Xarici İşlər, Mədəniyyət və Turizm na-
zirliklərinin, “PAŞA Həyat Sığorta” Açıq
Səhmdar Cəmiyyətinin (ASC) və “Silk Way”
şirkətinin dəstəyi ilə iyunun 5-də “IRS
Publishing House” tərəfindən hazırlanmış
“Bakı simfoniyası” kitabının “Four Seasons”
hotelində təqdimat mərasimi keçirilib.
“Bakı simfoniyası” kitabının bölmələ-
ri də musiqi terminləri ilə adlandırılıb:
“Uvertüra”, “Alleqro”, “Adajio”, “Koda”. I Av-
ropa Oyunları nəşrin “Adajio” hissəsində
yer alıb. Burada həmçinin Azərbaycanda
idmanın inkişafı, bu sahədə qazanılan
uğurlar da əksini tapıb.
Mərasimdə Azərbaycan Türkiyə İş
Adamları Birliyi İdarə heyətinin sədri Ce-
mal Yangın və Baş katib Pərvanə Hacıyeva
da iştrak edib.
ATİB nümayəndə heyəti “Bakı simfoniyası” kitabının təqdimat
mərasimində iştirak edib
ATİB xəbərləri
17
say 24 |
EcoVision
ATİB xəbərləri
Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli Konfe-
derasiyasının (ASK) təşkilatçılığı ilə Səna-
yeçilər və Sahibkarlar Beynəlxalq Konqre-
sinin iş planına uyğun olaraq Konqresin
Rəyasət Heyətinin növbəti iclası iyulun
3-də Bakı şəhərində keçirilib.
İclasda Azərbaycan Türkiyə İş Adam-
ları Birliyini Baş katib Pərvanə Hacıyeva
təmsil edib. O, ATİB-in fəaliyyəti və hə-
dəfləri haqqında məlumat verərək təq-
dimat keçirib.
Tədbirdə ATİB-lə Sənayeçilər və Sahib-
karlar Beynəlxalq Konqresi Şurası arasında
əməkdaşlıq haqqında müqavilə imzalanıb.
ATİB-lə Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresi Şurası
arasında əməkdaşlıq müqaviləsi imzalandı
ATİB Baş katibi üzvləri ziyarət edib
18
say 24 |
EcoVision
Azərbaycan Türkiyə İş Adamları Birliyi
İdarə heyətinin üzvləri 28-30 iyul tarixlə-
rində Şimali Kipr Türk Cümhuriyyətinə
səfər ediblər. Səfər çərçivəsində heyəti Şi-
mali Kipr Türk Cümhuriyyətinin Azərbay-
candakı təmsilçisi cənab Sadettin Topukçu
müşayiət edib.
Səfər çərçivəsində heyət ilk olaraq
Şimali Kipr Türk Cümhuriyyətinin Prezi-
denti Mustafa Akıncını ziyarət edib.
ATİB İdarə heyətinə ziyarət üçün
təşəkkür edən cənab Mustafa Akıncı
Azərbaycanın kiprli türklər üçün çox
vacib bir ölkə olduğunu vurğuladı. O, iş
adamlarının Kiprə sərmayə qoymaq fik-
rini alqışladı.
Daha sonra ATİB İdarə heyəti Şimali
Kipr Milli Məclisinin Sədri Sibel Siberlə
görüşdü. ATİB İdarə heyətinin sədri Ce-
mal Yangın səfərin məqsədinin Türkiyə
və Azərbaycan arasında ticarət əlaqələ-
rini inkişaf etdirməkdən ibarət olduğunu
vurğuladı.
Sibel Siber xanım qarşılıqlı əlaqələrin
mədəni səviyyədə inkişaf etdiyini bil-
dirərək, bu əlaqələrin daha da yüksək
mərtəbədə şaxələnəcəyinə əminliyini bil-
dirdi.
Görüşün sonunda xatirə plaketi təq-
dim olundu. Səfər çərçivəsində Şimali
Kipr Türk Cümhuriyyətinin Baş naziri
Ömer Kalyoncu ATİB nümayəndə heyəti-
ni qəbul etdi.
ATİB sədri Cemal Yangın Baş nazir cə-
nab Ömer Kalyoncuya yeni vəzifəsində
uğurlar arzulayaraq ATİB-in fəaliyyəti
haqqında geniş məlumat verdi. Növbəti
görüş Şimali Kipr Türk Cümhuriyyətinin
Xarici İşlər naziri xanım Emine Çolak ilə
keçirildi. Cemal Yangın qəbula görə təşək-
kür edərək ATİB-in gələcək fəaliyyətlərin-
dən bəhs etdi.
