tiv Biznes-İnkubator”un internet saytının
yaradılması və digər tədbirlərin keçiril-
məsi nəzərdə tutulmuşdur. “İnnovativ Biz-
nes-İnkubator”un əsas fəaliyyət istiqaməti
ilk tələbə startaplarının yaradılması və on-
ların inkişafıdır. Qeyd edim ki, “İnnovativ
Biznes-İnkubator”da ilk mərhələdə star-
taplar əsasən təlim mərkəzi, biznes klinik
və kovorkinq istiqamətləri üzrə fəaliyyət
göstərir. “İnnovativ Biznes-İnkubator” uni-
versitetin professor-müəllim heyətini təh-
sil və elmi-innovativ layihələrə cəlb etmək
və tələbə startaplarına tədris-metodiki,
maddi-texniki, psixoloji və maliyyə dəstəyi
vermək yolu ilə Azərbaycanda gənc me-
necer və sahibkarların yetişdirilməsinə
xidmət göstərməyi qarşısına məqsəd qoy-
muşdur. Qısa müddət ərzində “İnnovativ
Biznes-İnkubator” tələbələrin təşəbbüs-
karlıq meyillərini artırmaqla yanaşı, uni-
versitetə müxtəlif mənbələrdən maliyyə
vəsaitinin cəlb olunmasına da zəmin yarat-
mışdır. Artıq bu istiqamətdə real nəticələr
əldə edilmiş, “İnnovativ Biznes-İnkubator”
dövlət qurumlarından və bir sıra özəl təş-
kilatlardan müxtəlif layihələrin icrası ilə
bağlı sifarişlər almışdır. Ancaq dünya təc-
rübəsi göstərir ki, bu tipli qurumlardan
daha yüksək nəticələr əldə etmək üçün
müəyyən zamana ehtiyac vardır.
Bəs özəl sektor biznes təhsil
mərkəzləri ilə əməkdaşlığa kifayət qə-
dər maraq göstərirmi?
“Ə.M.:
Təbii ki, inkişaf etmiş ölkələrlə
müqayisə etdikdə bu sahədə qət edəcə-
yimiz məsafə kifayət qədərdir. Ancaq öz
təcrübəmizdən çıxış edərək deyə bilərəm
ki, ölkəmizdə xüsusilə ATİB kimi işəgö-
türən təşkilatlarda birləşmiş şirkətlər bu
baxımdan müsbət mənada fərqlənirlər.
Hesab edirəm ki, özəl sektor şirkətlə-
ri arasında professionallıq, korporativ
idarəetmə ənənələri gücləndikcə onların
biznes təhsil mərkəzləri ilə əlaqəyə ma-
raqları da artacaqdır.
Azərbaycan Dövlət İqtisad Universi-
teti ilə Azərbaycan Türkiyə İş Adamları
Birliyi arasında imzalanmış memoran-
duma əsaslanaraq birgə əm əkdaşlığın
potensial istiqamətlərini necə görür-
sünüz?
“Ə.M.:
Hazırda bizim ATİB-lə nümunə-
vi bir əməkdaşlığımız var. Keçən tədris
ilində ortaq elmi-praktiki tədbirlərin ke-
çirilməsi, tələbələrin istehsalat təcrübələ-
rinin təşkili, professor-müəllim və tələbə
heyətinin fəaliyyətinin stimullaşdırılması
istiqamətlərində əməkdaşlığımızı çox
uğurlu hesab edirəm və fürsətdən istifadə
edərək, bu əməkdaşlığın inkişafında xü-
susi səylər göstərən, başda hörmətli dos-
tumuz Cemal Yangın olmaqla, bütün ATİB
rəhbərliyinə öz təşəkkürümü bildirmək
istəyirəm. Hesab edirəm ki, gələcəkdə
bu istiqamətdəki əməkdaşlığımızı davam
etdirməklə yanaşı, həmçinin də universi-
tetimizdə tədris prosesinin təkmilləşdiril-
məsi, elmi-tədqiqat işlərinin səmərəliliyi-
nin artırılması istiqamətlərində də birgə
fəaliyyətimiz faydalı olardı.
Ədalət müəllim, qısa müddətdə hə-
yata keçridiyiniz bu işlərin ilkin nəti-
cələrini görürsünüzmü?
“Ə.M.:
Təbii ki, görülən işlərin nəti-
cələrinin bizim tərəfimizdən qiymətlən-
dirilməsi doğru olmazdı. Hesab edirik
ki, bizim fəaliyyətimizə kənar müşahi-
dəçilər və bütövlükdə cəmiyyət daha ob-
yektiv qiymət verə bilər. Sadəcə bir mə-
lumatı diqqətinizə çatdırım ki, dünyanın
25 mindən artıq ali təhsil müəssisəsini
əhatə edən “Webometrics” bu il üçün
növbəti reytinqini açıqlayıb. Dünya uni-
versitetlərinin elan edilən reytinqinə
ümumilikdə Azərbaycanın 41 ali təhsil
müəssisəsi daxil edilib. Bu reytinqdə
Azərbaycan Dövlət İqtisad Universiteti
ilk dəfə olaraq dünyanın Top-5000 uni-
versiteti siyahısında yer alıb və Azərbay-
can universitetləri arasında birinci yerə
layiq görülüb. Məlumat üçün deyim ki,
universitetimiz bir neçə ay öncə bu rey-
tinqdə Azərbaycan universitetləri ara-
sında 13-cü sırada idi. Universitetimiz
bu reytinqdə eləcə də Mərkəzi və Şərqi
Avropa universitetləri üzrə mühüm irə-
liləyişə nail olmuşdur. Belə ki, Azərbay-
can Dövlət İqtisad Universiteti region
universitetləri arasında 330-cu yerdə
qərarlaşmış və TOP-500-ə daxil olmuş-
dur. Bütövlükdə Avropa universitetləri
arasında ADİU 1231-ci yerə yüksəlmiş və
ilk dəfə olaraq regionun “TOP-1500”nə
daxil olmuşdur.
Bu gün cənab Prezident tərəfindən
İqtisad Universitetinin qarşısında dünya
səviyyəli universitet olmaq vəzifəsi qo-
yulub. Biz də dünya səviyyəli universitet
olmaq üçün ilk növbədə dünyanın inkişaf
etmiş universitetlərində mövcud olan
mütərəqqi sistemləri, həmçinin də dünya
ali təhsil sistemində ortaya çıxan müasir
tendensiyaları yaxından öyrənərək, öz
işimizi onlara uyğun qurmağa çalışırıq.
Hazırda bütün gücümüzlə çalışırıq ki,
qarşıya qoyulan bu hədəfə daha tez və
daha səmərəli şəkildə nail olaq.
Ədalət müəllim, sonda belə ətraflı
və səmimi müsahibə üçün Sizə təşək-
kürümüzü bildirmək istəyirik. Çox sağ
olun.
“Ə.M.:
Mən sizə təşəkkür edirəm və
işlərinizdə uğurlar diləyirəm.
Ədalət Muradov
Azərbaycan Dövlət İqtisad Universite-
tinin rektoru, iqtisad elmləri doktoru
Muradov Ədalət Cəlal oğlu 29 yanvar 1962-
ci ildə anadan olmuşdur. Taras Şevçenko
adına Kiyev Dövlət Universitetinin İqtisadiy-
yat fakültəsini 1990-cı ildə fərqlənmə dip-
lomu ilə bitirmişdir. 1989-cu ildə tələbələr
arasında keçirilən Ümumittifaq Olimpiada-
sında “İqtisadiyyat və istehsalın təşkili üzrə”
SSRİ-də 2-ci yerə layiq görülmüşdür.
1990-cı ildə Kiyev Dövlət Universiteti-
nin əyani aspiranturasına daxil olmuş və
1993-cü ildə “Bazar iqtisadiyyatına keçid
şəraitində region iqtisadiyyatının struk-
tur dəyişiklikləri” mövzusunda dissertasi-
ya müdafiə etmişdir.
1998-ci ildə isə “Keçid iqtisadiyyatının
dünya təsərrüfatı sisteminə inteqrasiyası”
mövzusunda doktorluq dissertasiyasını
müdafiə etmişdir.
1995-1999-cu illərdə T.Şevçenko adına Ki-
yev Dövlət Universitetində pedaqoji fəaliy-
yətlə məşğul olmuşdur.
1998-1999-cu illərdə “ИБ Австрия
Секюритз (Украина)» İnvestisiya Ban-
kında “Postsovet keçid iqtisadiyyatlarının
tranformasiyasının təhlili” şöbəsinin mü-
diri vəzifəsində çalışmışdır.
1999-cu ildən Azərbaycan Respublikası-
nın Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında professor vəzifəsində ça-
lışmış, “Makroiqtisadiyyat”, “İqtisadiyya-
tın dövlət tənzimlənməsi”, “Azərbaycanın
iqtisadi siyasəti” fənlərini tədris etmiş-
dir. 3 dərs vəsaitinin, 3 monoqrafiyanın,
3 tədris proqramının, 60-dan artıq elmi
məqalənin müəllifidir.
2002-ci ildən Azərbaycan Respublikasının İq-
tisadi İnkişaf Nazirliyində (İqtisadiyyat və Sə-
naye Nazirliyində) çalışmışdır. 2002-2007-ci
illərdə həmin nazirliyin “Makroiqtisadi təhlil
və proqnozlaşdırma” şöbəsinə, 2007-2009-cu
illərdə “Xarici ticarət siyasəti və Ümumdün-
ya Ticarət Təşkilatı” şöbəsinə, 2009-2014-cü
illərdə isə “İqtisadi siyasət, təhlil və proqnoz-
laşdırma” şöbəsinə rəhbərlik etmişdir.
Azərbaycan Respublikası Prezidentinin
5 mart 2014-cü il tarixli sərəncamı ilə
Ədalət Cəlal oğlu Muradov Azərbaycan
Dövlət İqtisad Universitetinin rektoru tə-
yin edilmişdir.
biznes təhsili
27
say 24 |
EcoVision
ƏSƏS MÖVZU: Biznes təhsili