Tələbələr daha çox
menecment və iqtisadiyyat
ixtisaslarına meyil edirlər
Anadolu Universiteti “Azərbaycan Proqramları”nın
koordinatoru Azər Hətəmov “Eco Vision” jurnalının
suallarını cavablandırır
Azər müəllim, distant (məsafədən)
təhsil sahəsində 30 ildən çox təcrübə-
si olan Anadolu Universiteti 2009-cu
ildən başlayaraq Azərbaycandan dis-
tant formada tələbə qəbul edir. Bu illər
ərzində Anadolu Universiteti “Azərbay-
can Proqramları” hansı inkişaf yolunu
keçib və ATİB-in buradakı rolu nədən
ibarətdir?
A.H.:
Əvvəlcə qeyd edim ki, Türkiyənin
Anadolu Dövlət Universiteti distant təhsil
sisteminə 1982-ci ildən başlayıb və elə hə-
min il 29.500 tələbə qəbul edib. Universitet
bu sistemi ildən-ilə daha da inkişaf etdirərək,
hazırda tələbə sayını, bildiyiniz kimi, 2 milyo-
na yaxın bir həddə çatdırıb. Bu gün Anadolu
Universiteti tələbə sayına görə dünyanın üç
ən böyük universitetindən biridir.
Hazırda Azərbaycandan 2000 nəfərə
yaxın tələbə Anadolu Universitetində dis-
tant formada təhsil almaqdadır. Bunlar,
əsasən, Azərbaycan və Türkiyə vətəndaş-
larıdır. Bu tələbələrin müəyyən hissəsi bi-
rinci ali təhsil, digər bir hissəsi isə ikinci
ali təhsil alır.
Azərbaycandan distant formada təhsil
alan tələbələrlə universitet arasında çevik
əlaqələndirmə yaradılması, onlara lazımi
məsləhətlərin verilməsi və keyfiyyətli texniki
xidmətlər göstərilməsi üçün tərəfdaşlıq prin-
sipi əsasında 26 avqust 2014-cü ildə Anadolu
Universiteti Azərbaycan Türkiyə İş Adamları
Birliyi ilə əməkdaşlığa başlayıb. ATİB Azər-
baycanda yaşayaraq Anadolu Universitetində
distant formada təhsil alan tələbələrlə uni-
versitet arasında lazımi əlaqələndirmə işləri-
ni həyata keçirməklə tələbələrin təhsillərinə
əlavə dəstək məqsədilə videokonfrans siste-
mi və bu kimi müasir texnologiyaların tətbiqi,
eləcə də tələbələrin ATİB-ə üzv qurumlarda
təcrübə keçməsi və işlə təmin olunmalarına
lazımi dəstək göstərir. Onu da qeyd edim ki,
Türkiyə Cümhuriyyətinin aidiyyəti dövlət
qurumları bu layihəni diqqətdə saxlayır və
həmin qurumların rəhbərləri Azərbaycana
rəsmi səfərləri zamanı Anadolu Universiteti
“Azərbaycan Proqramları”nın tələbələri ilə
görüşürlər. Belə ki, Türkiyənin Təhsil naziri,
Türkiyə Prezidenti yanında Ali Təhsil Şurası-
nın (YÖK) sədri və digərləri, ATİB-in də yaxın-
dan iştirakı ilə, Azərbaycana səfərləri zamanı
32
say 24 |
EcoVision
ƏSƏS MÖVZU: Biznes təhsili
müsahibə
Anadolu Universitetinin
əsasını 1958-ci ildə təsis
edilən Eskişehir İqtisadiyyat
və Ticarət Elmlər Akademiyası
təşkil edirdi. 1982-ci ildən
Anadolu Universitetinə
çevrilərək qısa zamanda
ölkənin və dünyanın böyük
universitetləri arasında
müasir, dinamik və yenilikçi
bir universitet olaraq yerini
almışdır. 1982-ci ildən distant
təhsil verməyə başlayan
universitet bu gün Türkiyə və
30-dan çox ölkədə distant
formada təhsil alan tələbə
sayına görə dünyanın
meqauniversitetlərindən
biridir və bu sahədə zəngin
təcrübəyə malik bir ali təhsil
ocağı olaraq dünyada ilk
sıralarda yer alır. Anadolu
Universiteti distant formada
təhsil alan Türkiyə və digər
ölkələrdəki tələbələrinə
öz tədris proqramlarını
əsasən internet üzərindən
olmaqla informasiya
və kommunikasiya
texnologiyaları vasitəsilə
həyata keçirir.
Anadolu Universiteti “Azərbaycan Proqramları”nın
tələbələri ilə səmimi görüşlər keçiriblər.
Dünyada geniş yayılmış distant təhsilin
Azərbaycanda geniş tətbiqinə rast gəlmirik.
Fikrinizcə, ölkəmizdə distant təhsilin inkişaf
etməməsinin səbəbi nədədir?
A.H.:
Azərbaycanda ali məktəblərin distant
təhsil tətbiq edə bilməməsinin bir sıra obyektiv
və subyektiv səbəbləri var. Ölkədəki ali məktəblər
distant təhsilə keçmək istiqamətində ciddi addım-
Bu gün Anadolu Universiteti tələbə sayına görə
dünyanın üç ən böyük universitetindən biridir
lar atırlar. Amma təhsilin bu formasının qanunda
öz əksini tapmasına baxmayaraq, ali məktəblərin
maddi-texniki bazası bunun tam tətbiqinə hələlik
imkan vermir. Hazırda bir sıra universitetlər dis-
tant təhsilə keçmək üçün işlər aparır, həmçinin
Anadolu Universiteti ilə bu sahədə əməkdaşlıq
edirlər. Distant təhsilin tətbiqi üçün ilk növbədə
məktəblərin internetə çıxışı təmin edilməli, hər bir
təhsilalanın evində müvafiq şərait olmalıdır. Təh-
silalanın evdə hər hansı müəllimin mühazirəsinə
qulaq asa bilməsi üçün də ali məktəbin bazası ol-
malıdır. Lakin distant təhsilə keçdikdən sonra təh-
silalanlar bu təhsil formasına maraq göstərəcəklər.
Əminəm ki, Azərbaycanda da yaxın gələcəkdə təh-
silin bu forması geniş tətbiq ediləcək.
Bəs distant təhsilin hansı üstünlükləri var?
A.H.:
Təhsilin əyani və qiyabi formaları ilə
müqayisədə distant təhsil forması bir çox üstün-
lüklərə malikdir. Bu üstünlüklərə onun əlyetərliyi,
ucuzluğu, çevikliyi və s. daxildir. Əhalinin müxtəlif
təbəqələrinə distant təhsil alınmasında bərabər
imkanlar yaradılır. Distant təhsil zamanı keçilən
dərslər əyani formada tədris olunan dərs proqra-
mından o qədər də fərqlənmir. Yeganə fərq ondan
ibarətdir ki, distant təhsildə tələbə və müəllim
arasındakı ünsiyyət üz-üzə deyil, virtual olaraq
məsafədən həyata keçirilir. Təhsil almaq istəyənlər
üçün heç də hər gün müəllimlə üzbəüz oturmaq
şərt deyil. İnkişaf etmiş ölkələrdə distant təhsil ge-
niş istifadə olunur. Bu baxımdan ən əlverişli təhsil
üsulu açıq distant təhsildir. Sözsüz ki, distant təhsil
xüsusilə işləyən, iş yerindən ayrılmaq imkanı ol-
mayan şəxslər üçün çox əlverişlidir. Məsələn, Ana-
dolu Universitetində distant formada ali təhsil alan
və işləyən bir tələbənin ildə cəmi 4 dəfə imtahan-
larda iştirak etmək zərurəti var. Bu imtahanlar isə
şənbə və bazar günləri olmaqla keçirilir.
Universitetinizdə tədris prosesi necə aparılır?
A.H.:
Tədris proqramlarının daha yaxşı qavranıl-
ması üçün əlavə test və sual bazası tələbələrin istifa-
dəsinə verilib. Həmçinin Azərbaycandakı tələbələrin
bütün ixtisaslara aid həm elektron, həm də kağız for-
matda kitablardan istifadə etmək imkanları da var.
Eləcə də həftənin 5 günü Əskişəhərdən Anadolu Uni-
versitetinin professor-müəllim heyəti tərəfindən mü-
vafiq dərs cədvəli üzrə canlı videokonfrans vasitəsilə
dərslər keçilir və tələbə öz istəyi əsasında iştirak edə
bilir. Anadolu Universitetində distant təhsil alan və
fərdi qaydada hazırlaşan tələbələr üçün universite-
tin rəsmi internet səhifəsində (www.anadolu.edu.tr)
tələbə girişi bölümü var. Hər bir tələbə öz tələbə bi-
letinin nömrəsi və ona verilmiş xüsusi şifrə ilə “e-öy-
33
say 24 |
EcoVision
ƏSƏS MÖVZU: Biznes təhsili