Görüşün sonunda xatirə üçün hədiy-
yələr təqdim olundu. Səfər çərçivəsində
ATİB və Kipr Türk Sənaye Odası və Kipr
Türk Ticarət Odası ilə əməkdaşlıq memo-
randumu imzalandı.
ATİB nümayəndə heyəti səfərdə
olarkən kiprli iş adamları ilə də görüşlər
keçirdi.
ATİB İdarə heyəti Şimali Kiprdə səfərdə olub
ATİB xəbərləri
19
say 24 |
EcoVision
ATİB xəbərləri
24 iyun 2015-ci ildə ATİB müqəddəs
Ramazan ayında üzvləri arasında iftar
proqramı təşkil edib. İftar yeməyində
ATİB üzvləri ilə yanaşı Türkiyə Səfirli-
yinin mədəniyyət və tanıtma müşaviri
Seyit Ahmet Arslan və ekonomi müşavi-
ri Esin Yücekayalı, “İrs” beynəlxalq jur-
nalının baş redaktoru Musa Mərcanlı və
digər qonaqlar da iştirak edib.
Qonaqları salamlayan ATİB sədri Ce-
mal Yangın ATİB-in həm Türkiyə, həm də
Azərbaycan üçün faydasından danışıb. O
bildirib ki, iki ölkə arasında iqtisadi bağ-
ları daha da möhkəmləndirən ATİB Azər-
baycan iqtisadiyyatına sərmayə yatırılma-
sında əlindən gələni əsirgəməyəcək.
Tədbirin sonunda səlahiyyət müddət-
ləri başa çatan Türkiyə Səfirliyinin mədə-
niyyət və tanıtma müşaviri Seyit Ahmet
Arslan və ekonomi müşaviri Esin Yüceka-
yalıya xatirə plaketi verilib.
ATİB müqəddəs Ramazan ayında üzvləri arasında iftar
proqramı təşkil edib
20
say 24 |
EcoVision
ATİB xəbərləri
21
say 24 |
EcoVision
ATİB İdarə heyətinin üzvü “İlin
İş Adamı” adına layiq görülüb
Beynəlxalq aylıq iqtisadiyyat və iş dün-
yası jurnalı “Ekovitrin” tərəfindən təşkil
edilən “İlin Ulduzları” Mükafatlandırma
Mərasimi 2 iyul 2015–ci il tarixində “Istan-
bul WOW Hotel Convention Center”də re-
allaşdırıldı. Bu il yanvarın 1-dən etibarən
başlayan “İlin Ulduzları” sorğusunda 27
müxtəlif bölmə üzrə 81 namizəd yarışırdı.
Sorğuda iştirak edənlər bu il Türk cümhu-
riyyətlərində “İş Adamı” kateqoriyasında
ATİB İdarə heyətinin üzvü, “RR” şirkətlər
qrupunun rəhbəri Rafiq Qarayevi “İlin İş
Adamı” adına layiq görüblər.
500-ə yaxın qonağın qatıldığı “İlin Ul-
duzları” Mükafatlandırma Mərasiminə
Avropa ölkələrindən, Türk cümhuriyyət-
lerinden, Orta Şərqdən və Türkiyədən iş,
siyasət, təhsil və sənət dünyasının tanın-
mış simaları qatıldı.
Türkiyənin ən nüfuzlu media qrup-
larından olan “Ekovitrin” 14 ildir iqtisa-
diyyat sahəsində müxtəlif proqramlar
hazırlayaraq, qardaş ölkənin televiziya
kanallarında nümayiş etdirir, ölkənin iqti-
sadi uğurlarını həm türk, həm də dünya ic-
timaiyyətinə çatdırır. Bu media qrupunun
2000-ci ildən buraxılan “Ekovitrin” aylıq
jurnalı Türkiyənin ən sanballı nəşrlərin-
dən birinə çevrilmişdir. Türkiyə ilə yanaşı,
Asiya regionunda da geniş yayılan “Eko-
vitrin” jurnalı ənənəvi olaraq iqtisadiyyat,
biznes, sənaye, ixracat, maliyyə, investisi-
ya, siyasət və yerli idarəçilik sahələrində
“İlin adamları”nı seçir.
2005-ci ildə Türkiyədə və xaricdə ya-
şayan 9 minə yaxın oxucunun iştirakı ilə
keçirilən sorğunun nəticələrinə görə Azər-
baycan Respublikasının Prezidenti İlham
Əliyev “Avrasiyada ilin siyasət adamı”, 2013-
cü ildə isə “Türkdilli respublikalarda 10 ilin
ən uğurlu dövlət adamı” seçilib.
İlin İş Adamı
22
say 24 |
EcoVision
Dostları ilə paylaş: |