biznes təhsili
Fərid Əhmədov:
“Hədəf seqmentimiz öyrənmək və tətbiq etməklə inkişaf
etməyi hədəfləyən tələbələrdir”
Hörmətli Fərid müəllim, 2015-ci il-
dən etibarən Azərbaycan Universitetinə
artıq Siz rəhbərlik edirsiniz. Öncəliklə
fəaliyyətinizdə uğurlar arzulayırıq. Bil-
mək istərdik ki, universitetin bugünkü
vəziyyətini necə dəyərləndirirsiniz?
F.Ə.:
Azərbaycan Universiteti ölkənin
ali təhsil bazarında kiçik sayla özünəməx-
susluğu qorumağa çalışır. Universitetin
ölkənin ali təhsil bazarında payı təxminən
1%-dir, onun keyfiyyətli təhsilə töhfə-
si isə, mən deyərdim ki, bundan qat-qat
çoxdur. Kiçik say rəqabət qabiliyyətlərini
daha qabarıq şəkildə büruzə vermək üçün
məhdud sahələrə fokuslaşmış universitet
modelini tətbiq etməyə imkan verir.
Bu həm də aralarında asan təhsil axta-
ranların çox olduğu tələbə kontingentinin
içindən öz inkişafı üçün daha çox çalışmaq
istəyi olan seqmentin cəlb edilməsinə im-
kan verir. Lakin bunun üçün universitetin
yetərincə və düzgün tanıdılması da şərtdir.
Belə ki, AU ölkənin ilk özəl universitet-
lərindən biri olmasına və bəzi ixtisaslar
üzrə ən keyfiyyətli tədris təqdim etməsinə
baxmayaraq, hesab edirəm ki, yetərincə
tanınmayıb. Universitetin üzləşdiyi digər
çətinliklər əsasən yaxşı təhsilin meyarları,
ona olan tələbat və onun təşkili üçün olan
potensial kimi mühit amilləridir. Lakin
universitetin öz rəqabət qabiliyyətini re-
allaşdırmaq üçün təklif etdiyi ixtisasları da
yenidən seçməsinə və maddi-texniki baza-
sının da bunun ətrafında inteqrasiyasına
və gücləndirməsinə böyük ehtiyac var.
Üstün cəhətlərimizə, ölkədə biznes
sahəsinin qabaqcıl peşəkarlarından he-
sab olunan Qərbtəhsilli yerli və xarici
müəllimlərin cəlb edilməsi, təhsildə qa-
baqcıl kurikulumun və dərs vəsaitlərinin
istifadəsi, habelə kiçik qrup ölçüləri və
bazarın tələb etdiyi səriştələr əsasında
hazırlanmış nəticəyönümlü təhsil daxil-
dir. Bundan əlavə, burada yaxşı oxuyan
tələbələrə yüksək təqaüd verilir.
Universitetin qısa və uzunmüddətli
hədəfləri nələrdir və bu təhsil ocağının
gələcəkdə Azərbaycan təhsilindəki ye-
rini necə görürsünüz?
F.Ə.:
Niyyətimiz uzunmüddətli perspek-
tivdə məhdud sahələr üzrə regional əhəmiy-
yətli ali təhsil ocağına çevrilməkdir. Buna
çatmaq üçün strateji baxışımız da var və
indi aralıq hədəflərlə birlikdə potensialımızı
tam səfərbər edəcək plan hazırlayırıq. Aralıq
hədəflər çoxşaxəli və iddialıdır. Üzərimizə
düşən əsas vəzifələrdən biri tələbə-mərkəzli
universitet modelinin tətbiqidir.
Hədəflərimizə biznesin müxtəlif sahələri
olan maliyyənin, risklərin, layihənin, marke-
tinqin və sairin idarə edilməsi üzrə mütəxəs-
sis hazırlığı proqramını gücləndirərək onun
əsasında iqtisadiyyatın ayrı-ayrı sektorları
üzrə menecerlərin hazırlanması işini təşkil
etmək və burada da liderliyi qazanmaq daxil-
dir. Bunlara səhiyyənin, kənd təsərrüfatının,
hotelçiliyin, qida sənayesinin və ölkədə əsas
tələb olunan digər sektorların menecmenti
daxildir. Hazırda bu sahələrdə qabaqcıl proq-
ramlar üzrə təhsil almış menecerlərə yüksək
ödənişli əmək bazarında böyük tələbat var
28
say 24 |
EcoVision
ƏSƏS MÖVZU: Biznes təhsili
biznes təhsili
Azərbaycan Respublikasında
təsis olunmuş ilk özəl
universitetlərdən olan
Azərbaycan Universiteti
(AU) 1991-ci ildə fəaliyyətə
başlayıb. Universitetin
təsisçisi fəlsəfə elmləri
doktoru, professor, AMEA-
nın müxbir üzvü Səlahəddin
Xəlilovdur.
Azərbaycan Universitetində
4 fakültə və 9 kafedra
fəaliyyət göstərir, 265
müəllim çalışır. Elmi-pedaqoji
heyətdən 1 nəfəri AMEA-nın
müxbir üzvü; 15 nəfəri elmlər
doktoru; 62 nəfəri elmlər
namizədi; 25 nəfəri Ph.D; 13
nəfəri professor; 52 nəfəri isə
dosentdir.
AU-da tədris Azərbaycan, rus
və ingilis dillərində aparılır.
Universitet öz məzunlarına
diplom vermək və dövlət ali
məktəblərinə şamil edilən
bütün güzəştlərə, o cümlədən
hərbi xidmətdən möhlət
hüququna malikdir.
Azərbaycan Universitetinin
1995-2015-ci illər ərzində
3000-ə yaxın (2953)
bakalavriat, 1999-2015-ci
illər ərzində 342 magistratura
məzunu olub.
və kiçik universitet olaraq bizim tələbatı daha çevik-
liklə izləmək imkanımız olacaqdır. Həmin sahələrdə
qabaqcıl magistr və təcrübəli peşəkarlar üçün təkmil-
ləşməni nəzərdə tutan “executive” proqramların tət-
biqi universitetlə iqtisadiyyatın qarşılıqlı faydalanma
prinsipləri əsasında inkişafı deməkdir. Bunların da re-
allaşması, təbii ki, universitetin müvafiq sahələr üzrə
əlaqələrinin və infrastrukturunun inkişafına paralel
aparılacaq.
Bundan əlavə, universitet reytinqlərini müəy-
yən edən amillər üzrə iş strateji planın davamlı
vəzifələri sırasındadır. AU bu gün ölkədə ən key-
fiyyətli və ən şəffaf təhsil təqdim edən ali mək-
təblərdəndir, lakin onun tanıdılması yetərincə
olmamışdır və bu da bizim üzərimizə rebrendinq
və marketinqlə əlaqədar vəzifələr qoyur. Buna ta-
nınmanı, effektivlik və səmərəliliyi dəstəkləyəcək
vertikal inteqrasiya da daxil ola bilər. Yəni “axın
boyunca yuxarıya” getdikdə, ali təhsilin altyapısını
möhkəmlədəcək lisey yaradıla bilər ki, bu da key-
fiyyətin və risklərin idarə olunmasında həlledici
ola bilər. Eləcə də “axın boyunca aşağıya” doğru,
məzunların elmi və praktiki sahələr üzrə univer-
sitetsonrası fəaliyyətlərini təmin edəcək əlaqələr
yaradılır. Universitetin aparıcı holdinqlərdən biri
olan “Sinergy Group” daxilində olması və müəl-
limlərinin özəl sektorda menecment səviyyəsində
təmsil olunması bu planların reallaşmasına geniş
imkanlar yaradır. Bunun üçün təhsil əmək bazarı-
nın və xarici universitetlərin magistratura və dok-
toranturalarına qəbul şərtlərinə uyğun aparılır və
Karyera mərkəzinin işinin gücləndirilməsi aralıq
hədəflər arasında yer almışdır.
Hədəflərimizə tələbələri və məzunları öz sahələri
üzrə tanınmış peşəkar olan müəllimlərimiz ətrafın-
da səfərbər edəcək Biznes mərkəzinin yaradılması
da daxildir. Mərkəz, qabaqcıl bizneslərlə əlaqələrdən
istifadə edərək, onların təlim-konsaltinq ehtiyacları-
nı ödəyəcək və bundan başqa, universitet həyatında
müxtəlif biznes tədbirlərinin, habelə tələbələrin ev
tapşırıqlarında şirkətlərin real sifarişlərinə əsasla-
nan biznes araşdırmalarının yer almasına xidmət
edəcəkdir. İşgüzar əlaqələr MBA proqramının əsas
atributlarından biridir və mərkəz bu atributun daha
da güclənməsinə xidmət edəcəkdir. Eləcə də tələbəyə
təhsilin dili, müddəti, rejimi, ixtisaslaşma barədə se-
çimlərin verilməsini nəzərdə tutan proqramların
inkişafı, onun potensial qabiliyyətlərinin aşkarlan-
masına və tələbənin özünün ən üstün cəhətlərini
bilərək, onun üzərində inkişaf ssenarisini seçməsinə
və reallaşdırmasına yardım edir.
Bunlardan əlavə, ikili və birgə diplom üzrə
mübadilə proqramlarının inkişafı, peşəkar tə-
limçi statuslu müəllimlərin məmnunluğunun
gücləndirilməsi və keyfiyyətin təmin olunması
və nəticəyönümlü idarəetmə sistemlərinin inki-
şafı əsas hədəflərimizdir.
Bildiyimizə görə, universitetinizin infra-
strukturunun, maddi-texniki bazasının yax-
şılaşdırılması üçün işlər aparırsınız. Açıqlaya
bilərsinizmi, bu işlər hazırda hansı mərhələ-
dədir və biz yekunda hansı yeniliklərə şahid
olacağıq?
F.Ə.:
Biz hələlik elektron bazanın təkmilləşdi-
rilməsi və mövcud binaların tədrisin müasir me-
todlarının tətbiqi üçün daha yararlı hala salın-
ması kimi kiçik və ya lokal işlərdən başlamışıq.
Daha böyükmiqyaslı işlər strateji plana daxildir
ki, indi bunların açıqlanması bir az erkən olardı.
Sadəcə onu deyim ki, hazırda bu sahədə görül-
məli işlər xeyli çoxdur, lakin onlar pərakəndə şə-
kildə deyil, strateji plana müvafiq və hədəflərin
reallaşması istiqamətində aparılmalıdır. Bura, o
29
say 24 |
EcoVision
ƏSƏS MÖVZU: Biznes təhsili