rənmə” portalına daxil olaraq təhsil aldığı
tədris proqramı üzrə materialları əldə edir,
eyni qaydada dərs kreditlərini, semestr-im-
tahan nəticələrini izləyə bilir. Anadolu Uni-
versiteti distant təhsil alan tələbələri üçün
internet üzərindən “e-öyrənmə”, “e-kitab”,
“e-seminar” xidmətlərini göstərir.
Hazırda Anadolu Universiteti “Azər-
baycan Proqramları”nda hansı ixtisas-
lar üzrə təhsil almaq mümkündür?
A.H.:
Anadolu Universiteti 2009-2013-
cü illər ərzində “Azərbaycan Proqramları”
üzrə 5 ixtisasdan distant təhsil verirdi. 2013-
2014-cü tədris ilindən başlayaraq daha 5
ixtisas əlavə olunaraq ixtisasların sayı 10-a
çatdırılıb. Bunlar Menecment, Hotel işinin
idarəedilməsi, İqtisadiyyat, Beynəlxalq mü-
nasibətlər, Xarici ticarət, Bank və sığorta işi,
Turizm və hotel idarəçiliyi, İctimaiyyətlə
əlaqələr və reklam, Media və kommunikasi-
ya, Əmtəə nişanlarının təbliği fakültələridir.
Anadolu Universiteti “Azərbaycan
Proqramları”na müraciət edənlər se-
çim edərkən hansı ixtisaslara üstünlük
verirlər?
A.H.:
Məlumat üçün qeyd edim ki, Ana-
dolu türkcəsində şifahi nitqi anlamaq vә bu
dildә öz fikirlәrini asanlıqla ifadә etmәk vәr-
dişlәrinin qazandırılması, Anadolu Univer-
sitetinə qəbul imtahanlarında müvəffəqiy-
yət qazanmaları məqsədilə abituriyentlər
üçün türk dili hazırlıq kursu təşkil olunub.
Kursların gedişində aparılan müşahidələr
və hər bir dinləyici ilə fərdi söhbət zamanı
onların seçimlərinə hörmətlə yanaşmaq-
la bərabər, universitetdə oxuyacağı zaman
müəyyən çətinlikləri önləmək üçün töv-
siyələr də veririk. Müraciət edənlərin seçi-
minə gəlincə, ən çox müraciət Menecment,
İqtisadiyyat və Turizm bölümləri üzrədir.
Biznes sahəsində təhsil alan tələ-
bələr nəzəri biliklərlə yanaşı, praktik
təcrübəyə də malik olmalıdırlar. Tələ-
bələrin təcrübə əldə etməsi üçün özəl
şirkətlərlə birgə hər hansı layihə həya-
ta keçirirsinizmi?
A.H.:
Distant təhsil alan tələbələrin
çoxu həm də işlədikləri üçün artıq müəy-
yən təcrübələri olur və təhsillərini başa
vurduqdan sonra karyeralarını daha da
möhkəmləndirmiş olurlar. Digər tərəf-
dən də, distant təhsil alaraq məzun ol-
muş şəxslər müstəqil bilik əldə etmək
təcrübəsinə malik olduqları üçün yeni işə
başladıqda bu təcrübə onlar üçün faydalı
olur. Yuxarıda qeyd etdiyim kimi, Ana-
dolu Universiteti Azərbaycan Türkiyə İş
Adamları Birliyi ilə 2014-cü ilin avqust
ayından etibarən əməkdaşlığa başlayıb.
ATİB, Azərbaycanda yaşayaraq Anadolu
Universitetində distant formada təhsil
alan tələbələrə göstərdiyi digər dəstək-
lərlə yanaşı, onların ATİB-ə üzv qurum-
larda təcrübə keçməsi və işlə təmin
olunmalarına da lazımi dəstək göstərir.
Həmçinin ATİB-in təşkilatçılığı ilə Azər-
baycanda fəaliyyət göstərən nüfuzlu
şirkətlərin rəhbərləri mütəmadi olaraq
tələbələrlə görüşlər, seminarlar keçirir-
lər ki, bu da tələbələrin nəzəri bilikləri
ilə yanaşı praktiki biliklərə yiyələnmə-
sində də mühüm rol oynayır.
Distant formada təhsil alan tələ-
bələrə daha keyfiyyətli xidmətlər
göstərilməsi üçün tərəfdaşlıq prinsi-
pi əsasında Anadolu Universiteti ilə
Azərbaycan Türkiyə İş Adamları Birliyi
arasındakı əməkdaşlığın gələcək pers-
pektivləri ilə bağlı nə deyə bilərsiniz?
A.H.:
ATİB Azərbaycan və Türkiyə ara-
sında təhsil sahəsindəki mövcud əlaqələ-
rin daha da inkişaf etdirilməsi, hər iki
ölkənin iqtisadiyyatlarının dinamik inki-
şafına cavab verə bilən, rəqabətyönümlü
mütəxəssislərin hazırlanması istiqamə-
tində də önəmli işlər görməkdədir.
Bu baxımdan ATİB Anadolu Dövlət
Universiteti ilə Azərbaycandan distant for-
mada təhsil alan tələbələrin təhsillərinə
hərtərəfli dəstək göstərməkdədir. Belə ki,
tədrisin maddi-texniki bazasının möhkəm-
ləndirilməsinə və təkmilləşdirilməsinə, uni-
versitetin nəşr etdirdiyi dərs vəsaitlərinin
tələbələrə çatdırılmasına, onların peşəkar
bacarıqlara yiyələnmələrinə, məzunların
işlə təmin olunmalarına lazımi köməklik
göstərərək təqdirəlayiq işlər görməkdədir.
Mən ATİB-lə Anadolu Universiteti arasında-
kı əməkdaşlığın daha da inkişaf edəcəyi qə-
naətindəyəm. Hesab edirəm ki, ATİB MDB
məkanında da türklərin yaşadığı bölgələrdə
universitetin təhsil proqramlarının açılma-
sında, həmin ölkələrdəki iş adamları birlik-
ləri ilə əlaqələrin qurulmasında mühüm rol
oynayacaqdır.
1990-cı və 2000-ci illərdə Dövlət Plan-
laşdırma və İqtisadiyyat Komitəsi, Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalış-
mış, Azərbaycanın müstəqilliyinin ilk dövr-
lərində Xarici Əmək Miqrasiya İdarəsinin
rəhbərliyində təmsil olunaraq bir çox dövlət-
lərlə əmək miqrasiyası sahəsində əməkdaşlıq
əlaqələrinin qurulmasında yaxından iştirak
etmişdir. 1998-2000-ci illərdə nazirlikləra-
rası təcrübə mübadiləsi aparmaq məqsədilə
Türkiyə Respublikasının aidiyyəti nazirlik-
lərinə rəsmi ezamiyyəti çərçivəsində həmçi-
nin Türkiyənin təhsil sistemi ilə də yaxından
tanış olmuşdur. 2002-ci ildən başlayaraq
Azərbaycanda təhsil sahəsində paralel ola-
raq ictimai fəaliyyət göstərməyə başlamışdır.
2002-2010-cu illər ərzində təhsil ilə əlaqədar
keçirilən beynəlxalq və respublika əhəmiy-
yətli tədbirlərdə iştirak etmiş, 2005-2007-ci
illərdə “Rəhbər təhsil işçilərinin respubika
konfransı”nda, 2008-ci ildə keçirilən “Azər-
baycan Müəllimlərinin XIII qurultayı”nda iş-
tirak etmiş və “Azərbaycan Milli Müəllim-Va-
lideyn Asosiasiyasının fəaliyyəti mövzusunda
çıxış etmişdir. Azərbaycan Respublikası Təh-
sil Nazirliyinin 8 may 2009-cu il tarixli əmri
ilə nazirliyin “İnternetdən istifadə məsələləri
üzrə Şurasına üzv seçilmişdir. Azərbaycan
Respublikası Təhsil nazirliyi Kollegiyasının
17 dekabr 2009-cu il tarixli qərarı ilə “Azər-
baycan Milli Müəllim-Valideyn Assosiyasının
işində fəal iştirakına görə” Təhsil naziri tərə-
findən Fəxri Fərmanla təltif olunmuşdur.
2011-ci ildən Türkiyə Respublikasının
Anadolu Dövlət Universitetinin “Azərbay-
can Proqramları”nın koordinatorudur.
34
say 24 |
EcoVision
ƏSƏS MÖVZU: Biznes təhsili