Ədalət Muradov: “Fəaliyyətimizi əmək bazarının tələblərinə uyğun qurmağa çalışırıq” Fərid Əhmədov



Yüklə 11,79 Mb.
Pdf görüntüsü
səhifə5/27
tarix08.07.2018
ölçüsü11,79 Mb.
#54197
1   2   3   4   5   6   7   8   9   ...   27

Xarici  İşlər,  Mədəniyyət  və  Turizm  na-

zirliklərinin,  “PAŞA  Həyat  Sığorta”  Açıq 

Səhmdar Cəmiyyətinin (ASC) və “Silk Way” 

şirkətinin  dəstəyi  ilə  iyunun  5-də  “IRS 

Publishing House” tərəfindən hazırlanmış 

“Bakı simfoniyası” kitabının “Four Seasons” 

hotelində təqdimat mərasimi keçirilib.

 “Bakı simfoniyası” kitabının bölmələ-

ri  də  musiqi  terminləri  ilə  adlandırılıb: 

“Uvertüra”, “Alleqro”, “Adajio”, “Koda”. I Av-

ropa Oyunları nəşrin “Adajio” hissəsində 

yer alıb. Burada həmçinin Azərbaycanda 

idmanın  inkişafı,  bu  sahədə  qazanılan 

uğurlar da əksini tapıb.

Mərasimdə  Azərbaycan  Türkiyə  İş 

Adamları Birliyi İdarə heyətinin sədri Ce-

mal Yangın və Baş katib Pərvanə Hacıyeva 

da iştrak edib.

ATİB nümayəndə heyəti “Bakı simfoniyası” kitabının təqdimat 

mərasimində iştirak edib

ATİB xəbərləri

17

say 24 | 



EcoVision


ATİB xəbərləri

Azərbaycan  Respublikası  Sahibkarlar 

(İşəgötürənlər)  Təşkilatları  Milli  Konfe-

derasiyasının (ASK) təşkilatçılığı ilə Səna-

yeçilər və Sahibkarlar Beynəlxalq Konqre-

sinin  iş  planına  uyğun  olaraq  Konqresin 

Rəyasət  Heyətinin  növbəti  iclası  iyulun 

3-də Bakı şəhərində  keçirilib. 

 İclasda Azərbaycan Türkiyə İş Adam-

ları Birliyini Baş katib Pərvanə Hacıyeva 

təmsil edib. O, ATİB-in fəaliyyəti və hə-

dəfləri  haqqında  məlumat  verərək  təq-

dimat keçirib.

Tədbirdə ATİB-lə Sənayeçilər və Sahib-

karlar Beynəlxalq Konqresi Şurası arasında 

əməkdaşlıq haqqında müqavilə imzalanıb.

ATİB-lə Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresi Şurası 

arasında əməkdaşlıq müqaviləsi imzalandı

ATİB Baş katibi üzvləri ziyarət edib

18

say 24 | 



EcoVision


Azərbaycan Türkiyə İş Adamları Birliyi 

İdarə heyətinin üzvləri 28-30 iyul tarixlə-

rində  Şimali  Kipr  Türk  Cümhuriyyətinə 

səfər ediblər. Səfər çərçivəsində heyəti Şi-

mali Kipr Türk Cümhuriyyətinin Azərbay-

candakı təmsilçisi cənab Sadettin Topukçu 

müşayiət edib.

Səfər  çərçivəsində  heyət  ilk  olaraq 

Şimali  Kipr  Türk  Cümhuriyyətinin  Prezi-

denti Mustafa Akıncını  ziyarət edib.

ATİB  İdarə  heyətinə  ziyarət  üçün 

təşəkkür  edən  cənab  Mustafa  Akıncı 

Azərbaycanın  kiprli  türklər  üçün  çox 

vacib  bir  ölkə  olduğunu  vurğuladı.  O,  iş 

adamlarının  Kiprə  sərmayə  qoymaq  fik-

rini alqışladı.

Daha  sonra  ATİB  İdarə  heyəti  Şimali 

Kipr  Milli  Məclisinin  Sədri  Sibel  Siberlə 

görüşdü.  ATİB  İdarə  heyətinin  sədri  Ce-

mal  Yangın  səfərin  məqsədinin  Türkiyə 

və  Azərbaycan  arasında  ticarət  əlaqələ-

rini inkişaf etdirməkdən ibarət olduğunu 

vurğuladı.

Sibel Siber xanım qarşılıqlı əlaqələrin 

mədəni  səviyyədə  inkişaf  etdiyini  bil-

dirərək,  bu  əlaqələrin  daha  da  yüksək 

mərtəbədə şaxələnəcəyinə əminliyini bil-

dirdi.


Görüşün sonunda xatirə plaketi təq-

dim  olundu.  Səfər  çərçivəsində  Şimali 

Kipr  Türk  Cümhuriyyətinin  Baş  naziri 

Ömer  Kalyoncu  ATİB  nümayəndə  heyəti-

ni qəbul etdi.

ATİB sədri Cemal Yangın Baş nazir cə-

nab  Ömer  Kalyoncuya  yeni  vəzifəsində 

uğurlar  arzulayaraq  ATİB-in  fəaliyyəti 

haqqında  geniş  məlumat  verdi.  Növbəti 

görüş  Şimali  Kipr  Türk  Cümhuriyyətinin  

Xarici İşlər naziri xanım Emine Çolak ilə 

keçirildi. Cemal Yangın qəbula görə təşək-

kür edərək ATİB-in gələcək fəaliyyətlərin-

dən bəhs etdi.

Görüşün  sonunda  xatirə  üçün  hədiy-

yələr  təqdim  olundu.  Səfər  çərçivəsində 

ATİB  və  Kipr  Türk  Sənaye  Odası  və  Kipr 

Türk Ticarət Odası ilə əməkdaşlıq memo-

randumu imzalandı. 

ATİB  nümayəndə  heyəti  səfərdə 

olarkən kiprli iş adamları ilə də görüşlər 

keçirdi.


ATİB İdarə heyəti Şimali Kiprdə səfərdə olub

ATİB xəbərləri

19

say 24 | 



EcoVision


ATİB xəbərləri

24 iyun 2015-ci ildə ATİB müqəddəs 

Ramazan  ayında  üzvləri  arasında  iftar 

proqramı  təşkil  edib.  İftar  yeməyində 

ATİB  üzvləri  ilə  yanaşı  Türkiyə  Səfirli-

yinin  mədəniyyət  və  tanıtma  müşaviri 

Seyit Ahmet Arslan və ekonomi müşavi-

ri Esin Yücekayalı, “İrs” beynəlxalq jur-

nalının baş redaktoru Musa Mərcanlı və 

digər qonaqlar da iştirak edib. 

Qonaqları  salamlayan  ATİB  sədri  Ce-

mal Yangın ATİB-in həm Türkiyə, həm də 

Azərbaycan  üçün  faydasından  danışıb.  O 

bildirib ki, iki ölkə arasında iqtisadi bağ-

ları daha da möhkəmləndirən ATİB Azər-

baycan iqtisadiyyatına sərmayə yatırılma-

sında əlindən gələni əsirgəməyəcək.

Tədbirin  sonunda  səlahiyyət  müddət-

ləri başa çatan Türkiyə Səfirliyinin mədə-

niyyət  və  tanıtma  müşaviri  Seyit  Ahmet 

Arslan və ekonomi müşaviri Esin Yüceka-

yalıya xatirə plaketi verilib.

ATİB müqəddəs Ramazan ayında üzvləri arasında iftar 

proqramı təşkil edib

20

say 24 | 



EcoVision


ATİB xəbərləri

21

say 24 | 



EcoVision


ATİB İdarə heyətinin üzvü “İlin 

İş Adamı” adına layiq görülüb

Beynəlxalq aylıq iqtisadiyyat və iş dün-

yası  jurnalı  “Ekovitrin”  tərəfindən  təşkil 

edilən  “İlin  Ulduzları”  Mükafatlandırma 

Mərasimi 2 iyul 2015–ci il tarixində “Istan-

bul WOW Hotel Convention Center”də re-

allaşdırıldı.  Bu il yanvarın 1-dən etibarən 

başlayan  “İlin  Ulduzları”  sorğusunda  27 

müxtəlif bölmə üzrə 81 namizəd yarışırdı. 

Sorğuda iştirak edənlər bu il Türk cümhu-

riyyətlərində  “İş  Adamı”  kateqoriyasında 

ATİB İdarə heyətinin üzvü, “RR” şirkətlər 

qrupunun rəhbəri Rafiq Qarayevi  “İlin İş 

Adamı” adına layiq görüblər. 

 

500-ə yaxın qonağın qatıldığı “İlin Ul-



duzları”  Mükafatlandırma  Mərasiminə 

Avropa  ölkələrindən,  Türk  cümhuriyyət-

lerinden, Orta Şərqdən və Türkiyədən iş, 

siyasət, təhsil və sənət dünyasının tanın-

mış simaları qatıldı. 

 

Türkiyənin  ən  nüfuzlu  media  qrup-



larından  olan  “Ekovitrin”  14  ildir  iqtisa-

diyyat  sahəsində  müxtəlif  proqramlar 

hazırlayaraq,  qardaş  ölkənin  televiziya 

kanallarında nümayiş etdirir, ölkənin iqti-

sadi uğurlarını həm türk, həm də dünya ic-

timaiyyətinə çatdırır. Bu media qrupunun 

2000-ci  ildən  buraxılan  “Ekovitrin”  aylıq 

jurnalı  Türkiyənin  ən  sanballı  nəşrlərin-

dən birinə çevrilmişdir. Türkiyə ilə yanaşı, 

Asiya  regionunda  da  geniş  yayılan  “Eko-

vitrin” jurnalı ənənəvi olaraq iqtisadiyyat, 

biznes, sənaye, ixracat, maliyyə, investisi-

ya, siyasət və yerli idarəçilik sahələrində 

“İlin adamları”nı seçir. 

 

2005-ci  ildə  Türkiyədə  və  xaricdə  ya-



şayan  9  minə  yaxın  oxucunun  iştirakı  ilə 

keçirilən sorğunun nəticələrinə görə Azər-

baycan  Respublikasının  Prezidenti  İlham 

Əliyev “Avrasiyada ilin siyasət adamı”, 2013-

cü ildə isə “Türkdilli respublikalarda 10 ilin 

ən uğurlu dövlət adamı” seçilib.

İlin İş Adamı

22

say 24 | 



EcoVision


Yüklə 11,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə