Ə r ə b m ü ə L l I f L ə r I t a L ı ş h a q q ı n d a



Yüklə 3,56 Mb.
Pdf görüntüsü
səhifə8/19
tarix22.07.2018
ölçüsü3,56 Mb.
#58074
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

düşülən 

idi. 


Məqsəd 

Xürrəmilərinin 

yerlərdəki 

qalıqlarını pərən-pərən salmaq idi.

IX  əsrin  sonu  X  əsrin  əvvəllərində  yaşamış  digər 

coğrafiyaşünas-səyyah  isfahanlı  Əbu  Əli  Əhməd  ibn 

Ömər  ibn  Rustanın  “Kitab  əl-Alaq  ən  nəfisə”  (“Nəfis 

daş-qaşlar kitabı”) əsərində 5-ci iqlim ölkələrindən bəhs 

edərkən  Taylasanın  adını  çəkməməsi  onun  Babək 

hərəkatı  yatırıldıqdan  sonra  artıq  Deyləm,  Gilan  və 

Azərbaycan  inzibati vilayətləri  arasında bölüşdürülməsi 

ilə  izah  edilə  bilər.  Araşdırmalar  göstərir  ki,  İbn  Rusta 

ərəbdilli  coğrafiyaşünas-səyyahların  sırasına  daxil 

edilsə  də,  o  milliyyətcə  fars  olmuşdur.  O  ,  “Kitab  əl- 

Alaq  ən-nəfısə”  əsərini  290-cı  hicri/903-cü  miladi 

ilində  tərtib  etmişdir.  Müəllif  əsərində  dünyanı  yeddi 

iqlimə  ayırmış,  bu  iqlimlərin  hər  birinin  flora  və 

faunası,  möcüzəli  yerləri  barədə  maraqlı  məlumatlar 

vermişdir.  Əsərində  İranın  təsvirinə  geniş  yer  vermiş 

müəllifin  Azərbaycan  haqqında  verdiyi  məlumatlar  az 

və  qarışıqdır.  O,  Azərbaycanı  və  həmçinin,  Taylasanı 

V  iqlimə  daxil  etmişdir.  Çünki,  coğrafi  cəhətdən  də 

baxdıqda 

Taylasan 

torpaqları 

şimallı-cənublu 

Azərbaycanın  Xəzərsahili  mərkəz  hissəsidir.  İbn  Rusta 

Kaspi  (Xəzər)  dənizindən  bəhs  edərkən  əsərində 

dənizin 3 adını verir:

“Təbəristan  və  ya  Curcan  dənizi  ;  buna  həmçinin  əl-Bab 

dənizi də deyilir.”

Bu  adlar  hamısı  indiki  Xəzər  dənizinə  aid  edilsə  də 

əslində  dənizin  ayrı-ayrı  hissələrinə  verilən  adlar  idi. 

“Əl-Bab”  adı  dənizin  qərb  sahilləri  ilə  indiki  Abşeron/ 

yarımadasından  başlamış  Dərbənd  (əl-Bab)  şəhərinə

Ə r ə b   m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

-  3 0 -


qədər  uzanan  hissəsinə  şamil  edilirdi.  Abşeron 

yarmadasmdan  cənuba  doğru,  indiki  İran  İslam 

Respublikasının  Mazandaran  ostanına  qədərki  hissə 

Təbəristan  dənizi  adlanırdı  ki,  Taylasan  torpaqları  da 

Təbəristan dənizinin sahilində yerləşirdi.  Elburs  dağları 

və  indiki  Qorqan  çayından  başlanmış,  dənizin  şərq 

sahilləri  ilə  şimala  doğru  indiki  Qaraboğazqol 

körfəzinə  qədər  uzanan  hissə  Qorqan  və  ya  Curcan 

dənizi adlanırdı37.

Yuxarıda da qeyd etdiyimiz kimi  ,  İbn Rusta V iqlim 

ölkələrindən bəhs etsə də Taylasan adını çəkməmişdir.

İbn Rusta yazır:



“.... Beşinci  iiqlim  məşriqdə  yəcuclar  ölkəsindən  başlanır,

sonra  şimala  Xorasana  doğru  uzanır  .  Ticarət  şəhərlərindən 

burada  Navicət  (Orta  Asiya  şəhərlərindən  biri),  İsficab,  əş- 

Şaş  ,  Turarbənd  ,  Xuvarəzm  ,  Azərbaycan  və  Ərməniyyə 

vilayətləri, Bərdə , Nəşavə ,Sisəcan , Arzan , Xilat vardır

Buradan  isə  belə  məlum  olur  ki,  ya  İbn  Rusta  V 

iqlimə aid etdiyi ölkələri yaxşı tanımamış və yaxud da o 

daha  çox  İran-fars  torpaqlarını  tərənnüm  etdiyindən  V 

iqlim şəhərlərinə geniş yer verməmişdir.

