sahibkar
Əmək bazarında iş
yox, işçi problemi var
“Biləv” şirkətinin yaradıcısı və direktoru Fariz Əmirov
“EcoVision” jurnalının “Sahibkar” rubrikasının suallarını
cavablandırır
Hörmətli Fariz müəllim, öncə ATİB-
in “EcoVision” jurnalının “Sahibkar”
rubrikası üçün müsahibəyə vaxt ayır-
dığınız üçün Sizə təşəkkür edirik.
Adətən, bu rubrikamızda müsahibi-
mizə şəxsi və karyera həyatı ilə bağlı
suallar ünvanlayır, iş adamlarını oxu-
cularımızla daha yaxından tanış edi-
rik. İstərdik oxucularımıza bu barədə
məlumat verəsiniz.
F.Ə.:
Ordubad rayonunun Biləv kəndin-
də dünyaya göz açmışam. Orta təhsilimi
kəndimizdə almışam. 1994-cü ildə Azər-
baycan Dövlət Neft Akademiyasını kim-
ya texnologiyası ixtisası üzrə fərqlənmə
diplomu ilə bitirmişəm. Dörd il müxtəlif
sahələrdə çalışdım. Kafedramızın bir mü-
diri var idi – rəhmətlik Yaşar Bilalov, 1999-
cu ildə onun təsiri və təkidi ilə Azərbaycan
Dövlət Neft Akademiyasında təhsilimi
davam etdirməyə başladım. Elə həmin ali
təhsil müəssisəsində dissertant oldum və
namizədlik dissertasiyamı müdafiə etdim.
Beləliklə də elmi fəaliyyətimi davam etdir-
dim. 2010-cu ildə Neft Akademiyasının 90
illik yubileyində ölkə rəhbəri cənab İlham
Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına
layiq görüldüm, Dövlət mükafatı aldım.
2014-cü ildə elmi iş müdafiə edib elmlər
doktoru oldum və Azərbaycanda ən gənc
elmlər doktorlarının, professorların cərgə-
sinə qoşuldum. Təvazökarlıqdan uzaq olsa
da, deməliyəm ki, bununla qürur duyuram.
Bunun üçün ilk növbədə Allaha, daha son-
ra valideynlərimə və müəllimlərimə borc-
luyam.
Ailəliyəm. İki övladım var: bir oğlan, bir
qız. Hər valideynin yaşadığı hisləri gələn
il mən də yaşayacağam. Qızım bu tədris
ilində ali məktəbə imtahan verəcək. Mən
övladlarımın peşə seçiminə müdaxilə et-
mirəm. Çünki mənə də bu baxımdan tə-
sir göstərməyiblər. Atam orta məktəbdə
oxuyanda deyirdi ki, nə olursan ol, peşəni
mükəmməl bil.
Uşaqlıqda peşə ilə bağlı arzularınız
nə idi?
40
say 24 |
EcoVision
sahibkar
F.Ə.:
Həmişə müəllim olmaq istəmişəm. Bu istə-
yimə də nail oldum.
Necə oldu ki, Azərbaycan Dövlət Neft Aka-
demiyasının məzunu, daha çox təhsilə, elmə
həvəs göstərən bir şəxs həm də biznes sekto-
runda fəaliyyətə başlamaq qərarına gəldi?
F.Ə.:
Dünyada bir çox önəmli adamlar var ki,
universitetlərdə mühazirələr oxumaqla yanaşı öz
bizneslərini də qurublar. Yaxud da bir çox biznes-
menlər var ki, həm də tələbələr qarşısında mü-
hazirələr oxuyurlar. Yəni bu, artıq normal haldır.
Əgər bir insanın enerjisi, potensialı varsa, çox işlər
görə bilər.
“Qalatasaray” klubunun bir başqanı var idi –
Adnan Polad. Allah ondan razı olsun. O mənim hə-
yatımda çox önəmli rol oynayıb. Onların şirkətlə-
rinin Azərbaycanda nümayəndəliyi açılmışdı. Mən
orada satış işçisi olaraq işə girdim, satış müdiri
pilləsinə qədər yüksəldim. Azərbaycan nümayən-
dəliyinin müdiri Türkiyəyə zəng edərək bildirdi ki,
bu şəxsə zəmanət verirəm, siz də ona güvənə bilər-
siniz. Yəni mən orada bir güvən qazandım, özümü
doğrultdum.
2003-cü ilədək müxtəlif şirkətlərdə çalışdım və
həmin şirkətlərin inkişafında böyük əməyim oldu.
Nəhayət, 2003-cü ildə düşündüm ki, öz işimi qurmalı-
yam. Ailəlikcə toparlanıb kiçik bir biznesimizi qurduq.
Şəhərə gəlsəniz də, kəndinizi unutmadınız,
şirkətinizin adında yaşatdınız.
F.Ə.:
Bəli. Mən kəndimizə çox bağlı insanam.
Çünki orada doğuldum, orada böyüdüm, orada
təhsil aldım. Kənddəki müəllimlərimə borcluyam.
Hər dəfə kəndə gedəndə birinci sinifdə mənə dərs
demiş müəllimimin əlindən öpürəm.
Biləvi nəinki Azərbaycanda, dünyada, Avropada
tanıtmaq istədiyimiz üçün bu adı seçdik. Həmçinin
kəndimizlə bağlı iki kitab hazırlamışıq: “Biləvlilər”
və “Biləv” kitabı.
Hər il yay aylarında övladlarımı kəndimizə apa-
rıram. Düşünürəm ki, ən müqəddəs torpaq insa-
nın doğulduğu torpaqdır. Mənim orada ata-anam
uyuyur. Onların məzarı üstünə getmək ən böyük
ziyarətdir.
İnşaat sektorunda fəaliyyət göstərən bir
neçə şirkətin yaranmasında və uğurlu fəaliyyət
göstərməsində yaxından iştirak etmisiniz. Siz-
cə, işdə uğur qazanmaq üçün hansı keyfiyyət-
lərə və xüsusiyyətlərə malik olmaq lazımdır?
F.Ə.:
Düşünürəm ki, həyatda uğur qazanmaq
üçün gərək insanın qəlbi və ruhu təmiz olsun.
Düşüncə tərzi də saf olmalıdır. Uğur qazanmaq
üçün, birincisi, yalan danışmayacaqsan, ikincisi,
işə haram qatmayacaqsan, üçüncüsü də başqası-
nın uğurlarına sevinəcək, paxıllıq etməyəcəksən.
İnsanın birinci düşməni paxıllıqdır. Paxıllıq insanı
rahat buraxmır ki, öz işi ilə məşğul olsun.
İnsan öz üzərində işləməlidir. Mən hər gün au-
ditoriyaya girmədən öncə öz üzərimdə çalışıram.
Çünki tələbələrin qarşısına çıxıram, onların sualla-
rına cavab verməliyəm.
"Biləv" şirkətinin tarixi 2003-cü
ildən başlayır. Bu gün “Biləv”
inkişafda olan bir şirkətdir.
Öz biznesini praktiki olaraq
sıfırdan başlayaraq ildən-ilə
satış həcmini artırmaqdadır.
Bazardakı fəaliyyət dövründə,
şirkət böyük idxalçı şirkətlərlə
iş birliyi nəticəsində etibarlı
partnyor reputasiyası
qazanmışdır.
İnşaat sektorunda şirkətlə
çalışanların razı qalması
şirkətin daxilindən irəli
gələn əsas məqsəddir.
Şirkətin inkişaf strategiyası
müştərilərə göstərilən xidmətin
keyfiyyətinə, həmçinin
məhsulların və xidmətlərin
artırılmasına yönləndirilmişdir.
Şirkətin missiyası
Biznesin inkişafında və digər
strukturlara inşaat işlərində
keyfiyyətli məhsul və servis
xidməti təqdim etməklə dəstək
olmaq.
Fəaliyyətin əsas
istiqamətləri
Ölkə ərazisinə dam örtüklərinin
və su-izolyasiya materiallarının
idxalı və satışının təşkili.
Knauf-lövhələrin vurulmasında
böyük rolu olan profillərin idxalı.
Knauf-lövhələrin idxalı və
topdansatışı.
"Biləv" 2006 və 2007-ci illərdə
“Onduline Avrasya” A.Ş.-nin
şirkətinin Azərbaycan regionu
üzrə satış lideri olmuş və xüsusi
diploma layiq görülmüşdür.
41
say 24 |
EcoVision