qurani-Kərim də  buyurulur  ki,  Məhəmməd 
peyğəmbər  (s.)  Allahın  axırıncı  elçisidir.  Ümid  qalır  insanın 
özünə,  elminə,  şüuruna,  intellektinə,  intellektual  mədəniyyəti­
nə, tərbiyəsinə, nəfsinin cilovlanmasma.
13.  Bəs  bütövlükdə  bəşər  cəmiyyətinə  necə  təsir  etmək 
olar? Bu məsələ haqqında bütün dövlət başçıları, filosoflar icti­
m ai  və  dini  xadimlər  düşünməlidirlər.  Bəşər  mənəviyyatında 
hər  şey  tərbiyədən  başlayır  və  tərbiyə  hər  şeyə  qadirdir. 
D ünyanın  düzəlməsində  tərbiyənin  roluna  yenidən  çox  böyük 
diqqət  və  qayğı  ilə  baxılm aqdan  başlanmalıdır.  Tərbiyənin 
məzm un və forması planetimizin hər bir dövlətinin vacib işi he­
sab edilməlidir.  Belə ki,  tərbiyə yetişməkdə olan nəslin elmi bi­
liklər,  bacarıq  və  vərdişlər  sisteminin  formalaşdırılması  və  bu 
əsasda onlarm  dünyagörüşünün təşəkkülü, əqli keyfiyyətlərinin 
inkişaf etdirilməsidir.  Əqli  tərbiyə  insanı  elmi  biliklərlə  silah­
landıraraq  onun  dünyagörüşünü  genişləndirir,  qabiliyyətini in­
kişaf etdirir  və  təbiət hadisələrini  elmi əsaslarda  dərk  etməkdə 
ona yardım göstərir.
14.  H ər  bir  fərdin  tərbiyəsi  evdən,  ailədən  başlayır,  mək­
təbdə,  cəmiyyətdə,  yaşadığı  ölkədə  davam  edir,  insanı  forma­
laşdırır.  Dövlət  idarələri,  incəsənət  (ralio-televiziya  verilişləri, 
qəzet,  kino,  ədəbiyyat  və  s.)  insan  mənəviyyatına  təsir  edən 
form alardır.  Zorakılığı,  qəddarlığı,  əxlaqsızlığı  təbliğ  edən 
filmləri,  şouları  təbliğ  edənlər  dərk  etməlidirlər  ki,  bu  gün  çi­
çəklənən  dövləti  sabah  süquta  aparacaq  ən  güclü  vasitə  məhz 
əhalinin  tərbiyəsinin,  abi-havanın,  intellektual  ekologiyanın 
pozulmasıdır.  Belə ki,  əxlaqsızlığın,  rəzalətin,  zorakılığın,  qəd­
darlığın  nümayiş  və  təbliğ  edilməsi  ölkəni  total  zorakılığa,
527


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə