cümlədən elektron kitabxana daxil ol-
maqla Tələbə mərkəzinin və yuxarıda
qeyd edilən sair mərkəzlərin və yeni
ixtisaslar üzrə laboratoriyaların yara-
dılması daxildir.
Amma sözsüz, bu istiqamətdə ən ümdə
vəzifəmiz, sözün tam mənasında, tələ-
bə-mərkəzli universitetə çevrilmək üçün
maddi-texniki bazanın inteqrə edilmiş
kampus modeli əsasında təkmilləşdiril-
məsidir. Müasir tələbənin məişət ehtiyac-
larından tutmuş peşəkar əlaqələr və elmi
fəaliyyətinədək hər şey tələbənin ayağına
ən asan həzmediləcək formada gətirilmə-
lidir. Bu, təkcə infrastruktur deyil, onunla
birlikdə tamamilə fərqli mühit deməkdir.
İnanıram ki, yalnız təhsilə və onun nəti-
cələrinə bu cür, sözün yaxşı mənasında
“tilsimlənmiş” tələbə oxuduğu müddətdə
davamlı transformasiyalardan keçər və
sürətlə inkişaf edər. Odur ki, tələbə uni-
versitetə qədəm qoyduğu gündən inki-
şafın “sehrli aləminə” düşməlidir. Orada
onun öyrənməsinə və inkişafına heç nə
mane olmamalı, hər şey onun potensialı-
nın üzə çıxmasını və həmin istiqamətdə
inkişafını stimullaşdırmalıdır.
Azərbaycan Universiteti xarici tələ-
bələr üçün əsasən hansı istiqamətlər
üzrə təhsil xidmətləri təklif edir və
hansı ölkələrdən tələbələriniz var?
F.Ə.:
Hələlik bizdən asılı olmayan sə-
bəblərə görə bu sahədə xidmətlərimizin
həcmi məhduddur və uzunmüddətli təh-
sil və ya qısamüddətli dil hazırlığı kimi
xidmətlərimizdən faydalanan əcnəbilərin
sayı minimuma enmişdir. Ümumilikdə isə,
bütün istiqamətlər xarici tələbələr üçün
açıqdır və gələcəkdə bu xidmətləri geniş-
ləndirmək niyyətindəyik.
Apardığımız araşdırmaya görə, ölkə-
mizdə ali təhsilə tələbat əsasən yaxın
coğrafiyadandır, hər üç dildə və ali təhsi-
lin bütün səviyyələri üzrə mövcuddur və
xeyli dərəcədə qarşılanmamış qalır. Təq-
dim etdiyimiz sahələr üzrə bu tələbatın
qarşılanması və bunun üçün universitetin
tanıdılması və əcnəbi tələbələrə yönəlik
xidmətlərin və çevik qrafiklərin hazırlan-
ması ortamüddətli planlarımıza daxildir.
Bir tələbənin “Nə üçün Azərbaycan
Universitetini seçim” sualına ən ruh-
landırıcı cavab nə ola bilər?
F.Ə.:
Bunun cavabı çoxdur. Söhbətimin
əvvəlində qeyd etdiyim kimi, biz nə qədər
kiçik olsaq da, özünəməxsusluqlarımız çox-
dur və məhdudiyyətlərə rəğmən bugünədək
qoruyub saxlaya və inkişaf etdirə bilmişik.
Misal üçün, bura öyrənmək və öz po-
tensialını aşkar edib inkişaf etmək istəyən
tələbələr üçün ən münasibdir, əzbərləmək
və başqa yollarla qiymət almaq istəyən
tələbələr üçün isə qətiyyən uyğun deyil
və belələri çox geri qalacaq və dəyişməyə
məcbur olacaqlar. Məqsəd formalaşmış
stereotipləri qırmaqdır, burada əsas prin-
sip heç oxumaq da deyil, öyrənmək və tət-
biq etməkdir. Verilən materiallar çox olma-
ğa deyil, praktik olmağa yönəlib ki, tələbə
öyrənmənin abstrakt deyil, faydalı, maraq-
lı və fərdi inkişafın bir parçası olduğuna
inansın. Kurikulum müxtəlif elmlərdən bir
parça prinsipi ilə deyil, tələbənin seçdiyi
istiqamətdə ardıcıl və bütöv hazırlanması
prinsipi ilə hazırlanıb və tətbiq edilir. Məz-
mun bazarın tələblərinə uyğunlaşdırıldı-
ğından, tələbənin ilbəil peşəkar dəyərinin
artmasına xidmət edir və hər bir sahə üzrə
bilik və praktik vərdişlərdən əlavə, müna-
sib davranış və ritorika qazandırır. Fənlər
bir-birini tamamladığından və praktiki tət-
biqi tapdığından tələbə özü də bu inkişafı
özündə kəşf edir və öyrənmək üçün daha
çox motivasiya olur. Odur ki, bizim hədəf
seqmentimiz öyrənmək və tətbiq etmək-
lə inkişaf etməyi və peşəkara çevrilməyi
özünə hədəf edən tələbələrdir və onlara
müraciətimizin daha güclü səslənməsi
üçün bayaq qeyd etdiyim rebrendinqə eh-
tiyacımız var.
Həmçinin qabaqcıl holdinq tərkibində
fəaliyyət göstərməyimiz təlim, təcrübə və
iş istiqamətlərində yararlanmaq imkanı
verir. İşəgötürənlər də özlərinə lazım ola-
caq mütəxəssisləri tələbələrimiz arasında
tapa bilirlər və onların dil, ünsiyyət və tex-
niki bacarıqlarından uğurla istifadə edirlər.
İngilis dilinin inkişafına digər universitet-
lərdən daha çox saat ayrılmasına baxma-
yaraq, bakalavrlar hazırda ingilisdilli təhsili
cəmi dörd ilə tamamlayırlar. Bu da onlar
üçün vaxt və maliyyə qazancı deməkdir.
Universitetə tələbələrlə birbaşa praktik
iş və seminarlar aparmaq məqsədilə hər
həftə kənardan tanınmış biznes peşəkarla-
biznes təhsili
30
say 24 |
EcoVision
ƏSƏS MÖVZU: Biznes təhsili
rı dəvət olunur. Tələbələri daha yaxşı oxu-
mağa stimullaşdırmaq məqsədilə üçpilləli
daxili təqaüd proqramı tətbiq edilir və on-
ların xarici universitetlərlə mübadilə proq-
ramlarında iştirakı maliyyələşdirilir. Bura,
nəhayət, valideynlərin övladlarının təhsi-
lindən daha çox rahat ola biləcəyi və inkişa-
fından qürrələnəcəyi ali təhsil ocağıdır.
Universitetinizdə digər ixtisaslarla
yanaşı biznes və iqtisadiyyatyönüm-
lü ixtisaslar da var. Jurnalımızın bu
sayının mövzusu biznes təhsili oldu-
ğu üçün belə bir sualımız var: biznes
təhsili almaq isytəyən gənclər nə üçün
Azərbaycan Universitetini seçməlidir?
F.Ə.:
Çünki onlar burada ölkə bizne-
sinin qabaqcıl peşəkarları hesab olunan
Qərbtəhsilli yerli və xarici müəllimlər-
dən biznesin incəliklərini öyrənəcəklər
və «göz qabağında» aybaay peşəkar kimi
yetişməklə yaxınlarını sözün yaxşı mə-
nasında təəccübləndirə biləcəklər. Bura
tələbənin biliklərinin, dünyagörüşünün,
davranışının, danışıq tərzinin və əlaqə da-
irəsinin dəyişdiyi və biznes aləminə peşə-
kar kimi qədəm qoymağa imkan yaradan
laboratoriyadır. Burada ABŞ-ın aparıcı
universitetinin kurikulumu əsasında in-
novativ və unikal ixtisas proqramları və
Qərbin ən şöhrətli müəllifləri tərəfindən
hazırlanan dərs vəsaitləri istifadə olunur.
Proqram tələbələrin ingilis dili, yumşaq
və texniki səriştələrini ölkədə ən rəqabətli
səviyyədə inkişaf etdirməklə, onların biz-
nes karyeralarında irəliləmələrini nəzərdə
tutur və bunun üçün tədris edən müəl-
limlərin iş təcrübəsi ilə sıx əlaqəli olması
mühümdür. Müəllimlərimiz geniş korpo-
rativ təcrübəyə və yüksək vəzifələrə sahib
şəxslərdir və onların peşəkar təlim-kou-
çinq-konsultasiyalar aparmaq təcrübələri-
nin olmasına diqqət edilir.
Təhsil bakalavr və magistr səviyyələrin-
də, marketinq, maliyyə, mühasibat və audit,
beynəlxalq biznes və menecment ixtisasları
üzrə aparılır. Azərbaycandilli qruplarda da
ingilisdilli proqramların kurikulumu, silla-
busları, keyfiyyəti və orada yaranmış təcrübə
eyni müəllimlər tərəfindən tamamilə tətbiq
edilir. Buna digər universitetlərdə rast gəl-
mək mümkün deyil. İşəgötürənlərin tələba-
tına uyğun modulyar tədris tətbiq olunur və
dərslər real biznes problemlərinin effektiv
həlli yollarının axtarılması üzərində qurulur.
Bakalavrlar 3-cü tədris ilindən aparıcı şirkət-
lərdə iş tapır və qazandıqları səriştələri tət-
biq etmək imkanı qazanırlar. İnkişafın prak-
tikliyini artırmaq məqsədilə kurikulumdan
kənar təlimlər, biznes seminarları və danışıq
klubları fəaliyyət göstərir.
Buranın daha bir özəlliyi mərhələli
və sistemli kurikulumun tətbiq olunma-
sıdır. Məsələn, bakalavriatda verilən 35
fənnə sistem yanaşması tələbəni 4 il ər-
zində 35 kiçik, lakin ardıcıl nizamlanmış
addımla orta məktəb məzunundan biz-
neslər tərəfindən tələb olunan peşəkara
çevirir. Proqramın mərhələlərə bölün-
məsi isə inkişafın hər mərhələsində qiy-
mətləndirməni və proqramın səriştələr
üzrə nəticəyönümlü olmasını mümkün
edir. Belə ki, tələbə ilk mərhələdə dil,
kompüter və biznes üçün riyaziyyat sə-
riştələrini mənimsəyir. Sonra keçid mər-
hələsində tələbə fəal dinləmə, akademik
yazı, tənqidi və analitik düşüncə səriş-
tələrini möhkəmlədir. Burada habelə
təşkilati davranışın yumşaq səriştələri
öyrədilir. Bunlar növbəti mərhələdə
proqramın daha böyük hissəsini təşkil
edən biznes fənlərində faydalı iştirakı
təmin edir. Ümumi biznes səriştələrini
qazanmış tələbə sonuncu mərhələdə
ixtisas və strateji idarəetmə bacarıqları
əldə edir.
Biznes və iqtisadiyyatyönümlü ixti-
saslar üzrə təhsil alan tələbələrin kar-
yeralarının planlaşdırılmasına dəstək
olmaqla onları iş həyatına hazırla-
maq məqsədilə hər hansı bir layihə və
proqramlar həyata keçirilirmi?
F.Ə.:
Bəli. Hər həftə kənardan tanınmış
biznes peşəkarları dəvət olunur. Onlar
tələbələrlə birbaşa praktik iş və seminar-
lar aparırlar. Bundan əlavə, tələbələrin
karyera planlaşdırılması və peşəkar inki-
şafı onların kurikulumlarına daxil edilib
və tələbələrin bu istiqamətdə hazırlığı
peşəkar təcrübəsi olan müəllim tərəfin-
dən aparılır. Burada tələbələr əmək ba-
zarının ehtiyaclarını öyrənir və müvafiq
yumşaq vərdişlər qazanırlar. Tələbələrin
iş təcrübələri, habelə müəllimlərinin və
onların çalışdıqları şirkətlərin fəaliy-
yətlərinə qısamüddətli cəlb olunmaları
onların iş həyatı ilə tanışlığının və peşə-
kar əlaqələrinin genişlənməsinə səbəb
olur. Bu sahədə görüləcək işləri sistem-
ləşdirmək məqsədilə Biznes və Karyera
mərkəzlərinin işinin təkmilləşdirilməsi
nəzərdə tutulub ki, bura bizneslə əlaqə-
dar daha çox tədbirlərin keçirilməsi,
habelə şirkətlərin real ehtiyaclarına
əsaslanan biznes araşdırmalarının apa-
rılması üçün tələbələrə verilməsi daxildir.
Bu, tələbələrə real şirkət adamları və on-
ların real problemləri ilə üzləşmək fürsəti
və dərslik məsələlərində tətbiq etdikləri
həll metodlarını real müştəriyə təklif et-
mək imkanı verəcək.
Azərbaycan Universiteti ilə Azər-
baycan Türkiyə İş Adamları Birliyi
arasında ölkə iqtisadiyyatının dinamik
inkişafına cavab verə bilən, rəqabətyö-
nümlü mütəxəssislərin hazırlanması
üçün əməkdaşlığa dair müqavilə imza-
lanıb. Bu əməkdaşlıqdan gözləntiləri-
niz nələrdir?
F.Ə.:
ATİB və AU ölkədə müxtəlif sektor-
lardan olan bir çox qabaqcıl biznesləri bir-
ləşdirən, lakin fərqli potensialı və ehtiyacla-
rı olan platformalardır. Əməkdaşlığımız bu
ehtiyacların öyrənilməsi və qarşı tərəfin po-
tensialı tərəfindən təmin edilməsi əsasında
qurularsa, qarşılıqlı faydaya əsaslanar və
deməli, daha dayanıqlı və davamlı olar.
İlk növbədə ATİB böyük və qabaqcıl bir
əmək bazarını təmsil edir və ATİB-in tələb-
lərini öyrənmək və qarşılamaq bizim üçün
bazarın tələblərinə uyğunlaşaraq rəqabət
qabiliyyətini gücləndirmək deməkdir. Söz-
süz, ATİB-i gələcəkdə Biznes və Karyera
mərkəzlərinin əsas tərəfdaşı və maraqlı
tərəfi kimi görürəm. Tələbələrimiz ATİB
vasitəsilə iş və qısamüddətli təcrübə qa-
zanmaq imkanı əldə edəcəklər. ATİB üzv-
ləri universitetdə tədbirlərin keçirilməsinə
və fənlərin tədris edilməsinə qonaq və ya
əsas müəllim kimi cəlb edilə, habelə şirkət-
lərinin təlim və konsaltinq ehtiyaclarını
burada qarşılaya bilərlər.
Fərid Turab oğlu Əhmədov
Azərbaycan Universitetinin rektoru, hüquq
üzrə fəlsəfə doktoru
Azərbaycan Universitetinin rektoru, hüquq
üzrə fəlsəfə doktoru Fərid Əhmədov 14 iyul
1979-cu ildə Bakı şəhərində anadan olub.
1996-cı ildə Bakı şəhərindəki 43 saylı liseyi
bitirib.
2002-ci ildə həm Bakı Dövlət Univer-
sitetinin (BDU) Beynəlxalq hüquq fa-
kültəsinin bakalavriat və magistratura
pillələrini, həm də 2003-cü ildə Böyük
Britaniyanın “British Chevening təqa-
üdü” ilə təhsil aldığı Essex Universite-
tində magistratura pilləsini fərqlənmə
diplomu ilə bitirib. 2009-cu ildə Azər-
baycan Respublikasının Prezidenti ya-
nında Ali Attestasiya Komissiyasının qə-
rarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi
dərəcəsinə layiq görülüb.
O, dünyanın ən mötəbər və yüksək reytinqli
universitetlərindən olan Böyük Britaniya-
nın Oksford Universitetində hüquq üzrə
doktorluq dissertasiyası müdafiə edən ye-
ganə azərbaycanlıdır.
Fərid Əhmədov eyni zamanda 2009-2011-
ci illərdə sözügedən universitetdə müxtəlif
ölkələrdən olan diplomatlara və dövlət qul-
luqçularına beynəlxalq hüquq fənni üzrə
mühazirələr oxumuşdur.
2011-ci ildən rektor təyin olunduğu tarixə-
dək ADA Universitetində, ondan öncə isə
Milli Məclisdə və Konstitusiya Məhkəməsin-
də çalışmışdır.
Fərid Əhmədov 26 yanvar 2015-ci il ta-
rixində Azərbaycan Universitetinin rektoru
vəzifəsinə təyin olunmuşdur.
biznes təhsili
31
say 24 |
EcoVision
ƏSƏS MÖVZU: Biznes təhsili