sahibkar
Bir məsələni də qeyd edim ki, istər
biznesdə olsun, istərsə də digər işlərdə,
gərək işçinin haqqını yeməyəsən. O za-
man o, işini sevə-sevə görəcək.
Rəhbəri olduğunuz “Biləv” şirkəti-
nin tarixi 2003-cü ildən başlayır. Şirkə-
tiniz, əsasən, hansı istiqamətlərdə fəa-
liyyət göstərir?
F.Ə.:
İnşaat materiallarının həm top-
dansatışı, həm də quraşdırılması ilə məş-
ğul oluruq. Öz biznesimizi praktiki ola-
raq sıfırdan başlayaraq, ildən-ilə satışın
həcmini artırmaqdayıq. Bu gün “Biləv”
inkişafda olan bir şirkətdir. Bazardakı
fəaliyyətimiz dövründə şirkətimiz böyük
idxalçı şirkətlərlə qurduğumuz işbirliyi
nəticəsində etibarlı partnyor nüfuzu qa-
zanıb. Ölkə ərazisinə dam örtüklərinin
və su-izolyasiya materiallarının idxalını
və satışını təşkil edirik. “Biləv” hazırda
“Onduline Avrasya”, “Knauf”, “Baytaş”,
“Arta”, “Egger”, “Plaspanel”, “Yapıser”,
“Polser” kimi şirkətlərin Azərbaycan-
da rəsmi distribütorudur. Şirkətimizin
Azərbaycanın bir çox regionunda fili-
alları fəaliyyət göstərir. Bundan başqa,
“Biləv” şirkət olaraq dünyanın bir çox
ölkəsində tanınır.
Şirkətinizdə kifayət qədər işçi heyə-
ti var. Maraqlıdır, işçi seçərkən daha
çox hansı keyfiyyətlərə üstünlük verir-
sinz?
F.Ə.:
Mən hər zaman deyirəm ki, bizə
öncə normal insan, sonra normal işçi la-
zımdır. Çünki ortalığa normal iş qoymaq
üçün öncə normal insan olmaq lazım-
dır. Bir insan düzgün düşünürsə, düzgün
davranırsa, anlayır və anladırsa, onunla
işləmək olar.
Özünü tanıyan, peşəsini sevən in-
sanlarla işləmək daha rahatdır. Hər bir
şirkətdə peşəkar və dürüst işçilərə ehti-
yac var. Təəssüf ki, peşəkar işçi tapmaq
çətindir. Bunun nəticəsidir ki, əmək ba-
zarında hamı iş axtarır, hamı da işçi ax-
tarır.
İşçiləri, əsasən, dərs dediyim tələbələ-
rin arasından seçirəm. Tələbənin əxlaqı-
na, davranışına, savadına, onun öz üzə-
rində çalışmasına, məsuliyyətli olmasına
diqqət yetirərək seçim edirəm.
Qeyd etdiniz ki, əmək bazarında
hamı iş axtarır, hamı da işçi axtarır.
Fikrinizcə, bunun səbəbi nədədir?
F.Ə.:
Bunun səbəbi ondadır ki, insanlar
sevdiyi, seçdiyi, təhsil aldığı işin dalınca
getmirlər sadəcə iş axtarırlar, maaş olsun,
işləsinlər. İşçi almaq istədiyi məvacibə la-
yiq olmalıdır. İşçi şirkətə gəlir gətirməli-
dir ki, özü də qazansın.
Hər bir peşə üzrə təhsil almaq lazımdır.
Mən yenə də məsələyə iş adamı kimi yox,
müəllim kimi yanaşacağam. Ölkəmizdə
əvvəllər peşə məktəbləri var idi, xarrat-
lıq, dülgərlik və s. kimi peşələri seçənlər
orada təhsil alır, peşələrinin incəliklərini
öyrənirdilər. Bu gün bu hallara rast gəl-
mirik. Ona görə də peşəkar işçi tapmaq
çətinləşir.
Gənclərə karyera qurmaları ilə bağ-
lı nə tövsiyə edərdiniz?
F.Ə.:
Tövsiyə edərdim ki, öz üzərlərin-
də çalışsınlar, əmək bazarındakı tələb-
lərə müəyyən qədər cavab versinlər. Bu,
onlara uğur gətirəcək. Təhsil aldıqları
müddətdə öncə ixtisaslarını mükəmməl
öyrənsinlər. Bəzən iş axtaran gənclər bizə
müraciət edir və öz ixtisaslarını yox, iki ay
kursa getmələrini və kompüteri bilmələ-
rini qabardırlar. Halbuki kompüter proq-
ramlarına, dil bilgisinə ixtisas yanında
köməkçi olaraq baxmalıdırlar.
Mən öz tələbələrimə də, övladlarıma
da, işçilərimə də deyirəm ki, çalışın mü-
taliə edin, oxuyun. Çünki oxumaq insanın
beynini inkişaf etdirir, yaddaşı gücləndi-
rir, sağlamlığa təsir edir. Həkimlər bunu
daha yaxşı bilir. Kitab oxumaq maddələr
mübadiləsini tənzimləyir, çox oxumaq
yaddaşı yeniləyir. İnsan uca səslə oxuyan-
da səlis danışır, qiraəti güclü olur. Gözəl
danışmağın arxasında mütaliə dayanır.
Boş vaxtınızı necə keçirirsiniz?
F.Ə.:
Futbol oynayıram, kitab oxuyu-
ram. Viktor Hüqonun “Səfillər” romanını
beş dəfə oxumuşam. Hər dəfə “Səfillər”i
oxuduqca yeni nələrsə öyrənirəm.
Bir iş adamının gəlir əldə etməkdən
başqa hansı missiyası olmalıdır?
F.Ə.:
Mən belə fikirləşirəm ki, iş adam-
ları olaraq çalışmalıyıq qazandığımız pu-
lun bir hissəsini kəndimizin, şəhərimizin,
vətənimizin inkişafına sərf edək. Kimin
nəyə imkanı çatırsa etsin. Hər hansı bir
məktəbə kompüter alıb versinlər, yol çək-
sinlər, məktəb tikdirsinlər. İstərdim ki, iş
adamları istedadlı, köməyə ehtiyacı olan
gənclərimizin təhsilinə kömək etsinlər,
təhsil haqlarını ödəsinlər.
Uğurlu iş adamı olmaq üçün biznes
təhsili nə dərəcədə önəmlidir?
F.Ə.:
Biz müstəqilliyin ilk illərində təh-
sil aldıq. Həmin dövrdə sahibkarlıq yenicə
inkişaf etməyə başlamışdı. XX əsrin 90-cı
illərində biznesə başlayanların əksəriyyə-
tini şəxsən tanıyıram. Düzdür, onlara döv-
lətin də dəstəyi oldu, amma mən onları
təqdir edirəm ki, biznes təhsili almadan
belə uğurlu fəaliyyətləri oldu.
Əgər bizlər biznes təhsili alsaydıq,
daha çox işlər görərdik. Şəxsən mən biz-
nes təhsili alsaydım, indi işçilərin sayı
daha çox, ofisimiz böyük, satış filialları-
mız da çox olardı.
İllər keçdikcə gənclərin təhsil im-
kanları da genişlənir. Necə düşünür-
sünüz, bilavasitə biznes sektorunda
təhsil alan gənclər Sizi ötə biləcəkmi?
F.Ə.:
2000-ci illərin yetirmələri in-
di-indi biznes sektoruna daxil olur. Ona
görə də, hesab edirəm ki, indidən bir fikir
bildirmək doğru olmazdı. Heç bir biznes
praktikası olmadan, biznes təhsili olma-
dan öz biznesini quran, inkişaf etdirən iş
adamlarımız var, onlara uğurlar arzula-
yırıq. Əlbəttə, inanıram ki, biznes təhsili
alan gənclərimiz bizi ötüb keçəcək. Bir
məsələni də qeyd edim ki, işdə komanda
ruhu olmalıdır. Hər bir uğurlu işin arxa-
sında komanda işi dayanır. Əgər iş adam-
ları biznes təhsilli gəncləri öz işlərinə cəlb
etsələr, əlbəttə ki, onlar da inkişaf edə-
cəklər. Əsas odur ki, şirkət təhsilli, prak-
tik vərdişlərə malik komandadan ibarət
olsun. O zaman işdə uğur qazanmaq olar.
Azərbaycanda iş adamlarını bir ara-
ya gətirən ATİB kimi birliklərin önəmi
nədən ibarətdir və ATİB-in gələcək fəa-
liyyəti ilə bağlı hansı tövsiyələriniz var?
F.Ə.:
Mən artıq 4-5 ildir ATİB-in, 6-7
aydır isə bu birliyin idarə heyətinin üz-
vüyəm. İş adamlarının bir-birini daha
yaxından tanıması, işgüzar əlaqələrin
formalaşması baxımından ATİB kimi
birliklərin önəmi böyükdür. İstərdim ki,
hər bir şirkət təşəbbüskar olsun, ATİB-ə
müəyyən layihələr təqdim etsin, ATİB-lə
birgə sosial, iqtisadi və digər sahələrdə
birgə layihələr həyata keçirsin. ATİB-ə və
birliyin üzvü olan şirkətlərə gələcək fəa-
liyyətlərində uğurlar arzulayıram.
42
say 24 |
EcoVision