227
təcil və koordinat eyni zamanda maksimuma çatır, eyni zamanda da sıfır olur
(koordinatla müqayisədə təcil rəqslərinin amplitud qiyməti böyük olur).
Rəqs yaratmaq üçün kürəni kənar vəziyyətə gətirməklə, biz ona müəyyən
qədər potensial enerji vermiş oluruq. Rəqs başlayan zaman bu enerji kinetik
enerjiyə çevrilir (kürə sürət toplayır). Belə çıxır ki, rəqs zamanı kinetik və
potensial enerjilər də hormonik qanunla dəyişir.
Rəqsi hərəkətdə zamana görə dəyişməyən kəmiyyətlər isə rəqsin periodu,
tezliyi, amplitudu (məcburi rəqslər üçün) və enerji itkisi nəzərə alınmasa, verilmiş
rəqs üçün tam enerjidir.
Qeyd edim ki, rəqsin amplitudu artdıqca, tam enerji də artır, çünki
amplitudun artması rəqs edən cismin səthdən hündürlüyünün artması, bu isə
potensial enerjinin (nəticədə tam enerjinin) artması deməkdir.
Rəqsin periodu və tezliyi isə amplituddan asılı olmur. Düzdür, bu zaman
amplitudun artması ilə rəqs edən cismin cızdığı qövsün uzunluğu (getdiyi yol)
artır, lakin amplitudun artması ilə cismin hərəkət sürəti də artır və nəticədə bir
tam rəqsə sərf olunan zaman (period) dəyişmir.
Rəqs edən cisim bir period ərzində 4 amplitud qədər (
4
və ya
4 A)
qədər yol qət edir. Onda belə
hərəkətdə ixtiyari t müddətində
qədər yol gediləcək.
Rezonans.
Enerji itkisi olduğundan, sərbəst rəqslərin amplitudu zaman
keçdikcə kiçilir və rəqs sönən olur (şəkil 262).
X
Sönməyən rəqs almaq üçün sistemə periodik
dəyişən qüvvə ilə təsir etmək lazımdır. Bu
t
zaman yaranan rəqslər məcburi rəqslər olur.
Məcburi rəqs sistemində bəzən
Şəkil 262.
rezonans adlanan hadisə baş verir. Fərz edək ki, məxsusi rəqs tezliyi
olan
sistemə tezliyi
olan xarici periodik qüvvə təsir edir. Əgər xarici periodik
qüvvənin tezliyi sistemin məxsusi rəqs tezliyindən kiçikdirsə, onda xarici qüvvə
periodun müəyyən hissələrində yerdəyişmənin əksinə yönələrək, mənfi iş
görəcək, yəni rəqs edən cismi tormozlayacaq.
Bu hadisə
olduqda da baş verir.