Ə r ə b  m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

37 Bax:  «Атлас Мира»,  Москва,  1963 ,c. 4Q-41, 46-47.

- 3 1   -



II bölmə

X əsr ərəb müəllifləri Talış haqqında

IX  əsrdən  başlayaraq  Abbasilərə  qarşı  baş  verən 

xalq  azadlıq  hərəkatları  xilafəti  zəiflədirdi.  Feodal 

münasibətlərinin 

möhkəmlənməsi 

ilə 


Xilafətin 

mərkəzdən 

uzaq 

olan 


ucqarlarında 

hakimlərin 

müstəqilliyi  artır,  ərəblərin  yaratdığı  əmirliklərdən 

fərqli  olaraq  müstəqil  xırda  feodal  -  əmirlikləri 

yaranırdı.  Müstəqil  əmirliklərə  rəhbərlik  edən  şəxslər 

bir  zamanlar  buraya  elə  ərəb  xəlifələri  tərəfindən  təyin 

olunmuş 

nəsillərin 

zaman 

keçdikcə 



yerliləşən 

nümayəndələri  idilər.  Azərbaycan  tarixçisi  Tofiq 

Mustafazadə bu prosesləri belə əks etdirir.

“Onların  əsasını  qoyduqları  feodal  nəsilləri  zaman 

keçdikcə  özlərinin  ərəb  mənşəyini  itirir  ,  yerli  xalqlarla 

qarışırdılar.”38.

Bəhs  olunan  dövrdə  şimallı-cənublu  Azərbaycan 

ərazisində  bəzi  kiçik dağlıq ərazilər istisna  olmaqla hər 

yerdə xalq islamı qəbul etmişdi.



“Artıq  X  əsrdə  Azərbaycanın  demək  olar  bütün 

şəhərlərində  came  məsçidləri  vardı,  hətta  X  əsrin  məhşur 

coğrafiyaşünas 

səyyahı 

əl-Müqəddəsi 

şəhəri 

kənddən"

38 T. Mustafazadə. Ümumi tarix, II cild, B ., s. 65.



Ə r ə b   m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

- 3 2 -


fərqləndirən əsas cəhəti məhz hər hansı yaşayış yerində came 

məsçidinin  olmasında görürdü.”39

Azərbaycan 

ərazisində 

IX-X 


yüzilliklərdə 

Şirvanşahlar,  Sacilər,  Salarilər,  Rəvvadilər,  Şəddadilər 

dövlətləri  mövcud  olmuşdur.  IX  əsrin  sonu  -   X  əsrlər 

Azərbaycan  tarixinə  aid  ilk  fundamental  əsərlərdən 

birinin  müəllifi,  tarix  elmləri  doktoru,  professor 

Məmmədəli 

Şərifli 

bu 


dövlətlərin 

yaranma 


əhəmiyyətindən danışarkən yazırdı:

“Altı  yüz  ilə  qədər  davam  edən 

Sasani  və  Ərəb 

əsarətindən  sonra  yerli  dövlətlərin  -   Şirvanşahlar,  Sacilər, 

Salarilər,  Rəvvadilər,  Şəddadidlər  dövlətlərinin  yaranması 

Azərbaycan  dövlətçiliyinin  dirçəlməsi  baxımından  böyük 

əhəmiyyətə malik id i.”

Taylasan  torpaqları 

Şəddadilər  dövləti 

istisna 


olmaqla  qısa  müddətli  olsa  da  adı  çəkilən  digər  dörd 

dövlətin  tərkibində  olmuşdur.  Lakin  bu  dövlətlərdən 

ikisinin  -   Cənubi  Taylasan  -  Deyləm  hakimləri 

içərisindən  çıxmış  Salarilər  və  Ərdəbil  hakimləri  olan 

Rəvvadilərin  tarixi  ilə  Taylasan  torpaqlarının  tarixi 

daha  çox  bağlı  olmuşdur.  Məlum  olduğu  kimi, 

Azərbaycan  torpaqlarını  ilk  dəfə  vahid  dövlətdə 

birləşdirən  sülalə  Sacilər  olmuşlar.  Mənşəcə  Orta 

Asiyanın  türk  tayfalarının  nəsillərindən  olan  Sacilər 

sülaləsinin  banisi  Əbu-s  Sacın  adı  ərəb  mənbələrində 

ilk  dəfə  olaraq  Babəkin  əsir  alınıb  Bərzəndə  (“Kafirlər

Ə r ə b  m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

39 N.Vəlixanlı. Ərəb Xilafəti və Azərbaycan, B.  ,  1993, s. 72.

-33  -



Yüklə 3,56 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə