X əsrin Talış haqqında bəhs edən məhşur ərəb
coğrafiyaşünaslarından biri də Əbu Duləf Misar İbn əl-
Mühəlhil əl-Xərraci əl-Yənbuidir. Mənşəcə ərəb olan
Əbu Duləf51 Azərbaycan, İran, Ərməniyyə, Hindistan*
Çin və bir çox başqa ölkələrə səyahət etmişdir. Dəniz
sahili ilə Bakuyəni və digər Arran torpaqlarını
gəzdikdən sonra Ərdəbilə yola düşmüş Əbu Duləf əl-
Bəzzeyn vilayəti və burada olan isti bulaqlardan bəhs
etmişdir.O, yazır:
“...Sonra Ərdəbilə yola düşdüm. Mən əl-Vayzun, Qaban,
Xaçin,
ər-Rub,
Həndan
və
əl-Bəzzeyn
dağlarından
keçdim....”
Əbu Duləfin qeydlərindən də məlum olduğu kimi o
Qarabağ (Əbu Musa) dağlarını gəzdikdən sonra Talış
torpaqlarına əl-Bəzzeynə istiqamət götürmüşdü. Həm
Əbu Musa dağlarının, həm də əl-Bəzzeyn dağlarının
təbii xüsusiyyətlərinə diqqət yetirən Əbu Duləf bu
ərazilər arasında ortaq cəhəti də tapa bilmişdi:
“əl-Bəzzeyn, Əırdəbil və yuxarıda adları çəkilən dağlarda
qoturluğu müalicə edən isti bulaqlar vardır.”
Məlumdur ki, Azərbaycan ərazisində isti bulaqlar
əsasən Kiçik Qafqaz dağlarında və Talış dağlarında
geniş yayılmışdır. Qotur təmizləyən isti bulaqlar
Azərbaycan Respublikasının Lənkəran, Masallı, Astara
rayonları ərazisində və İran İslam Respublikasını
Ərdəbil ostanlığı ərazisində çoxdur. Məlumat üçün onu
Ə r ə b m ü ə l l i f l ə r i T a l ı ş h a q q ı n d a
51 Yenə orad a.
•]
- 4 2 -
da deyək ki, Azərbaycanda olan mineral bulaqlar öz
kimyəvi tərkibinə görə on bir tipə bölünür. Buraya
hidrokarbonatlı, hidrokarbonatlı-xloridli, və b. kimyəvi
tərkibli mineral bulaqlar daxildir .
Artıq qeyd etdiyimiz kimi Xürrəmilərlə bağlı
aparılmış sonuncu tədqiqatlar göstərir ki, Səid Nəfisi və
ona əsaslanan bir çox tarixçilərə görə Babək Xürrəmi
islam dininə qarşı deyil, ərəb ağalığına qarşı mübarizə
aparmışdır.
Özünü əhli-beyt tərəfdarı hesab edən
Babək zülümkar Abbasilərə qarşı döyüşürdü. Babəkin
şiə məzhəbli və “əhli- beyt” aşiqi olduğuna hətta Əbu
Duləf də işarə vurur:
“Əz-Bəzzeyndə sahəsi 3 caribə bərabər bir yer vardır.
Deyirlər ki , orada bir yer var ki, Allaha dua ilə müraciət
edən hər kəs buraya ayaq basarsa niyyəti qəbul olunar. Elə
orada Xürrəmilər adı ilə məhşur olan qırmızı geyinmiş
adamlar bayraqlarını qaldırddar . Babək burada çıxış
etmişdi.”
Göründüyü kimi ilk öncə, əgər Xürrəmilər kafir olsa
idilər “Allaha dua ilə müraciət edən” olmazdılar.
Həmçinin burada Xürrəmilərdən indiki talışlara və ya
Talış dağlarında yaşayan əhaliyə yadigar qalmış və
yaxud ilk Xürrəmilərin Taylasan sakinləri olduğunu
sübut edən bir etnoqrafik faktı da qeyd etmək yerinə
düşərdi. Hələ indi də talışlar geyimlərində qırmızı rəngə
daha çox üstünlük verirlər. Təbii olaraq, Xürrəmi 5
2
52 Azərbaycan tarixi. 7 cilddə I cildi, B ., 1998 , s.. 48.
Ə r ə b m ü ə l l i f l ə r i T a l ı ş h a q q ı n d a n
- 4 3 -
Babək də Taylasan torpalarınm övladı olduğu üçün
qırmızı geyim və qırmızı rəng Xürrəmilərin rəmzinə
çevrilmişdi. Elə məhz bu səbəbdəndir ki, Əbu Duləf
onları “qırmızı geyinmiş adamlar” adlandırmışdı.
Azərbaycanın tanınmış etnoqrafı Qəmərşah Cavadov
“Talışlar” monoqrafiyasında talışların milli geyimləri
və bəzəklərindən bəhs edərkən bu xalqda hətta
qadınların indi də qırmızı rəngli arxalığa və geyimlərə
üstünlük verdiklərini qeyd edir:
“Verdiyimiz ™aiumatlar arxalığın müxtəlif formalarda,
biçimlərdə tikildiyini göstərir. Bu isə bir tərəfdən onun
tikildiyi parçadan, digər tərəfdən kim üçün tikilməsindən və
nəhayət, cavan, qoca, yaşlı qadınlara məxsus olmasından
asılı idi. Belə ki, qızlar, gəlinlər üçün bir qayda olaraq
arxalıq qırmızı rəngli parçadan tikilərdi. Vaxtı ilə B.V.Miller
tərəfindən toplanmış Talış mahnılarında
tez-tez qırmızı
rəngli arxalığın adı çəkildiyi də aydın olur.”53
Taylasan torpaqları haqqında dolayısı ilə məlumat
verən
X-XI
əsrlərdə
yaşamış
ərəb
coğrafiyaşünaslarından biri də Əl-Müqəddəsidir. Əl-
Müqəddəsinin əsərləri öz genişliyi və öz əhatəliliyinə
görə çox mühüm əhəmiyyət kəsb edir. Əl-Müqəddəsi
bu zaman Xilafətdəki rustaq və şəhərlərin sayı haqqında
məlumat vermişdir. O, Azərbaycanı təsvir edərkən
şəhərlərin topoqrafiyası, salınma tarixi, əhalisi, dili,
dini, mədəniyyəti, məişəti, adətləri haqqında məlumat
Ə r ə b m ü ə l l i f l ə r i T a l ı ş h a q q ı n d a
53 Q.Cavadov. Göstərilən əsər, s. 234.
- 4 4 -
vermişdir54. Təsadüfi deyildir ki, İ.Y.Kraçkovskii əl-
Müqəddəsinin
X
əsr
ərəb
coğrafiyaşünas
-
səyyahlarının
“son
böyük
nümayəndəsi”
adlandırmışdı55.
Şəms əd-Din Əbu Abdullah Məhəmməd ibn Əhməd
ibn Əbu Bəkr əl Bənna əş-Şami əl-Müqəddəsi 946 -
1000-ci illərdə yaşamışdır. Onun əsas əsəri “Əhsən ət-
təqasim fi Mərifət əl əqalim” (“İqlimlərin öyrənilməsi
üçün ən yaxşı bölgü”)56 adlanır. Məlumat üçün qeyd
edək ki, əl-Müqəddəsinin bəhs etdiyi dövrdə Taylasan
torpaqlarının əsas hissəsi Ərdəbil vilayətinin tərkibinə
daxil
edilmişdi.
Müqəddəsi
Ərdəbil
vilayətinin
şəhərlərindən bəhs edərkən bu sırada Bərzənd şəhərinin
də adını çəkir. O, yazır:
“Ərdəbilin
(vilayətinin)
şəhərləri:
Rusbe,
Təbriz,
Cəbrəvan, Məyanic, Sərat, Varsan, Muqan, Mimməz,
Bərzənd.”
Daha sonra o yazır:
“...... Paytaxtı, bura həmçinin (bütün) iqlimin şəhəridir,
Ərdəbil şəhəri. Buradakı dağın uzunluğu 140 fərsəxdir. Bu
(yerlər) başdan-başa kənd və əkin sahələridir. Deyirlər ki,
burada (kəndlərdə) 60 dildə danışırlar.”
Görkəmli tarixçimiz N. Vəlixanlı təsvir olunan 140
fərsəxlik uzunluqda olan dağdan danışarkən yazır ki, bu
/ _____________________
54 Ziya Bünyadov. Göstərilən əsər, s. 23.
55 N.Vəlixanlı. Göstərilən əsər, s. 126.
56 Yenə orada, s. 127.
Ə r ə b m ü ə l l i f l ə r i T a l ı ş h a q q ı n d a -
-45 -