Azərbaycandakı şirkət və qurumlarda
çalışan Türkiyə, Azərbaycan və digər
ölkə vətəndaşlarının nəzərinə!
Əlavə məlumat və
müraciət üçün:
Bundan öncə
Türkiyədə kollec
(önlisans) və ya
ali təhsili olanlar
imtahansız qəbul
olunurlar.
Sizlərə iş yerinizdən ayrılmadan ali təhsil
(və ya kollec pilləsində) almaq fürsəti !
Bu imkandan istifadə edərək
siz Azərbaycandan Türkiyənin
Anadolu Dövlət Universitetində
10 ixtisas üzrə distant formada
ali təhsil ala bilərsiniz.
Distant təhsilalma forması
həmçinin sizlərə
2-ci və ya pa-
ralel ali təhsil almaq şansını da
verir.
Distant təhsilalma forma-
sında sizin ildə cəmi 4 dəfə (şən-
bə və bazar günləri) Bakı və ya
Gəncə şəhərlərində imtahanlar-
da iştirak etmək zərurətiniz var.
Qəbul imtahanları isə T.C. Azər-
baycandakı Səfirliyinin və Təhsil
Müşavirliyinin təşkilati dəstəyi ilə
20 Noyabr 2015-ci il tarixdə Bakı
şəhərində keçiriləcəkdir.
30 ildən artıq
distant təhsil
verən Anadolu Dövlət Univer-
siteti bu gün 2 milyona yaxın
tələbə sayına görə dünyanın 3 ən
böyük universitetindən biridir.
Azərbaycandan Anadolu Univer-
sitetində distant formada təhsil
alan tələbələrə, texniki dəstək
göstərilməsi və digər əlaqələndi-
rilmə işlərinin aparılması ATİB-in
təşkilatçılığı ilə həyata keçirilir.
www.azanadolu.edu.az
www.facebook.com/anadoluaz
Azərbaycan, Gəncə
Gəncə ş., Atatürk pros-
pekti döngə 2, ev 9
Tel: (022) 256 26 37
Azərbaycan, Bakı
8-ci mkr., İbrahimpaşa
Dadaşov küç., 74 V,
Azadlıq metrosunun
yaxınlığı
Tel: (012) 563 09 09
(012) 563 20 20
Mob: (070) 892 07 07
təhlil
Azərbaycanda biznes
təhsilinin inkişaf
perspektivləri
Uzun
illərin təcrübəsi göstərir
ki, elm və təhsil hər bir
dövlətin davamlı sosial-iqtisadi və mədəni
yüksəlişində mühüm rol oynayır.
Müasir dövrdə təbii sərvətlər bolluğu
dövlətin əsas göstəricisi sayılmır. Dünya
Bankının apardığı araşdırmalar müəyyən
etmişdir ki, ABŞ-ın milli sərvətinin 76 fa-
izini insan kapitalı, 19 faizini istehsal, 5
faizini təbii resurslar təşkil edir. Avropa
ölkələrində insan kapitalı 74, istehsal 24,
təbii resurslar cəmi 2 faiz təşkil edir. Rusi-
yada isə insan kapitalı 50, istehsal 10, təbii
sərvətlər 40 faiz səviyyəsindədir.
Qloballaşma şəraitində innovasiya fəaliy-
yətinin keyfiyyətcə yeni müstəvidə genişlən-
məsi ilə bütün dünyada iqtisadi və təsərrüfat
proseslərinin dəyişmə tempi, innovativ yeni-
liklərin yayılması, onların istehsal sahəsində
tətbiqi misli görünməmiş şəkildə sürətlənir.
Sənayenin innovasiyalar əsasında inkişafı
elm və texnologiya potensialının gücləndiril-
məsi və təhsil imkanlarının genişləndirilmə-
si nəticəsində mümkün olacaqdır.
“AZƏRBAYCAN-2020:
GƏLƏCƏYƏ
BAXIŞ” İNKİŞAF KONSEPSİYASInda indi-
dən ənənəvi iqtisadiyyatdan “bilik iqtisa-
diyyatı”na keçidin əsasının qoyulması, bu-
nun üçün həlledici olan insan kapitalının
adekvat inkişafı ön plana çəkilmişdir. Bu
isə iqtisadi modelin formalaşdırılmasında
müvafiq tələblər irəli sürməklə bərabər,
RUSLAN ATAKİŞİYEV,
iqtisad üzrə fəlsəfə doktoru,
İqtisadi Araşdırmalar və
Tədris Mərkəzinin prezidenti
36
say 24 |
EcoVision
ƏSƏS MÖVZU: Biznes təhsili
təhlil
təhsil sisteminin də kökündən dəyişdiril-
məsini nəzərdə tutur.
Ölkədə təhsilin təşkili zamanı müasir
bazar iqtisadiyyatının tələblərinin, ölkənin
sosial-iqtisadi inkişafının prioritetlərinin,
sahibkarlığın maraqlarının düzgün nəzərə
alınmaması hələ də universitetlərin hazır-
ladığı kadrların cəmiyyətin ehtiyaclarına
cavab verməsi istiqamətində bir sıra çətin-
liklərin yaranması ilə nəticələnir.
Müasir dövrdə Azərbaycanda biznes
təhsilinin təşkili prosesi başlıca olaraq aşa-
ğıdakı istiqamətlər üzrə həyata keçirilir:
Birincisi – ali təhsilin bakalavr və ma-
gistr pillələri üzrə iqtisadiyyatın müxtəlif
sahələrinə müvafiq kadr hazırlığının ənənə-
vi üsullarla həyata keçirilməsi. Bu, təhsilə
cəlb olunan müdavimlərə sonda müvafiq
diplomların verilməsi ilə nəticələnir;
İkincisi – ali təhsildə ikinci ixtisasın
alınması üzrə biznes sahəsində mütəxəs-
sis hazırlığının həyata keçirilməsi. Bunun
tətbiqi çox zaman baza təhsili və digər is-
tiqamətlər üzrə olmuş, lakin sonradan iq-
tisadiyyat sahəsində çalışan şəxslər üçün
daha çox cəlbedicidir;
Üçüncüsü – biznesin müxtəlif sahələri-
ni və peşələrini əhatə edən qısa və uzun-
müddətli kadr hazırlığı üzrə treninqlərin
keçirilməsi. Bu işlər həm ali təhsil ocaqları,
həm də müxtəlif kurslar, tədris mərkəzləri
tərəfindən həyata keçirilir. Bu sahədə bey-
nəlxalq səviyyədə tanınan sertifikatlar əsa-
sında tədrisin həyata keçirilməsi daha çox
yayılmışdır. Qeyd edək ki, Azərbaycanda
bu sferanın yeni inkişaf etməsi səbəbi ilə
hələ də bu sahədə keyfiyyətli təhsilin veril-
məsində bir sıra problemlər qalmaqdadır.
Amma belə treninqlər peşəkar mütəxəs-
sislərin biliklərinin vaxtaşırı artırılması
sahəsində ən yaxşı praktikalardan biridir.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra
bazar iqtisadiyyatı başlıca inkişaf strategiyası
kimi müəyyənləşdirilmişdir. Bu səbəbdən də
iqtisadiyyatda dövlətin payı ilbəil azaldılaraq
qeyri-dövlət sektorunun tərəqqisinə daha
çox diqqət yetirilir. Xüsusən də sahibkarlığın
inkişafı başlıca prioritet kimi təyin olunmuş-
dur. Ölkədə kadr hazırlığının həyata keçiril-
məsi zamanı da müasir dövrün sosial-iqti-
sadi inkişaf hədəflərinin nəzərə alınması ali
təhsil ocaqları qarşısında başlıca vəzifə kimi
dayanmaqdadır. Bu səbəbdən keçmiş Sovet
dövründən fərqli olaraq, hazırda biznes təh-
silinə abituriyentlərin marağı artaraq ixtisas
seçimində sözügedən istiqamətlərə daha çox
üstünlük verirlər.
Bunun əyani sübutu kimi aşağıdakı sta-
tistik məlumatlara nəzər salaq. Belə ki, döv-
lət və qeyri-dövlət ali təhsil müəssisələrinə
qəbul olunan tələbələrin ixtisas qrupları və
istiqamətlər üzrə bölgüsündə, cədvəl 1-in
məlumatlarından da göründüyü kimi, ali
təhsilin bakalavr pilləsində iqtisadiyyat və
idarəetmə ixtisas qrupları üzrə qəbul olu-
nan abituriyentlərin sayı 2000/2001-ci təd-
ris ilində 4.890, 2009/2010-cu tədris ilində
5.885, 2012/2013-cü tədris ilində 6.691,
2013/2014-cü tədris ilində isə 7.373 nəfər
olmuşdur. İllər üzrə müqayisəli təhlil apa-
ran zaman görmək olar ki, 2013/2014-cü
tədris ilində iqtisadiyyat və idarəetmə ixti-
sas qruplarına qəbul olunan abituriyentlə-
rin sayı 2009/2010-cu tədris ilinə nisbətən
33,7, 2012/2013-cü tədris ilinə nisbətən isə
9,2 faiz artmışdır. Buradan da göründüyü
kimi, biznes təhsili üzrə kadr hazırlığı sahə-
sində tutulan yerlərin sayı ilbəil artır.
2000/2001
2008/2009
2009/2010
2012/2013
2013/2014
Ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin sayı:
Bakalavriata – cəmi, nəfər
26 403
28 765
29 822
33 327
35 370
o cümlədən:
İqtisadiyyat və idarəetmə ixtisasları qrupu
–
–
5 885
6 691
7 373
İqtisadiyyat və idarəetmə
4 890
6 372
–
–
–
magistraturaya – cəmi, nəfər
2 752
3 265
3 934
4 746
5 514
o cümlədən:
İxtisas qrupları üzrə
İqtisadiyyat və idarəetmə ixtisasları qrupu
–
–
–
1 628
2 017
İqtisadiyyat və idarəetmə
638
1 227
1 531
–
–
Dövlət və qeyri-dövlət ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin ixtisas qrupları və istiqamətlər üzrə
bölgüsü (tədris ilinin əvvəlinə)
Cədvəl 1
Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatları
37
say 24 |
EcoVision
ƏSƏS MÖVZU: Biznes təhsili