sində hazırda universitetimizdə çalışan
və fəlsəfə doktoru dərəcəsinə malik
gənc və perspektivli kadrlar seçilərək
elmlər doktorluğu üzrə doktoranturaya
qəbul edilir və onların qısa müddət ər-
zində dissertasiyalarını tamamlamaları
üçün bütün müvafiq imkanlar yaradılır.
Elə bu semestr həmin gənclərdən 6-nı
öz tədqiqatlarını türkiyəli nüfuzlu pro-
fessorların rəhbərliyi altında davam et-
dirmələri məqsədilə bir aylıq müddətə
Hacettepe, Uludağ və Sakarya universi-
tetlərinə göndərdik. Digər bir layihəmiz
“gənc müəllim” layihəsidir. Bu il univer-
sitetimizdə müəllimlik fəaliyyətinə baş-
lamaq istəyənlər üçün müsabiqə elan
etdik və 60-ı xaricdə təhsil alanlar ol-
maqla, yaşı 30-u aşmamış 400-dən çox
gənc bu müsabiqəyə müraciət etmişdir.
Hazırda onlar arasında seçim prosesi da-
vam edir və seçim nəticəsində onların ən
yaxşılarını seçərək assistent və müəllim
vəzifələrinə təyin edəcəyik. Gənc fəlsəfə
doktorlarının yetişdirilməsi istiqamə-
tində də ciddi layihələrimiz var. Belə ki,
ilk növbədə magistr dərəcəsinə malik
bir çox perspektivli gəncimizi fəlsəfə
doktorluğu üzrə doktoranturaya qəbul
edir və onların dissertasiyalarını qısa
müddətdə uğurla tamamlamaları üçün
bütün imkanlarımızı səfərbər edirik.
Eyni zamanda artıq əldə etdiyimiz razı-
lıq əsasında Türkiyədə universitetimiz
üçün fəlsəfə doktoru pilləsi üzrə kadr
hazırlığı imkanlarından da yararlanma-
ğı düşünürük. Nəhayət, bütün bunlarla
yanaşı, universitetimizdə akademik kadr
hazırlığı prosesinin ciddi şəkildə təkmil-
ləşdirilməsinin də vacibliyini düşünü-
rük və bu məqsədlə yaxın dövr ərzində
assistent institutunun formalaşdırılması
istiqamətində işlərə başlamağı və yeni
yaratdığımız, Beynəlxalq Magistratura və
Doktorantura Mərkəzi nəzdində Türkiyə
universitetləri də daxil olmaqla, xarici
universitetlərlə ortaq proqramlar çər-
çivəsində müasir tələblərə cavab verən
magistratura və doktorantura təhsilini
təşkil etməyə hazırlaşırıq.
Bəs universitetinizdə tədris pro-
sesinin keyfiyyətinin təmin edilməsi
sahəsində hansı işləri görürsünüz?
“Ə.M.:
Bunun üçün ilk növbədə uni-
versitetimizdə bu istiqamətdə işləri təş-
kil və idarə edəcək yeni struktur – “Təd-
risin keyfiyyətinin qiymətləndirilməsi və
idarə edilməsi” mərkəzini yaratmışıq.
Mərkəzin əsas işi universitetdə tələ-
bələrə yüksək təhsil nailiyyətləri əldə
etməyə imkan verən tədris mühiti-
ni formalaşdırmaqdır. Hazırda bizim
bu istiqamətdə gördüyümüz işlərin
təməlində universitetimizdə təhsil-
verənlərlə təhsilalanlar arasında qu-
rulan münasibətlərin sağlam zəminini
formalaşdırmaq dayanır. Bunun üçün
tədris prosesinə mütərəqqi təcrübəyə
malik kadrları, o cümlədən də xarici
ölkələrdə təhsil almış və inkişaf etmiş
ölkələrin təhsil sistemi ilə yaxından ta-
nış olan gəncləri cəlb edir, tədris inti-
zamını gücləndirir, biliyin qiymətləndi-
rilməsi sistemini təkmilləşdirir, təhsil
prosesi iştirakçılarına göstərilən inzi-
bati xidmətləri elektronlaşdırır, təd-
ris plan və proqramlarını beynəlxalq
standartlara uyğunlaşdırır və tədris
prosesinin resurs təminatını güclən-
diririk. Fürsətdən istifadə edərək onu
da deyim ki, biz universitet Elmi Şu-
rasının qərarı ilə 2015-2016-cı tədris
ilini “tədrisdə keyfiyyət ili” elan etmi-
şik. Hazırda bu istiqamətdə də geniş
tədbirlər planı hazırlayırıq və növbəti
tədris ilində həyata keçirəcəyik.
Biznes sektorunun tələblərinə ca-
vab vermək istiqamətində universite-
tin nəzdində fəaliyyət göstərən “İnno-
vativ Biznes-İnkubator”un rolunu necə
qiymətləndirirsiniz?
“Ə.M.:
Bildiyiniz kimi, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham
Əliyev tərəfindən təsdiq edilmiş “Azərbay-
can gəncliyi 2011-2015-ci illərdə” Dövlət
Proqramı çərçivəsində müvafiq ixtisaslar
üzrə hazırlanan gənclər üçün biznes-in-
kubatorların yaradılmasına xüsusi yer ve-
rilmişdir. Tələbələrin biznes biliklərinə və
bacarıqlarına mükəmməl yiyələnməsinin
prioritet istiqamət kimi müəyyənləşdiril-
diyi “Azərbaycan Respublikasında Təhsilin
İnkişafı üzrə Dövlət Strategiyası”nda da
haqlı olaraq qeyd edilir ki, son 30-40 il ər-
zindəki elmi-texniki tərəqqi, innovasiyalar
və modernləşmə nəticəsində praktiki bilik
və vərdişlərlə zənginləşməyən, sırf nəzə-
ri xarakter daşıyan təhsil öz fundamental
əhəmiyyətini itirməkdədir. Bu baxımdan
təhsilin məzmununun formalaşmasında
akademik biliklərlə yanaşı, praktik bilik
və bacarıqların, səriştənin vacibliyi önə
çəkilir. Bizim “İnnovativ Biznes-İnkuba-
tor” layihəmiz də ölkəmizdə bu sahə üzrə
ilk universitet təşəbbüsü və layihəsi he-
sab oluna bilər. Belə ki, 15 iyul 2014-cü
ildə Azərbaycan Respublikası Gənclər və
İdman Nazirliyi ilə İqtisad Universiteti
arasında “İnnovativ Biznes-İnkubator”un
yaradılması barədə müqavilə imzalanmış-
dır. Əməkdaşlıq çərçivəsində təlim kurs-
larının keçirilməsi, startapların inkişafına
dair və gənc biznesmenlər üçün maarif-
ləndirici metodiki vəsaitlərin, kitabların
hazırlanması, tərcümə edilməsi, “İnnova-
biznes təhsili
26
say 24 |
EcoVision
ƏSƏS MÖVZU: Biznes təhsili