Е. S. C ə f ə r o V f I z I k a



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə84/112
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12930
1   ...   80   81   82   83   84   85   86   87   ...   112

 
220 
 
Burada   -sarğacın induktivliyi,   isə sarğacdan  keçən cərəyanın şiddətidir.   
Bu   ifadəni    
 
 
 
    
 
 = 
  
 
 
   və ya kəsrin sürət və məxrəcini     – ə vurub 
– bölməklə     
 
 
 
 
 
 
 
  
 
 
 
  
 
   kimi də yazmaq olar.   
Deməli,  cərəyanlı sarğacın   maqnit    sahəsinin    enerjisi   üçün   həm də         
 
 
 
 
 
  
 
 
    və     
 
 
 
 
 
  
 
   ifadələrini ala bilərik. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
221 
 
    
RƏQSİ  HƏRƏKƏTLƏR 
 
 
 MEXANİKİ  RƏQSLƏR 
 
Ştativdən  elastiki  yay  asıb,  onun  sərbəst  ucuna  metal  kürə  bağlayaq.  Bu 
zaman  yay  açılaraq  müəyyən  bir  vəziyyət  alacaq.  Bu  vəziyyət  kürəyə  təsir  edən 
ağırlıq  qüvvəsi  ilə  (daha  dəqiq  desək,  kürənin  çəkisi  ilə)  yayda  yaranmış  elastiki  
qüvvənin  bir - birini  tarazlaşdırdığı  vəziyyət  olacaq.    
Kürəni  aşağı dartmaqla tarazlıq vəziyyətindən çıxarıb                               
 
buraxsaq,  o,  tarazlıq  vəziyyəti  ətrafında   gah  aşağı,                               
 
  
              
 
gah   da   yuxarı   hərəkət   edəcəkdir  (şəkil 258). Belə                    
 
  
                                        
hərəkət rəqsi hərəkət adlanır.  
 
Rəqsi  hərəkəti  ipdən  asılmış   kürəni  tarazlıq                         
vəziyyətindən    çıxarıb      buraxmaqla   da   yaratmaq                         
   
                                                                            
olar (şəkil 259).                                                                             
 
Hər  iki    halda    rəqsin   yaranmasına   səbəb              Şəkil 258. 
tarazlıq   vəziyyətindən  çıxarılmış  kürənin   çəkisinin  
elastiki     qüvvəni    tarazlaşdıra     bilməməsidir.   Bu 
 zaman   istər   yaydan,    istərsə   də    ipdən   asılmış  
kürənin    tarazlıq   vəziyyətindən  çıxarılması   zamanı                                  
elastiki   qüvvə   ilə  ağırlıq  qüvvəsinin  kompensasiya           
 
  
    
 
  
   
 
  
                                    
 olunmaması    hesabına    yaranan   əvəzləyici  qüvvə                      
   
                           
 kürəni   tarazlıq  vəziyyətinə  qaytarmaqla,  hərəkətin                 
 
  
      
 
  
 
təkrarlanmasını  təmin  edir ki, bu da  rəqsi hərəkətin                  
yaranmasına səbəb olur.                                                            
  
         
  
       
  
 
           Müəyyən zaman intervalından sonra tamamilə            Şəkil 259.    
dəqiq və ya təqribi təkrarlanan hərəkət rəqsi hərəkət adlanır
 
 
Sərbəst və məcburi rəqslər.
  
Göstərdiyimiz   misallarda  hava  ilə  sürtünmə  nəticəsində enerji  itkisi  ilə  


 
222 
 
müşayiət  olunduğu üçün rəqslər sönən rəqslər olur, yəni tarazlıq vəziyyətindən 
kənarlaşdırılmış kürə yenidən ən kənar vəziyyətə qayıda bilmir. Ona görə də belə 
rəqslər təqribi təkrarlanan rəqslər olur. 
 
Yalnız  daxili  qüvvələrin  (elastiki  və  ağırlıq  qüvvələrinin)  hesabına 
yaranan belə rəqslər sərbəst rəqslər adlanır 
 
Bu  cür  sistemdə  sönməyən  rəqslərin  alına  bilməsi  üçün  sistemə  dövri 
dəyişən qüvvə ilə təsir etməklə, hər dövrdəki enerji  itkisini bərpa etmək lazımdır.  
Sistemdə  dövri  dəyişən  qüvvənin  təsiri  ilə  yaranan  rəqslər  məcburi 
rəqslər adlanır.  Məcburi rəqslər tamamilə dəqiq təkrarlanan rəqslər olur
 
Deyilənlərdən aydın olur ki, hər hansı sistemdə sərbəst rəqslərin yarana 
bilməsi  üçün  cismin  tarazlıq  vəziyyətindən  çıxarılması  zamanı  onu  yenidən 
tarazlıq  vəziyyətinə  qaytarmağa  çalışan  qüvvə  meydana  çıxmalıdır.  Əks  halda, 
rəqs  yarana  bilməz.  Məsələn,  qeyri-elastiki  yay  misalında  belə  qüvvə  meydana 
çıxmadığı  üçün  rəqs  yarana  bilmir.  İkincisi,  rəqs  yaranan  sistemdə  sürtünmə  
kifayət qədər kiçik olmalıdır.  Məsələn, özlü maye olan qliserinin içərisində rəqs 
yaratmağa  çalışsaq,  ona  nail  olmayacağıq,  çünki  bu  halda  əvəzləyici  qüvvə 
tarazlıq  vəziyyətindən  çıxarılmış  cismi  ən  yaxşı  halda  ancaq  əvvəlki  vəziyyətinə 
qaytara bilər.   
 
Rəqs edə bilən sistem rəqqas adlanır. İstənilən rəqs yarada bilən sistemə 
fiziki  rəqqas  deyilir.  Uzun  müddət  davam  edən  rəqslər  isə  riyazi  rəqqasların 
köməyi  ilə  alına  bilər.    Riyazi  rəqqaslarda  sürtünmənin  minumuma  endirilməsi 
hesabına rəqslərin uzun müddətli olması təmin olunur.  
 
Uzanmayan,  çəkisiz,  nazik  sapdan  asılmış  maddi  nöqtə  riyazi  rəqqas 
adlanır
 
Rəqsi hərəkətin tənliyi.
   
Rəqsi  hərəkət  üçün  mexanikanın  əsas  məsələsini,  yəni  rəqs  edən  cismin 
koordinatının zamandan asılılığını müəyyənləşdirək. Bunun üçün əvvəlcə hərəkət 
tənliyini çıxaraq.  
 
Yaylı  rəqqas  misalında  sərtlik  əmsalı       olan  yaydan  asılmış         kütləli 
cismi rəqs etdirən əvəzləyici qüvvə üçün Nyutonun ikinci qanununu  tətbiq etmək 
olar.  Bu  halda  seçilmiş    X    istiqaməti  üçün    qüvvənin    proyeksiyası   
 
    
 
,    
əvəzləyici  qüvvənin  isə  elastiki    qüvvə  olduğunu      və    onun    X  oxu  üzərində  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə