Cədvəl 1-də ali təhsilin magistra-
tura pilləsinin iqtisadiyyat və idarəet-
mə ixtisas qrupları üzrə qəbul olunan
tələbələr üzrə göstəricilərə baxdığımız
zaman görmək olar ki, burada magistr-
lərin sayı 2000/2001-ci tədris ilində
638, 2009/2010-cu tədris ilində 1.531,
2012/2013-cü tədris ilində 1.628,
2013/2014-cü tədris ilində isə 2.017 nəfər
2000/2001
2008/2009
2009/2010
2012/2013
2013/2014
Tələbələrin sayı – сəmi, nəfər
119 683
136 587
139 194
145 584
151 274
o cümlədən:
İxtisas qrupları üzrə:
İqtisadiyyat və idarəetmə ixtisasları qrupu
–
–
5 906
28 501
33 201
İqtisadiyyat və idarəetmə
23 056
33 167
28 031
3 823
800
Dövlət və qeyri-dövlət аli təhsil müəssisələrində ixtisas qrupları və istiqamətlər üzrə təhsil alan tələbələrin sayı
(tədris ilinin əvvəlinə)
Cədvəl 2
Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatları
Cədvəl 2-də illərə görə trendə baxdıq-
da bütün ali məktəblər üzrə iqtisadiyyat
və idarəetmə istiqamətində oxuyan tələ-
bələr 2000/2001-ci tədris ilində 23056,
2008/2009-cu tədris ilində 33 167,
2012/2013-cü tədris ilində 32 324 nəfər
və 2013/2014-cü tədris ilində 34 001
nəfər təşkil etmişdir. Buradan da görün-
düyü kimi, iqtisadiyyat sahəsi üzə təhsil
təhlil
olmuşdur. İllər üzrə müqayisəli təhlil apa-
ran zaman görmək olur ki, 2013/2014-cü
tədris ilində iqtisadiyyat və idarəetmə ixti-
sas qruplarının magistratura pilləsinə qə-
bul olunan tələbələrin sayı 2009/2010-cu
tədris ilinə nisbətən orta hesabla 3 dəfə,
2012/2013-cü tədris ilinə nisbətən isə
19,2% artmışdır. Qeyd edək ki, bu artımda
universitetlər tərəfindən ali təhsilin ma-
gistratura pilləsində biznes idarəetməsi
üzrə həyata keçirilən MBA proqramlarının
da mühüm rolu vardır.
Cədvəl 2-nin məlumatları əsasında
Azərbaycanda dövlət və qeyri-dövlət аli
təhsil müəssisələrində ixtisas qrupları və
istiqamətlər üzrə təhsil alan tələbələrin
sayını təhlil edən zaman görmək olar ki,
2013/2014-cü tədris ilində iqtisadiyyat
və idarəetmə üzrə oxuyanların sayı ümu-
mi tələbə kontingentinin 21,94%-ni təşkil
etmişdir.
alanların sayı 2013/2014-cü tədris ilində
2000/2001-ci tədris ilinə nisbətən 32,2,
2008/2009-cu tədris ili ilə müqayisədə
2,45, 2012/2013-cü tədris ilinə nisbətən
isə 4,93 faiz artmışdır. Ümumilikdə hər
il bu sahədə təhsil alanların sayının ilbəil
artması ölkəmizdə biznes münasibətləri-
nin inkişafı ilə yanaşı, bu ixtisas üzrə təhsil
imkanlarının da artdığını göstərir.
Ölkəmizdə biznes təhsilinə marağın
artması, iqtisadçı məzunlara əmək baza-
rında ehtiyacın genişlənməsi, o cümlədən
sahibkarlıq subyektlərinin sayının çoxal-
ması tələbə və magistrlərin sayında ilbəil
yüksəlişi şərtləndriməklə bərabər, bu
sahədə təhsil verən ali məktəblərin qarşı-
sında mühüm məsuliyyətlərin də forma-
laşdığını göstərir.
Hazırda ölkəmizdə biznes təhsilinin
həyta keçiilməsində dövlət və özəl ali mək-
təblər içərisində Azərbaycan Dövlət İqtisad
Universiteti, ADA Universiteti, Azərbaycan
Turizm və Menecment Universiteti, Azər-
baycan Kooperasiya Universiteti, Xəzər
Universiteti, Qərb Universiteti, Qafqaz Uni-
versiteti, Bakı Biznes Universiteti və Azər-
baycan Universiteti daha çox fərqlənir.
ADA Universitetinin tərkibində ayrıca
Biznes Məktəbi fəaliyyət göstərir. Yaxşı
təcrübə kimi həmin məktəbin Məsləhət
Şurasına Azərbaycanın öndə olan biznes
strukturlarının vəzifəli şəxsləri daxil edil-
mişdir. Bu da biznes nümayəndələrinin
tədrisin təşkilində birbaşa iştirakına im-
kan yaradır.
Azərbaycan Dövlət İqtisad Universi-
tetində (ADİU) isə iqtisadiyyatın bütün
sahələri üzrə tədris həyata keçirilir. Bura-
da London Universitetinin London İqtisa-
diyyat Məktəbinin bakalavr dərəcə proq-
ramının həyata keçirilməsini, İnnovativ
Biznes İnkubatorunun təşkilini, biznes
strukturlarında çalışanların tədris prose-
sinə cəlb olunmasını və s. göstərmək olar.
ADİU-da İnkubator vasitəsilə universitet
tələbələrinin startap layihələri qiymətlən-
dirilərək onların biznesə başlamaları üçün
də dəstək proqramı həyata keçirilir.
Qafqaz Universitetində isə biznes və sə-
naye ilə əməkdaşlığa kompleks yanaşılaraq
bu istiqamətdə müasir dövrdə iş dünyasının
38
say 24 |
EcoVision
ƏSƏS MÖVZU: Biznes təhsili
təhlil
tələblərinə cavab verəcək şəkildə müxtəlif
mərkəzlər yaradılmışdır. Həmin mərkəzlər
vasitəsilə həm universitet əməkdaşları, həm
də tələbələr biliklərini özəl sektorda reallaş-
dırmaq və artırmaq imkanı əldə edirlər. Bu-
nunla yanaşı, praktiki biliklərin artırılması
məqsədilə laboratoriyalar, o cümlədən tex-
noparklar təşkil olunmuşdur.
Bütün bunlara baxmayaraq, ölkədə biz-
nes təhsilinin inkişafı qarşısında hələ də
bir sıra problemlər qalmaqdadır. Bunun
üçün də beynəlxalq təcrübənin öyrənilmə-
si və ölkəmizdə tətbiqinin genişləndirilmə-
sinə böyük ehtiyac var.
Qısası, beynəlxalq təcrübəyə nəzər sal-
saq, görmək olar ki, Amerikada sahibkar-
lar və müxtəlif şirkətlərin insan resursları
departamentlərinin nümayəndələri mobil
informasiya portalı vasitəsilə universiteti
bitirməkdə olan tələbələrin və məzunların
bacarıqları barəsində ətraflı məlumat əldə
edərək onları öz şirkətlərinə cəlb etmək
imkanı da qazanırlar.
Beynəlxalq sertifikatlar proqramı va-
sitəsilə İstanbul Universiteti həm Türkiyə-
də, həm də müxtəlif xarici ölkələrdə biznes
strukturları üçün treninqlər təşkil edərək,
onların vasitəsilə müəllim heyətinin iş-
güzarlığını artırır, məzunlarına davamlı
dəstək göstərir və maliyyə vəsaiti cəlb edir.
Avropa universitetlərinin xarakterik xü-
susiyyətlərindən biri isə onların nəzdində
reklam və marketinq departamentlərinin
fəaliyyət göstərməsidir. Bu şöbələrin əsas
vəzifəsi təmsil etdikləri universitetlərin
həm ölkə daxilində, həm də beynəlxalq
arenada müsbət imicini formalaşdırmaq,
tələbə axınını çoxaltmaq, ali məktəblərin
mövcud bazara təqdim etdikləri məhsullar
(tədqiqat işləri, proqramlar, müəllim heyə-
ti və s.) haqqında cəmiyyəti məlumatlandı-
raraq müştəri cəlb etməkdən ibarətdir.
İngiltərədə karyera tərbiyə proqramları
peşəkar işçilərlə tələbələr arasında həyata
keçrilir. Proqram vasitəsilə peşəkarlar öz
təcrübələrini, ekspertizalarını tələbələrlə
paylaşmaqla onlara karyera ideyalarını in-
kişaf etdirməyə kömək edirlər.
Bu misalları xeyli artırmaq da olar. Son-
da biznes təhsilinin inkişafı ilə bağlı bir
neçə təklif irəli sürmək üçün İqtisadi Re-
sursların Öyrənilməsi İctimai Birliyi tərə-
findən aparılmış tədqiqatdan irəli gələn
bir neçə tövsiyəni aşağıda sadalayaq:
1.
Universitetlərdə kadr hazırlığı işini şirkət-
lərlə əməkdaşlıq çərçivəsində birgə təşkil
etmək; universitetlərin dekanlıqları, müvafiq
şöbələri sahibkarlıq subyektləri və biznes
assosiasiyaları ilə qarşılıqlı əlaqə qurmalı-
dır. Bunun üçün müştərək “İnsan resursları”
proqramlarının təşkili daha məqsədəuy-
ğundur. Bu istiqamətdə görüləcək işlər həm
müəssisələr, həm də ali təhsil ocaqları və
onların məzunları üçün böyük əhəmiyyət
daşıyır. Belə ki, sahibkarlıq subyektləri kadr
hazırlığı prosesində yaxından iştirak edərək
aktiv tələbələri seçib işə götürəcəklər. Bu da
müəssisənin yeni işçinin təkmilləşdirilməsi
ilə bağlı xərclərinə qənaət olunmasına gəti-
rib çıxaracaq. Universitetlər isə məzunları-
nın işlə təmin olunmasına nail olacaqlar;
2.
Özəl sektorla elm və təhsil sferasının
münasibətlərinin formalaşdırılması is-
tiqamətində qanunvericilikdə müvafiq is-
lahatlar aparmaq;
3.
Universitetlərdə praktikanın təşkili za-
manı sahibkarlıq subyektlərinin və tələ-
bələrin rəylərini nəzərə almaq;
4.
Universitet-sənaye əməkdaşlığını ge-
nişləndirmək. Bu istiqamətdə sənayenin
müxtəlif sahələri üzrə müvafiq kafed-
raların yaradılması, həmçinin təcrübə
bazalarının formalaşdırılması, ali mək-
təblərdə və elmi müəssisələrdə sənaye
sahələrində çalışanlar üçün nəzəri-təlim
mərkəzlərinin təşkil olunması sonda
universitet-sənaye əməkdaşlığının ge-
nişlənməsinə, yeni ideyaların təcrübə
məkanlarında daha çevik formada sınaq-
dan keçirilməsinə və tətbiqinin sürətlən-
məsinə, elm və təcrübənin sintezi üçün
daha əlverişli mühitin yaranmasına gəti-
rib çıxarar;
5.
Biznes təhsili sahəsində ölkəmizdə qabaq-
cıl mövqedə olan universitetlərin ən yaxşı
təcrübələrinin Bakı və regionlarda yerləşən
iqtisadiyyat sahəsində təhsil verən ali təhsil
ocaqları arasında yayılmasına çalışmaq.
Azərbaycanda biznes təhsilinin inkişafı
davamlı olaraq diqqət mərkəzində saxla-
nılmalıdır. Çünki dünya ölkələri içərisində
rəqabətədavamlı ölkə olmaq üçün rəqa-
bətədavamlı sahibkarlıq subyektlərinə ma-
lik olmaq lazımdır. Bunun üçün isə biznes
strukturlarında ixtisaslı və peşəkar kadrla-
rın olması ən ümdə məsələlərdən biridir.
39
say 24 |
EcoVision
ƏSƏS MÖVZU: Biznes təhsili